Make the children play


Onlar bütün günlərini küçədə keçirir, çox ağır yükləri daşıyır, yemək axtarır, alçaldılmaqdan qorxur və polislə problemlər yaşayır



Yüklə 0,66 Mb.
səhifə34/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   30   31   32   33   34   35   36   37   ...   60
Onlar bütün günlərini küçədə keçirir, çox ağır yükləri daşıyır, yemək axtarır, alçaldılmaqdan qorxur və polislə problemlər yaşayır.

Küçə uşaqlarının hər gün üzləşdiyi çətinliklər və risklər “Azərbaycan Uşaqlar Birliyinin” müəyyən etdiyi faktları “İşıq Evi”nə gələn oğlanlardan bəzilərilə (Əli və digərlərilə) bilavasitə söhbətlər zamanı əldə edilən əlavə məlumatlarla birlikdə burada qısaca təqdim edilmişdir.68

Usaqların bir çoxunun (85%) valideynləri var və əksər hallarda onlar usaqlarını işə getməyə məcbur edir (30%); bəzi hallarda onlar digər qohumlar və ya qonsular tərəfindən (14%) işləməyə məcbur edilir. Onların yarısından çoxu öz həyat tərzləri barəsində özlərinin qərar verdiklərini demişlər.

5 usaqdan üçü bütün gün ərzində işləyir (10-dan 14 saatədək) və bu müddət heç vaxt 6 saatdan az olmur.

Əksər hallarda onlar əşyaların yükləmə və boşaltması (29%), xırda ticarət (18%) və ya maşınların yuyulması kimi işlərlə məşğul olurlar. Əli və digərləri bu mənada kifayət qədər yaxşı təşkilatlanmışlar: polisin mudaxilə etmədiyindən əmin omaq üçün onlar maşın yuma ləvazimatını öz mərkəzlərində saxlayırlar (şəhər mərkəzində yiyəsiz və təhlükəli bir binada) və onların daimi müştərilərlə razılıqları var. İşlər yaxşı gedəndə hər biri gündə 1 dollar gəlir əldə edir.

Demək olar ki söhbət edilən 10 usaqdan biri fahişəlik edir.

84%-i məcburi təhsil yaş müdətində (7-15) işləməyə baslamışlar.

Əsasən işin çox çətin olduğuna (27%), gəlirin az olduğuna 27%, alcaldıqlarına və onlardan sui-istifadə edildiklərinə görə (20%) heç kəs küçədə işləmək istəmir.

Onların yarısı qazandıqları pulları qida məhsulları almaq üçün xərcləyir, 8%-i isə kirayə pulunu ödəmək üçün evə gətirir. Digər xərclər arasında geyim (17%), kompyuter oyunları (9%) və siqaret var (6%). 100 usaqdan ikisi məktəb ləvazimatını almağı fikirləşir.

Küçə usaqları üçün narkotiklər sanki böyuk problem təşkil etmir, amma eyni zamanda “İsıq evi” təskilatının rəhbəri tərəfindən bəyan edildiyi kimi yapısqan iyləmək meyli getdikcə artır. Bu cür vərdilşlərin (narkotik maddələrə bağlılığın) müalicə olma bilmə imkanı barəsində biliklərin çox aşağı səviyyədə olduğu meydana çıxmışdır (eyni səxs bəzi usaqların “qanın təmizlənməsi”, yəni təmin edilən və bir dəfə keçirilən dializ prosedurunun keçirilməsi üçün xəstəxənaya təhvil verilməsi işinin asanlasdırılmasına nail olma niyyətində olduğundan bəhs edtmişdir, halbuki yapışqanlardakı kimyəvi maddələr nəfəsə alındıqda bu cür prosedurların heç bir təsiri olmur).

Onların hər gün qarsılasdıqları əsas problem polislə təmaslardır (31%). Əli və digər uşaqlar “KPZ”də (polis şöbəsində) və “SİZO”da (məhkəməqabağı təcrid mərkəzlərində) günlərcə saxlandıqlarından danışmışlar. O dəfələrcə təkrar edirdi ki polis onları hər hansı bir səbəbə görə və hətta səbəbsiz tutub apara bilər. Onlar “vəkil”in nə olduğunu bilmirlər.

Usaqların qarşılaşdığı digər problemlər arasında dalaşmalar və doyulmələr 22%, soyuq hava 11% və aclıq 7% var.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin