DİQQƏTİN XÜSUSİYYƏTLƏRİ
Diqqətin müxtəlif xüsusiyyətləri vardır. Hər bir xüsusiyyət ayrı-ayrı adamlarda özünəməxsus şəkildə təzahür edir. Onlara müxtəlif amillər təsir göstərir. Bundan əlavə insanın öz diqqətini uzun müddət bu və ya digər obyekt üzərində saxlaması da vacibdir. Diqqətin aşağıdakı xüsusiyyətləri vardır: diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, paylanması və keçirilməsi.
Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bu obyekt və ya bir fəaliyyətə yönəldir. Başqalarından uzaqlaşır. Yalnız bir obyektə yönəlmiş diqqət mərkəzləşmiş diqqət hesab olunur. Diqqətin mərkəzləşməsi hər hansı bir fəaliyyətə, işə, obyektə dərin və fəal maraqla bağlıdır. Biz müəyyən bir obyekt, bir fəaliyyət üzərində diqqətimizi nə qədər qüvvətli mərkəzləşdirsək, onu daha aydın dərk edirik və fəaliyyəti müvəffəqiyyətlə icra edərik.
Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir. Diqqətin böyük həcmə malik olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir. Diqqətin həcmi sabit deyil, müxtəlif şərtlərdən asılı olaraq, artıb və ya azala bilər.diqqətin həcmi obyektlərin düzülüşündən, formasından, rəngindən və s. asılıdır. Obyektlər müəyyən qayda ilə düzüldükdə diqqətin həcmi çoxalır, qarışıq şəkildə olduqda isə azalır. Diqqətin həcmi diqqətin gərginlik dərəcəsini xarakterizə etməyə imkan verir. Gərgin diqqət zamanı obyekt həddindən artıq aydınlıqla dərk olunduğu halda, ətraf cisim və hadisələr demək olar ki sezilmir. Bunu qaranlıq gecədə cib fənərinin saldığı işığa bənzətmək olar. Cisimlərin qruplaşdırmaqla diqqətin həcmini artırmaq olar.
Dostları ilə paylaş: |