Make the children play


Müəssisələr tərəfindən qoruma üsulları. Boşluqlar və təhlükələr



Yüklə 0,66 Mb.
səhifə39/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

Müəssisələr tərəfindən qoruma üsulları. Boşluqlar və təhlükələr.


Yeni Cinayət Məcəlləsində köləlik (seksual köləlik daxil olmaqla, mad. 106), cinsi zorakılıq (art. 108) seksual xarakterli zorakılıq (art. 150), seksual xarakterli hərəkətlərə məcbur etmə (mad. 151), 16 yaşına çatmayan şəxsl cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (mad. 152), yetkinlik yaşına çatmayanlary fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə (mad. 171), yetkinlik yaşına çatmyanların alqı-satqısı (mad. 173), fahişəliyə cəlb etmə (mad. 243) və əxlaqsız yuvaları saxlanma (mad. 244) cinayət kimi cəciyyələndirir80. IOM-un hesabatına uyğun olaraq “milli qanunvericilik sistemindəki islahatlara baxmayaraq insan alveri kimi hüquq pozuntusu mövcud olduğuna görə mövcud qanunvericilikdəki boşluqları doldurmaq üçün əlavə tədbirlərin görülməsi tələb olunur”. (…) Məsələn Cinayət Məcəlləsində mütəşəkkil cinayətkarlığın ağır cinayət olaraq səciyyələndirdiyinə baxmayaraq insan alveri bir hüquq pozuntusu kimi göstərilməmişdir və bu cür gərəkətlər mütəşəkkil cinayət qrupları tərəfindən həyata keçirildikdə belə cəzasız qalır.81

Daha əvvəl qeyd edildiyi kimi yaranan problemin mövcuduğu etiraf edildikdən sonra Azərbaycan Höküməti 2004-cü ilin mayında OSCE və IOM-un dəstəyiylə hazırlanan və Daxili İşlər Nazirlinin Müəvini tərəfindən koordinasiya edilən İnsanların Alverinə Qarşı Birliyin yaradılmasıyla nəticələnən İnsanların Alverinə Qarşı Milli Fəaliyyət Planınını qəbul etmişdir.82 Bu birlik hələ ki rəsmi bir hesabat hazırlamamışdır.

Bir çox hallarda cinayətin qurbanları polis tərəfindən sərhəddə saxlanılır. Digər tərəfdən ölkə daxilində satılan şəxlsər adətən fahişəxənalara yerləşdirilir: iddia edildiyinə görə onların yeri çox vaxt məlum olur, amma Cinayət Məcəlləsinin tələblərinə baxmayaraq ictimai təhlukəsizlik orqanları bu cür vəziyyətlərə çox nadir hallarda müdaxilə edirlər.

Nə müdafiə altında vətənə qaytarma nə də ölkə daxilində himayə etmək məqsədinə qulluğ edən heç bir dövlət mexanizmi mövcud deyildir. İnsan alveri qurbanlarına kömək adətən QHT-lərdən gəlir (o cümlədən “Təmiz Dünya”dan) və OIM bu işdə mütəmadi iştirak edir; eyni zamanda müdaxilə etmək tələb olunduqda Höküməti təmsil edən vəzifəli şəxslər də kömək üçün OIM-ə müraciət edirlər.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin