Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


 Kariyerada irəliləmədə şəxsiyyət tipləri və kariyera seçimi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

 

Kariyerada irəliləmədə şəxsiyyət tipləri və kariyera seçimi 
 
Kariyerada irəliləmədə hər şəxsin özünün şəxsiyyət tipinə uyğun İşfəaliyyət istiqaməti ayırd 
edilir. Bu mütləq olmamaqla birlikdə, bu tip dəyərləndirmə çox zaman müsbət nəticələr doğurur. İndi 
isə bu əlaqə ilə cədvəl şəkildə tanış olaq: 
Şəxsiyyət tipləri
 
Fəaliyyət istiqamətləri
 
Realistik 
Mexanizmlər və müxtəlif alətlərlə manipulyasiya 
etməyə istiqamətlidir. 
Tədqiqatçı 
Tədqiqatlar aparmağa istiqamətlidir 
Artistik 
Özünü təqdim etmək və emosianal təzahür etməyə 
istiqamətlidir 
Sosial 
Insanlarla qarşılıqlı əlaqələrə istiqamətlidir 
Sahibkar 
Insanlara təsir etməyə istiqamətlidir 
Şərti 
Informasiya və dəlillərlə manipulyasiya etməyə 
istiqamətlidir 
Qrafik 2.1 Şəxsiyyət tipləri və fəaliyyət istiqamətləri
*Manipulyasiya - bir şəxsə, onun istəyi olmadan hətta xəbəri olmadan təsir etmək, onu yönləndirmək, 
idarə etmək. 
Şəxsin kariyerasını seçimi müxtəlif səbəblərlə bağlı ola bilər: 

Ənənəvi iş- yəni nəslin məşğul olduğu bir İşvardır, ya da ata sənəti davam etdirilir. Bölgədə əsas bir 
İşvardır və s. 

Təsadüf- seçim təsadüfən baş vermişdir; hərhansı bir səbəb olduğuna görə yox. 


34 

Borc - peşə seçimi borc hissə ilə edilib, hər hansı bir insan qarşısında missiyanı, borcu yerinə 
yetirmək üçün. 

Məqsədyönlü seçim: seçim məqsədyönlü şəkildə baş verir, hər hansı bir peşəyə maraq göstərilməsi 
ilə.
 

İş həyatında qarşılaşılan 14 problemli insan tipi 
 
Kariyeranızın başlanğıcından sonuna kimi siz insanlara işləyəksiniz. İş həyatınızda bir sıra insan 
tipləri ilə qarşılaşacaqsınız. Hansı ki, bu insan tiplərinin bəziləri problemli (çətin) insan davranışı ilə 
müşahidə olunur. 14 formada onların açılışı və davranış mexanizmi ilə tanİşolaq: 
1.
Lokomotivlər - Bu tip insanlar öz uğursuzluqlarının heyfini başqalarından çıxarırlar. Əsasən əsəbi və 
düşməncə davranırlar. Avtoritar, mərhəmətsiz və diktator kimi davranırlar. Ən çox sevdikləri cümlə: 
«ya mənim istədiyim kimi olacaq, ya da olmayacaq!» 
Əsla qəbul etməyin. Müdirinizə bu tip davranışların işin səmərəliliyinə mənfi təsir göstərdiyini 
söyləyin və özünüzə qarşı necə davranılması lazım olduğunu söyləyin. Lokomotivlərə qarşı inadkar 
olun. 
2.
Mükəmməlliyyətçilər - Əgər hərhansı bir iş mükəmməl deyilsə, xoşagəlməz davranışlar edirlər. 
Onların standartları reallığa uyğun olmur. Başqalarının tərif etdiyi bir İşonlara görə çox aşağı 
səviyyədə ola bilər. Bəzi müdirləri bu davranışda görə bilərsiniz. Onların ən çox sevdiyi söz: «daha 
yaxşı ola bilərdi»-sözüdür. 
3.
Bu tipdə olan insanların sözünü çox da ciddiyə almayın. Onlar əslində öz yetərsizliklərinə görə 
narahatdırlar. Onlarla birlikdə hərhansı bir işi görün ki, həm özlərinə, həm də başqalarına daha real 
hədəflər seçə bilsinlər. 
4.
Hiyləgər mübarizlər - İş yerindəki ən xırda dəyişiklərdən çox narahatlıq duyurlar. Mövcud olanın 
dəyişməsini heç istəmirlər. Lakin hərhansı bir dəyişiklik olduqda da səslərini çıxarmırlar. Səssiz 
şəkildə mübahisə edirlər. Belə ki, dəyişikliyin çox yaxşı olduğunu söyləyirlər, lakin heçbir şəkildə 
həyata keçirməzlər. Köhnə onlar üçün çox daha yaxşıdır. 
5.
Ən yaxşı strategiya dəyişimin içinə onları da daxil etməkdir. Əgər prosesin bir parçasıdırlarsa və 
özləri hərhansı bir dəyişiklik tələb ediblərsə davranışlarında ani bir düzəlmə olur. Bundan başqa, 
dəyişimi mərhələ-mərhələ onlara başa salmalısınız ki, yeni mühitə alışsınlar. 
6.
“Mənim işim deyil”çilər - Bu tipdə olan insanlar etirazlarını bir İşnə qədər sadə olur olsun, əgər işin 
ona aid olmadığını düşünürsə etməyəcəkdir. Özlərini təhlükədə hiss etdikləri üçün narahatdırlar və 
İşyoldaşlarına, müdirinə bunu bu cür əks etdirirlər. 
7.
Əslində onların istədikləri özlərini inkifaş etdirərək, daha yaxşı mövqeyə gəlməkdir. Ancaq 
kariyeralarının açıq olmadığını düşünərək işlərinə qarşı həyəcanlarını itirdikləri üçün mümkün qədər 
az İşetməyə çalışırlar. Təhsil və inkişaf fürsətləri yaratmağa çalışın. 
8.
“Ayaqlı qəzet”- Bu tip öz kədər və narahatlıqlarını ətrafa dedi-qodu yayaraq yansıdırlar. Yayılmasına 
səbəb olduqları və yaratdıqları hekayələrin ortalıqda yayılıb, insanlar tərəfindən maraqla 
qarşılandıqda özlərini vacib hiss edirlər. Ətraflarına olan idarəni itirdiklərini hiss etdikdə, yaydıqları 
dedi-qoduyla həmin gücü geri qazandıqlarına inanırlar. Müdirlər, yeni islahatlar, başqalarının 
maaşları, digər şirkətlərlə edilən müqayisələr, şirkətdə kimin –kiminlə sevgili olduğu və s.kimi 
xəbərləri onlardan eşitmək olur. 
9.
Ən yaxşı həll yolu işçilərə yayılan xəbərlərlə bağlı ən doğru məlumatı verməkdir. Beləliklə heçkim 
«ayaqlı qəzet»lərə fikir verməyəcək. 
10.
Bədbinlər - Bədbinlər dünyanı ləzzətsiz yer olaraq görürlər. Dünyanın dağılmasını gözləyirlər. 
Hərşeydən narazıdırlar, narahatdırlar, nə edirsiz edin, onların fikirlərini dəyişmək olmur. Bu tipdə 
olan insanlar işdən kənar həyatlarında da bucürdürlər. 
11.
Böyük ehtimalla, onun davranışını dəyişdirmək heç də asan olmayacaq. Amma az da olsa, başlanğıc 
üçün mövcüd olan negativ davranışların yerinə bir neçə müsbət vərdişlər qazanmasına kömək edə 
bilərsiz. 


35 
12.
Deyingənlər - Bu tipdə olan insanlar uşaq kimi davranırlar. İşlər onların istədiyi kimi getmirsə, uşaq 
kimi ağlamağa başlayarlar. 
13.
Bu tiplər dəstək görəcəkləri ətrafa sahib olmaq istəyirlər. Biriləri ona mütəmadi olaraq necə yaxşı 
işlər gördüyünü söyləməlidir. 
14.
Qeyri-ciddi - Bu tipdə olan insanlar heçbir işi ciddiyə almırlar, grupda olan yoldaşlarının da işini 
çətinləşdirirlər. İşə verdikləri önəm aşağı olduğundan, işə mümkün olduğu qədər az vaxt ayırırlar 
ki, öz şəxsi işlərinə daha çox vaxt qalsın. Heç bir İşonlar üçün təcili deyil, bütün işlər gözləyə bilərlər. 
15.
Qeyri-ciddi tiplər üçün açıq hədəflər, standartlar və gözləntilər tərtib edilib, özlərinə bildirilməlidir. 
Bundan başqa bunları edib, etmədiklərini də izləmək lazımdır. 
16.
Tənqidçilər - Çox yaradıcı yanaşma etmisiz? İşləri biraz fərqli şəkildə icra edib, yeni tövsiyyələr 
verirsiz? Tənqidçilər mütləq nəyisə bir mız qoyacaqlar. Onların misiyası söylənilən hərşeyə müxalif 
olmaqdır. Nə olursa, olsun öz dediklərinin doğru olduğuna inanırlar. Hara gedirlərsə getsinlər 
özlərinə problem yaradacaq nəsə tapırlar. Sizə heçvaxt müsbət rəy vermirlər, lakin harda bir 
səhviniz varsa, mütləq bildirəcəklər. 
17.
Onlar neqativ rəy söyləsələr də, əslində həlli ilə bağlı heçnə demirlər. Onlardan misal gətirmələrini, 
sübut göstərmələrini istəyin, daha sonra mövzüya niyə müxalif olduqlarını soruşun. Onlara 
fikirlərinin önəmli olduğunu və narahatlığını anladığınızı göstərin. Ən sonra soruşduğunuz suallara 
görə sizi tənqid etmənin çətin olduğunu anlayacaq və sizdən əl çəkəcək. 
18.
Fədakarlar - Onlar ofisin qanayan yarasıdır. İşə tez gəlib, gec gedirlər. İstədiyiniz hər işi edirlər. 
Amma bunu etdikləri üçün özlərinə hirslənirlər, işlərinin çoxluğundan,çətin müdirlərdən, 
müştərilərdən daim şikayət edirlər. Əsas olaraq şəxsi həyatlarında xoşbəxt deyillər və çox işləyərək 
bundan azad olacaqlarını düşünürlər. 
19.
Fədakarlara daima müsbət rəy söyləməli və etdyi işi necə təqdir etdiyinizi söyləməlisiniz. Əsasən 
də İşyoldaşlarının yanında gözəl sözlər söylənməsindən xoşlanırlar. Onlara onları bəyəndiyinizi 
söylədiyiniz emaillər yollamağı unutmamalısınız. 
20.
Özlərini günahlandıranlar - Hərzaman özlərinə hirslənirlər. Səhvi hərzaman öz İşbacarıqlarında, 
görünüşlərində, kariyeralarının inkişafında, sosial-iqtisadi statuslarında, təhsillərində görürlər. 
Praktik işdə əslində çox bacarıqlıdırlar, lakin onlar bunu hiss etmirlər. 
21.
Bu insanların özlərinə olan güvənlərini qazanmaları üçün hərhansi bir strategiya tapmalısınız. 
Mənliklərini hərəkətə gətirəcək təkana ehtiyacları var. Əslində necə yaxşı bir İşçıxardıqlarını 
tapmalı və bunu onlara göstərməlisiniz. 
22.
Başqasını günahlandıranlar - Heçvaxt məsuliyyət ala bilmədikləri üçün, öz xətalarına görə də 
tənqid qəbul edə bilmədiklərindən yükü hər zaman başqalarının boynuna qoyurlar. Başqalarına 
problem yaratdıqlarını görəndə rahatlayırlar. 
23.
Bu tip insanlara səhvlərini bariz nümunələrlə açıqladığınızda davranışından əl çəkəcək. Kəskin 
şəkildə nəyin necə olduğunu izah etsəniz bəhanə axtarmayacaqlar. 
24.
Dəymədüşərlər - Çox həssas insanlardır. Yaxşı ifadə edilməmİşbir cümlə incinmələrinə səbəb 
olacaq.Bu insalara nəsə deməniz lazım gələndə qısa və düz hədəfə yönəlik olmamasına diqqət 
yetirin. Asta-asta mövzüya girin, söhbəti bitirdiyinizdə sizi düz anladığından əmin olun. 
25.
Xırdaçılar - İşhəyatında xırdaçılarla çox tez-tez rastlaşmaq mümkündür. Böyük bir İşicra etmisiz, 
hərkəs bundan razıdır. Lakin onlar nəyisə cüzi bir səhv tapacaqlar. Beyin həmləsi etmək 
istədiyinizdə, hər sözünüzdə məntiq axtaracaq. Detallara yönəlməyi sevirlər. 
26.
Ondan bütün bir layihəni, ya da öhdəliyi qiymətləndirməsini istəyin. Etməsi lazım olan yalnızca 
detallardan uzaqlaşıb, şəkilin bütününə baxa bilməkdir. 


36 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin