33
Davam etdirmə mərhələsi – şəxsin inkişafının sərhədlərinə gələrək gördüyü işə fokuslandığı
mərhələdir. Yəni işçi bir tərəfdən içində olduğu vəziyyətə hakimdir, digər yandan da yaradıcılığını
fərqli yönlərdə inkişaf etdirməyə başlayır. Şəxsin bu mərhələdə ən böyük ehtiyacı hörmətdir.
Kariyerasında yetərli şəkildə irəliləyə bilməyən şəxs bir sıra fiziki və psixoloji narahatlıqlar keçirməyə
başlayır.
Geri çəkilmə mərhələsi – şəxs artıq kariyerasını tamamlamışdır. Peşəkar həyatı boyunca etmək
istədiyi, lakin vaxt ayıra bilmədiyi işlərə yönələrək psixoloji doyum əldə edir. Qısa şəkildə desək, bu
mərhələ şəxs üçün dincəlmə mərhələsidir.
Kariyeranın inkişafında şəxsin kariyera keçidləri əsasən iki formada baş verir:
Planlı keçid – daha üst və ya rəhbər vəzifəyə yüksəlmək üçün işçilər bir neçə ay içində yeni işə təyin
olacaqlarını bilirlərsə və bunun üçün kariyera planı hazırlayıblarsa, bu planlı keçid sayılır. Yəni şəxs
bu dəyişikliyin fərqindədir və bu, ona surpriz olmayacaq. Planlı keçiddə işçinin də istək və
düşüncələri əsas alınır.
Plansız keçid – ölüm, gözlənilməyən istefa, işdən çıxarılma müəssisənin digər müəssisə ilə ani
şəkildə birləşdirilməsi gözlənilmədən işçinin yeni vəzifəyə keçidinə səbəb ola bilər. Bu hadisə işçi
üçün gözlənilməzdir, bu baxımdan o, bu işə hazır ola da bilər, olmaya da bilər. Əgər işçi hələ bu
vəzifəyə hazır deyilsə, stres və gərginliyin yaranmasına səbəb olacaqdır.
Kariyeranın növləri isə aşağıdakı kimidir:
Peşəkar kariyera – seçilmiş peşə üzrə inkişaf, yüksəlmə.
Şirkətdaxili kariyera – işçinin şirkətdə hərəkət trayektoriyasıdır:
Şaquli kariyera – vəzifə yüksəlişi;
Üfüqi kariyera-şirkətdaxili yüksəliş, məsələn eyni iyerarxiyaya aid müxtəlif strukturlarda çalışmaq;
Mərkəzəqaçan kariyera- şirkətin nüvəsinə, şirkətin rəhbərliyinə yönəldilmİşkariyera.
Dostları ilə paylaş: