Azərbaycanda turizm


Müstəqillik dövrünə qədər (1950-1991)



Yüklə 25,72 Kb.
səhifə5/7
tarix13.04.2022
ölçüsü25,72 Kb.
#55260
1   2   3   4   5   6   7
Azərbaycanda turizm

Müstəqillik dövrünə qədər (1950-1991)[redaktə | əsas redaktə]

Turistlərin səyahətlərinin və istirahətlərinin maraqlı keçməsi üçün turbazalarda velosiped və atlarla yürüşlər və gəzintilər təşkil olunurdu. 1936–cı ildə SSRİMərkəzi İcraiyyə Komitəsi turizmin ölkədə gələcək inkişafın könüllü özfəaliyyət cəmiyyəti çərçivəsində az səmərəli olduğunu nəzərə alaraq, 17 aprel 1936–cı il tarixli qərarı ilə Proletar turizmi və ekskursiyalar cəmiyyətini ləğv etdi. 1940–cı ildən turizm sahəsində fəxri adlar tətbiq olunmağa başladı. Xüsusi xidmətlərə görə "SSRİ turisti" döş nişanı ilə təltif olunurdular. İkinci dünya müharibəsi illərində bütün SSRİ–də olduğu kimi Azərbaycanda da turizm ekskursiya fəaliyyəti dayandırıldı. Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi geniş vüsət tapmağa başladı.



1950–ci il sentyabr ayında Bakı turist bazası yaradıldı. O vaxtlar bu baza Nizami adına istirahət parkında yerləşdirildi. 1957–ci ildə Mingəçevirdə və Hacıkənddə turist bazaları təşkil olunur. 1958–ci ildə Zaqatalada1960–cı ildə Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, AzərbaycanTurizm ekskursiyalar idarəsi 1962–ci ildən Turizm üzrə Azərbaycan Respublika Şurası, 1969–cu ildən Turizm Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası adlandırıldı. Zəhmətkeşlərin yay istirahətinin təşkili üçün 1962–ci ildən Nabranda (Xaçmaz rayonuBakı turist bazasının filialı kimi 150 nəfərlik "Sputnik" turist çadır düşərgəsi yaradıldı. 1963–cü ildə Bakıda turist klubu, Nabranda "Xəzər" turist bazası1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə, Sumqayıtda1969–cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları yaradıldı. 1970–ci ildə Zaqatalada və 1972–ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975–ci ildə Qəbələdə Qafqaz və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazası, elə həmin il Bakıda "Qarabağ" turist mehmanxanası istifadəyə verildi. Bir qədər əvvəl isə Xankəndində (1971) və Mingəçevirdə (1972) ekskursiya büroları açıldı.

Sonrakı illərdə Azərbaycanın müxtəlif rayonlarında; Naxçıvanda 1978–ci ildə ilk turizm təşkilatı (Səyahətlər və ekskursiyalar bürosu) yaradıldı. 19701987–ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunurdu. Xarici turizmin maddi–texniki bazasını genişləndirmə məqsədi ilə 1973–cü ildə BakıdaAzərbaycan Respublikasında ən böyük mehmanxana kompleksi olan 1942 yerli Azərbaycan mehmanxanası istifadəyə verildi. 1978–ci ildə "İnturist" səhmdar cəmiyyətinin tabeliyində 200 yerlik komfortlu Moskva mehmanxanası da əlavə edildi.



1983–cü ildə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul olundu. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984–cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2000–ci ilə qədər Turizmin inkişaf sxemi tərtib edildi.

Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987–ci ildə nail olmuşdur. Həmin il respublikaya xarici ölkələrdən 50, SSRİ–nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Azərbaycana turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki Qarabağ turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı.



1988–ci ildə Dağlıq Qarabağ muxtar vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycana daxili və xarici turistlərin axını xeyli azalmışdır. XankəndiŞuşaSumqayıt, sonra isə Bakıda fövqəladə vəziyyətin tətbiqi, əslində respublikanın bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb oldu. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələndi. Azərbaycan hökumətinin qərarı ilə 1988–ci ilin dekabrında Ermənistandan qovulmuş azərbaycanlıların respublikanın turist bazarlarında yerləşdirilməsinə başlanıldı.


Yüklə 25,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin