Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqədar olmayan cisim və hadisə üzərində yönəlməsində ifadə olunur. Diqqətin yayınmasınınşərtləndirən amillər çoxdur. Buraya kənar qıcıqlayıcıların qüvvəsi, oxşarlığı və s. daxildir.
Diqqətin xüsusiyyətlərinin qısa xarakteristikasından aydın olur ki, diqqətin səmərəli fəaliyyəti müxtəlif amillərdən asılıdır. Buraya xarici qıcıqların müxtəlif xarakteri ilə yanaşı insanın daxili vəziyyəti də ciddi təsir göstərir. Bu iki amilin təsiri ilə insanda diqqətlilik və ya diqqətsizlik hətta diqqətin pozulması belə baş verə bilər. diqqətin pozulması dalğınlıqla bağlıdır. Dalğınlıq halında insan bu və ya digər obyekti üzərində cəmləşə bilmir. Gərgin iş günündən sonra yorğunluq
Dərin kədər və ya qayğı ilə əlaqədar insanın öz daxili aləminə çəkilməsi, maraqsız iş yerinə yetirməsi və s. dalğınlıq vəziyyəti törədə bilər. dalğınlığı törədən səbəblərdən biri diqqətin düzgün tərbiyə olunmamasıdır. Belə dalğınlıq fəaliyyət üçün xüsusilə zərərlidir. Şagirdlərdə dalğınlığın bu forması müşahidə edildikdə onlar tapşırıqlarıyerinə yetirərkən diqqətlərini cəmləşdirə bilmirlər. bu da onların təlim fəaliyyətinə mənfi təsir göstərir. Dalğınlığın digər səbəbi1 sinir sisteminin zəifliyidir. Belə uşaqlar tez yorulur və ona görə də dalğın olurlar. Müəllim bu şagirdlərə qayğı ilə yanaşmalı, onlara daim nəzarət etməlidir.
MÖVZU 12. TƏXƏYYÜL VƏ YARADICILIQ
Dostları ilə paylaş: |