Mövzuya aid test üsulları:
1.Həssaslıq nəyə deyilir? 2.Adaptasiya nədir?
A.duyma qabiliyyətinə deyilir. A.həssaslığın pozulması, qarışması.
B.duyğu növünə deyilir. B.həssaslığın dəyişməsi uyğunlaşması
C.qavrayış prosesinə deyilir C.həssaslığın dağılması, yayılması
D.hafizə prosesinə deyilir D.həssaslığın azalması, tükənməsi
E.təfəkkür prosesinə deyilir E.həssaslığın daralması, sıxılması
MÖVZU 8. HAFİZƏ HAQQINDA ANLAYIŞ
İnsanın idrak fəaliyyətində hafizənin rolu böyükdür. Hafizə insan təcrübəsinin bünövrəsini təşkil edir. Keçmiş təcrübənin qavranılıb hifz edilməsi sayəsində insanın psixi həyat məzmununu daha dolğun edir. Rus fizioloqu İ.M.Seçenov insanın psixi həyatında hafizənin əhəmiyyətini qeyd edərək onu “psixi həyatın əsas şərti”, “psixi inkişafın güşə daşı” hesab edirdi. O, göstərirdi ki, hafizə bütün psixi inkişafın təməlini təşkil edən qüvvədir. Əgər bu qüvvə olmasa idi, hər bir real duyğu özündən sonra iz buraxmadığı üçün milyonuncu dəfə təkrar edildikdə belə, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı. K.D.Uşinski göstərirdi ki, hafizə təfəkkürə əsaslanmalı və eyni zamanda təfəkkürü inkişaf etdirməlidir. Hafizənin gərəkli biliklərlə nə qədər zəngin olarsa, fikirlərimiz də düzgün və məzmunlu olar. Biz fikirləşərkən hafizəmizin materialına əsaslanırıq. Bilik ağlı zənginləşdirir. K.D.Uşinski yazırdı ki, “İnsanın hafizəsi ilə rəftar etməyi bacarmayaraq, biz özümüzə təsəlli vermək üçün deyirik ki, tərbiyənin işi ağlı biliklərlə doldurmaq deyil, inkişaf etdirməkdir. Lakin psixologiya bu təsəllinin yalanını ifşa edir və göstərir ki, ağlın özü, yaxşı təşkil olunmuş biliklər sistemindən başqa bir şey deyildir. Biliklər ciddi sistemdə dərindən dərk edilərək sıx əlaqədə mənimsənilməli, hafizədə möhkəmləndirilməlidir. “Pərakəndə, əlaqəsiz biliklərlə dolu olan baş, -hər şeyi qaydasız şəkildə tökülmüş anbara oxşayır ki, burada anbar sahibinin özü heç bir şeyi tapa bilmir, biliksiz, ancaq sistemlər toplanmış olan baş-boş qəfəslərinin üstündə yalnız yazıları olan dükana bənzər”. Hafizə bir sıra mürəkkəb psixi əməliyyatlarla bağlıdır. Onlara fəal surətdə yiyələlənməklə insan özünə lazım olan faydalı informasiyanı əldə etmək, şüurunda saxlamaq və yeri gəldikdə, yada salmaq prosesini ifadə edir. Bu mənada hafizə keçmiş təcrübə izlərinin nəqşləndirilməsi, yadda saxlanması və yada salınmasından ibarətdir. Bu əməliyyat insana imkan verir ki, müəyyən qıcıqlayıcının təsiri kəsildikdən sonra belə, qalmış izlərə iş görsün , zəruri informasiyaları toplaya bilsin. Hafizə hadisəsi emosional aləmə, qavrayış sahəsinə aid ola bilər. Bu hərəki proseslərin, intellektual təcrübənin möhkəmləndirilməsini də əhatə edir. Bununla da hafizə insanın fəaliyyətinə nüfuz edir və onu şərtləndirir. Hafizənin dörd əsas prosesi: yaddasaxlama, hifzetmə, yadasalma və tanıma ayırd edilir. Bunların hamısı fəaliyyətdə təşəkkül tapır və onunla təyin edilir. Əmək fəaliyyəti insanın fərdi təcrübəsini, həm də ictimai təcrübədən mənimsəmiş olduğu bilik və bacarıqlar sistemini səfərbər etməyi, xatırlamağı zəruri edir. Müəyyən materialı yaddasaxlama həyat və fəaliyyət prosesində toplanan fərdi təcrübə ilə bağlıdır. Yadda saxlanılan materialların gələcək fəaliyyətdə istifadə olunması yadasalma və ya xatırlama tələb edir. Müəyyən materialın uzun müddət fəaliyyətlə əlaqəsinin kəsilməsi unutma ilə nəticələnir. İnsanın öz “mən”inin tamlığını, özünü aləmə müəyyən münasibəti, davamlı maraqları, motivləri tələbatları olanbir şəxsiyyət kimi dərk etməsi hafizəsi mümkün deyildir, hafizəsini müəyyən xəstəliklər nəticəsində itirmiş adamlar öz kimliyini , təyin edə bilmir. Hər bir şəxsin hafizəsi onun keçdiyi həyat yolunun, keçmiş təcrübəsinin inikasıdır. Belə bir inikas prosesi olmasaydı insan əbədi olaraq yenicə anadan olmuş uşaq vəziyyətində qalardı.
HAFİZƏNİN HÖVLƏRİ
Hafizənin obyektinə görə növləri; surət, hiss, hərəkət, sözlü-məntiqi hafizə növləri fərqləndirilir. Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir. Cimin sensor səviyyədə inikası görmə, eşitmə, lamisə və s. vasitəsilə olduğundan surət hafizəsinin də məzmununu görmə, eşitmə, lamisə və s. təsəvvürləri təşkil edir. Surət hafizəsinin təşəkkülü və təzahür xüsusiyyətləri müxtəlifdir. Onun nisbətən bəsit və ilkin forması ardıcıl surətləridir. Bunlar həm görmə, həm də eşitmə sahəsində təzahür edir. Ardıcıl surətlər qısamüddətli sensor hafizənin ən sadə formasıdır. Surət hafizəsinin bir hal kimi əyani (eydetik) surətləri qeyd etmək olarEydetizm cismin hiss üzvünə bilavasitə təsiri kəsildikdən sonra onun əyani surətinin parlaq və aydın halda bərpa edilməsidir. Eydetik hafizəyə malik olan şəxs cismin bilavasitə təsiri kəsildikdən sonra belə, az və ya çox müddət, sanki onu görməkdə davam edir. Eydetik surətlər ardıcıl surətlərdən fərqlənir. Ardıcıl surətlər tez itib gedir və onları bərpa etmək mümkün deyilsə, eydetik surətlər, əksinə, uzun müddət davam edir və onları yenidən bərpa etmək mümklündür. Mexanizm etibarilə də bu surətlər fərqlənir. Aedıcıl surətlər analizatorların xarici səthində gözün torlu qışasında yaranan izlərlə bağlıdırsa, eydetik surətlər analizatorun beyin nahiyəsinin fəaliyyətilə əlaqədardır. Surət hafizəsinin daha mürəkkəb növü təsəvvür surətləridir. Bunlar keçmiş qavrayış materialları əsasında əmələ gəlir.Təsəvvür surətləri varlığın hissi-əyani inikasıdır.
Hərəki hafizə, müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanması, hifz olunması və yadasalınmasıdır.hərəki hafizə, bütün adamlarda vardır, lakin ayrı-ayrı şəxslərdə müxtəlif şəkildə və intensivlikdə təzahür edir. Idmançılarda, balet ustalarında hərəki hafizə peşə fəaliyyətini müvəffəqiyyətlə icra etmək üçün vacibdir. Hərəki hafizə praktik və əmək vərdişlərinin təşəkkülü üçün çox əhəmiyyətlidir. Hərəki hafizə bütün adamlarda vardır, lakin ayrı-ayrı şəxslərdə müxtəlif şəkildə və intensivlikdə təzahür edir.Hafizənin bu növü digər növlərə nisbətən tez inkişaf edir.
Dostları ilə paylaş: |