1.Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri. Qüvvətli səs, güclü işıq, kəskin iy diqqəti cəlb edir. Onların təsiri bilavasitə qıcıqlayıcının mütləq qüvvəsindən deyil, nisbi qüvvəsindən asılıdır. İki qıcıqlayıcıdan hansı daha qüvvətlidirsə, diqqəti də məhz o cəlb edəcəkdir. Əgər qıcıqlayıcıların qüvvəsi bərabərdirsə, onda diqqət gah bu, gah da başqa qıcıqlayıcıya yönəlir.
2.Qıcıqlayıcının yeniliyi, qeyri adiliyi, kontrastlığı. Yeni əyani vəsait, yeni maşın modeli, sinifdə yeni şagirdin olması və s. qeyri-ixtiyarı surətdə diqqəti cəlb edir. Məlumdur ki, ətraf aləmdə baş verən yeniliklər dərhal bələdləşmə refleksi əmələ gətirir. Adam həmin yeni hadisənin nədən ibarət olduğunu bilməyə can atır.
Dostları ilə paylaş: |