2.6. Qanunvericiliklə problemi olan uşaqlar Saylar və meyllər: Mövcüd məlumat
İllik Statistik Məlumat Kitabına əsasən Azərbaycanda məhküm olunan əhali (bu sayın cinayətkarların ümumi sayıyla üst-üstə düşməsi şərt deyil) çox da həyacan verici deyil (2003-cü ildə bir min əhaliyə 1.4 və ya cəmi 11,827 fakt); amma burada daha çox cinayətkarlıqla mübarizə metodlarının effektivliyilə əlaqədar suallar ortaya çıxır.
Hüquq pozuntusu hallarının ümumi sayında azyaşlıların nisbəti 2,3 faizə bərabərdir. Başqa ölkələrlə müqaisə edildikdə bu faiz daha yüksək kimi görülə bilər83 və bunu gənclərin əhalinin tərkibindəki payının çox omasıyla izah etmək olar, amma eyni zamanda bu azyaşlılara qarşı sərt yanaşmanın mövcud olduğunu da göstəricisi ola bilər.
Mütləq rəqəmlərə baxıldıqda 2003-cü ildə azyaşlıların məhküm edildiyi cinayətlərin sayı 269 idi, eyni zamanda cəmi məhkum edilənlərin sayı isə 412-yə bərabərdi. Hal-hazırda ölkədə faaliyyət göstərən yəgənə uşaq tərbiyə müəssisəsi 64 oğlan saxlanılır (azyaşlılar həbsxanasının qadın bölməsində hal-hazırda heç bir qız saxlanılmır).
Uşaqlar hətta kiçik oğurluqlara görə azadlıqdan məhrum edilirlər – bu həbsxanaya edilən ziyarət zamanı müəyyən edilmiş və “El” QHT-sinin hesabatında əks olunmuşdur.84 Verilən hökmlərin sərtliyi məhbusların sayının nisbətən az olmasıyla uyğunluq təşkil etmir: məhkəmə hökmü verildikdə heç bir şərti azad olma tədbiri nəzərdə tutulmur (heç olmazsa əvvəldə) və beləliklə məhkum olunan azyaşlıların sayı və gənc məhbusların arasındakı fərqi izah etmək mümkün olmur. Aşkar sübutların olmamasına baxmayaraq belə qəbul etmək olar ki, həbsxanadan azad olma imkanı şəxsin “danışıq aparma” qabiliyyətindən asılıdır (hesabatın 1.2.2 saylı paraqrafında göstərildiyi kimi vəkillərin də bu prosesdə iştirak etmədiyini diqqətə alındıqda). Bunu məhbusların çoxunun “cavan, təhsil səviyyəsi aşağı olan, ictimai imkanlardan məhrum və emosional travma almış ” kimi təsvir edilməsi sübut edir.85
Araşdırma vaxtı cinayət törətməkdə şübhəli şəxslərin saxlandığı təcridxanada (SİZO-larda) saxlanılan uşaqlara xüsusi diqqət yetirilməlidir. Bizimdəki məlumata görə üç mərkəzdə 30 nəfər azyaşlı daxil olmaqla hal-hazırda 2,226 şəxs saxlanılır.
Müvəqqəti olaraq polis məntəqələrində (KPZ-lərdə) saxlanılan və bir neçə gün ərzində buraxılan şəxslərin sayı haqqında heç bir məlumat mövcud deyil: uşaqların özlərinin dediklərinə görə bu tədbir tez-tez küçə uşaqlarına qarşı tətbiq olunur.
Eyni zamanda rəsmi statistik hesabatlardan bizə məlumdur ki, 2003-cü ildə 672 uşaq polis tərəfindən “xəbərdar edilmiş” kimi qeydə alınmış və ya profilaktik məqsədlərlə nəzərat altında alınmışdır.
Dostları ilə paylaş: |