Dövlət müəssisələri tərəfindən qoruma üsulları. Boşluqlar və risklər.
Gördüyümüz kimi usaqların Dövlət strukturlarıyla qarsılaşdığı təşkilat polisdir. Tranzit mərkəzlərə gətirildikdə əksər hallarda onları kimsə (valideynlər) gəlib götürənə qədər onlar orada saxlanır. Başqa sözlə onlar hətta heç bir cinayətdə şübhəli görülmədikdə belə orada saxlanırlar. Mərkəzlər tamamən polis tərəfindən idarə edilir və ictimai/ tədris müəssisələrin müdaxiləsi nadir hallarda baş verir. Baxmayaraq ki məqsəd etibarilə bu mərkəzlər həbs etmə funksiyasını daşımır, onlar yataq və tualetlərlə demək olar li təchiz edilməmişdir və qapı və qıfıllarla kilidlənir.69
Azyaşlılar ilə iş üzrə komissiyalar bu cür hallarla məşqul olmalıdırlar, amma araşdırma aparıldığı müddət ərzində onların adı nə transit mərkəzilərinin cavabdeh işçiləri, nə də uşaqlar tərəfindən heç çəkilmədi, bu isə onu göstərir ki, uşaqları qorumaq məqsədilə onların uşaqlarla bilavasitə təması çox nadir hallarda baş verir.
Qeyd etməyə dəyər ki küçə uşaqlarının sayının artmasında payı olan digər bir amil məktəbə gəlməmə hallarının qarşısının alınmasında lazımi dövlət mexanizminin olmamasıdır. baxmayaraq ki, qanunlara görə təhsil məcburidir, əslində nə valideynləri uşaqlarının məktəbə getməsini təmin edən bir vasitə vardır, nə də məktəbə gəlməmə hallarına nəzarət etmə və onların aradan qaldırmaqda kömək edə biləcək təşəbbüslər.
Küçə uşaqları arasında ailəsi olmayanlar daimi qaldıqları uşaq müəssisəsinə70, yəni daha əvvəl qaçaraq küçədə yaşamağa başladıqları yerə göndərirlər. Faktiki olaraq onlar uşaq müəssisəsindəki sui-istifadə hallarına dair gələn məlumatların əsəs mənbəyidir.
Bakıda mövcud olan seçim QHT-lərin öz təşəbbüsüylə yaranan iki mərkəzdir: yuxarıda adı çəkilən mərkəzdə yerləşdirmələri və küçə uşaqlarına sığınacaq verən və onlara məktəbə yenidən getmələrinə kömək göstərən “Ümid evi” adında bir qrupdur. yeni uşaq təşkilatına çevrilmə riskinə baxmayaraq (orada 40-a qədər uşağa baxıla bilir) mərkəz orada fəaliyyət göstərən könüllülərin göstərdkikləri müsbət münasibətə və uşaqlar üçün alternativ həllər tapmağ açıq olduqlarına görə təqdirəlayiqdir, eyni zamanda müəssisələrin uşaqlar üçün uyğun bir yer olmadığını dərk etmək şərtilə.71
Dostları ilə paylaş: |