göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı
olmayan “Cəfəri” adlı radikal dini qrup yaradaraq ona rəhbərlik etmişdir. Qrupun
üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparmış, həmçinin belə ifrat çağırışları,
eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və
dindarlar arasında paylanılmasını təşkil etmişlər. “Cəfəri” adlı radikal dini qrup
tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə www.İslam-Azeri.az internet
saytı yaradılmış və ona rəhbərlik Ramin Bayramova həvalə olunmuşdur.
Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və hər üç şəxs barəsində birgə
istintaq aparılsa da, onların məhkəmələri avqustun 12-də yayılmış məlumata əksi
olaraq ayrı-ayrılıqda keçirilmiş, rayon məhkəmələrinin qərarları ilə Ramin Bayramov
və Arif Qəniyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişlər (Ramin
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
72
Bayramov Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınmışdı, o da,
Arif Qəniyev də azadlıqdadır), cənab Süleymanovun işinə isə Ağır Cinayətlər üzrə
Məhkəmədə baxılmışdır. Məhkəmə prosesi 2012-ci ilin avqustunda başlanmışdır,
cənab Süleymanovun barəsində həbs qətimkan tədbiri barədə sonuncu qərar Səbayel
rayon Məhkəməsi tərəfindən 06 aprel 2012-ci ildə çıxarılıb və bu qərarda qeyd edilib
ki, həbs müddəti 11 may 2012-ci ilə qədər artırılıb, bu faktdan aşkar şəkildə görünür
ki, cənab Süleymanov 3 ay müddətində (2012-ci ilin mayından məhkəmənin başladığı
2012-ci ilin avqust ayına qədər) qanunsuz şəkildə, yəni məhkəmə qərarı olmadan
həbsdə saxlanılıb.
Cənab Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2012-ci il tarixli
qərarı ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun 23 yanvar 2013-cü il
tarixli qərarı ilə bu hökm qüvvədə saxlanılmışdır.
Məhkəmə istintaqı zamanı cənab Süleymanovun üzərindən və evindən tapıldığı iddia
edilən narkotik maddənin ona məxsusluğu, üzərindən tapılan narkotik maddənin satış
məqsədi olmadan, lakin evindən tapılan narkotik maddənin satış məqsədilə
saxlanması ilə bağlı gəlinən nəticənin səbəbləri aşkar olunmayıb. Bundan əlavə
ekspert rəsmi şəkildə cənab Süleymanovun narkotik maddə istifadəçisi olmadığı və
bundan əziyyət çəkmədiyi ilə bağlı rəy vermişdir. Məhkəmə yalnız Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının, həmçinin ziddiyyətli ifadələr vermiş və
məsələnin mahiyyətindən xəbərsiz olan hal şahidlərinə inanmış, əlavə araşdırmalarda
maraqlı olmamışdır. Cənab Süleymanova qarşı irəli sürülmüş ittihamlardan biri
həbsindən 8 ay əvvəl, yəni 10 dekabr 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında dinc
şəkildə keçirilmiş orta məktəblərdə hicab qadağasına qarşı aksiya ilə bağlıdır. Həmin
aksiya nəticəsində polis onlarla inanclı şəxsi həbs etsə də, onların çoxu sonradan
sərbəst buraxılmış, bir neçə nəfər isə inzibati qaydada həbs edilmişdir, başqa sözlə
desək, heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu aksiyaya görə cənab
Süleymanovun ittiham edilməsi onun həm məhz fəallığına görə təqib edildiyini, həm
də ona qarşı ittihamın saxta olduğunu sübut edir. Cənab Süleymanovun qarşı irəli
sürülmüş zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə milli, sosial, dini nifrət
və düşmənçilik salma ittihamı onun həbsindən 9 ay qabaq, yəni 2010-cu ilin
noyabrında keçirilmiş dini məclisdəki çıxışı ilə bağlıdır. Cənab Süleymanov həmin
çıxışında məscidlərin sökülməsini və orta məktəblərdə hicab qadağasını sərt tənqid
etmiş, buna qarşı etiraz aksiyalarının keçirilməsinin zəruriliyini vurğulamışdır, bu
çıxış məclisdə iştirak edən şəxslər tərəfindən videoya çəkilmiş və sonradan sosial
şəbəkələrdə yayılmışdır. İstintaq aksiya etməyə çağırışı zor tətbiqinə çağırış kimi
qiymətləndirmiş, dövlət qurumu tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi
qəbul etmişdir.
MTN və Baş Prokurorluğun 12 avqust 2011-ci il tarixli birgə məlumatında qeyd
edilən məsələlər, xüsusən cinayətkar qrupun yaradılması, bu qrupun İrandan
təlimatlar alması, Ramin Bayramovun baş redaktoru olduğu saytın fəaliyyəti və s.
kimi məsələlərə nə istintaq zamanı, nə də məhkəmədə toxunulmamışdır ki, bu fakt da
cənab Süleymanovun siyasi sifarişlə tələsik həbs edildiyini göstərir (bu məlumat
hazırda da MTN-nin rəsmi veb-səhifəsində qalıb
26
).
Cənab Süleymanov ilkin olaraq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülsə də, o,
dərhal “karser”ə salınmış və Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi cənab
Süleymanovun burada daxili nizam-intizam qaydalarını pozması ilə bağlı təqdimatlar
26
http://bit.ly/1hiq3vA
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
73
hazırlamışdır. Məhz bu təqdimatlar əsasında Qaradağ rayon Məhkəməsinin hakimi
Fuad Həsənov 24 aprel 2013-cü il tarixdə (cənab Süleymanov cəzaçəkmə
müəssisəsinə köçürüləndən 1 ay sonra) ruhaninin 6 ay müddətinə ağır saxlanma
şəraiti olan Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul etmişdir.
Qərardan verilən apellyasiya və kassasiya şikayətləri nəticəsində cənab Süleymanov
Qobustana köçürülməsə də, o, 2014-cü ilin yanvarında cəzasının qalan hissəsini
çəkmək üçün ciddi rejimli 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür.
g. “Nurçular”ın işi
1086 saylı cinayət işi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi
tərəfindən aparılıb. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Məmmədov
İsmayıl İsax oğlu və Hacıyev Eldəniz Balamət oğlu 2014-cü ilin 12 aprel tarixində
həbs edilmiş və 14 aprel tarixində onlar barəsində 2 ay müddətinə həbs qətimkan
tədbiri seçilmişdir. Digər təqsirləndirilən şəxs Səbzəliyev Rəvan Həkim oğlu
barəsində isə 23 may tarixində 2 ay müddətinə həbs qətimkan tədbiri
seçilmişdir. Sonradan hər 3 təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 2 ay
uzadılmışdır.
İşin materiallarında göstərilir ki, Bakı şəhəri Yasamal rayonunun bir neçə sakini
polisə müraciət edərək, qonşuluqdakı həyət evində müxtəlif vaxtlarda yığışan dini
qurumun üzvlərinin onların sakit yaşayışına, normal gediş-gəlişinə və rahatlığına
mane olan hərəkətlər etməsindən şikayət etmişlər. Elə həmin günü, yəni 2 aprel 2014-
cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər
Nazirliyi həmin ünvanda birgə əməliyyat keçirmiş, orada ibadət etmək və kitab
oxumaqla məşğul olan 40-dan çox şəxsi saxlamışdır. İttihama görə, bununla həmin 3
şəxs dini ayinlərin icrası adı altında digər şəxslərin hüquqlarını pozmuş və bu
hərəkətlərinə 2 nəfər yetkinlik yaşına çatmayan şəxsi də cəlb etmişlər. Qonşuların
məzmunca eyni olan şiakyətinin eyni gündə yazılması, şikayətə iki nazirliyin operativ
və sərt reaksiya verməsi bu hadisənin hüquq-mühafizə orqanları tərəfindən
qabaqcadan hazırlanması və nəyin bahasına olursa olsun dindar şəxslərin həbsinə
yönəlmiş əməliyyat olmasını nümayiş etdirir. Halbuki bu qrupun əsas qayəsi heç bir
siyasi məqsəd güdmədən dinc surətdə islam dininin sünni məzhəbindən olan islam
alimi Səid Nursinin kitablarına əsaslanan, “Nurçu” adlandırılan cərəyanının təbliğatı
olub. Təbliğatın dinc xarakterli olmasına, ittiham olunan şəxslərin hər hansı zorakı
əməl həyata keçirməsi və Azərbaycan Respublikası qanunlarına zidd hərəkətlər
etməsi ilə bağlı nəinki sübutların, hətta ehtimalların belə mövcud
olmadığına baxmayaraq, bu iş üzrə təqsirləndirilən şəxslər haqqında ilk gündən həbs
qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslərə istinad olunan AR CM –nin
168.2-ci maddəsində cərimə və ya ən ağır cəza kimi 3 ilədək azadlıqdan məhrumetmə
sanksiyaları nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərin dərhal həbs edilməsi,
cinayət işinin materiallarında təqsirləndirilənlərin təqsirləndirilməsi üçün kifayət
qədər əsasların olmamasına məhkəmənin heç bir məhəl qoymaması bu iş üzrə adı
keçən şəxslərin dini inanclarına görə məsuliyyətə cəlb olunduğunu deməyə əsas verir.
Bu şəxslərdən tapılmış islam alimi Səid Nursinin külliyyatının - ədəbiyyatın rəsmi
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
74
dini ekspertizası bu iş üzrə təqsirləndirilən şəxslərin oxuduğu və yaydığı kitabların
qanuna zidd məzmunda olmadığını müəyyən etmişdir.
Sonradan 2014-cü ilin sentyabr ayında hər üç təqsirləndirilən şəxs barəsəində seçilmiş
həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.
Eyni vaxtada 2014-cü ilin aprel ayında Göyçay rayonunda da Səid Nursi
tərəfdarlarına cinayət təqibi başlanmış, onların Göyçay şəhəridə yığışdığı məznildə
baxış və götürmə istintaq hərəkəti keçirlmiş, 2 nəfər şəxs Şahin Həsənov və
Məmmədov Zəkəriyyə İsax oğlu təqsirləndirlən şəxs qismində cəlb edilmiş, ancaq
onların barəsində həbs qətimkan tədbiri seçilməmiş, polisin nəzarəti altına verilmişlər.
Bakının Yasamal rayon Məhkəməsində 2014-cü ilin aprelində saxlanılmış ilahiyyatçı
Səid Nursinin ardıcıllarının (nurçuların) işi üzrə məhkəmə prosesi 2014-cü ilin
oktybar ayının sonlarında başlanmış, bu il oktyabrın 7-də isə başa çatmışdır (Hakim
Aqşin Əfəndiyev).
Eldəniz Hacıyev, İsmayıl Məmmədov, Şahin Həsənov və Zəkəriyyə Məmmədovə
qarşı AR Cinayət Məcəlləsinin 167-2.2.1 (Müvafiq razılıq olmadan dini
təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları,
mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə,
satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymaqabaqcadan əlbir olan
bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 168.1 (Dini məzhəbləri
yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai
asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı
olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən
edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik
etmə və ya belə qrupda iştirak etmə) və 168.2-ci (yetkinlik yaşına çatmamış şəxslərin
cəlb edilməsi ilə Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd
etmə) maddələri ilə, Rəvan Səbzəliyev isə yalnız AR CM-nin 168.2-ci maddəsi ilə
təqsirli bilinmişdir.
Sentyabrın 23-də prokuror İ.Məmmədovu 7, E.Hacıyev, Ş.Həsənov və
Z.Məmmədovu 6,5, R.Səbzəliyevi 4 il müddətinə azadlıqdan məhrum etməyi təklif
edib.
Vəkil Yalçın İmanovun sözlərinə görə, oktyabrın 7-də Yasamal rayon Məhkəməsi
ittiham olunanları tam günahkar sayıb. Onların hamısı məhkəmə zalında azadlıqdan
məhrum edilib. Vəkil bildirib ki, həbs edilənlərin hər hansı təqsiri sübuta yetirilməyib.
“Onlar sadəcə evə yığışıb “Risaleyi Nur” kitabını oxuyub, müzakirələr aparıb. Onlar
hən hansı dini ayin belə icra etməyiblər, hər hansı şəxsin hüquqlarına qəsd etməyiblər,
məhkəmə baxışısında onlara irəli sürülmüş ittihamlar öz təsdiqni tapmayıb”.
Vəkil hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Konstitusiyasının 47-ci
(fikir və söz azadlığı), 48-ci (vicdan azadlığı), 49-cu (toplaşmaq azadlığı)
maddələrində zəmanət verilmiş hüquqları pozulub.“Təqsirləndirilən şəxslər siyasi
konyunkturanın qurbanlarıdır. Həbs edilənlər kllassik nurçuluğun ardıcıllarıdır.
Amma Türkiyə və Azərbaycanda tərəfdarları təqibə məruz qoyulan Fətullah Gülənlə
heç bir əlaqələri yoxdur”.
70. Məmmədov İsmayıl İsax oğlu
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
75
Saxlanma tarixi: həbs qətimkan tədbiri 14 aprel 2014-cü ildə seçilib
İttiham: CM-nin 167-2.2.1, 168.1 və 168.2-ci maddələri.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası.
İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Məmmədov İsmayıl İsax oğlunun
sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda
günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd
etməkdə günahlandırıldığı görünür. Onun və bu iş üzrə təqsirləndirilən digər
şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video
materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət
təşkil edən məzmun aşkarlamayıb.
Bununla belə Məmmədov İsmayıl İsax oğlu və digərləri azadlıqdan məhrum edilib.
İsmayıl Məmmədov vərəmdən əziyyət çəkir. Vəkili onun sağlamlığı üçün uyğun
şəraitdə saxlanmadığını deyir.
İsmayıl Məmmədov 7 oktyabr 2015-ci il tarixdə Yasamal rayon Məhkəməsinin
hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
71. Səbzəliyev Rəvan Hakim oğlu
Saxlanma tarixi: həbs qətimkan tədbiri 23 may 2014-cü ildə seçilib
İttiham: CM-nin 168.2-ci maddəsi.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Səbzəliyev Rəvan Həkim oğlunun
yektinlik yaşına çatmayanları cəlb etməklə dini ayinlərin icrası adı altında
vətəndaşların hüquqlarına qəsd etdiyi deyilir. İş üzrə 4 nəfər zərəçəkmiş şəxs Rəvan
Səbzəliyevi tanımadığını məhkəmə baxışında verdikləri ifadələrində bildiriblər.
7 oktyabr 2015-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Rəvan
Səbzəliyev 1 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
72. Hacıyev Eldəniz Balamət oğlu
Saxlanma tarixi: həbs qətimkan tədbiri 14 aprel 2014-cü ildə seçilib
İttiham: CM-nin 167-2.2.1, və 168.2-ci maddələri.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
İş üzrə qısa arayış: Eldəniz Hacıyev Səid Nursinin kitablarının tədris olunduğu
dərsxananı təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından Hacıyev Eldəniz
Balamət oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini
təbliğat aparmaqda günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların
hüquqlarına qəsd etməkdə günahlandırıldığı görünür. Onun və bu iş üzrə
təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan
ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
76
Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. İş üzrə
zərəçəkmiş şəxslər Eldəniz hacıyevin onların hər hansı hüquqlarını pozmadığını
bildiriblər.
Bununla belə Eldəniz Hacıyev həbsdə saxlanmaqda davam edir.
O, 7 oktyabr 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay
müddətinə azadlıqdan məhrum olunub.
73. Həsənov Şahin Muxtar oğlu
Saxlanma tarixi: istintaq dövründə həbs olunmayıb, polisin nəzarətinə verilib.
İttiham: CM-nin 167-2.2.1, 168.1-ci maddələri.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası.
İş üzrə qısa arayış: Həsənov Şahin Səid Nursinin kitablarının tədris olunduğu
dərsxananı təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından Həsənov Şahin
Muxtar oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini
təbliğat aparmaqda günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların
hüquqlarına qəsd etməkdə günahlandırıldığı görünür. Onun və bu iş üzrə
təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan
ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza
Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. Eyni zamanda
zərəçəkmiş 2 şəxs Şahin Həsənovun onların hər hansı hüquqlarına qəsd etmədiyini
məhkəmədə verdiklərini ifadələrində göstəriblər.
Bununla belə Həsənov Şahin həbsdə saxlanmaqda davam edir.
O, 7 oktyabr 2015-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə 5 il
müddətinə azadlıqdan məhrum olunub.
74. Məmmədov Zəkəriyya İsax oğlu
Saxlanma tarixi: istintaq dövrümdə həbs olunmayıb, polisin nəzarətinə verilib.
İttiham: CM-nin 167-2.2.1, 168.1-ci maddələri.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
İş üzrə qısa arayış: Məmmədov Zəkəriyya İsax oğlu Səid Nursinin kitablarının tədris
olunduğu
dərsxananı
təşkil
edənlərdən
biridir.
Cinayət
işinin
materiallarından. Məmmədov Zəkəriyyə İsax oğlunun sadəcə dini dərslər təşkil
etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda və dini ayinlərin icrası adı
altında vətəndaşların hüquqlarına qəsd etməkdə günahlandırıldığı görünür. Onun
və bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə
olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza
Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. Eyni zamanda
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
77
məhkəmədə verdikləri ifadələrində 2 zərərçəkmiş şəxs Z.Məmmədovun onların hər
hansı hüquqlarına qəsd etmədiyini bildiriblər.
Bununla belə Məmmədov Zəkəriyya həbsdə saxlanmaqda davam edir.
O, 7 oktyabr 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 5 il
müddətinə azadlıqdan məhrum olunub.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
78
F. Ömürlüklər
a. Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin işi
Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1987-ci ildə Rövşən Cavadov və qardaşı
Mahir Cavadov tərəfindən yaradılan Təkamül partiyasının əsasında qurulub. 1988-ci
ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlanan separatçı hadisələr və
nəticədə 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması nəticəsində müstəqillik
qazanmış Azərbaycan və Ermənistan arasında başlayan müharibəyə görə Rövşən
Cavadov Təkamül Partiyasının hərbi birləşməyə çevrilməsi barədə təlimat vermişdir.
Münaqişə zamanı ilkin döyüşlərdən sonra cənab Cavadov polkovnik rütbəsi almış və
onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD adını almışdır. 1991-ci ildə müharibədə
göstərdikləri qəhrəmanlığa görə bir sıra XTPD-çilər Milli Qəhrəman adı almışlar.
Cənab Cavadov 1993-cü ildə hakimiyyətə gəlməsində misilsiz rol oynamış keçmiş
prezident Heydər Əliyev (hazırkı Prezident İlham Əliyevin atası) tərəfindən daxili
işlər nazirinin müavini təyin edilmiş, XTPD isə nazirliyin tərkibində saxlanılmışdır.
Siyahıda adı olan Elçin Əmiraslanov XTPD-nin Qazax bölməsinin komandiri təyin
edilib. Bununla belə, bir müddətdən sonra cənab Cavadovla cənab Heydər Əliyev
arasında ciddi fikir ayrılıqları yaranmış və bu getdikcə dərinləşməyə başlamışdır.
1995-ci ilin yanvarında Elçin Əmiraslanov və Qazax XTPD-çiləri rayonun Şıxlı
kəndindən Ermənistan ərazisinə neft keçirilməsinin qarşısını almış, 22 sisterni Qazax
rayon Polis Şöbəsinə təhvil vermiş və bununla bağlı cənab Əmiraslanov dövlət
televiziyasında çıxış edərək neft keçirmək istəyən şəxslərin tutulmamasına görə
tənqidi fikirlər səsləndirmişdir. Məhz bundan sonra XTPD-çilərlə Heydər Əliyev
arasında ziddiyyətlər açıq mübarizə xəttinə keçmişdir, 1995-ci il matın 13-də XTPD-
nin Qazax bölməsinə hücum olmuş və qanlı döyüş baş vermişdir. Martın 14-də daxili
işlər naziri Ramil Usubov (hazırda da bu vəzifəni daşıyır) XTPD-nin buraxılması və 3
gün ərzində silahların təhvil verilməsi barədə əmr imzalamışdır. Bununla belə martın
16-dan 17-ə keçən gecə XTPD-nin Bakıdakı qərargahı ətrafında XTPD-çilərlə daxili
qoşunlar arasında silahlı toqquşma baş vermiş, nəticədə XTPD-nin rəisi cənab
Cavadov aldığı yaralar nəticəsində Daxili İşlər Nazirliyinin hospitalında dünyasını
dəyişmişdir.
Bundan sonra ölkə boyu XTPD üzvlərinin həbsi həyata keçirilmişdir. Həbs edilən və
sonradan azadlıqdan məhrum edilən çoxsaylı XTPD-çilərə qarşı qiyam ittihamı ilə
yanaşı müxtəlif illərdə törədilmiş səs-küylü qətllərin törədilməsi ittihamları da irəli
sürülmüşdür. Azadlıqdan məhrum edilmiş XTPD-çilər ya həbsxanalarda dünyalarını
dəyişmiş, ya da sonrakı illərdə siyasi və ya ehtimal edilən siyasi məhbuslar qismində
bir qayda olaraq əfv vasitəsilə azadlığa buraxılmışlar. Sonuncu dəfə əfv fərmanı ilə
XTPD üzvü olmuş Şəmsi Abdullayev 2012-ci ilin dekabrında azadlığa buraxılmışdır.
Bununla belə, bir neçə XTPD-çi hələ də həbsdə saxlanılırlar.
Məhbusların üzərinə qoyulmuş əsas ittihama əsasən, Elçin Əmiraslanovun tapşırığı
ilə Səfa Poladov və Arif Kazımov Qazax rayonunda yerləşən “Akasiya” restoranında
Qazax rayon Polis Şöbəsinin rəisini və Qazax-Ağstafa rayonları üzrə MTN idarəsinin
rəisini öldürmüşlər. Hər 3 məhbus vətənə xəyanət maddəsi ilə təqsirli bilinərək ölüm
cəzasına məhkum edilsələr də, bu ittihamın mahiyyəti nə istintaq tərəfindən, nə də
məhkəmə tərəfindən sübut edilməmişdir. Daha sonra cənab Əmiraslanov Xüsusi
Dostları ilə paylaş: |