Saylarla yaranmış problemlər
2004-cü ilin Statistik illik kitabında saylar nəşr edilmişdi. Məlumatlar (həmçinin institutların sayı) Maliyyə Nazirliyinin institutlara verdiyi illik büdcə məlumatları ilə demək olar ki, adbaad fərqlənir. Bu məlumatlar QHT-nın verdikləri hesabatlarda isə daha fərqli şəkildə fərqlənir43.
Əlavə olaraq, sistemli şəkildə vasitələrin yoxluğu yaşayış şəraitlərinin ətraflı analiz edilərək inkişaf etdirlməsinə imkan yaratmır və bu da öz növbəsində gələcək məqsədlərin və nəticədə gələcək qayğı planının təyin edilməsində ilkin mərhələni müəyyənləşdirməyə mane olur. Yaş qrupları, gender tərkibi və uşaqların statusunu müəyyənləşdirən məlumatları (məs: tamamilə valideyn qayğısından məhrum olanlar və ya valideynlərinin nəzarəti altında qalanlar; institulizasiyanın vəziyyəti; qohumlarla/valideynlərlə əlaqələrin saxlanma vəziyyəti; (tez-tez və ya gec-gec) əlilliyin vəziyyəti və növü ) faktiki olaraq əldə etmək mümkün deyil.
Valideynləri tərəfdən tam (və ya rəsmi) şəkildə atılmamaqlarına baxmayaraq ki,bu uşaqların çoxu il uzunu institutun direktorunun və ya qayğı göstərən insanların nəzarəti altında qalırlar və tədricən institulizasiya edilmiş uşaqlara çevrilirlər.
Kasıblıq bir çox mənbələrə əsasən müəyyən edilir və əsas səbəblərdən biri də institulizasiyadır: bu institutlarda yaşayan uşaqlar "ictimai yetimlər" kateqoriyasına aid olurlar.
Bununla belə institulizasiya olunmuş uşaqların sayının sabit artımı, əgər biz bunu ölkədəki ÜDM-un artımı ilə müqayisə etsək, onda dövlət qayğısının göstərilməsi üçün ailələrin itqisadi vəziyyətlərinin yeganə səbəb olması düzgün fikir deyil. Belə olan halda qəbul etmək lazımdır ki, milli səviyyədə əldə olunan iqtisadi nailiyyətlər əhalinin yaşayış tərzinə birbaşa təsir etmir. Həmçinin başqa faktorları da bura əlavə etmək olar, yəni siyasi,mədəni və sosial faktorlar tendensiyaları izah etmək üçün birgə qəbul edilə bilər.
Dostları ilə paylaş: |