İnstitutlar "zibil qabları" kimi?
Ümumiyyətlə, bir neçə mənbənin dediyi kimi44, uşaqların profili bu instituların hədəf qruplarının reallığı ilə uyğun gəlmir: Yetimlər internat məktəblərində, sosial yetimlər yetim evlərində, kiçik problemləri olan uşaqlar əlil uşaqlar kateqoriyası altında xüsusi məktəblərdə və əlilliyi olan uşaqlar isə digər internat məktəblərində yerləşdirilirlər. Başqa ölkələrin təcrübəsinə əsasən demək olar ki, bu cür sistem ailələrin uşaqlarını öz evlərində, məktəblərində, öz cəmiyyətlərində qayğı göstərməkdən və dəstəkləməkdən daha çox onları "təcrid etmə" funksiyası daşıyır. Bu cür institular cəmiyyətdə "zibil qabı" rolunu oynayır, yəni burada problemli vəziyyətlər sona yetir, onların həlli tapılıb həll edilməkdənsə bu cür problemlər əbədiləşdirilir və nəticədə uşaqlar daha acınacaqlı şəraitə düşürlər.
Bütün hallarda: standard parametrlərlə əvvəlcədən hazırlanmış cavablar, qayğı göstərmək istəyənləri müxtəlif kateqoriyalara bölür və həmişə hər bir uşağın kompleks həyatına tam yardım göstərmək üçün qeyri-qənaətbəxş olur.
Bütün bunlarla belə son illər fərdi donorlar tərəfindən instituların ehtiyaclarını ödəmək üçün bir neçə təşəbbüs edilmişdi. (orada işləyən insanların çətin vəziyyətdə işləmələri, maaşlarının aşağı olması və s. problemlərin həlli üçün). Nəticədə kasıb aillələrdə belə bir tendensiya müşahidə edildi ki, uşaqların həyatını daha da yaxşılaşdırmaq üçün onları bu cür yaşayış institutlarına göndərmək lazımdır45.
Dostları ilə paylaş: |