UNİCEF perspektivində üstünlüklər
«1. Üzv dövlətlər qaçqın statusunu almaq istəyən və ya müvafiq beynəlxalq yaxud yerli qanunlara və prosedurlara əsasən qaçqın hesab olunan, valideyni və ya başqa şəxs tərəfindən müşayət olunan yaxud tək olan uşağın bu Konvensiya və dövlətlərin üzv olduğu digər müvafiq beynəlxalq insan hüquqları və ya humanitar sənədlərə əsasən müdafiə olunmasını, humanitar yardım almasını və müvafiq qanunlardan istifadə etməsini təmin edən tədbirlər həyata keçirməlidirlər.»
UHK, Maddə 22
Qaçqınlara və sığınacaq axtaranlara yardımın göstərilməsinə görə UNHCR məsuliyyət daşıyır. Son zamanlar UNİCEF torpaq minalarından zərərçəkmişlərə xüsusi diqqət yetirməklə məcburi köçkün və qaçqın uşaqlarına mina təhlükəsizliyi təhsili və psixoloji dəstək layihəsini həyata keçirməyə başlamışdır.
Çeçen sığınacaq axtaranları ilə bağlı UNİCEF valideyn qayğısından məhrum uşaqlara yardım göstərilməsində UNHCR-la əməkdaşlığı xüsusilə aşağıdakı məsələlərdə gücləndirməlidir: (i) onların həyat şəraitinin müfəssəl qiymətləndirilməsi; (ii) ehtiyac yarandıqca bu qrup uşaqlara yönləndimə xidmətlərinin və psixoloji dəstəyin göstərilməsi (iii) yüksək rütbəli məmurlara müraciət olunan sənədlərin hazırlanmasına yardımın göstərilməsi, onları belə uşaqların insan alverinin və istismarın qurbanına çevrilmə riskləri haqqında xəbərdar etmək və məhz onların şəraitinə xas problemlərin mümkün həll yollarını təklif etmək (məsələn, ölkədə müvəqqəti yaşayan uşaqların statusundan asılı olmayaraq əsas rifah xidmətlərindən istifadə imkanlarını artırmaq)
Dostları ilə paylaş: |