törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə
və ya belə iğtişaşlarda iştirak etmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq
miqdarda əldə etmə və ya saxlama) maddələri
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi.
Şəxs barəsində qısa arayış: Cənab Əzizov orta təhsilini Şəki şəhərində alıb. 2010-cu
ildən həbs edilənədək Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya
fakültəsində sosiologiya ixtisası üzrə təhsil alırdı. 2012-ci ilin yayında "Nİda"
Vətəndaş Hərəkatına qoşulub. Sosial şəbəkələrdə aktiv olmuş və Azərbaycanda
Facebook məkanında məşhur olan satirik "Heydər Əliyev adına Səhifə"nin
həmtəsisçisi və adminlərindən olmuşdur. 2013-cü il yanvarın 11-də bir gün sonra
keçiriləcək "Əsgər ölümlərinə son" mitinqinə hazırlıq işləri görərkən polis tərəfindən
saxlanılmış, 9-cu polis bölməsində qeyri-insani davranışa və pis rəftara məruz
qalmışdır.
21. Həsənov Rəşad Zeynalabdin oğlu
Saxlanma tarixi: 14 mart 2013-cü il
İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların
törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə
və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun
komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş
sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə)
maddələri
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi.
Şəxs barəsində qısa arayış: Cənab Həsənov orta təhsilini Lənkəran Özəl Türk
Liseyində, ali təhsilini isə Türkiyənin Orta Doğu Texnik Universitetində alıb. 2010-cu
il parlament seçkilərində gənc namizədlərdən Bəxtiyar Hacıyevin seçki
kampaniyasında aktiv iştirak etmişdir. Gənc fəal 2010-cu ildə Müsbət Dəyişiklik
Gənclər Hərəkatının təsisçilərindən biri olmuş, 2011-ci ilin mart ayından 2012-ci ilin
mayına qədər 9 təşkilatın təmsil olunduğu “Gənclərin Hüquqlarını Müdafiə
Komitəsi”nin (GHMK) idarə heyətində təmsil olmuş, 5 ay ərzində GHMK-nın
mülkiyyət hüquqları ilə bağlı “Maddə 13 - mülkiyyət” alt komitəsinin rəhbəri
olmuşdur. 2011-ci ildə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
33
İsmayılla birgə Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə
“Bakıda mülkiyyət haqları pozuntularının xəritə və statistikası” adlı hesabat
hazırlamışlar. 2012-ci il martın 17-də GHMK-nın uzun illərdən sonra keçirdiyi ilk
razılaşdırılmış mitinqin təşkilatçılarından və aktiv iştirakçılarından olmuşdur. Rəşad
2012-ci ilin mayında Müsbət Dəyişiklik Gənclər Hərəkatını tərk edərək, “NİDA”
Vətəndaş Hərəkatına qoşulmuşdur. 2012-ci ilin sentyabrında “NİDA” Vətəndaş
Hərəkatının idarə heyətinə üzv seçilmişdir. Rəşad Həsənov 2012-ci il noyabrın 4-də
yaradılan və 50-yə yaxın fəal gəncin təmsil olunduğu Gənclər Məclisinin
həmtəsisçisidir.
22. Rüstəmzadə İlkin Bakir oğlu
Saxlanma tarixi: 17 may 2013-cü il
İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1-ci (zorakılıqların, talanların,
yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları
təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 221.2.1 (bir qrup şəxs tərəfindən və
ya təkrar törədilən xuliqanlıq) və 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni
yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət
nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilən xuliqanlıq)
maddələri
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: Cənab Rüstəmzadə ictimai-siyasi proseslərdə fəal olan “Azad
Gənclik” təşkilatının, həmçinin bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti
təşkilatlarının birləşdiyi Milli Şuranın üzvüdür. “Nida” Vətəndaş Hərəkatının üzvləri
ilə birgə ittiham edildiyinə görə elə həbsxanada bu hərəkata qoşulmuşdur. Həbsinə
qədər Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdı.
12 yanvar və 10 mart 2013-cü il tarixlərində Azərbaycan Ordusunda baş almış
özbaşınalıq və qanunsuzluqlara, habelə dinc şəraitdə əsgərlərin ölümlərinə etiraz
olaraq Facebook vasitəsilə Bakı şəhərinin mərkəzində “Əsgər ölümlərinə son”
aksiyasını təşkil etmiş, nəticədə bu aksiyalara çoxsaylı etirazçı qatılmışdır. Məhz bu
aksiyalar təşkil etdiyi üçün ona qarşı təzyiqlər başlamış, o polisə çağırılmış, bir neçə
dəfə barəsində inzibati həbs seçilmişdir. İlkin Rüstəmzadə Azərbaycan Dövlət Neft
Akademiyasında baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin anım günü -
2013-cü il 30 aprel tarixində gənclər tərəfindən təşkil edilən “Terrora yox”
aksiyasında saxlanılaraq 15 sutka inzibati həbs cəzası almışdı. Bu həbs müddəti
bitdikdən bir neçə gün sonra isə Rüstəmzadə Bakıda Dənizkənarı Parkda “Harlem
Shake” musiqisi altında rəqsin videoçəkilişlərini apararaq və Youtube-da
yerləşdirərək xuliqanlıq törətməkdə ittiham edilmiş və həbs edilmişdir. Sentyabrın
12-də həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə bərabər ona qarşı da
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
34
iğtişaşları təşkil etmə və ya iştirak etmə maddəsi ilə yeni ittiham irəli sürülmüş və
onun işi “NİDA” Hərəkatının fəallarının cinayət işinə birləşdirilmişdir.
Cənab Rüstəmzadə Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi
tanınıb
20
.
20
http://bit.ly/1gJG6nt
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
35
D. Müxalif siyasətçilər
23. Məmmədov İlqar Eldar oğlu
Saxlanma tarixi: 4 fevral 2013-cü il
İttiham: CM-nin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi,
əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə
iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor
tətbiq etmə) maddələri
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: Cənab Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra
fəal şəkildə siyasətlə məşğul olan şəxslərdən biridir, artıq 10 ildən çox müddətdə
mövcud olan və Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa
Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın
– German Marşal Fondunun və Revenue Watch təşkilatının Məsləhət Şurasının
üzvüdür
21
.
Cənab Məmmədov 2009-cu ildə yaranan və son illər ərzində yeni nəsil siyasi müxalif
qüvvə kimi populyarlaşan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədridir.
Hərəkatın əsas məqsədi Azərbaycanda cümhuriyyətçilik ənənələrini bərpa etmək,
parlamentli respublikaya keçid, effektiv hökumət qurmaq, hüquq və azadlıqların
birmənalı təminat etmək və s. amallardır. Yarandığı vaxtdan indiyə kimi REAL
mövcud hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul olan şəxsləri, o cümlədən
prezident İlham Əliyevi tənqid etməklə yanaşı, həm də alternativ proqramlar təklif
edib.
Cənab Məmmədov 2009-cu ilin martında bir nəfərin 2 dəfədən artıq prezident
seçilməsi qadağasının götürülməsi ilə nəticələnən referendumdan sonra ANS
telekanalının canlı yayımında bu qadağanın aradan qaldırmaqla prezident Əliyevi
ölkəni uçuruma sürükləməkdə, İranda Şah Rza Pəhləvinin yolu ilə getdiyində ittiham
etmişdi. 2010-cu ilin Parlament seçkilərində namizəd olmuş cənab Məmmədov seçki
platformasında, xüsusən efir vaxtı zamanı hakimiyyəti yaramaz siyasət aparmaqda
ittiham etmişdi. Cənab Məmmədov 2012-ci il martın 1-də Quba şəhərində yerli icra
başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı vəziyyətin yerində öyrənilməsi
üçün Qubaya getmiş və hadisələrin baş verməsinə görə hakimiyyəti tənqid etmişdir.
2012-ci ilin noyabrında cənab Məmmədov parlamentin qeyri-effektiv fəaliyyət
göstərdiyini və saxta seçkilər nəticəsində seçilən adamlardan ibarət olduğunu
bildirərək parlamenti zooparka bənzətmişdi. Bundan sonra parlamentin üzvü və
hakimiyyəti yaxınlığı ilə seçilən Adil Əliyev cənab Məmmədov barəsində verdiyi
21
http://bit.ly/1fsL2aR
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
36
müsahibədə “bu cür danışanların başının kəsilib atılması” ifadəsini işlədərək, faktiki
olaraq ona qarşı ölüm təhdidi səsləndirmişdir. Hakim partiyadan olan deputat, sosial
siyasət komitəsinin sədri Hadi Rəcəbli Məmmədovun həbs edilməsi üçün məhkəməyə
göndəriləcək iddia ərizəsinin artıq hazır olduğunu və ərizənin deputatlar tərəfindən
imzalanma prosesinin davam etdiyini bildirmişdi (amma son olaraq məhkəməyə
müraciət edilmədi). 2013-cü il yanvarın 19-da Bakıda yerləşən Binə Ticarət
Mərkəzində çalışan şəxslər sosial tələblərlə etiraz aksiyası keçirmişlər, nəticədə
polislə qarşıdurma yaranmışdır. Cənab Məmmədov etiraz aksiyasının keçirildiyi yerə
gedib, etirazçılarla görüşüb və onların tələblərini öyrənib. O, həm öz bloqunda, həm
də mətbuata verdiyi müsahibələrdə aksiya iştirakçılarına dəstək ifadə etmiş, tələblərin
tamamilə doğru olduğunu bildirmiş, hakimiyyəti korrupsiyanın qarşısının alınmasında
maraqlı olmamaqda günahlandırmışdı.
2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası
tələbi ilə etirazlar keçirilmiş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Cənab
Məmmədov hadisədən bir gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş,
rayon mərkəzində jurnalistlər və bəzi sakinlərlə söhbət etdikdən sonra Bakıya
qayıtmışdır. Bakıya qayıdarkən cənab Məmmədov Azadlıq Radiosuna müsahibə
vermiş və etirazların haqlı olduğunu bildirmişdir, eyni zamanda öz bloqunda
insanların səbrinin tükəndirilməsinə görə yerli icra qurumlarını tənqid etmişdir.
Bundan əlavə, cənab Məmmədov hadisələrin baş verməsinə səbəb olmuş şəxslərin
kimliyini dəqiqləşdirərək onların Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli
Ələkbərovun (hazırda vəzifədən uzaqlaşdırılıb) qohumları və yaxınları olduğunu
müəyyən etmiş, hadisənin baş verməsinə səbəb olan şəxslərin işlədiyi otelin nazirin
oğluna məxsus olduğunu göstərən rəsmi sənədləri taparaq yaymışdır (həmin vaxt
otelin heç bir vəzifəli şəxsə və ya onun qohumlarına məxsus olmaması ilə bağlı yerli
icra başçısı və digər rəsmilər açıqlamalar vermişdilər).
Cənab Məmmədov REAL Hərəkatının 2013-cü il prezident seçkilərinə namizəd idi və
bu barədə onun həbsindən qabaq təşkilat daxilində razılıq əldə edilmişdi. Həbsdə
olmasına baxmayaraq, cənab Məmmədov seçkilərdə namizədliyini vermiş, yaradılan
ciddi maneələrə rəğmən namizədliyi ilkin olaraq qeydə alınmış, xeyrinə 40000-dən
çox imza toplanaraq təqdim edilmişdir. Lakin Mərkəzi Seçki Komissiyası əsassız
şəkildə imzaların saxta olduğunu iddia edərək, onun namizədliyini qeydə almamışdır.
Cənab Məmmədov məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra
həbs edildi. Yanvarın 26-dan etibarən ölkədə yayımlanan telekanalların əksəriyyəti
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad edərək
İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist, Müsavat
Partiyasının Başqan müavini Tofiq Yaqublunun səbəb olduğunu bildirərək təqsirsizlik
prezumpsiyasını pozmuş və cənab Məmmədovu cinayətkar adlandırmışlar.
Yanvarın 29-da cənab Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq
İdarəsinə çağırılıb, İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra, o, sərbəst
buraxılıb. Fevralın 4-də yenidən istintaqa çağırılan cənab Məmmədov barəsində
Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qət-imkan tədbiri seçilib, bu həbs
indiyə qədər davam edir.
Cənab Məmmədov İsmayıllı rayonuna hadisələrin başladığı gün deyil, yalnız bir gün
sonra gedib və İsmayıllıda şəhərin mərkəzi hissəsində cəmi 45-50 dəqiqə çoxsaylı
jurnalistlərin və İsmayıllıya birlikdə getdiyi REAL Hərəkatının icra katibi Natiq
Cəfərlinin yanında olub. Məhkəmədə ifadə vermiş Natiq Cəfərli və jurnalistlər bunu
bir daha təsdiq etmişlər, o cümlədən cənab Məmmədovun şəhər mərkəzində olmasını
və heç bir iğtişaşa çağırmadığını, sadəcə jurnalistlərlə söhbət etdiyini və bu vaxt
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
37
ümumiyyətlə heç bir aksiyanın, yaxud zorakılığın olmadığını göstərən videomaterial
da nümayiş etdirilmişdir.
Mobil telefon danışıqları üzrə əldə edilən çıxarışlardan görünür ki, istintaqın cənab
Məmmədovun qanunsuz hərəkətlər etdiyi iddia edilən saatlarda o artıq İsmayıllı
rayonu ərazisində olmamışdır.
Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Məmmədovu
tanımadıqlarını məhkəməyə bildiriblər. Prosesə şahid kimi cəlb edilmiş 2 İsmayıllı
sakini - İsrafil Verdiyev və Rövşən Novruzov cənab Məmmədovu gördüklərini və
onun gəncləri polisə müqavimət göstərməyə çağırdığını bildiriblər, lakin bu şahidlər
vəkillərin suallarını cavablandırarkən çoxsaylı ziddiyyətlər ortaya çıxmış, şahidlər
cənab Məmmədovun istintaqın iddia etdiyi yerdə deyil, başqa yerdə olduğunu
bildirmişlər. Mehdiyev soyadlı şahid həmin ərazidə təsadüfən olduğunu və İsmayıllı
hadisələri zamanı başqa heç bir hadisənin şahidi olmadığını bildirmişdir, lakin cinayət
işinin materiallarından məlum olmuşdur ki, Mehdiyev artıq yanvarın 23-dən həbs
edilən şəxslərə qarşı ifadələr vermişdir.
Cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilənlərə qarşı heç
bir maddi və mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.
Cənab Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə
7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Cənab Məmmədovun həbsi Amnesty İnternational təşkilatı tərəfindən siyasi motivli
təqib adlandırılıb
22
və o vicdan məhbusu kimi tanınıb
23
. Avropa Şurası Parlament
Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri cənab Məmmədovun
həbsi barədə narahatlıqlarını ifadə ediblər, Bakıya səfərləri zamanı onunla görüşüblər.
Avropa Şurası İnsan Haqları Komissarı Azərbaycana səfəri ilə bağlı hesabatında
cənab Məmmədovun azad edilməsinin vacibliyini vurğulayıb
24
. Avropa Parlamenti
onun dərhal və qeyd-şərtsiz azad edilməsi üçün 2 qətnamə qəbul edib. Avropa İnsan
Haqları Məhkəməsi 22 may 2014-cü il tarixində cənab Məmmədovun barəsində həbs
qətimkan tədbirinin seçilməsi ilə bağlı göndərilmiş şikayət üzrə öz qərarını
açıqlayaraq, Avropa İnsan Haqları Konvensiyasının 5.1 və 5.4 (azadlıq hüququ), 6.2
(təqsirsizlik prezumpsiyası) və 5-ci maddə ilə əlaqədar 18-ci (hüquqlarla bağlı
məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını, nəticə etibarilə
cənab Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsini və bu
tədbirin müddətinin artırılmasını əsassız hesab edib. Məhkəmə qərarın 143-cü
bəndində qeyd edir ki, cənab Məmmədov tənqidi siyasi mövqeyinə görə
cəzalandırmaq məqsədilə həbsə atılıb.
22
http://bit.ly/QnDAbI
23
http://bit.ly/1gJG6nt
24
http://bit.ly/1gpkKdm
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
38
24. Sadıqov Yadigar Sadıq oğlu
Saxlanma tarixi: 27 iyun 2013-cü il
İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən
əşyaları tətbiq etməklə törədildikdə) maddəsi
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: Müxalifətdə olan Müsavat Partiyasının Başqanının müşaviri olan
cənab Sadıqov həm partiya fəaliyyəti, həm də sosial şəbəkələrdə aktivliyi, konkret
olaraq hakimiyyətə qarşı sərt tənqidi fikirləri ilə fərqlənib. Cənab Sadıqov cənub
bölgəsində yerləşən Lənkəranda yaşadığı üçün partiyanı bu bölgədə təmsil edib.
Cənab Sadıqov 2013-cü ilin yanvar ayında Müsavat Partiyasının Başqanını Lənkərana
dəvət etmiş və bu səfərin təşkilatçılığında fəal rol oynamış (təşkil edilmiş təxribatlar
və maneələr nəticəsində İsa Qəmbər Lənkərana buraxılmamışdır), ümumiyyətlə, həm
cənub bölgəsində, həm də digər regionlarda insan haqlarının pozulması faktlarının
yayılmasında və hüquqların müdafiə edilməsində fəal iştirak etmişdir.
Cənab Sadıqov Lənkəranda çayxanada mobil telefonla həmin rayonun sakini Rəşid
Kərimovu vuraraq xuliqanlıq törətməkdə ittiham edilib, onun şikayəti əsasında
saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Cənab Sadıqov 13 yanvar 2014-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə
6 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi 22 iyul
2014-cü il tarixdə bu müddəti azaldaraq cəza müddətini 4 ilə endirib.
Sadıqovun döydüyü iddia edilən şəxsin şikayət ərizəsi polis tərəfindən verilən
açıqlamadan da əvvəl dövlət informasiya agentliyi olan AzərTac-da yayımlanıb.
Həmin müraciətdə deyilir ki, müharibə əlili çayxananın qarşısından keçərkən cənab
Sadıqov və daha iki nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir edib və sonradan
hər kəsin gözü qarşısında təpikləyiblər. Bununla belə şikayətçi istintaqa fərqli ifadə
verərək onu ancaq cənab Sadıqovun döydüyünü bildirib, məhkəmə istintaqı zamanı
isə vəkillərin suallarına əsasən “xatırlamıram” cavabını verib. Bundan əlavə,
hadisənin şahidləri kimi təqdim edilmiş şəxslər hadisə yeri kimi istintaqın qeyd etdiyi
çayxananı deyil, yaxınlıqda olan digər çayxananı qeyd ediblər ki, bu da həmin
şahidlərin səhv təlimatlandırıldığını göstərir. Hadisənin baş verdiyi iddia edilən
çayxananın sahibi məhkəmədə ifadəsi zamanı hadisəni tam görmədiyini bildirib,
şikayətçini sonradan artıq polislərlə çayxanaya gələndə gördüyünü, amma onun
üzündə heç bir xəsarət görmədiyini söyləyib.
Müdafiə tərəfinin xəsarətin yetirildiyi barədə rəy vermiş ekspertin məhkəməyə
gətirilərək dindirilməsi, yeni ekspertizanın təyin edilməsi, ittiham tərəfinin
şahidlərinin hadisə yerində olub-olmadığını dəqiqləşdirmək üçün məlumatlarının əldə
edilməsi və cənab Sadıqovun təqsirsizliyini sübut edə biləcək bu kimi digər vəsatətləri
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
39
hakim tərəfindən təmin edilməyib. Dövlət ittihamçısı isə məhkəmədən bu maddə ilə
nəzərdə tutulan ən maksimum cəzanı – 7 il azadlıqdan məhrum etmə cəzasını istəyib
(minimum cəza 3 ildir).
25.
Qəhrəmanlı Fuad
Saxlanma tarixi: 8 dekabr 2015-ci il
İttiham: Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və
283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması)
Saxlanıldığı yer: 1 saylı Bakı (Kürdaxanı) İstintaq Təcridxanası.
İş üzrə arayış:
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad
Qəhrəmanlı 8 dekabr 2015-ci ildə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq
İdarəsinə çağırılıb, rəsmi dəvət tələb etdikdə zorla evindən idarəyə aparılıb. Evində
axtarış aparılıb və ona məxsus kompüter götürülüb. Həmin gün Qəhrəmanlı Nəsimi
rayon məhkəməsinə aparılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
İttihama görə, onun Facebook səhifəsindəki qeydləri Cinayət Məcəlləsinin 281-ci
(dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət
və ya düşmənçiliyin salınması) maddələrinin təsiri altına düşür. Həmin qeydlər onun
həbsindən təxminən 10 gün əvvəl yazılıb, sosial şəbəkələrdə və cəmiyyətdə heç bir
nəzərə çarpan reaksiya doğurmayıb.
Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 281.1 maddəsi ilə ittiham irəli sürülsə də,
məhkəmə həbs qətimkan tədbiri seçərkən görünməmiş qanunsuzluğa yol verərək,
ittihama daha ağır olan 281.2 maddəsini də əlavə edib.
Vəkili Fəxrəddin Mehdiyev bəyan edib ki, Qəhrəmanlının Facebook səhifəsindəki
qeydləri politoloji ümumiləşdirmələr və özünün siyasi fikirləridir, həmin fikirlər
Dostları ilə paylaş: |