Hüquq mühafizə və yeniyetmə ədaləti sistemində işləyən vəzifəli şəxslərin uşaq hüquqları sahəsindəki təliminin təşkili. Burada son məqsəd dövlət təşkilətları tərəfindən təmin edilən bütün müdafiə üsullarıyla əlaqədar QHT-lərin köməyilə yardım əlaqələrinin qurulması sahəsində ən vacib bacarıqları inkaşaf etdirmək və uşaqlara kömək göstərmək məqsədilə münasib göndəriş sistemlərini qurmaqdır.
Xüsusi ehtiyacları olan uşaqları sosial müəssisələrə daxil edilməsini qarşısında məqsəd qoyan bilikləndirmə kampaniyalarının keçirilməsində kömək göstərmək.“normallıq” amillərinə uyğun olmayan (əlil, problemli ailələrdən gələn uşaqlar, küçə uşaqları, uşaq alverinin və cinsi istismarın gənc qurbanları) uşaqlara qarşı ayrı-seçkilik nümaiş edən yanaşmanı dayandırmaq üçün ictimai təsəvvürlərdə güclü dəyişikliklərin keçirilməsi zəruridir. İslah edilmiş uşaq müdafiə sistemi sadəcə “xoş”, yəni insanların xüsusi ehtiyacları olan və eyni icmanın üzvləri olan şəxslərin taleyinə qayğı göstərdikləri bir şəraitdə reallaşdırıla bilər.
Yeni prinsiplərə əsaslanan və ifadə edilən ehtiyacların təmin edilməsi üzərində cəmləşən təsiri genişləndirmək məlumatların toplanması və təhlilinin bütün səviyyələrdə yaxşılaşdırılması. Bu mənada uşaqların müdafiəsi sahəsində fəaliyyət göstərən bir neçə QHT tərəfindən görülən ardıcıl və dəyərli işə lazımi qiymət verilməlidir.
“Biz uşaqların yaşaya bilməsi üçün uyğun olan, uşaqların maraqları nəzərə alınaraq, demokratiya, bərabərlik, ayrı-səçkiliyin olmaması, sülh, sosial ədalət prinsipləri və inkişaf etmə hüququ daxil olmaqla bütün insan hüquqlarının universallığı, bölünməzliyi, biri-biriylə bağlılığı prinsiplərinə əsaslanan davamlı inkişafın mövcud olduğu bir dünyanı quracağımıza söz verdiyimizi ifadə edirik.”