daş atmaqda və cənab Quliyevə qarşı irəli sürülən digər ittihamlarda təqsirli biliblər.
Bu şəxslərin cənab Quliyevə yardımçı olduqlarını iddia edərək həbs edilmələri ondan
qisas almağa və ittihamı daha da ağırlaşdırmağa (cinayətin mütəşəkkil dəstə
tərəfindən törədildiyini iddia etmək üçün) xidmət etdiyi şübhə doğurmur.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin xeyrinə verilmiş ifadələr deyil,
şübhəli və suallar doğuran ifadələr daha mötəbər sübut kimi qiymətləndirilmişdir.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
64
Məsələn, cənab Kazımovun hadisə yerində olduğunu cəmi bir şahid Hacəli Cavadov
iddia etsə də, eyni anda həmin ərazidə olduğunu deyən digər şahidlər cənab
Kazımovu orda görmədiklərini deyiblər. Bundan əlavə cənab Kazımovun evindən
narkotik maddənin tapıldığı iddia edilən axtarış cənab Kazımovun və müdafiəçisinin
iştirakı olmadan aparılıb.
Məhkəmənin yekun hökmündən görünür ki, təqsirləndirilən bir sıra şəxslərin konkret
olaraq hansı qanunsuz hərəkət etməsi dəqiqləşdirilməyib və baş vermiş ümumi
hadisəyə görə qanunsuz həbs edilmiş şəxslərə uzun müddətli azadlıqdan məhrumetmə
cəzaları kəsilmişdir. Təqsirləndirilən şəxslərin bəzilərinə cinayətkar dəstə və ya birlik
yaratma ittihamı verilməsi, bəzilərinə isə bu ittihamın verilməməsi, lakin hamısının
eyni hadisəyə görə təqsirli bilinməsi ittihamın saxta və tələsik şəkildə hazırlandığını
göstərir.
56. Ağalı Rza Qorxmaz oğlu
Saxlanma tarixi: 9 sentyabr 2012-cü il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə
qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan
Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı
dəyişdirmədən qüvvədə saxlamışdır.
57. Ağayev Surac Valeh oğlu
Saxlanma tarixi: 15 sentyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə
qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan
Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər) maddələri
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
65
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi, 04 iyul 2014-cü il
tarixində isə Ali Məhkəmə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.
58. Əliyev Nicat Yasər oğlu
Saxlanma tarixi: 18 sentyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə
qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan
Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı
dəyişdirmədən qüvvədə saxlamışdır.
59. Kazımov Xalid Nofəl oğlu
Saxlanma tarixi: 14 sentyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234.4.3 (satış məqsədi ilə qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama,
hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq
narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə),
315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və
324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı
dəyişdirmədən qüvvədə saxlamışdır.
60. Kişiyev Namiq Əlisa oğlu
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
66
Saxlanma tarixi: 18 sentyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə
qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan
Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı
dəyişdirmədən qüvvədə saxlamışdır.
61. Tahirov Ziya İbrahim oğlu
Saxlanma tarixi: 9 sentyabr 2012
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə
qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan
Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı
dəyişdirmədən qüvvədə saxlamışdır.
e. 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə tutulan
şəxslərin işi
2010-cu ilin payızında Azərbaycan Respublikasının Təhsil Nazirliyi hicablı
məktəblilərin dərslərə buraxılmasına qadağa qoydu. Bu addım Azərbaycanda olan
dindar kəsimin etirazına səbəb olmuş, buna qarşı müxtəlif kampaniyaların və
etiraz aksiyalarının keçirilməsinə gətirib çıxarmışdır. Qadağanın tətbiqinə qarşı
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
67
2010-cu ilin dekabrında keçirilmiş kiçik etiraz aksiyasından sonra ilk kütləvi
etiraz aksiyası 6 may 2011-ci ildə qadağanı tətbiq etmiş Təhsil Nazirliyinin
qarşısında təşkil edilmişdi. Dinc xarakter daşıyan həmin aksiya polislərin və mülki
geyimli hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsi ilə dağıdılmış,
nəticədə çox sayda aksiya iştirakçısı saxlanılmış və onlardan 12 nəfər qanunsuz
olaraq sübut edilməyən xuliqanlıq və ictimai qaydanın pozulması ittihamları ilə 1
il 6 aydan 3 ilə qədər müddətə azadlıqdan məhrum edilmişdilər. Bu aksiyaya görə
saxlanılanların bir qismi azadlıqdan məhrum etmə müddətini başa vurduğundan,
kiçik bir qismi də vaxtından əvvəl azadlığa buraxıldığından siyahıda adları yer
almayıb. Bununla belə həmin şəxsləri keçmiş siyasi məhbuslar hesab edirik və
maraqlanan şəxslərə əlavə zəruri məlumatları verməyə hazırdır.
İkinci kütləvi etiraz aksiyası 5 oktyabr 2012-ci il tarixində (Azərbaycanda
Müəllimlər Günü kimi qeyd edilir və bu tarix mövcud olan problemə diqqəti daha
da artırmaq üçün simvolik olaraq seçilmişdi) yenə də Təhsil Nazirliyinin
qarşısında təşkil edilmişdir. Dinc şəkildə təşkil edilmiş aksiyanın polisin güc
işlədərək dağıtması ciddi qarşıdurmaya səbəb olmuşdur, nəticədə 6 may 2011-ci il
tarixində keçirilmiş aksiyadan fərqli olaraq daha çox iştirakçı saxlanılmış, həm
aksiya iştirakçıları, həm də polis əməkdaşları fiziki xəsarətlər almışlar. Aksiyada
iştiraka görə azadlıqdan məhrum edilmiş bütün şəxslər siyahıya daxil edilib.
Aksiyanın müşahidəsi, həmçinin sonradan aksiyadan olan foto və video
çəkilişlərin analizi göstərir ki, aksiya dinc qaydada təşkil edilmiş, son ana qədər
polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya
gedilməmişdir. Yalnız polisin güc tətbiq edərək müdaxiləsi nəticəsində mitinq
iştirakçılarından bir neçəsi özlərini müdafiə etmək məqsədilə polislə qarşıdurmada
olmuşlar. Video və foto kadrlardan aydın şəkildə görünür ki, aksiya zamanı
təxribatçılardan istifadə edilib ki, məhz onlar əllərinə aksiya iştirakçılarının
şüarlarının qeyd edildiyi taxta parçalarını almaqla, polisə müqaviməti imitasiya
etməklə sonradan aksiyanın tam olaraq qeyri-dinc olduğunu “əsaslandırmaq” üçün
fəaliyyət göstəriblər. Kadrlara düşən bu şəxslərin heç biri saxlanılmayıb. Lakin
kadrlara yalnız üzləri düşən, amma polisə müqaviməti göstərdikləri əks
edilməyən, hətta aksiyaya gecikən şəxslər həbs ediliblər və məhkəmənin qərarı ilə
azadlıqdan məhrum ediliblər. Məhkəmə qərarları çıxarılarkən istinad edilən əsas
sübut polis əməkdaşlarının ifadələri olub ki, aksiya zamanı qarşı tərəfin polis
olduğunu nəzərə aldıqda bu ifadələrin mötəbərliyi şübhə doğurmaya bilmir.
Polislərdən başqa şahid kimi dəvət edilmiş Təhsil Nazirliyi ətrafında fəaliyyət
göstərən mağaza sahibləri və taksi sürücüləri isə təqsirləndirilən şəxsləri
ümumiyyətlə görmədiklərini bildirmişlər. Polislə qarşıdurmada olmuş aksiya
iştirakçılarına qeyri-adekvat cəza verilib.
Aksiyada iştiraka görə həbs edilən şəxslər barəsində uzun müddət ictimaiyyətə
heç bir məlumat verilməmişdir, onları mühakiməsi qruplar şəklində həyata
keçirilmişdir.
62. Ağadadaşov Tərlan Faiq oğlu
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
68
Saxlanma tarixi: 5 oktyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini
yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5
il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-
cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.
63. Allahverdiyev Rövşən Hüseyn oğlu

64. Həsənov Nəsimi Yusif oğlu
Saxlanma tarixi: 6 oktyabr 2012-ci il
İttiham: CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla),
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma
və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə
etmə və ya saxlama)
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Həsənov faktiki olaraq 5 oktyabr 2012-ci il tarixli “Hicaba
azadlıq” aksiyasında iştirakına görə CM-nin digər maddələri ilə həbs edilən şəxsdir.
Aksiyada iştirakdan sonra Bərdəyə qayıdan Həsənov barəsində aksiyadan bir neçə
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
69
gün sonra axtarış verilməsi ilə bağlı məlumatlar yayılıb (halbuki polislər Həsənovun
evinə belə getməyiblər), bu məlumatların yayılmasından sonra cənab Həsənov
könüllü şəkildə Bərdə rayon Polis Şöbəsinə getmiş və Bərdədə olduğunu bildirmişdir.
Polis şöbəsində 5 oktyabr aksiyasında iştirakı ilə bağlı dindirilərkən polislər onun
atasından Həsənova məxsus maşının açarlarını almaq üçün onların evinə gediblər,
atası Həsənovun özünə zəng vurduqdan sonra açarı polislərə verib. Axtarışdan sonra
maşından silah, könüllü şəkildə polisə gəlmiş Həsənovun cibindən isə 24 bükülü
narkotik maddə aşkarlandığı bildirilib. Məhkəmə prosesində şahidlər qismində yalnız
polislər və hal şahidləri çıxış ediblər ki, onların ifadələrində xeyli sayda ziddiyyətli və
ilkin ifadələrlə üst-üstə düşməyən məqam olub, məsələn, maşında axtarış zamanı hal
şahidi olmuş şəxslərdən biri hakim Əhməd Sarıyevin “maşın nə rəngdə idi?” sualına
şahid “yadımda deyil, ya ağ, ya qara idi” cavabını verib, polislərdən biri “Həsənov nə
vaxt həbs edilib?” sualına “5 oktyabrda” cavabını verib, halbuki cənab Həsənov
aksiyadan sonrakı tarixdə həbs edilib. Bununla belə, o, Bərdə rayon Məhkəməsinin 27
iyul 2013-cü il qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilib.
1977-ci il iyulun 2-də anadan olan cənab Həsənov ailəlidir, 1 qız övladı var, qızı
anadangəlmə iflicdir.
65. Hətəmov İlham Bəhmən oğlu
Saxlanma tarixi: 5 oktyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini
yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5
il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-
cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.
66. Kərimov David Tərlan oğlu
Saxlanma tarixi: 5 oktyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini
yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6
il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il
dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.
67. Rzayev Elşad Fikrət oğlu
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
70
Saxlanma tarixi: 23 fevral 2013-cü il
İttiham: 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya
bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi
ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan
zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 3 iyun 2013-cü il qərarı ilə 6 il
müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı 2013-cü
ilin avqustunda qüvvədə saxlayıb.
68. Şirəliyev Telman Şirəli oğlu
Saxlanma tarixi: 05 oktyabr 2012-ci il
İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini
yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6
il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il
dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.
f. İlahiyyatçılar
69. Süleymanov Abgül Neymət oğlu
Saxlanma tarixi: 12 avqust 2011-ci il
İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş
sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla),
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma
və ya gəzdirmə), 233 (ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
71
nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın,
müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin
bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak
etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya
saxlama), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri satma, külli miqdarda törədildikdə) və 283.2.1-ci (zor tətbiq etməklə və ya
zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin
salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini
mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 8 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Süleymanov Azərbaycanda inanclı fəal və nüfuzlu ruhani
kimi tanınır. 2001-ci ildən səyyar şəkildə “Qurani-kərim” və İslam din üzrə dərslər
deyən ruhani 2005-ci ildə “Milli-mənəvi dəyərlər” İctimai Birliyinin yaranmasında
yaxından iştirak edib, elə həmin il Danimarkada Məhəmməd peyğəmbər barədə
çəkilmiş karikaturalara etiraz əlaməti olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin
qarşısında keçirilən aksiyanın fəallarından olub, 2006-2010-cu illər ərzində
Beynəlxalq Qüds günü ilə bağlı İsrail səfirliyi qarşısında keçirilmiş dinc aksiyalarda
iştirak edib, 2009-cu ildə Fatimeyi Zəhra məscidinin sökülməsi ilə bağlı İqtisad
Məhkəməsinin çıxardığı qərardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı
dinc aksiya cənab Süleymanovun təşəbbüsü ilə keçirilib, 2009-2010-cu illərdə digər
məscidlərin də sökülməsi ilə bağlı sərt tənqidi çıxışlar edib, 2010-cu ilin sonlarında
Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərdə hicaba qoyulmuş qadağaya etiraz
olaraq keçirilmiş hər iki aksiyada iştirak edib, mətbuatda bu qərarın qanunsuz olması
ilə bağlı çıxışlar edib. 2011-ci ilin mayında keçirilmiş “Hicaba azadlıq” aksiyasından
sonra təqiblərlə üzləşən cənab Süleymanov həmin ilin avqustunda həbs olunmuşdur.
Avqustun 12-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq birgə məlumat
yayaraq cənab Süleymanovun onunla birgə həbs edilən jurnalist Bayramov Ramin
Cahangir oğlu və Azərbaycan İslam Partiyasının üzvü Qəniyev Arif Gülsuvar oğlu ilə
birlikdə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici
dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların
törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik
edilməsində şübhəli bilindiklərini bəyan etmişlər. Bu məlumatda eyni zamanda
bildirilmişdi ki, cənab Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət
Dostları ilə paylaş: |