29
“Tərəfdaşlarımızla münasibətlərimiz”- burada müştərilərlə və əməkdaşlarla qurulan münasibətin
önəmindən danışılır. Müştərilər üçün güvənilir, əməkdaşlıq üçün cəlbedici işyeri olmaq, insan hüquq
və azadıqlarına hörmət əsas gətirilir.
“Səhmdarlarımızla münasibətlərimiz”- Azərcell açıq səhmdar cəmiyyət olduğu üçün daima
cəlbedici sərmaye mənbəyi olmağa çalışır.
“Təchizatçılarımızla, biznes tərəfdaşlarımızla və rəqiblərimizlə münasibətlərimiz”- etibarlı
tərəfdaşlıq, sağlam rəqabət və ümumilikdə düzgün, əlverişli işgüzar münasibətlərin qurulmasından
bəhs edilir.
“Cəmiyyətlə münasibətlərimiz”- cəmiyyətin maddi durumunu nəzərə alan, başqa dildə desək,
texnologiyanın münasib şəkildə satılması ilə cəmiyyətə fayda vermək, eyni zamanda İşimkanları
yaradaraq birbaşa və ya dolayı yolla maddi rifaha çalışmaq kimi nüanslar bu başlıq altında təhlil edilir.
“Ətraf Mühit” – işgüzar fəaliyyətin ekoloji cəhətdən zərərsiz şəkildə həyata keçməsindən danışılır.
Yəni verilən xidmət təbiətə ziyan vermədən təqdim olunmağa çalışılır.
Konkret bir özəl müəssisə üzərində diqqətimizi toplayaraq ümumilikdə xidmət sektorunda
fəaliyyət göstərən özəl müəssisələrin əsas məqsədləri ilə də müəyyən qədər tanış olduq. Gələcəkdə
çalışacağınız müəssisənin etik kodeksini bilmək sizin üçün vacibdir.
2.3.2. Tələbələr üçün fəaliyyətlər
Yeni sözləri yazın, qrupla müzakirə edin;
Tanıdığınız özəl müəssisələrin adını yazın, hansı sahələr üzrə fəaliyyət göstərdiklərini qrupla
müzakirə edin;
Valideyinləriniz və ya tanışlarınızdan (özəl müəssisələrdə çalışan) çalışdıqları şirkət
haqqında məlumat alın və sanki öz işlədiyiniz müəssisəymİşkimi təqdimatını edin;
Çalışmaq işlədiyiniz özəl müəssisəni müəyyən edin və səbəblərini izah edin;
Bir xidmət sahəsi üzrə xəyalən özəl müəssisə seçin və onun etik davranışkodeksini qrupla
yazın.
2.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Dostları ilə paylaş: