Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
  1   2   3   4   5   6   7   8   9   ...   14

 
 
 
Azərbaycanda 
siyasi məhbusların 
siyahısı 
 
 
 
Dekabr-2015 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

 
 
MÜNDƏRİCAT 
 
 
Xülasə................................................................................................................ 3-4 
 
 
A. Jurnalistlər və bloggerlər............................................................................4-20 
 
B. Hüquq müdafiəçiləri....................................................................................21-28 
 
C. Gənc fəallar...................................................................................................29-34 
 
D. Müxalif siyasətçilər.......................................................................................35-45 
 
E. İnanclı fəallar................................................................................................46-77 
 
a.  Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi.......................46-52 
b.  Azərbaycan İslam Partiyasının sədri və onunla birlikdə  
tutulan şəxslərin işi..............................................................................53-57 
c.  2012-ci ilin mayında tutulan inanclı fəalların işi...............................58-63 
d.  2012-ci ildə Masallı rayonunda tutulan inanclı  
fəalların işi............................................................................................63-66  
e.  5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə  
tutulan şəxslərin işi.............................................................................66-70 
f.  İlahiyyatçılar  .....................................................................................70-73 
g.  “Nurçular”...........................................................................................73 -77 
 
F.Ömürlüklər.................................................................................................78-85 
 
G.Digər işlər...................................................................................................86-104 
 
a.  İsmayıllı hadisələri zamanı həbs edilənlər........................................86-87 
b.  Keçmiş dövlət məmurları..................................................................88-94 
c.  Siyasi girovlar....................................................................................94-104 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

 
 
 
XÜLASƏ 
 
 
Azərbaycanda  fəaliyyət  göstərən  vətəndaş  cəmiyyəti  qurumları  daha  da  dərinləşən 
siyasi məhbus probleminə diqqəti cəlb etmək üçün bu hesabatla çıxış edirlər. Siyasi 
motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə 
Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə 
baxış”  üzrə  Qətnamənin  qəbul  edilməməsindən  sonra  daha  da  artmış
1
 və 
Azərbaycanın  14  may  2014-cü  ildən  Avropa  Şurası  Nazirlər  Komitəsinə  sədrliyə 
başlaması da vəziyyəti müsbətə doğru dəyişməmişdir.  
 
Hesabatın  12 avqust 2014-cü il tarixinə qədər siyasi  motivli  saxta ittihamlarla həbs 
edilən və azadlıqdan məhrum edilən və göstərilən tarixə qədər azadlığa buraxılmayan 
siyasi məhbusların işləri əsasında hazırlanıb. Həmin vaxt siyahıda 98 nəfərin adı olub.  
 
2015-cü ilin may ayında isə hesabat yenilənib, azadlığa çıxan siyası məhbusların adı 
siyahıdan  çıxarılıb,  hesabat  hazırlanıb  yayılandan  sonra  isə  həbs  edilənlərin  (siyasi 
məhbus sayılanların) adları hesabata daxil edilib. Həmin vaxt siyahıda 80 nəfərin adı 
olub. 
 
2015-ci ilin dekabr ayında siyahı 3-cü dəfə (sonuncu) yenilənib, yeni həbs edilmiş 
və  siyasi  məhbus  hesab  edilən  şəxslərin  adları  siyahıya  əlavə  edilib.  Sonuncu 
yeniləməyə görə siyahıda 93 nəfərin adı olub. 
 
Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-
ci  il  tarixli  1900  saylı  Qətnaməsində  təsbit  edilmiş  kriteriyalar  əsasında  müəyyən 
edilib
2

 
Hesabat  hazırlanarkən  siyasi  məhbus  məsələsi  ilə  məşğul  olan  çoxsaylı  yerli  və 
beynəlxalq  təşkilatlarla  məsləhətləşmələr  aparılıb,  o  cümlədən  nüfuzlu  beynəlxalq 
insan  haqları  təşkilatlarının  hesabatları,  Azərbaycanın  üzvü  olduğu  və  qarşısında 
öhdəlikləri  olan  təşkilatların,  xüsusən  də  Avropa  Şurasının  müvafiq  sənədləri 
öyrənilib, mətbuatın monitorinqi aparılıb, məhkəmələrin müşahidəsi həyata keçirilib, 
məhkəmə hökmləri və digər hüquqi sənədlər təhlil edilib, hesabata daxil edilən siyasi 
məhbusların  vəkilləri  və  ailə  üzvləri,  müdafiə  komitələri  ilə  görüşlər  təşkil  edilib. 
Hesabat hər bir siyasi məhbus barədə detallı məlumatları, həmçinin hər bir həbsin əsl 
səbəblərini,  bu  zaman  yol  verilmiş  qanun  pozuntularını,  siyasi  məhbusların 
fotoşəkillərini (bəzilərini tapmaq mümkün olmayıb) özündə əks etdirir. 
 
 
Hesabatda siyasi məhbuslar aşağıdakı kateqoriyalar üzrə bölünmüşdür: 
 
a. Jurnalistlər və bloggerlər;  
                                                        
1
 
http://bit.ly/P8Z2Qy
  
2
 
http://bit.ly/1piq992
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

b. Hüquq müdafiəçiləri;  
c. Gənc fəallar;  
d. Müxalifət fəalları;  
e. İnanclı fəallar; 
f. Ömürlüklər; 
g. Digər işlər . 
 
Bir  neçə  kateqoriya  da  öz  növbəsində  alt  kateqoriyalara  bölünmüşdür  ki,  bunlarla 
hesabatdan tanış ola bilərsiniz.  
 
 
 
Hesabat  tanınmış  hüquq  müdafiəçiləri  Leyla  Yunus  və  Rəsul  Cəfərovun 
ekspertlər, hüquqçular, vəkillər, hüquq müdafiəçiləri və ictimai şəxslərin  daxil 
olduğu İşçi Qrupunun iştirakı ilə hazırladığı birgə siyasi məhbuslar siyahısından 
ibarətdir, eyni zamanda ümumilikdə 28  QHT təmsilçisi, hüquqşünas və vəkilinn 
vahid mövqeyini əks etdirən sənəddir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

A.  Jurnalistlər və bloggerlər 
 
 
1.  Əbilov Əbdül Əbdülmanaf oğlu 
 
Saxlanma tarixi: 22 noyabr 2013-cü il 
İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və 
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik 
vasitələri və ya psixotrop maddələri satma,  külli miqdarda 
törədildikdə) maddəsi 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi. 
İş üzrə qısa arayış: 31 yaşlı cənab Əbilov həbsindən əvvəl 
Facebook sosial şəbəkəsində populyar olan və populyarlığı 
artan “Yaltaqlara Dur Deyək” səhifəsinin, o cümlədən digər 
sosial şəbəkələrdə müxtəlif tənqidi səhifələrin admini olub. 
Cənab  Əbilov  9  oktyabr  2013-cü  il  tarixdə  keçirilən  Prezident  seçkilərindən  sonra 
Facebook-da  seçki  saxtakarlıqları  ilə  bağlı  səhifə  də  yaradıb  və  onu  həbs  edilənə 
qədər  idarə  edib,  bu  səhifədə  seçkilərdə  saxtakarlıqları  göstərən  foto  və  video 
materiallar,  o  cümlədən  digər  sənədlər  geniş  şəkildə  yayılmışdır.  Noyabrın  22-də 
Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinin 
əməkdaşları  tərəfindən  həbs  edilən  sosial  şəbəkə  fəalı  bu  idarəyə  aparılıb.  Onun 
barəsində 3 aylıq həbs qətimkan tədbiri saxlanmasından bir gün sonra, yəni noyabrın 
23-də Nərimanov rayon Məhkəməsi tərəfindən seçilib, o  bu qərardan sonra istintaq 
təcridxanasına göndərilməli olan halda yenidən polis idarəsinə gətirilib və qanunsuz 
olaraq noyabrın 27-ə kimi burada saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi 
Həsən  Əhmədov  noyabrın  29-da  həbs  tədbirinin  seçilməsi  barədə  qərarı  qüvvədə 
saxlayıb.  
Cənab Əbilovun evdə olan gödəkçəsinin cibindən narkotik maddə - 4 qram heroinin 
tapıldığı iddia olunub (bu ittiham son bir neçə il ərzində çoxsaylı fəallara qarşı istifadə 
edilir) və evdə axtarış aparan polislər evə gəldikdən sonra ilk olaraq cənab Əbilova 
məxsus  noutbuku  götürüblər.  Bir  neçə  saat  sonra  isə  Facebook-da  cənab  Əbilovun 
admini  olduğu  “Yaltaqlara  Dur  Deyək”  səhifəsi  bağlanıb.  Əbilov  həbs  olunan  gün 
onun  evdə  olan  qaynı  Ramil  Əhədov  da  polis  idarəsinə  aparılıb.  İdarədə  ondan 
Facebook-da  olub-olmadığını  soruşublar,  lakin  sonradan  heç  bir  izahat  almadan 
sərbəst buraxıblar.  
Noyabrın 29-da keçirilən məhkəmə zamanı cənab Əbilov çıxış edərək bildirib ki, ona 
açıq  şəkildə  Facebook-dakı  yazılarına  görə  həbs  edildiyini  deyiblər.  O,  küçədə 
qandallanaraq polis tərəfindən evlərində axtarış aparmaq üçün ora gətirildiyini, evdə 
çox adamın olduğunu görüb narkotik maddəni evə yox, evdə otaqlardan birində asılan 
gödəkçədən  tapıldığını  iddia  edərək  sənədləşdirdiklərini,  polis  idarəsində  psixoloji 
təzyiqlərə məruz qaldığını, döyüldüyünü və bununla da öz əleyhinə etirafedici ifadələr 
verməyə məcbur olunduğunu vurğulayıb. Əbilovun yaxınları və vəkili Elçin Sadıqov 
da  işin  siyasi  olduğunu,  cənab  Əbilovun  heç  bir  mötəbər  sübut  olmadan  həbs 
edildiyini bildiriblər. 
Cənab Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014-cü il tarixli qərarı 
ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.    
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

 
2.  Əliyev Nicat Nazim oğlu 
 
 
 
 
Saxlanma tarixi: 21 may 2012-ci il 
İttiham:  CM-nin  167.2.2.1  (qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil 
dəstə  tərəfindən  müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini 
məzmunlu  başqa  məlumat  materiallarını  istehsal  etmə, 
satış  və  ya  yayma  məqsədi  ilə  idxal  etmə,  satma  və  ya 
yayma),  234.1  (qanunsuz  olaraq  narkotik  vasitələri, 
psixotrop  maddələri  və  ya  prekursorları  hazırlama, 
istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya 
satma), 281.2 (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  zorla saxlanılmasına və  ya  Azərbaycan 
Respublikasının 
konstitusiya 
quruluşunun 
zorla 
dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına 
yönələn  açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu 
materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya 
dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, 
irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının 
məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, 
aşkar  surətdə  və  ya  kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla 
törədildikdə) maddələri 
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Cənab  Əliyev  dini  yönümlü  tənqidi  www.azadxeber.az  veb-
səhifəsinin baş redaktorudur. Cənab Əliyevin həbsindən  qabaq bu saytda hökumətin 
dini  sahədə  apardığı  siyasətini,  habelə  Avroviziya-2012  mahnı  yarışmasına  həddən 
artıq  maliyyənin  ayrılmasını,  o  cümlədən  Bakıda  gey-paradın  keçirilmə  ehtimalını 
tənqid edən materiallar çap edilmişdir. Mahnı yarışması ərəfəsində bu materialları, o 
cümlədən  ruhanilər  Abgül  Süleymanov  və  Tale  Bağırovun  çıxışlarını  əks  etdirən 
diskləri şəhərin müxtəlif yerlərində yaydıqdan dərhal sonra cənab Əliyev və onunla 
birlikdə daha bir neçə nəfər şəxs həbs edilib.   
Jurnalistə  qarşı  ilkin  olaraq  adətən  fəallara  qarşı  “növbətçi”  ittiham  kimi  istifadə 
edilən narkotik maddə ittihamı irəli sürülmüşdür. Həbsindən yalnız 8 ay sonra, 2013-
cü  ilin  yanvarın  23-də  Avropa  Şurası  Parlament  Assambleyası  (AŞPA)  siyasi 
məhbuslar  üzrə  məruzəçi  cənab  Ştrasserin  siyahısının  əleyhinə  səs  verdikdən  və 
nəticədə  məruzəçi  mandatı  dayandırıldıqdan  2  gün  sonra,  yanvarın  26-da  cənab 
Əliyevə  qarşı  daha  ağır  3  yeni  ittiham  irəli  sürülmüşdür.  Bakı  Ağır  Cinayətlər 
Məhkəməsinin  9  dekabr  2013-cü il tarixli qərarı  ilə  cənab Əliyev  10  il  azadlıqdan 
məhrumetmə cəzasına məhkum edilmişdir (prokuror öz çıxışında jurnalistin məhz 10 
il  azadlıqdan  məhrum  edilməsini  istəmişdi  ki,  məhkəmə  də  bu  istəyi  olduğu  kimi 
təmin etmişdir). Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü il tarixdə bu hökmü 
dəyişdirmədən qüvvədə saxlamışdır.  
Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  əməkdaşı  Nahid  Məmmədov  ekspert 
kimi işə cəlb edilib və yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar 
olduğunu müəyyən edib, bununla belə ekspert bu nüansların detallarını məhkəmədə 
izah edə bilməyib. Belə nüansların olduğu təqdirdə həmin çıxışlar jurnalist tərəfindən 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

deyil, işdə adı keçməyən başqa şəxslər tərəfindən edilib, bununla belə jurnalist bu cür 
çıxışlar  etməkdə  təqsirli  bilinib.  Jurnalistin  evindən  götürülən  və  dini  ekstremizmi 
təbliğ edildiyi iddia edilən Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə” kitabı isə insan 
orqanizminin  ac  qalmaqla  müalicəsi  barədədir,  kitab  Azərbaycanda  çap  edilib  və 
rəsmi şəkildə qadağan olunmayıb, bununla belə ekspertiza bu kitabın idxal edildiyini 
və dini ekstremizmə çağırışları əks edildiyi barədə jurnalistin əleyhinə olan rəy verib. 
Məhkəmə prosesində ekspertiza rəyi elan edilərkən və ekspert suallara cavab verərkən 
rəyin sifarişlə hazırlandığı açıq şəkildə müşahidə edilib. Məhkəmə prosesləri zamanı 
jurnalistin  özü,  o  cümlədən  vəkili  Yalçın  İmanov  da  cənab  Əliyevin  həbs  edilən 
zaman  polis  tərəfindən  işgəncəyə  məruz  qaldığını,  ağır  xəsarətlər  verildiyini  bəyan 
etsələr də, bu iddialar araşdırılmayıb.  
Cənab  Əliyev  ailəlidir,  toyundan  cəmi  23  gün  sonra  həbs  edilib.  Amnesty 
İnternational təşkilatı jurnalistə qarşı ittihamları şübhəli adlandırıb
3

 
 
 
 
 
3. 
Həşimli Pərviz Kamran oğlu  
 
Saxlanma tarixi: 17 sentyabr 2013-cü il 
İttiham:  CM-nin  206.3.2-ci  (qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  odlu 
silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci 
(qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən 
qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini 
və  döyüş  sursatını  əldə  etmə,  saxlama,  daşıma) 
maddələri 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi. 
İş üzrə qısa arayış: “Bizim yol” qəzetinin əməkdaşı və 
www.moderator.az  xəbər  saytının,  o  cümlədən  hüquq 
müdafiə təşkilatı olan Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri olan 
cənab  Həşimli  sentyabrın  17-i  axşam  saatlarında  Milli  Təhlükəsizlik  Nazirliyinin 
(MTN)  əməkdaşları  tərəfindən  saxlanılıb,  onun  evində  və  əməkdaşı  olduğu  “Bizim 
yol” qəzetinin redaksiyasında axtarış aparılıb, jurnalistin redaksiyadakı kompüteri və 
digər əşyaları müsadirə edilib. MTN jurnalistin evində axtarış zamanı silah-sursatın 
tapıldığını bildirib. Yayılan rəsmi məlumatda o da bildirilib ki, cənab Həşimli digər 
təqsirləndirilən  şəxs  Təvəkkül  Qurbanovla  birlikdə  qabaqcadan  əlbir  olaraq  satış 
məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və döyüş sursatını qaçaqmalçılıq 
yolu ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana keçirib, qanunsuz 
olaraq daşıyıb, gəzdirib və saxlayıblar.  
Jurnalistin (eyni zamanda hüquq müdafiəçisi) barəsində sentyabrın 18-də Səbail rayon 
Məhkəməsinin  qərarı  ilə  2  aylıq  həbs  qətimkan  tədbiri  seçilib,  o,  məhkəməyə 
nümayişkaranə  tərzdə  -  başına  torba  salınmış  vəziyyətdə  gətirilib.  Bu  məhkəmə 
zamanı cənab Həşimli saxlanılarkən kobud rəftar nəticəsində ayağından zədə aldığını, 
MTN-də  işgəncə  veriləcəyi  ilə  hədələndiyini  bildirib.  Jurnalistin  həbs  edildiyi  gün 
onun  evində  axtarışı  MTN-nin  çoxsaylı  əməkdaşı  aparıb,  evdə  cənab  Həşimlinin 
hamilə  həyat  yoldaşının  və  onun  5  yaşlı  qızının  olmasına  baxmayaraq,  MTN 
                                                        
3
 
http://bit.ly/P8Z9vo
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

əməkdaşları  silahlı  olublar  və  axtarış  zamanı  silahları  yığışdırmayıblar,  axtarış 
haqqında məhkəmə qərarı olsa da, axtarışa gələnlər qapını döymək əvəzinə ilk öncə 
pəncərədən içəri keçməyə cəhd göstəriblər. Mənzilin yerləşdiyi həyətdə və mənzilin 
içində işlək vəziyyətdə təhlükəsizlik kameralarının olduğunu aşkarladıqdan sonra bu 
kameralar  sındırılıb.  Axtarış  zamanı  jurnalistin  həyat  yoldaşı  qonşularının,  o 
cümlədən  artıq  mənzilin  yaxınlığına  gələn  jurnalistlərin  evə  dəvət  olunmasına 
çağırışlar etsə də, buna məhəl qoyulmayıb. Axtarış bitdikdən və evin qapıları dərhal 
açıldıqdan sonra jurnalistin həyat yoldaşı çöldə olan və axtarışın bitməsini gözləyən 
jurnalistlərə və hüquq müdafiəçilərinə onların evinə silah-sursatın atıldığını bildirib. 
Jurnalist  onun  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin  artırılması  və  verilən 
şikayətlər  zamanı  keçirilən  bütün  məhkəmə  proseslərində  MTN-nin  İstintaq 
Təcridxanasında tək kamerada saxlandığını, ona qarşı müxtəlif təzyiqlərin olduğunu, 
prinsipial  mövqeyi  olan  vəkildən  imtina  etməsi  üçün  ərizə  yazdırmaq  istədiklərini, 
gecə  otaqda  işığın  söndürülmədiyini  bildirmişdir.  Bununla  belə,  Amnesty 
International  təşkilatı  tərəfindən  vicdan  məhbusu  kimi  tanınan  jurnalistin  bütün  bu 
şikayətlərinə  həm  məhkəmə  tərəfindən,  həm  də  jurnalistin  və  onun  yaxınlarının 
müraciət etdiyi rəsmi şəxslər tərəfindən məhəl qoyulmamışdır
4
.   
Cənab  Həşimlinin  işi  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinə  2014-cü  ilin  fevralında 
göndərilmişdir  və  bu  işə  baxmaq  üçün  hakim  kimi  əvvəllər  MTN-nin  müstəntiqi 
olmuş Novruz Kərimov təyin edilib.   
Cənab  Həşimli  bu  hakimin  15  may  2014-cü  il  tarixli  qərarı  ilə  8  il  müddətinə 
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.         
 
 
 
 
4.  İsmayılova Xədicə Rövşən qızı.                                   
                                                                                                             
Saxlanma tarixi : 05 dekabr 2014 cü il.                              
 
İttiham:  CM-nin 125-ci (özünüöldürmə həddinə çatdırma), 179.3.2 (mənimsəmə və 
israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi 
ödəməkdən  yayınma)  və  308.2-ci  (vəzifə  səlahiyyətlərindən  sui  istifadə) 
maddələri  maddəsi ilə ittiham irəli sürülüb.  
Saxlandığı yer:  4 saylı Cəzaçəkmə Müəssisəsi (qadınlar üçün) 
İş  üzrə  qısa  arayış:  Xədicə  İsmayılova  20  ilə  yaxındır  ki,  jurnalist  fəaliyyəti  ilə 
məşğul olub, bir sıra müstəqil Kütləvi İnformasiya Vasitələrində çalışıb. O, Azadlıq 
Radiosunun  Bakı  bürosunun  rəhbəri,  sonra  isə  büronun  ictimai-siyasi  verlişinin 
aparıcısı olub. 
Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına 
layiq görülmüşdür.  24 oktyabr 2012-ci il  “Jurnalistikada Qəhrəmanlıq” mükafatına 
layiq görülüb.  2012-ci ilin fevralında “Gerd Buserius” adına mükafatı alıb. 
                                                        
4
 
http://bit.ly/1jDfTch
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 

Xədicə  İsmayıl  “Exo”,  “Caspian  Business  News”,  “Eurasinaet.org”,  “Washington 
Times”,  “BBC”,  “Deutche  Welle”,    “Voice  of  America”    (Amerikanın  Səsi)  kimi 
kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazıb. 
 
Bundan  əlavə  o,  Azərbaycan  prezidenti  İlham  Əliyevin  və  ailə  üzvlərinin  gizli 
biznesləri haqda, həmçinin digər yüksək çinli məmurların gizli biznesi haqda onlarla 
araşdırma yazılarının müəllifidir.  
X.İsmayılın həbsi Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır. 1984-
cü təvəllüdlü Mustafayev Tural Bulud oğlu “siçan dərmanı” adlanan maddəni içərək 
özünə  qəsd  etməyə  çalışıb.  Tural  Mustafayev  sonra  bir  necə  dəfə  video  açılama 
yayaraq, Xədicə İsmayıla qarşı olan şikayətindən imtina etdiyini və şikayət ərizəsini 
prokurorluq  orqanlarının  təzyiqi  altında  yazdığını  bildirib.  O,  qeyd  edib  ki, 
X.İsmayılın əleyhinə ifadə vermək üçün hüquq mühafizə və xüsusi xidmət orqanları 
ona təzyiqlər ediblər.  
Qeyd: X.İsmayılova ilə əlaqədar başqa  istintaq və məhkəmə işləri də olub.  Belə ki, 
2014-cü  ilin  fevral  ayının  17-də  Xədicə  İsmayılova  “Facebook”  şəbəkəsində  Milli 
Təhlükəsizlik  Nazirliyinin  xidməti  fəaliyyətinə  aid  olduğu  ehtimal  edilən  material 
yayıb.  Materialda  MTN-in  müxalifət  partiyalarına  casus  yerləşdirməsindən  bəhs 
olunur.  Jurnalist  materialı  ona  hazırda  Fransada  yaşayan  sabiq  MTN  zabiti  Ramin 
Nağıyevin  2011-ci  ildə  ötürdüyünü  deyir.  Sözügedən  materialla  əlaqədar  Baş 
Prokurorluğun  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  İstintaq  İdarəsində  Cinayət 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin