UNİCEF Perspektivində üstünlüklər
Dövlıtlər bütün uyğun qanunverici administrativ, sosial və təhsil tədbirlərini uşağı valideyn, və ya uşağın qulluğunda duran digər şəxs tərəfindən nəzarətdə olduğu müddətdə fiziki və ya əqli, istismar və sui-istifadə, cinsi təcavüzün bütün formalarından qorumaq üçün tədbirlər görməlidir.
UHK Maddə 19
Uşaqlara qarşı zorakılıq hər yerdə çox qarışıq fenomen hesab olunur və hər yerdə bu çox böyük çətinliklə aradan qaldırılır. Xüsusilə ev şəraitində baş verən zorakılıqlarla mübarizə aparmaq valideyn və uşaqlar arasında münasibətlərin şəxsi məsələ kimi qəbul edildiyi ölkələrdə çox çətindir.Vəziyyət sivil cəmiyyətin məsələ ilə bağlı problemlə üzləşdiyi vaxt yaxşılığa doğru dəyişə bilər və o zaman cəmiyyət zorakılıq və sui istismar hallarına qarşı reaksiya göstərməyə hazırıdr. Yalnız o halda ki, bəzi hərəkətlər – adət və birgə praktikanın tərkib hisəsi kimi nəzərdən keçirilənlərdən fərqli- qəbul olunmaz addım olaraq başa düşülür.
Bu səbəbdən davamlı olan cəhdlər ictimai fikrin formalaşmasına istiqamətlənməlidir ki, bu da uşaqlara qarşı zorakılıq praktikasında ədalətsizlik və zərərvermə ilə əlaqəli cəmiyyətin məlumatlandırılmasını artırır.
Belə addımlar uşaq hüquqları sahəsində ictimai xidmətdə vəzifə daşıyıcıları üçün treyninqlər keçirməklə eyni zamanda olmalıdır. Bu imkanlar uşaqların zorakılıq halları ilə bağlı etiraflarına və onlara dəyən ziyanın ödənilməsi üçün uyğun yardımlar həyata keçirmək üçün zəruri biliklər təşkil edə bilmələrinə kömək etməlidir.
Bütün mümkün dəstək son olaraq, əsasən qəbul edilmiş standart və prinsipləri təmin edən məcburi tədbirləri müəyyən edən mövcud qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə verilməlidir.
Dostları ilə paylaş: |