2007-ci ilin martında M2 pul aqreqatının strukturu, faizlə
Özəl sektorun
depozitləri; 15%
Fərdi şəxlərin depozitləri;
12%
Nağd pul; 61%
Dövlət müəssisələrinin
depozitləri; 11%
Mәnbә: Azәrbaycan Respublikasının Milli Bankı
Milli Bankin mәlumatına görә, 2007-ci ilin mart ayında
ötәn ilin müvafiq dövrünә nәzәrәn manatla müddәtli әmanәtlәr
vә depozitlәr 5.3 dәfә, o cümlәdәn manatla uzunmüddәtli
әmanәtlәr 4 dәfә artdığı halda, manatla nağd pul kütlәsi (M0)
2.6 dәfә artmışdır. Bu tendensiya rәsmi mövqelәrdәn M2 pul
aqreqatının strukturunda müәyyәn keyfiyyәt dәyişikliklәri kimi
tәqdim olunsa da, istәnilәn halda nağd pul kütlәsinin dә artımı
mütlәq mәnada gizli pul axınlarının genişlәnmәsinә vә
inflyasiya yaradıcı amillәrin fәallaşmasına gәtirib çıxarır. Bu hal
inflyasiyaya tәsir edәn monetar vә qeyri-monetar amillәrin
tәsir paylarının dәyişmәsi trendindә dә özünü göstәrir. Belә ki,
Milli Bankın hesablamalarına görә, 2006-cı ildә inflyasiyanın
77.2 faizi monetar, 22.8 faizi isә qeyri-monetar faktorların
17
tәsiri ilә formalaşıb. Müqayisә üçün, 2005-ci ildә monetar
faktorların inflyasiyada payı cәmi 36,5 faiz tәşkil etmişdir.
Monetar faktorların payının artması pula fiskal tәlәbin
әhәmiyyәtli dәrәcәdә genişlәnmәsinin göstәricisi sayıla bilәr.
Proqnozlara görә, 2007-ci ildә pula tәlәbin әn azı 50-60 faiz
hәddindә çoxalması vә tәdiyә balansının cari hesabı üzrә
profisitinin әsasәn neft sektorunun ixracının genişlәnmәsı ilә
2.3 dәfә artaraq 9 mlrd. ABŞ dollarına çatması gözlәnilir. Neft
gәlirlәrinin artımının inflyasiya ilә әlaqәsini müşahidә etmәk
üçün növbәti qrafikә müraciәt edәk.
Dostları ilə paylaş: |