Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə37/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   33   34   35   36   37   38   39   40   ...   80
psixologiya

Sözlü məntiqi hafizə fikirlərin, anlayışların, yadda saxlanması, hifz edilməsi və yadasalınmasından ibarətdir. Fikirlər, mülahizələr dil materiallarında maddiləşir, odur ki, bu hafizə məntiqi deyil, sözlü-məntiqi hafizə adlanır. Sözlü-məntiqi hafizə yalnız insanlara məxsusdur. Həmin hafizənin köməyi ilə ya materialın əsas mənasının ifadəsini, ya da onun hərfən söz və ifadələrini yada sala bilirik. Bəzən sözlər olduğu kimi yadda saxlanıla bilər, onun mənasını bilmədikdə, hafizə sözlü-məntiqi deyil, mexaniki səciyyə daşıyacaqdır. Müəyyən fikirlərin yadda saxlanması və sonradan bərpa edilməsi insanın nirqinin inkişaf səviyyəsindən asılıdır. Nitq inkişaf etdikcə, fikri dəqiq surətdə yadda saxlamaq və öz sözləri ilə məzmunu çatdırmaq bir o qədər çətin olur. Mənnanın yadda saxlanması materialın ümumi və mühüm cəhətlərini əks etdirmək, ikinci dərəcəli cəhətlərdən uzaqlaşmaqla bağlıdır. Materialın mühüm cəhətini ayırmaq isə onu dərindən anlamaqla, başa düşmək sayəsində mümkün olur. Deməli, materialın mənasını yadda saxlamaq və yada salmaq təfəkkür prosesi ilə əlaqədardır, insanın əqli inkişaf və bilik səviyyəsindən asılıdır.

Hafizənin qeyri-ixtiyarı və ixtiyarı növləri yaddasaxlama və yadasalmanın məqsəd və üsullarından, onuniradi surətdə tənzim edilməsindən asılı olaraq fərqləndirilir. Əgər bu və ya digər materialın yadda saxlanması, xatırlanması üçün qarşıya xüsusi məqsəd qoyulmursa və onlar sanki öz-özünə, müəyyən yol və vasitələrdən istifadə etmədən, heç bir iradi cəhd göstərmədən yadda qalırsa, bu qeyri-ixtiyarı hafizə adlanır. Lakin nəzərə almaq lazımdır ki, bu halda heç də insan lazım olan bütün materialı yadda qalmır. Əgər insan qarşıya xüsusi yaddasaxlama məqsədi qoyur və lazım olan materialı yadda saxlamaq üçün iradi səy göstərir, xüsusi üsul və qaydalardan istifadə edirsə, hafizə ixtiyarı səciyyə daşıyır.

Deməli, ixtiyarı hafizə insanın şüurlu fəaliyyətinin həm nəticəsi, həm də səbəbidir. Belə dialektik vəhdət ixtiyarı hafizənin inkişafını şərtləndirən başlıca amildir.

Qisa müddətli hafizədə bilavasitə qavradığımız cisim və hadisələri müəyyən müddət ərzində görməkdə, eşitməkdə və s. davam edirik. Isa müddətli hafizə çox az müddət davam edən prosesdir.

Uzunmüddətli hafizə isə qavranılan materialın uzun müddət və möhkəm yadda saxlanması ilə xarakterizə olunur. Yəni biliklərin, eləcə də bacarıq və vərdişlərin, informasiyaların uzun müddət hifz edilməsi uzunmüddətli hafizənin əsas məzmununu təşkil edir. Bunlar elə biliklərdir ki, onlar yalnəz indiki an üçün deyil, ümumən uzun müddət üçün insana lazım olur.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin