yaradan bu kampaniya hakimiyyət tərəfindən qəzəblə qarşılanmışdı. Rəsul Cəfərov
həmin kampaniyanın təşkilatçılarından biri idi və sonradan onu “Art for Democracy”
adı ilə davam etdirirdi. Onun “Art for Democracy” çərçivəsində təşkil etdiyi
tədbirlərə qadağa qoyulmuşdu. Bakıdakı xarici mehmanxanalar da hakimiyyətin
təzyiqi ilə bu tədbirlərə verdiyi yerdən sonradan imtina etmişdilər. Rəsul Cəfərov
eyni zamanda 2012-ci ildə Azərbaycanda keçirilən BMT-nin İnternet İdarəçiliyi
Forumu ərəfəsində Azərbaycanda internet azadlığının real durumunu beynəlxalq
diqqətə çatdırmaq üçün başladılan “Onlayn İfadə Təşəbbüsü” kampaniyasının
koordinatoru olub və hazırlanmış geniş hesabatın müəlliflərindən biridir.
Rəsul Cəfərov son illərdə Azərbaycanda insan haqlarının ağır durumu ilə bağlı
beynəlxalq miqyasda ən fəal iş aparan hüquq müdafiəçilərindən biri idi. Sərt
tənqidləri və hesabatları ilə beynəlxalq təşkilatların tribunalarından çıxış edirdi.
Azərbaycanda siyasi məhbus problemi ilə çox ciddi şəkildə məşğul olmağa başlayan
Cəfərov siyasi məhbusların dolğun və əsaslı siyahısını tərtib etməyə başlamışdı. 24
iyun 2014-cü ildə Rəsul Cəfərov siyasi məhbus siyahısını AŞ PA-nın sessiyasında
təqdim etdi. Bundan sonra isə Cəfərov ondan bir neçə gün öncə həbs həbs edilən
tanınmış hüquq müdafiəçisi Leyla Yunusla birlikdə siyasi məhbusların vahid siyahını
tərtib etməyə başlamışdılar. Bu işdə prinsipal mövqedə duran hüquq müdafiəçiləri və
təşkilatlar da iştirak edirdi. Bu sahədə vahid siyahının və mövqeyin olması ona görə
lazım idi ki, hakimiyyət beynəlxalq ictimaiyyəti çaşdıra bilməsin və özünə yaxın
hüquq müdafiəçiləri vasitəsi ilə siyasi məhbus problemini arxa plana keçirə bilməsin.
Bu siyahı AŞ PA-nın yeni təyin etdiyi "Azərbaycanda insan haqları" üzrə məruzəçi
Pedro Agramunta təqdim ediləcəkdi. Vahid siyahı üzrə razılıq əldə olunduğundan bir
neçə gün sonra Leyla Yunus, ardınca isə Rəsul Cəfərov həbs edildi. Həbsindən öncə
ona qarşı hər hansı ittiham irəli sürülmədiyi halda qanunsuz olaraq ona ölkədən
çıxmaq qadağan edilmişdi, bank hesablarına həbs qoyulmuşdu.
Rəsul Cəfərov ona qarşı sürülən ittihamları qəbul etmir və hüquq müdafiə
fəaliyyətinə görə həbs edildiyini bildirir.
Cəfərovun həbsi əsassız və onun barəsində həbs qətimkan tədbir seçilməsi isə xüsusi
qərəzlidir. Onun həbsi hakimiyyətə yönələn tənqidləri ilə, insan haqlarının ağır
durumu ilə bağlı çıxışları ilə, xüsusən də siyasi məhbus problemini qaldırması və bu
sahədə prinsipal mövqe sərgiləməsi ilə bağlıdır.
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Rəsul Cəfərovun həbsini siyasi sifarişli
adlandırıblar. Beynəlxalq Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan
edib.
2015-ci ilin aprel ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul
Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
26
31 iyul 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun
sədrliyi ilə keçirilin prosesdə Rəsul Cəfərovla bağlı hökm qismən dəyişib, onun cəzası
3 ay azaldıb.
17. Əliyev İntiqam Kamil oğlu
Saxlanma tarixi: 8 avqust 2014-cü il
İttiham: Cinayət Məcəlləsinin 192.2.2-ci(qanunsuz sahibkarlıq külli miqdarda gəlir
əldə etməklə törədildikdə), 213.1-ci Xeyli miqdarda vergiləri və ya məcburi dövlət
sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2-ci 308.2-ci (Vəzifə
səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və ya seçkinin
(referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış:
"Hüquq Maarifçiliyi Cəmiyyəti" ictimai birliyinin rəhbəri, tanınan hüquq müdafiəçisi
İntiqam Kamil oğlu Əliyev 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti və hüquq
müdafiəçiliyi ilə məşğul olur. O, hüquqşünas kimi Avropa İnsan Hüquqları
Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub. Yerli
universitetlərdə mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan
hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib. Bir sıra
beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan
hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir. 2013-
cü il martın 4-də o, «People in Need» insan haqları təşkilatının mükafatına layiq
görülüb.
Əliyev özü, vəkilləri və hüquq müdafiəçiləri ona qarşı irəli sürülmüş ittihamları qəbul
etmirlər, siyasi motivi sayırlar və hesab edirlər ki, onun həbsi hüquq
müdafiəçiliyi fəaliyyəti ilə bağlıdır. Əliyev 2010-cu il Parlament seçkiləri ilə bağlı
Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərmiş, hazırda həmin şikayətlər üzrə
hökumətlə kommunikasiya gedir. Əliyevin həbsi həmin seçki işləri üzrə Azərbaycana
qarşı Avropa Məhkəməsi tərəfindən qərar çıxarılmasının qarşısını almağa xidmət
edir. Onun rəhbəri olduğu "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin ofisində axtarış
aparılarkən həmi seçkin işlərinə dair bütün sənədlər (vəkil dosyesi) istintaq orqanı
tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülmüşdür.
Bu isə, o deməkdir ki, Əliyevi fiziki olaraq cəmiyyətdən təcrid etməklə, onun Avropa
Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə
maneçilik törədilməsi ilə kifayətlənməyib, seçki işlərinin dosyeləri götürülməklə
həmin işlərin kommunikasiyasının "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin başqa
əməkdaşları və ya şikayətçilərin özləri tərəfinən davam etdirilməsinin qarşısı
alınıbdır. Avropa Məhkəməsinin prosedur qaydaları baxımından bu halda seçki
işlərini şikayətçinin işin nəticəsinə marağının itməsinə görə siyahıdan çıxarılması
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
27
mümkündür. Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyi,
eyni zamanda mülkiyyət hüququnun pozuntusuna, ifadə azadlığı və sərbəst toplaşmaq
hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çoxsaylı şikayətlər
göndərilib. Həmin şkayətlərlə bağlı dosyelər də istintaq orqanı tərəfndən qanunsuz
olaraq götürülüb. Bundan əlavə, nəzərə almaq lazımdır ki, indiyədək Avropa
Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarların əksəriyyəti Əliyevin
vəkillik etdiyi işlər üzrə, yəni onun tərəfindən göndərilmiş şikayətlər əsasında
çıxarılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Əliyevin həbsinin başlıca səbəbi
onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə, xüsusən də 2010-
cu il Parlament seçkilərinin nəticələrinə dair göndərilmiş şikayətlər üzrə Azərbaycana
qarşı qərarlar çıxmasının qarşısını almaq, başqa sözlə, hüquq müdafiəçisi Əliyevin
Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir.
Əliyev Avropa Şurası Parlament Assambleyasının 2014-cü ilin yay
sessiyasında keçirilən iclasda çıxış edərək Azərbaycan hakimiyyətinin insan haqları
ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil
qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta
ittihamlarla şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan,
vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. söhbət açmışdir.
Bu mənada onun həbsi həm də ifadə azadlığını pozuntusudur.
Həm "Hüquq Maarifçiliyi Cəmiyyəti" dövlət qeydiyyatına alınıbdır, həm də İntiqam
Əliyev özü fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınıbdır. Onun fəaliyyəti
qanunsuz sahibkarlıq sayıla bilməz. Həbsindən bir ay öncə onun ofisində vergi
yoxlaması aparılmış və yoxlama nəticəsində hər hansı bir qanun pozuntusu aşkar
edilməmişdir. Deməli vergidən yayınmayıb. Yaxud İntiqam müəllimin hansı vəzifə
səlahiyyətini aşması aydın deyil və bütün bu ittihamlar əsassızdır.
8 avqust 2014-cü il tarixdə Əliyevin barəsində Nəsimi rayon Məhkəməsininn qərarı
ilə üç aylıq həbs-qətimkan tədbiri seçilib. Onun səhhətində ciddi problemlər də var.
2015-ci ilin aprel ayının 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim
Sadıqovun çıxardığı hökmlə İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı
Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
İntiqam Əliyevin məhkəmə prosesində məhkəmə onun və vəkillərinin vəsatətlərinin
çoxunu təmin etməyib, ədalətli məhkəmə çəkişmə prinsipinə şərait yaradılmayıb.
İ.Əliyev və vəkilləri ittihamları rədd edirlər, ittihamın və hökmün siyasi sifariş
olduğunu bildirirlər.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
28
18. Xasməmmədov Taleh Vidadi oğlu.
Saxlanma tarixi: 24 fevral 2015-ci il
İttiham: CM-in 221.2-ci maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə)
Saxlandığı yer: 17 saylı Cəza Çəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Həbs olunana kimi T.Xasməmmədov Göyçay şəhərində yaşayır,
bölgədə hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. Yerli icra strukturlarının
korrupsiya və digər qanunsuzluq əməllərini tənqid edib və bu haqda materialları
mediaya ötürüb.
Həbs olunan gün o, Göyçay bazarının yaxınlığında , səhər saatlarında mebel salonuna
daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb, sonra yerə
yıxılaraq qışqırmağa başlayıb və özünü huşsuzluğa vurub. Bu zaman yaxındakı
polislər Talehi həbs ediblər. Göyçay rayon Məhkəməsində T. Xasməmmədov
barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yerli fəallar T. Xasməmmədova qarşı təxribat törətmiş şəxsin kimliyini müəyyən
etməyə müvəffəq olublar. Bu, polislə sıx əməkdaşlıq edən Zahir Əzizovdur.
İndiyədək o, 10 işdə şahid olub.
T.Xasməmmədov 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət
maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il
azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv
sərəncamına düşərək azad olunmuşdu. O vaxt Amnesty International
T.Xasməmmədovu «vicdan məhbusu» elan edib.
22 iyul 2015-ci ildə Göyçay Rayon Məhkəməsnin hökmü ilə hüquq müdafiəçisinə
cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrum
etmə cəzası verilib.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
29
C) Gənc fəallar
a. “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri və fəallarının işi
“NİDA” Vətəndaş Hərəkatı haqqında qısa məlumat:
“NİDA” Vətəndaş Hərəkatı 2011-ci ildə bir qrup gənc tərəfindən azadlıq, ədalət və
həqiqət istəyi ilə yaradılıb. “NİDA” ölkədə dəyişikliklər edilməli olduğunu,
hakimiyyətin xalqın iradəsi ilə qurulmalı olduğunu bəyan edib. NİDA Hərəkatının
əsas tələbləri: azad və inkişaf etmiş ölkədə yaşamaq; ordunun yüksək döyüş
qabiliyyəti olan şəxslərdən ibarət olması; hakimiyyətin azad və ədalətli səsvermə yolu
ilə demokratik şəkildə dəyişməsi; qanunların ədalətli və hamı üçün eyni olması; azad
və müstəqil media və s. NİDA heç bir siyasi partiyadan asılı olmayan hərəkatdır və
əsas istəkləri dinc demokratik yolla dəyişikliyə nail olmaqdır
17
. Hərəkat yarandığı
gündən indiyə qədər demokratik dəyişikliklər üçün fəaliyyət göstərib, müxtəlif
aksiyalar, fləşmoblar təşkil edib, Hərəkatın İdarə Heyətinin üzvləri 2013-cü ilin
oktyabrında keçirilən prezident seçkiləri dövründə bir sıra müxalifət partiyalarını və
vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən Milli Şurada təmsil olunublar, Hərəkatın
fəalları seçkilərdə müxalifətin vahid namizədi kimi çıxış edən Cəmil Həsənliyə seçki
kampaniyası dövründə dəstək veriblər.
İctimai fəallıqlarına və tənqidi mövqelərinə görə “NİDA” Vətəndaş Hərəkatının
üzvləri müxtəlif yollarla təqib olunublar. Hərəkatın əvvəlki İdarə Heyətinin üzvü Zaur
Qurbanlı 2012-ci il sentyabrında təşkilatın 2013-cü il seçkiləri üçün hazırladığı
materiallara görə polis tərəfindən saxlanılıb, onun barəsində 2 gün ərzində heç bir
məlumat verilməyib, yalnız oktyabrın 1-də polis məlumat yayıb ki, Qurbanlı narkotik
maddə əməliyyatı üzrə saxlanılıb və polisə müqavimət göstərdiyi üçün 15 sutka
inzibati həbs cəzası alıb, bu müddət bitdikdən sonra Qurbanlı sərbəst buraxılıb.
Hərəkatın hazırda İdarə Heyətinin üzvü və sədri olan Aygün Pəncəliyeva
hakimiyyətin təzyiqləri nəticəsində 2013-cü ilin iyununda Bakıda fransız dili
müəlliməsi kimi çalışdığı məktəbdən ayrılmalı olub. Hərəkatın fəalı Ömər Məmmədov
(hazırda bloggerlik fəaliyyətinə görə həbsdədir) özünə və ailəsinə edilmiş təzyiqlər
nəticəsində Hərəkatdan çıxmaq məcburiyyətində qalıb.
“NİDA” Vətəndaş Hərəkatı fəallarının və üzvlərinin həbsi
Milli Orduda çoxsaylı gənc əsgərlərin qeyri-döyüş şəraitində müəmmalı ölüm
hallarına etiraz olaraq, 2013-cü ilin 12 və 26 yanvar tarixlərində Bakı şəhərinin
mərkəzində gənclərin aksiyası keçirilmişdir. Bu aksiyalarda gənclərlə yanaşı əsgər
valideynləri də iştirak etmişlər. Aksiyalar polisin qeyri-adekvat zor tətbiq etməsi ilə
dağıdılmış, yüzlərlə iştirakçı həbs olunmuşdur. Onlardan bir qismi inzibati həbslə və
ya böyük məbləğdə cərimə ilə cəzalandırılmışlar. Bu etiraz aksiyaları və onların
iştirakçılarına qarşı repressiyalar ölkə və beynəlxalq ictimaiyyətdə geniş rezonans
yaratmışdır. Lakin bu aksiyalardan qısa müddətdən sonra da orduda qeyri-döyüş
şəraitində əsgər ölümləri davam etmişdir.
Buna etiraz edən bir qrup gənclər təşkilatlarının nümayəndələri, o cümlədən NİDA
Vətəndaş Hərəkatı 1 mart 2013-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət
edərək 10 mart tarixdə mitinq keçirmək niyyətində olduqlarını bildirdi. Əvvəlki
17
http://bit.ly/1f0le9w
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
30
aksiyaların kütləviliyinin qarşısını almaq üçün hakimiyyət qabaqlayıcı tədbir kimi
aksiyalarda daha aktiv olan NİDA üzvlərinin həbsinə başladı.
2013-cü il martın 7-də qeyri-döyüş şəraitində əsgərlərin müəmmalı şəkildə ölməsinə
etiraz olaraq Bakının mərkəzində martın 10-u üçün planlaşdırılan aksiya ərəfəsində
“NİDA” Vətəndaş Hərəkatının 3 gənc fəalı – Əzizov Məmməd, Quliyev Bəxtiyar və
Novruzlu Şahin axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları
tərəfindən həbs olunublar və bu barədə həbs edilənlərin valideynlərinə və
qohumlarına, yaxud da dostlarına məlumat verilməyib, onlar vəkillə təmin
edilməyiblər. Həbsdən bir neçə saat sonra tək yaşayan Əzizovun və ailələri ilə birgə
yaşayan Quliyev və Novruzovun evində axtarış aparılıb, gənclərin evindən narkotik
maddə və “Molotov” kokteyllərnin tapıldığı iddia edilib. Onların ilkin dindirmələri
və barələrində həbs qətimkan tədbirinin seçilməsi öz vəkillərinin iştirakı olmadan
aparılmışdır. Şahin Novruzlu həbs edilərkən azyaşlı olduğu üçün qanunun tələbinə
görə onun dindirilməsində mütləq qanuni nümayəndəsi iştirak etməli olduğu halda,
istintaq bu tələbə əməl etməmişdir. Hər 3 gənc ilk izahatlarında heç bir qanunsuz
əmələ yol vermədiklərini bildirmişlər. Lakin bir gün sonra işgəncə və psixoloji təzyiq
altında, öz vəkilləri olmayan şəraitdə özlərinə və digərlərinə qarşı ifadələr verməyə
məcbur ediliblər.
9 mart 2013-cü il tarixində Azərbaycanda yayımlanan bütün ümumrespublika
telekanalları gənclərin martın 10-da keçiriləcək aksiya zamanı “Molotov”
kokteyllərindən istifadə etməklə iğtişaş salınması kimi “cinayət törətmək istəklərinin
olduğunu etiraf etmələrini” nümayiş etdirən videomateriallar yayımlayıb. Həmin
videomateriallar istintaq tərəfindən hazırlanıb və bu süjetlərdə həbs edilən gənclərin
“NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərinin əleyhinə ifadələri, onların
da “cinayət” törədilməsində iştirakı barədə “etiraflar” yer almışdır. Bu videolardan da
açıq şəkildə görünür ki, gənclər qorxu içindədirlər və onlara qarşı fiziki zor işlədilib.
Gənclərin Sovet hakimiyyəti dövründə olduğu tərzdə “etirafedici” videolarının
yayılması bu həbsin siyasi sifariş olduğunu sübut edən amillərdən biridir. Qısa
müddətdən sonra hər 3 gənc artıq öz vəkillərinin iştirakı ilə verdikləri ifadələrdə ilk
ifadələrini işgəncə altında verdiklərini bəyan etmişlər və işgəncə faktlarının
araşdırılması ilə bağlı prokurorluq orqanlarına şikayət ünvanlamışlar. Lakin bu
şikayətlər üzrə araşdırma formal aparıldı, çünki işgəncəni törədən və onu araşdıran
orqan eyni idi. Bu həbslərə və yayımlanan videolara baxmayaraq martın 10-da
yüzlərlə insan, o cümlədən “NİDA” Vətəndaş Hərəkatının digər fəalları polislərin
kobudluğu və güc tətbiqi ilə dağıdılan tamamilə dinc aksiyada iştirak etdilər.
Aksiyadan sonrakı günlərdə “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin
üzvlərinin həbsinə başlanıldı. İdarə Heyətinin üzvləri Rəşad Həsənov, Rəşadət
Axundov, Üzeyir Məmmədli və Hərəkatın fəalı Zaur Qurbanlı həbs edildilər.
Gənclərə ilkin olaraq qanunsuz olaraq partlayıcı maddə və narkotik maddə saxlamaq
ittihamları irəli sürülmüş, həbslərindən 6 ay sonra, yəni 2013-cü il sentyabrında onlara
yeni daha ağır - kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə ittihamı
da verilmişdir. Məhz bu yeni ittihamın irəli sürülməsinə görə Hərəkatın İdarə
Heyətinin üzvü Rəşadət Axundovun 74 yaşlı babası Əyanət Axundov damarlarını
kəsərək özünə qəsd etmiş, bunun nəticəsində bir neçə gün sonra xəstəxanada vəfat
etmişdir
18
.
Gənclərin işi üzrə məhkəmə prosesi başlayana qədər onlar barəsində seçilmiş həbs
qətimkan tədbiri dəyişdirilməyib. 2013-cü il noyabrın 6-dan məhkəmə prosesi başladı
18
http://bit.ly/1pBvQNz
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
31
və ilk olaraq martın 7-də həbs edilmiş 3 gənc məhkəmədə ifadə verərək, istintaqda
işgəncələrə məruz qaldıqlarını və məhz buna görə etirafedici ifadələr verdiklərini
bildirdilər və ilkin ifadələrindən imtina etdilər. Prosesdə ifadə verən şahidlər də
gənclərin əleyhinə qiymətləndirilə bilən istintaqa verdikləri ifadələrdən imtina ediblər.
Bundan əlavə şahid kimi dindirilmiş MTN əməkdaşları gənclərin və onların
vəkillərinin suallarına qatışıq və dəqiq olmayan cavablar veriblər.
Telekanallarda “etirafedici” çıxışları yayımlanan və faktiki cinayətkar adlandırılan
“NİDA” üzvləri təqsirsizlik prezumpsiyasını pozduqları üçün Milli Təhlükəsizlik
Nazirliyini, Baş Prokurorluğu və bəzi telekanalları məhkəməyə veriblər.
Həbs edilmiş bütün “NİDA”-çılar Amnesty İnternational təşkilatı tərəfindən vicdan
məhbusu elan ediliblər
19
.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun 6 may 2014-cü il
tarixli qərarı ilə Axundov Rəşadət, Qurbanlı Zaur və Rüstəmzadə İlkin 8 il, Əzizov
Məmməd və Həsənov Rəşad 7 il 6 ay, Quliyev Bəxtiyar və Məmmədli Üzeyir 7 il,
Novruzlu Şahin 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum
ediliblər.
Qurbanlı Zaur, Quliyev Bəxtiyar, Məmmədli Üzeyir və Novruzlu Şahin sonradan
əfv sərəncamı ilə azadlığa çıxıblar.
19. Axundov Rəşadət Fikrət oğlu
Saxlanma tarixi: 30 mart 2013-cü il
İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların
törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə
və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3 (qanunsuz olaraq odlu silah, onun
komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş
sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə)
maddələri
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi.
Şəxs barəsində qısa arayış: Cənab Axundov Şirvan rayonunda Özəl Türk Liseyində
orta təhsilini tamamladıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali
təhsil alıb. Daha sonra Mərkəzi Avropa Universitetində (Macarıstan) təhsilini davam
etdirib. Həbs edilənə qədər BP-Azərbaycan şirkətinin aparıcı maliyyə
mütəxəssislərindən biri olub.
20. Əzizov Məmməd Rasim oğlu
19
http://bit.ly/1gJG6nt
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
32
Saxlanma tarixi: 7 mart 2013-cü il
İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların
Dostları ilə paylaş: |