Uşaq müəssisələrində saxlanılan uşaqların vəziyyəti xüsusən narahatlıq doğurur. əvvəlki illər ərzində onların sayı diqqətə dəyər dərəcədə artmışdır, çox güman ki bu, çətin iqtisadi vəziyyətdə olan ailələrin öz uşaqları üçün daha “təminatlı” sığınacaq axtardıqlarına görə baş vermişdir. Amma bu cür həll emosional münasibətlər və problemlərin öhdəsindən gələ bilmə bacarıqlarının inkişafı nöqteyi-nəzərindən daha etibarlı deyil və bu hallarda müxtəlif formalı zorakılığa məruz qalma riski artır.
Xüsusi ehtiyacı olan uşaqlara ayrıca fikir verilməlidir: rəsmi statistikaya görə bu cür uşaqların sayı sürətlə artmaqdadır, amma bunun səbəbini dövlət müavinətin təyin edilməsi mexanizmində tapmaq mümkündür. Daha çox narahat edici fakt ondan ibarətdir ki, uşağın düçar olduğu əlilliyin dərəcəsindən asılı olmayaraq bu uşaqların əsas təhsil sisteminə daxil edilməsilə əlaqədar tədbirlərin həyata keçirilməsi heç bir şəkildə nəzərdə tutulmur.
Saylarının bilinməməsinə baxmayaraq, daha doğrusu saylar bilinmədiyi üçün uşaqlara qarşı zorakılığın yayqın formaları (yerindən asılı olmayaraq - evdə, məktəbdə, küçədə və ya uşaq müəssisəsələrində) və eyni zamanda uşaqların işə cəlb olunması halları, xüsusilə də kənd yerlərində, siyasəti müəyyən edənlər və ictimaiyyət tərəfindən narahatlıq mövzusu olmalıdır.
Və nəhayət axırıncı olmamaq şərtilə sonuncu məsələ - böyük sayda olan sığınacaq istəyənlər daxil olmaqla məcburi köçkün və qaçqınların uşaqlarının vəziyyətini yaddan çıxarmamalıyıq – ixtilaf vəziyyətininin travmatik nəticələrinin təsirinə məruz qalmaqlarıyla bərabər onlar sabit şəraitdə məskunlaşmaq imkanından da məhrumdur.
Bir neçə dövlət orqanı uşaqların qorunması işiylə məşğuldur. Vəzifəli şəxslərin öz funksiyalarını müvəffəqiyyətlə həyata keçirə bilmələrinə ciddi şəkildə mane olan üç amil vardır:
|