qanuna və demokratiyaya hörmət ifadə edir və bu qeydlərə görə onu ittiham etmək
əsassız və qərəzlidir.
Hüquqşünas Xalid Bağırov hadisədən dərhal sonra qeyd edib ki, Qəhrəmanlı siyasi
məhbus sayılmalıdır.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
40
Fuad Qəhrəmanlıdan daha öncə AXCP-nin daha 9 üzvü siyasi motivlə həbs edilib.
Fuad Qəhrəmanlı özü isə həbsindən öncə hədələndiyini mətbuata bildirmişdi.
26. Məmməd İbrahim Əziz oğlu
Saxlanma tarixi: 30 sentyabr 2015-ci il.
İttiham: Öncə CM-nin 221.1-ci maddəsi (xuliqanlıq) daha sonra CM-nin 221.2.2-ci
maddəsi (Xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya
ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər
şəxsə müqavimət göstərməklə törədildikdə)
Saxlandığı yer: Şüvəlan İstintaq Təcridxanası.
İş üzrə qısa arayış: Məmməd İbrahim müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (AXCP) sədirinin müşaviridir. Eyni zamanda o facebook sosial
şəbəkəsində aktiv olub, hakimiyyəti tənqid edib. M.İbrahim sentyabrın 30-da
Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 221.1-ci
maddəsi (xuliqanlıq) üzrə şübhəli şəxs kimi saxlanılıb. Oktyabrın 1-də bu maddə üzrə
ona ittiham irəli sürülüb. Oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsi onu barəsində
2 ay həbs qətimakan tədbiri seçib.
M.İbrahimin cinayət məsuliyyətinə cəlb olunmasına AXCP sədrinin keçmiş müavini
Razi Nurullayevlə birlikdə partiyanı tərk etmiş Mikayıl Kamil oğlu Quliyevin şikayəti
səbəb olub. Belə ki, sentyabrın 29-da M.İbrahim və M.Quliyev arasında münaqişə
olduğu və sonuncunun köynəyinin cırıldığı iddia olunur.
AXCP hesab edir ki, partiyanın gözdən salınması və zəiflədilməsi məqsədilə
M.İbrahimə qarşı təxribat törədilib.
10 noyabr 2015-ci il tarixdə Şüvəlandakı 3 saylı istintaq təcridxanasında M.İbrahimə
qarşı yeni ittiham elan olunub. Belə ki, ona qarşı CM-nnin 221.2.2-ci (vəzifəsini
yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət
nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni
ittiham irəli sürülüb. Buna qədər M.İbrahim Razi Nurullayevin dəstəsindəki Mikayıl
Quliyevi döyməkdə ittiham olunurdusa, sonra daha iki nəfər ortaya çıxıb. Oruc
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
41
Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, M.İbrahimlə
M.Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma M.İbrahim
onlara qarşı da fiziki zorakılıq edib, ictimai qaydanı pozub. Adları çəkilən şəxslər
M.İbrahimlə üzləşdirilərkən AXCP sədrinin müşaviri onları ümumiyyətlə
tanımadığını, ilk dəfədir gördüyünü bildirib. M. İbrahimin vəkili Yalçın İmanovun
sözlərinə görə, yeni ittiham elan olunarkən M.İbrahim onun saxta olduğunu bildirib
və bu barədə qeydlərini protokolda da yazıb. Vəkil özü də hesab edir ki, yeni ittiham
M.İbrahimin həbsdə saxlanılmasına qanuni don geyindirmək və ona veriləcək cəzanın
müddətini artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, əvvəl M.İbrahim CM-nin yalnız 221.1-ci (xuliqanlıq) maddəsilə
təqsirləndirilirdi. Bu maddədə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
cəzası nəzərdə tutulub. CM-nin 221.2.2-ci maddəsində isə iki ilədək islah işləri və ya
beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
“Cinayət Məcəlləsinin 221.1-ci maddəsindəki əməl böyük ictimai təhlükə törətməyən
cinayət sayılır və maksimum bir ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Başa düşürlər ki, Məmməd İbrahimi bu maddə ilə həbsdə saxlaya bilməzlər. Ona görə
də bu yeni ittihamı irəli sürdülər. Amma açıq-aşkar görünür ki, bu ittiham saxtadır”, –
deyə Yalçın İmanov bildirib.
27. Yusifov Asif Qəmbər oğlu
Saxlanma tarixi: 25.12.2014-cü il.
İttiham : CM-nin 178. (Dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma)
maddələri.
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, partiyanın
Rəyasət Heyətinin üzvü, Qarabağ əlilidir.
Həbs olunan gün A.Yusifov AXCP-nin Nərimanov şöbəsinin sədri Hacı Abbaslının
avtomobili ilə birlikdə ofisə gedib, qayıdarkən sürücü yolda siqaret almaq üçün
mağazaya gedib və ordan qayıdanda görüb ki, A. Yusifov avtomobildə yoxdur.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
42
Sonradan məlum olub ki, A.Yusifov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov
rayon Məhkəməsinin qərarı ilə Asif Yusifli barəsində 4 aylıq həbs qətimkan tədbiri
seçilib.
DİN yaydığı məlumatda bildirir ki, Asif Yusifov vətəndaş Fəridə Zülfüqarovanın 7
min 700 manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
A.Yusifov müharibə əlil olmasına və avtomobil qəzasında ağır xəsarətlər almasına
baxmayaraq kütləvi aksiyalarda fəal iştirak edib. A.Yusifov, onun vəkili və AXCP
onun həbsini siyasi motivli sayır.
İşçi Qrupu apardığı araşdırmalara görə, A.Yusivofun həbsinin əsl səbəbi DİN-in
yaydığı məlumatda göstərilən məsələ ilə bağlı deyil, siyasi fəaliyyət ilə bağlıdır.
31 iyul 2015-ci il tarixdə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, vəkil Asif
Yusiflinin məhkəməsi başa çatıb. Məhkəmə onun barəsində 7 il 6 ay həbs qərarı
çıxarıb.
28. Xudabaxşıyev Qadir Nadir oğlu.
Saxlanma tarixi: 11 fevral 2015-ci ildə
İttiham: 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı
(yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı
maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya
gəzdirmə) maddəsi.
Saxlandığı yer: Salyan rayonundakı (Xələc) 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 28 yanvar 1972-ci ildə Ağdam şəhərində anadan olub, Ağdamın
işğalından sonra qaçqın kimi Mingəçevirdə məskunlaşıb. II qrup Qarabağ müharibəsi
əlilidir. Həbs olunana kimi yaşadığı ünvan: Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi,
ev, B103. 11 fevral 2015-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının
birgə əməliyyatı nəticəsində Mingəçevirdə Vaqif küçəsindəki 17 saylı ünvanda
yerləşən kafedə həbs olunub, guya üzərinə baxış keçirilərkən ondan “TT” markalı
tapança və güllə sandıqçası tapılıb. Amma İşçi Qrup apardığı araşdırmaya uyğun
olaraq hesab edir ki, Q. Xudabaxışova qarşı irəli sürülən ittiham əsassızdır və siyasi
sifarışlıdır.
O, həbsindən öncə dəfələrlə siyasi fəaliyyətinə görə, Mingəçevir Polis İdarəsinə
çağırılıb, xəbərdarlıq olunub. Qadir Xudabaxşıyevdə heç bir tapança və güllə
olmayıb.
1991-ci ildən AXCP üzvüdür. İşsizdir. Ailəlidir, 3 məktəb yaşlı - 10, 13 və 15 yaşlı
qızı var, həyat yoldaşı Gülxanım Həsənova II qrup əlildir.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
43
14 oktyabr 2015-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsində hakim Hüseyn
Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror ona 3 il istəyib, hakim
1,5 il azadlıqdan məhrum etmək haqda hökm çıxardıb.
29. Abdullayev Elvin Rəşadət oğlu.
Saxlanma tarixi : 08 yanvar 2015-ci il.
İttiham: Cinayət Məcəlləsinin 234.3 və 234.4 (narkotik maddələrin qanunsuz
dövriyyəsi) maddəsi
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış: Bakı Dövlət Universitetinin tələbəsidir (2-ci ali təhsilidir),
yanvarın 8-də universitetdə imtahan verib. O, evə telefon edərək imtahan suallarına
yaxşı cavab verdyini bildirib və bir qədər sonra özünün Facebook profilində həbs
olunduğunu yazıb. Lakin gəncin doğmalarına onun saxlandığı yer barədə 2 gün rəsmi
məlumat verilməyib.
Elvin Abdullayev 2 gün ərzində Nərimanov rayon polis təcridxanasında saxlanılıb.
Gənc fəalın anası Zülfiyyə xanım da oğlunun AXCP üzvü olduğuna, sosial
şəbəkələrdəki aktivliyinə görə şərlənərək həbs olunduğuna şübhə etmir: "Oğlum
cəbhəçidir, "facebook" fəalıdır. Elvin şərlənib və onun həbsi sifarişlidir, əvvəlcədən
hazırlanıb. "
Yanvarın 10-da Elvin Abdullayev barəsində Xətai rayon Məhkəməsi 4 aylıq həbs
qətimkan tədbiri seçib.
1 iyun 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Fikrət Qəribovun
sədrliyi ilə keçirilən prosesdə Elvin Abdullayev 6 il müddətinə azadlıqdan məhrum
edilib.
30. Bağırzadə Zeynalabdin Bağır oğlu
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
44
Saxlanma tarixi: 17 noyabr 2015-ci.
İttiham: CM-nın 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət
göstərmə və ya zor tətbiq etmə)
Saxlandığı yer: Kəngərli rayonunun Böyükdüz kənd ərazisindəki müvvəqqəti
saxlama təcridxanasında.
İş üzrə qısa arayış: Noyabrın 14-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 5
nəfər yerli işçisi Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm kənd sakini,
müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zeynalabdin
Bağırzadə yaşadığı ünvana gedərək, onun həyat yoldaşına sosial sığırta haqqı ödəməli
olduqlarını deyiblər. Həyat yoldaşı cavab verib ki, Z. Bağırzadə evdə yoxdur, gələndə
özünə deyərlər. Bu zaman DSMF işçiləri Z.Bağırzadənin həyat yoldaşına qonşusunun
yanında təhqir ediblər. Sonra bundan xəbər tutan Z.Bağırzadə həmin işçilərlər
görüşərək, niyə belə etdiklərinə cavab istəyib. Lakin onun həyat yoldaşını təhqir edən
DSMF-nın işçiləri Z.Bağırzadənin özünə qarşı da eyni hərəkəti edib. Z.Bağırzadə elə
həm gün Babək rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Onunla yanaşı
onu təhqir edən adam da prokurorluğa şikayət edib. Noyabrın 16-da isə Z.Bağırzadə
prokurorluğa çağırılıb. Onun ərizəsinin qəbulundan imtina edilib, özü isə axşama
qədər prokurorluqda saxlanılıb. Prokurorluqda ona işgəncə verilib və barəsində
şübhəli şəxs kimi saxlanma qərarı çıxarılıb.
Noyabrın 18-də Babək Rayon Məhkəməsinin sədri Səxavət Bəylərlinin sədrliyi ilə
keçirilən məhkəmə iclasında Z.Bağırzadə barəsində vəzifəli şəxsə müqavimət ittihamı
(CM-in 315.1 maddəsi) ilə 3 ay həbs-qətimkan tədbiri seçilib.
Z.Bağırzadənin qardaşı, AXCP regional təşkilatının rəhbəri Yaşar Bağırsoy bildirib
ki, DSMF-nun nümayəndələrindən Z.Bağırzadənin evinə gələnlərdən birinin adı Faiq
İsmayılovdur. Z.Bağırzadəni döyənlərdən biri də odur. Qardaşı qeyd edib ki,
Z.Bağırzadə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Xüsusən, onun malik
olduğu torpaq sahəsi becərilmir, çünki kəndə su verilmir.
Yaşar Bağırsoy deyib ki, qardaşının məhkəməsi onlardan xəbərsiz, faktiki gizli
keçirilib. O, hesab edir ki, buna səbəb Z.Bağırzadənin bədənində işgəncə izlərinin
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
45
qalması ola bilər. Yəni istəməyiblər ki, ailə üzvləri Z.Bağırzadənin işgəncə verilmiş
vəziyyətini görsünlər. Bundan başqa, Zeynalabdinin təhqir edildiyi və döyüldüyünə
şahid olanlar nə dindirilib, nə də onların ifadəsi alınıb.
31. Mahmudov Nazim Əzim oğlu
Saxlanma tarixi: 15 noyabr 2015-ci.
İttiham: CM-nın 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət
göstərmə və ya zor tətbiq etmə)
Saxlandığı yer: Kəngərli rayonunun Böyükdüz kənd ərazisindəki müvvəqqəti
saxlama təcridxanasında.
İş üzrə qısa arayış: Müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(AXCP) fəalı Nazim Mahmudov noyabrın 15-də Sədərək Rayon Polis Şöbəsinin
əməkdaşları tərəfindən saxlanılıb. Yaxınlarının dediyinə görə, o, üç gün Naxçıvan
Daxili İşlər Nazirliyinin zirzəmisində saxlanılıb və işgəncəyə məruz qalıb.
Noyabrın 20-də Sədərək Rayon Polis Şöbəsinə gətirilən Nazim Mahmudova qarşı
Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ittiham elan olunub, həmin gün Sədərək
rayon Məhkəməsinin hakimi (sədr) Zülüqar Əhmədovun sədrliyi ilə keçirilən
məhkəmə iclasında onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy hesab edir ki, Nazim Mahmudovun
həbsi siyasi sifarişdir və onların fəallığı ilə əlaqədardır: “Elə ittiham verilən maddə də
hər şeyi göstərir”.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
46
E. İnanclı fəallar
a. Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi
Cənab Dadaşbəyli Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və
istehsalın idarə olunması” ixtisası üzrə təhsil alıb. 1992-1998-ci illərdə Azərbaycan
Dövlət Neft Şirkətində çalışıb. 1998-ci ildən “Azəri EM-AY Drillinq Flyuids”
Azərbaycan-ABŞ birgə müəssisəsində material-texniki təchizat üzrə koordinator
vəzifəsində çalışıb. Kanada hökuməti mütəxəssis fəaliyyəti ilə əlaqədar olaraq ona
daimi yaşayış haqqında pasport təqdim etmişdir. Evlidir, 2 azyaşlı uşağı var.
13-18 yanvar 2007-ci il tarixlərində “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər
həbs edilib. Bir müddət sonra həbs edilənlərin bəziləri Milli Təhlükəsizlik
Nazirliyinin təcridxanasında saxlanılan 11 nəfərin əleyhinə izahat vermək şərti ilə
azadlığa buraxılıb. Həbslərin ilkin mərhələsindən etibarən ciddi qanun pozuntularına
yol verilib. İttiham olunanların mənzillərində axtarış aparılması barədə məhkəmə
qərarları olmadan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları güc tətbiq edərək
mənzillərə daxil olub. Həbs edilənlərin valideynləri və qohumlarının etirazlarına
baxmayaraq, MTN əməkdaşları nümayişkaranə şəkildə həbsi əsaslandırmaq üçün
silah və lazım olan digər "maddi sübut"ları mənzillərə qoyublar. Baş verən hərəkətlər
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin kobud şəkildə
pozulmasıdır. Bununla yanaşı, həbsin ilk günlərində saxlanılanlara vəkilləri ilə əlaqə
yaratmaq imkanı verilməyib.
İstintaqın ilk yeddi ayı ərzində ittiham olunanlardan heç biri məhkəmə önünə
çıxarılmayıb. Onların istintaq dövründə həbs edilmələri barədə məhkəmə qərarları
qəbul edilməyib və həbslər qanuni şəkildə rəsmiləşdirilməyib. İttiham olunan şəxslər
həbsdən 8 ay sonra 17 sentyabr 2007-ci il tarixində Ağır Cinayətlərə Dair
Məhkəməyə gətirilib. Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər - 13 yanvar
2007-ci il tarixindən 11 dekabr 2007-ci il tarixinədək Milli Təhlükəsizlik Nazirliyinin
təcridxanasında tək adamlıq kameralarda saxlanılıblar. Onlar mütəmadi olaraq
döyülüb, yatmaqdan, yeməkdən və sudan məhrum ediliblər. Eyni zamanda həbs
edilənlərə psixotrop maddələr verilib. Həbs edilənləri istintaqa lazım olan etiraf
izahatları verməyəcəkləri təqdirdə azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə
hədələyiblər.
2007-ci ilin mart ayında vəhşicəsinə edilən işgəncə zamanı Emin Məmmədov adlı
məhbus dünyasını dəyişib. Emin Məmmədovun ölümünün səbəbləri barədə tibbi
arayış var. Bir neçə ay ərzində Emin Məmmədovun ölümü valideynlərindən və
ictimaiyyətdən gizlədilib. Onun ailəsi hüquq müdafiəçilərinə Emin Məmmədovun
ölümü ilə bağlı müraciət edəcəkləri, ictimaiyyət qarşısında öldürülmüş şəxsin taleyi
ilə bağlı məsələ qaldıracaqları təqdirdə yeni repressiyalara məruz qalacaqları ilə
hədələnib. Vəkilin məhbus E. Məmmədovun saxlandığı yer barədə verdiyi sorğusuna
cavab verən MTN bildirilib ki, bu adam haqqında heç bir məlumata malik deyillər
və E. Məmmədov MTN-də heç bir zaman olmayıb. MTN təcridxanasında işgəncələrə
məruz qalaraq həyatını itirən E. Məmmədov məhkəmə prosesləri zamanı
xatırlanmayıb. E. Məmmədov məhkəmə və ictimaiyyət üçün izsiz olaraq yoxa çıxıb.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
47
Məhkəmə prosesləri qapalı keçirilib və həbs edilənlərin ailə üzvləri proseslərə
buraxılmayıb. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 200-cü
maddəsinə əsasən dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədilə məhkəmə
prosesləri qapalı keçirilə bilər. Lakin cinayət işində dövlət sirri barədə hər hansı bir
qeyd yoxdur və CPM-nin 200-cü maddəsinə istinad edilərək məhkəmə proseslərinin
qapalı keçirilməsi əsaslandırılmayıb. Bu cinayət işi üzrə məhkəmə proseslərinin
qapalı keçirilməsi qanuna zidd idi. Məhkəmə prosesi zamanı ittiham edilənlər, onlara
qarşı irəli sürülən ittihamları qəbul etməyiblər. Eyni zamanda həbs müddətində
işgəncələrə və digər qanuna zidd hərəkətlərə məruz qaldıqlarını bəyan ediblər.
Məhkəmə prosesi zamanı məlum olub ki, terror təşkilatı yaratmaqda
günahlandırılanların əksəriyyəti həbsə qədər bir-birlərini tanımayıblar. Eyni zamanda
irəli sürülən ittihamların heç birini məhkəmə zamanı sübuta yetirmək mümkün
olmayıb. Məhkəmə prosesi ittiham tərəfinin istəyinə uyğun şəkildə yekunlaşıb.
32. Ağayev Fərid Nadir oğlu
Saxlanma tarixi: 15 yanvar 2007-ci il
İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə
yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə);
218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci
(Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ
keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi
33. Dadaşbəyli Səid Ələkbər oğlu
Saxlanma tarixi: 15 yanvar 2007-ci il
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
48
İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə
yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə);
204.3.1 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta,
yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və
ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 204.3.2 (satış məqsədi ilə saxta
pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan
qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, külli miqdarda
törədildikdə), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə
cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların
tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə
ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə
mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin
birliyini yaratma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla),
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma
və ya gəzdirmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq
atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan
ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna
olmaqla), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya
saxlama), 274 (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi
toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq
Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən
Dostları ilə paylaş: |