Böyük coğrafi kəşflərdən XIX əsrin sonlarına qədər olan mərhələ[redaktə | əsas redaktə]
Rusiyadan İrana və Hindistana gedən dəniz və qurur yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa–Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb oldu, bunların ölüçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd etmişlər. Hazırda bunlardan Multanı (XII–XIV), Buxara (XIV–XVI), Fars, Ləzgi və s. bizim günlərə gəlib çıxmışlar.
Müxtəlif dövrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbaro, Ambrozio Kontarini, Antoni Cenkinson, Vincensi Alesandri, Sadko, Övliyə Çələbi, Fedor Kotov) səyahətnamələrində olan qeydlər Azərbaycan xalqının hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində layiqli yer tutduğunu göstərir.
Dostları ilə paylaş: |