Qeyri ixtiyarı diqqət-heç bir xüsusi məqsədlə niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə deyilir. Qeyri-ixtiyarı diqqət heyvanlarda da vardır. Çünki o cisim və hadisələrin bilavasitə təsiri nəticəsində əmələ gəlir. Bu halda qıcıqlayıcının xassələrindən asılı olaraq diqqət müəyyən obyektlərə yönələ bilər.
Qeyri-ixtiyarı diqqət zamanı insanın psixi fəaliyyəti ətraf cisim və hadisələrdən asılı olaraq onlara yönəlir. Buna görə, qeyri-ixtiyarı diqqət adamın hazırlığı olmadan, qıcıqlandırıcının bilavasitə təsirilə əmələ gəlir, yalnız qıcıqlandırıcı təsir etdiyi müddətdə mövcud olur. Onun gərginliyi qıcıqlandırıcının qüvvəsindən asılıdır.
Qeyri-ixtiyarı diqqət cisim və hadisələrin bilavasitə təsirindən asılı olsa da, onu heç də ətrafda baş verən hər bir hadisə, hər bir qıcıqlandırıcı əmələ gətirmir. Qeyri-ixtiyarı diqqətin əmələ gəlməsi üçün təsir edən qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdır.