26,000 uşaq valideyn qayğısından məhrumdur və bunlardan 2,530-u uşaq müəssisələrində qalır;
öz ailələrinin olmasına baxmayaraq 20,000-dən çox uşaq vaxtlarının böyük bir hissəsini ictimai müəssisələrdə keçirir;
43,000-dən çox uşaq əlil və ya əlilliyə gətirib çıxaran xəstəliyi olan bir şəxs kimi qeyd edilmişdir və bunlardan 5,900-ü xüsusi məktəblərə gedir və 8,000-dən çoxu təhsilini evdə alır, digərlərinin isə, xüsusilə də ağır əlilliyi olanların taleyi naməlumdur və onlar təhsilin bütün formalarından məhrumdurlar;
müəyyən edilməmiş sayda uşaq, xüsusilə də cavan qızlar – evdə, məktəbdə, qonşuluqda, müəssisələrdə, ictimai təhlükəsizlik orqanlarında zorakılığın qurbanı olurlar;
1000-2000 arasında uşaq küçədə yaşayıb işləyir və bunun nəticəsində asanlıqla zorakılığın və hər cür istismarın qurbanları olurlar;
müəyyən edilməmiş sayda uşaq insan alverinin həm ölkə daxilində, həm də ölkə xaricində qurbanları olur və bunların arasına həyat şəraitlərinin qeyri-müəyyən olduğuna görə risk altında olanlar da daxildir;
1,000-dən çox uşağın qanunvericiliklə problemi var və ya onlar pis davranışlarına görə dövlət orqanları tərəfindən nəzarət altında saxlanılırlar, bunlardan 100 nəfər həbsxanalarda saxlanılır (məhkəmədən əvvəl və ya sonra);