13
artım sәviyyәsi isә Azәrbaycanda qeydә alınmışdır. Bu isә neft
ixrac edәn ölkәlәrdә qiymәt artımlarının әhalinin
gәlirlәri ilә
“yarışa girdiyindәn” xәbәr verir. Bu yarışda itirәn isә, tәbii ki,
әhalinin aztәminatlı hissәsidir.
Belәliklә, әhalinin gәlirlәri, yoxsa inflyasiyanın irәlidә
olması bu günün әn vacib suallarındandır.
Әhalinin real gәlirlәrindәki artıma doğru cüzi dәyişikliklәr
dә bundan xәbәr verir. Odur ki, sosial vәziyyәtin
yaxşılaşdırılması hökümәti antiinflyasiya tәdbirlәrini güc-
lәndirmәyә sövq edir. “Alternativ inflyasiya metodologiyasının
işlәnilmәsi” layihәsi üzrә aparılmış tәdqiqatlar göstәrir ki,
әhalinin gәlirlәrinin artımına inflyasiyanın neqativ tәsirini
azaltmaq üçün aşağıdakı
tәxirәsalınmaz tәdbirlәr
reallaşdırılmalıdır:
- Qiymәtlәrin artımının әhalinin istehlak strukturunun
dәyişmәsinә (hәm kәmiyyәt vә hәm da keyfiyyәtcә) tәsirini
nәzәrә alaraq istehlak sәbәtinin strukturuna yenidәn
baxılmalıdır;
- Yoxsulların hәyat sәviyyәsinә inflyasiyanın mәnfi tәsirini
düzgün qiymәtlәndirmәk mәqsәdilә yoxsullar üçün ayrıca
inflyasiyanın hesablanmasına başlanmalıdır;
- Yoxsulluğun qiymәtlәndirilmәsi metodologiyası, hәyat
sәviyyәsinin qiymәtlәndirilmәsi sistemi tәkmillәşdirilmәlidir;
- Effektiv sosial müdafiә sistemi qurulmalı, o sıradan da
ilk növbәdә ünvanlı sosial yardımın ayrılması mexanizmlәri
tәkmillәşdirilmәklә yoxsulların bu sistemә giriş baryerlәri dәf
edilmәli vә tәyinat imkanları artırılmalıdır;
- Minimum istehlak sәbәtinin strukturuna, minimum
normalara yenidәn baxılmalı, ümumiyyәtlә, yaşayış
minimumunun tәkcә әmәk qabiliyyәtli әhali, uşaqlar, әmәk
qabiliyyәtli yaşdan yuxarı әhali üçün deyil, hәmçinin daha çox
sayda yaş qrupları әhatә edilmәklә hesablanmasına
başlanmalıdır;
- Qanunvericiliklә müәyyәn olunmuş digәr müavinәtlәrin
mәblәği yenidәn hesablanaraq yaşayış minimumuna müvafiq
artırılmalıdır.
14
- Әhalinin hәyat sәviyyәsinin qorunması vә yüksәldilmәsi
sahәsindә preventiv tәdbirlәr insanların sosial vәziyyәtinә tәsir
edәcәk qәrarlardan әvvәl işlәmәlidir.
Azәrbaycanda inflyasiyanın sәbәblәrini hәm monetar vә
qeyri-monetar, hәm dә tәlәb, tәklif vә idxal amillәri üzrә
tәsniflәşdimәk olar. Azәrbaycan iqtisadiyyatında inflyasiyanın
anatomiyasına nәzәr yetirәndә mәlum olur ki, hazırda iki
istiqamәtdә dәyişiklik tendensiya xarakteri daşımaqdadır:
birincisi, mәcmu xәrclәrin, o cümlәdәn fiskal faktorların
әhәmiyyәtli tәsir etdiyi istehlak vә investisiyaların sürәtlә
artımı, ikincisi isә tәdiyә balansının profisitinin artması vә bu
amilin pula tәlәbin çoxalmasının әsas mәnbәyinә çevrilmәsidir.
Son iki il әrzindә mәcmu xәrclәrin (investisiya xәrclәri vә
fәrdi istehlak) sürәtlә artması iqtisadiyyatda yüksәk mәcmu
tәlәb formalaşdırmışdır. Mәcmu tәklif ikirәqәmli templә artsa
da, mәcmu tәlәb tәklifin artım parametrlәrini әhәmiyyәtli
dәrәcәdә üstәlәmiş, ölkәdә tәlәb şoku yaranmışdır. Statistik
mәlumatlar göstәrir ki, 2006-cı ildә mәcmu tәlәbin әsas kanalı
olan son istehlak xәrclәri qeyri-neft ümumi daxili mәhsulun
85% faizini tәşkil etmişdir.
Tәsadüfi deyildir ki, hәmin dövrdә pul gәlirlәrinin 70 faizi
istehlaka yönәlmiş vә istehlak xәrclәrinin tәqribәn 1/4 hissәsi
istehlak kreditlәri hesabına maliyyәlәşmişdir. Mәcmu tәlәbin
digәr kanalı olan daxili mәnbәlәrdәn maliyyәlәşәn
investisiyaların hәcmindә artım 2006-cı ildә 47,6 faiz olmuşdur.
Dövlәt büdcәsinin artım tempi mәcmu tәlәbin
genişlәnmәsindә vә iqtisadi artımın sürәtlәnmәsindә mühüm
faktor olmuşdur. Belә ki, 2006-ci il әrzindә büdcә xәrclәri
özündәn әvvәlki illә müqayisәdә 88,9 faiz artmış vә bu artımın
42,6 faizi tikinti xәrclәrinin hesabına baş vermişdir. Ötәn ilin
büdcәsindә tikintiyә yönәlәn investisiya xәrclәrinin sürәtlә
artması ölkәdә investisiya fәallığına әhәmiyyәtli tәsir edәn
mühüm amilә çevrilmişdir. Belә ki, ötәn il dövlәt büdcәsi
hesabına maliyyәlәşәn daxili investisiyaların 4.4 dәfә artması
nәticәsindә bu investisiyaların ümumi hәcmdә payı 11 faizdәn
31 faizә yüksәlmişdir. Eyni zamanda dövr әrzindә dövlәt
15
büdcәsinin sosial xәrclәrinin realizasiyası әhalinin pul
gәlirlәrinin artmasında vә fәrdi istehlakın genişlәnmәsindә dә
mühüm rol oynamışdır. Dövlәt xәrclәrinin artımı hesabına
qaynaqlanan yüksәk iqtisadi artım vә işgüzar fәallıq
iqtisadiyyatda kreditә olan tәlәbatı artırmış, artan tәlәbata
uyğun olaraq bank sistemi kredit resurslarının tәklifini
genişlәndirmişdir.
Son illәr әrzindә Azәrbaycan iqtisadiyyatında işgüzar
fәallığın qeyri-әnәnәvi yüksәlişi әsasәn neft gәlirlәrinin sosial-
iqtisadi inkişaf mәqsәdlәri üçün istifadәsinin davam etmәsi,
özәl sektorun vә qeyri-neft sektorunun inkişafına dövlәtin
maliyyә dәstәyinin artırılması vә genişmiqyaslı sosial
proqramların reallaşması nәticәsindә iqtisadiyyatda mәcmu
xәrclәrin (istehlak, invesitisiya vә dövlәt xәrclәri) genişlәnmәsi
ilә әlaqәdar olmuşdur. Bütün bunlar pula tәlәbi әhәmiyyәtli
dәrәcәdә artırmışdır. Nәticәdә M2 aqreqatının artım tempi
Ümumi Daxili Mәhsulun artım tempinin dәfәlәrlә üstәlәmişdir.
Bu prosesi әyani formada izlәmәk üçün aşağıdakı qrafikә
müraciәt edәk.
Dostları ilə paylaş: