Müvazinət duyğusu. Bu cür duyğular bədənin fəzadakı vəziyyətini əks etdirir. O, bədənin hərəkət istiqamətini, hərəkətlərin əlaqələndirilməsini təmin edir. Məsələn, paraşütlə tullanarkə, suda üzərkən, təyyarədə uçarkən, bu duyğular mühüm rol oynayır. Müvazinət duyğusu bədənin digər üzvləri ilə sıx əlaqədardır. Kəskin qıcıqlandırıcılar nəticəsində müvazinətin pozulması baş verir. Lakin sistemli məşq nəticəsində bədən üzvləri bu vəziyyətə alışır.
Hərəkət duyğuları. Bu cür duyğular bədənin vəziyyətini və ya hərəkətini əks etdirir. Hərəkət duyğularının reseptorları əzələlərdə, oynaqlarda, vətərlərdə yerləşir. Hərəkət duyğuları ətraf üzvlərin vəziyyətini, hərəkətini, əzələlərin gərilmə dərəcəsini əks etdirir.