Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Voltmetrin transformator vasitəsilə dövrəyə qoşulma sxemi



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
elktrik-olcmalari

Voltmetrin transformator vasitəsilə dövrəyə qoşulma sxemi. Gərginliyin yüksək 
həddini ölçmək üçün ölçü transformatoru gərginlik transformatorlarından istifadə olunur. Belə ölçü 
transformatorları yüksək gərginlikli xətlərin gərginliyini ölçməyə imkan verir. Voltmetrin - 
transformator vasitəsilə dövrəyə qoşulma sxemi 2.2.4.-də göstərilmişdir. 


21 
Sxem 2.7 Voltmetrin transformator vasitəsilə dövrəyə qoşulması 
U
1
gərginliyi transformator vasitəsilə azaldılaraq voltmetrin ölçə biləcəyi gərginliyinə U
2
gərginliyinə çevrilir. Tutaq ki, gərginlik transformatorunun birinci tərəf dolağı 6000 V, ikinci tərəf 
dolağının gərginliyi isə 100 V-dur. Onda bu ölçü transformatorunun transformasiya əmsalı 
𝐾 =
6000
100
= 60
olur. Dövrənin gərginliyini təyin etmək üçün voltmetrin göstərişini transformasiya əmsalına vurmaq 
lazımdır. Gərginlik transformatoru praktiki olaraq yüksüz işləmə rejimində işləyir. Ölçü 
transformatorunun ikinci tərəf dolağı ilə birinci tərəf dolağı arasında keyfiyyətli izolyasiyanın olmasına 
baxmayaraq, onun ikinci tərəf dolağını təhlükəsizliyini artırmaq məqsədilə torpaqlayırlar.
Şəkil 2.4 Gərginlik transformatoru 
2.2.2. Tələbələr üçün fəaliyyətlər 

Voltmetrin dövrəyə qoşulma sxemi ilə voltmetrə əlavə müqavimətin qoşulması 
sxemini venn diaqramı vasitəsilə müqayisə edin. 


22 
Sxem 2.8

Müzakirə iş üsulundan istifadə edərək sabit cərəyan elektrik dövrəsinin gərginliyini 
ölçmək üçün istifadə olunan cihazla dəyişən cərəyan elektrik dövrəsinin gərginliyini 
ölçmək üçün istifadə olunan cihazı araşdırın və müzakirə edin. 

Voltmetrin transformator vasitəsilə dövrəyə qoşulma sxemini araşdırın və öyrənin.

BİBÖ iş üsulundan istifadə edərək voltmetrin dövrəyə qoşulma sxemi ilə voltmetrin 
transformator vasitəsilə dövrəyə qoşulma sxemini müqayisə edərək müzakirə edin. 

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin