Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   2   3   4   5   6   7   8   9   ...   64
KITAB inflyasiya

3 

 

ÖN SÖZ 

 

 

İnflyasiya sәviyyәsinin hesablanmasında alternativ 



metodologiyadan istifadә edilmәsinә  nәinki keçid ölkәlәrindә

hәtta inkişaf etmiş dövlәtlәrdә  dә  cәhd edilib. Belә  cәhdlәr  

Yeni Zelandiyada Mәrkәzi Bankın  İdarә Heyәti sәdrinin 

vәzifәsindәn uzaqlaşdırılması, Polşada isә 

tәdqiqat 

mәrkәzlәrinin prosesә  fәal cәlb edilmәsi ilә  nәticәlәnib. 

Müstәqil Dövlәtlәr Birliyi mәkanında hәlәlik alternativ 

metodologiyanın işlәnmәsi sahәsindә ciddi nailiyyәtlәr  әldә 

olunmasa da, Qırğızıstanda bu istiqamәtdә  dәyәrli tәdqiqatlar 

aparılmışdır. 

Azәrbaycanda ilk dәfә olaraq inflyasiyanın alternativ 

hesablanması ideyası ilә  İqtisadi Tәdqiqatlar Mәrkәzi çıxış 

etmişdir. Mәrkәzin ABŞ Beynәlxalq İnkişaf Agentliyinin maliyyә 

dәstәyi ilә bu istiqamәtdә  hәyata keçirdiyi layihә aktuallığı ilә 

cәmiyyәtin vә hökumәtin diqqәtini cәlb edib.  Yüksәk templi 

iqtisadi artım dövrünü yaşayan Azәrbaycan Respublikası üçün 

inflyasiyanın sәviyyәsinin vә ona tәsir edәn faktorların düzgün 

müәyyәnlәşdirilmәsi, onların tәsirinin dәqiq qiymәtlәndirilmәsi 

mühüm  әhәmiyyәt kәsb edir. Elә buna görә  dә  İqtisadi 

Tәdqiqatlar Mәrkәzinin ekspertlәri  layihәyә  start verәrkәn 

onun aktuallığını  vә zәrurәtini  әsaslandırmaq o qәdәr dә çәtin 

olmadı. 


Azәrbaycanda inflyasiyanın hesablanması sahәsindә 

mövcud olan problemlәr, rәsmi statistika orqanlarının 

inflyasiyanın sәviyyәsi ilә bağlı elan etdiyi göstәricilәr hәlә 

2006-cı ildә  dәfәlәrlә beynәlxalq ekspertlәr tәrәfindәn  şübhә 

altına alınmışdır. Zaman-zaman müstәqil iqtisadçılar bu 

şübhәlәrin әsaslılığını tәsdiq etmiş vә onların bu mövqeyi  KİV 

vasitәsilә ictimaiyyәt arasında  populyarlaşmışdı.  Parlamentdә 

2007-ci ilin proqnoz büdcәsi  әtrafında dinlәmәlәrin keçirildiyi 

әrәfәdә    Vergi  Mәcәllәsindә gözlәnilәn dәyişikliklәrin yaratdığı  

psixoloji effekt, hәmçinin Tarif Şurasının bәzi ener-




4 

 

 



jidaşıyıcılarının qiymәtlәrinin kәskin artırılmasına dair 6 yanvar 

2007-ci il tarixli qәrarının  rәvac verdiyi ajiotaj Azәrbaycanda 

inflyasiya probleminin nә qәdәr aktual vә mübahisәli olduğunu 

bir daha tәsdiq etdi. Son zamanlar yerli ekspertlәr yalnız 

inflyasiya sәviyyәsi barәsindә deyil, hәmçinin  onun tәsiri 

altında istehlakçıların dәyişәn maddi rifahı, yәni onların 

cәmiyyәtdә mövcud olan maddi nemәtlәrdәn bәhrәlәnmә 

sәviyyәsinin dinamikası haqqında da  düşünmәyә  vә fikir 

yürütmәyә başlayıblar. 

İnflyasiyanın dәqiq hesablanmasının  perspektiv 

proqnozların işlәnilmәsi istiqamәtindә 

dә 


әhәmiyyәti 

danılmazdır. Hazırda tәbii resursların hasilatı vә emalı üzәrindә 

qurulan iqtisadiyyatımızın bu resursların tükәnәcәyi dövrlәr 

üçün inkişaf durumunun cari addımlardan asılı olduğunu isә 

heç vaxt unutmamalıyıq. Eyni zamanda ölkәyә daxil olacaq 

külli miqdarda  neft pullarının inflyasiya yaradıcı  tәsirinin 

perspektiv qiymәtlәndirilmәsi dә xüsusi  әhәmiyyәt kәsb edir. 

 Ev  tәsәrrüfatlarının hәyat sәviyyәsindә baş verәcәk 

dәyişikliklәr inflyasiyanın sәviyyәsinin daim diqqәt mәrkәzindә 

saxlanılmasını, ümumiyyәtlә, onun  dәqiq ölçülmәsini tәlәb 

edir. Aydındır ki, hәyat sәviyyәsi aşağı olan әhali istәnilәn ölkә 

üçün “bahalı” islahatların keçirilmәsini  şәrtlәndirir. Belә olan 

halda,  düzgün siyasәtin işlәnilmәsi  әtraflı, dәrin vә adekvat 

tәhlil tәlәb edir. Hәmçinin bu tәhlil tәkcә bir dövlәt orqanı  vә 

tәdqiqatla mәşğul olan tәşkilat tәrәfindәn aparılmamalıdır.  

Mәhz bu problemin hәllinә öz töhfәsini vermәk vә 

inflyasiyanın gerçәk sәviyyәsi  әtrafında  yaranmış mübahisәli 

vәziyyәtә aydınlıq gәtirmәk mәqsәdilә  İqtisadi Tәdqiqatlar 

Mәrkәzi ABŞ Beynәlxalq İnkişaf Agentliyinin maliyyә dәstәyi ilә 

“Azәrbaycanda alternativ inflyasiya metodologiyasının 

işlәnilmәsi” layihәsini  hәyata keçirib. Layihә  çәrçivәsindә (i) 

Azәrbaycanda istifadә olunan İstehlak Qiymәtlәri  İndeksinin 

(İQİ) hesablanma metodologiyası ilә yaxından tanış olmaq vә 

onun çatışmazlıqlarını  aşkar etmәk; (ii)

 

Bu metodologiya ilә 



bağlı mütәrәqqi dünya tәcrübәsi ilә tanış olmaq vә  hәmin 

tәcrübәlәrin Azәrbaycana tәtbiqi imkanlarını qiymәtlәndirmәk; 




 

5 

 

nәhayәt, (iii) Alternativ metodologiyaları  әsas götürmәklә 



Azәrbaycan Respublikasında alternativ qiymәt müşahidәsi 

aparmaq vә sonda ölkә üçün alternativ İQİ hesablamaq 

istiqamәtindә fәaliyyәtlәr hәyata keçirilib. 

 

Layihә çәrçivәsindә aşağıdakı nәticәlәr әldә olunub: 



•  Azәrbaycanda ilk dәfә olaraq Dövlәt Statistika Komitәsinә 

alternativ  şәkildә qiymәtlәrin statistik müşahidәsi 

aparılmış  vә  rәsmi göstәricilәrlә müqayisәyә  gәlәn 

inflyasiya sәviyyәsi hesablanmışdır; 

•  Dövlәt Statistika Komitәsi 2007-ci ildә Azәrbaycanda 

ikirәqәmli inflyasiyanın olduğunu etiraf edib; 

•  Nazirlәr Kabinetinin 2007-ci  ilin 1-ci rübünün vә yarım 

ilin sosial-iqtisadi yekunlarına hәsr olunan müşavirәsindә 

ölkәdә ikirәqәmli inflyasiya problemı prezident tәrәfindәn 

hәlli vacib vәzifә kimi qoyulmuş  vә hökümәtә anti-

inflyasiya tәdbirlәrini güclәndirmәk tapşırığı verilmişdir;  

•  Hәyata keçirilmiş ictimai maariflәndirmә kampaniyaları iş 

adamlarının,  әhalinin inflyasiya vә onun sosial –iqtisadi 

tәsirlәri barәdә  mәlumatlılıq sәviyyәsini artırmış  vә 

rasional gözlәmә imkanlarını genişlәndirmişdir;  

•  Layihә  çәrçivәsindә hazırlanmış  vә aidiyyatı orqanlara 

göndәrilmiş tövsiyәlәr paketinә  bır sıra qurumlardan, o 

cümlәdәn  İqtisadi  İnkişaf,  Әmәk vә  Әhalinin Sosial  

Müdafiәsi nazirliklәrindәn  cavab alınmış  vә    tәqdim 

olunmuş bәzi tövsiyәlәr artıq qәbul edilmişdir;  

•  Alternativ qaydada hesablanmış inflyasiya göstәricisi  

mәtbuatın, tәdqiqatçıların, iş adamlarının, ev 

tәsәrrüfatlarının istinad mәnbәyinә çevrilmişdir. Hәtta  

Londonda nәşr olunan mәşhur “The Economist” 

jurnalının 8 mart 2007-ci il tarixli sayında Britaniyanın 

nüfuzlu araşdırma mәrkәzlәrindәn olan  “Economist 

Intelligence Unit” tәrәfindәn hazırlanaraq dәrc olunmuş 

“Boom and gloom: Azerbaijan's economy, drunk on oil, is 

suffering rapid inflation” adlı mәqalәdә USAİD-in dәstәyi 



6 

 

 



ilә  hәyata keçirilmiş layihәnin yanvar ayı üzrә  İQİ 

nәticәlәrinә istinad  edilib; 

•  Layihәnin nәticәlәrinә istinadların çoxalması onun 

әsasında hesablanmış alternativ inflyasiya göstәricisinin   

nәinki tanınması, eyni zamanda  qәbul edilmәsindә 

әhәmiyyәtli rol oynayıb ki, bu da son illәr hökümәt üçün 

psixoloji baryer olan birrәqәmli inflyasiyadan ikirәqәmli 

inflyasiyaya keçid problemini hәll edib. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin