Make the children play


Görüşlər və əlaqəli səfərlər



Yüklə 0,66 Mb.
səhifə10/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

1.2.2. Ədliyyə Nazirliyinin nəzdində olan qurumlar və digər əlaqəli qurumlar


1.1 bəndində qeyd edildiyi kimi, Azərbaycanda məhkəmə sistemi dörd səviyyələrdən ibarətdir (Hakimlər Şurasının Ədliyyə Nazirliyinin nəzdində yaradıldığına görə bu nazirliyin bir hissəsidir);

* birinci instansiya kimi mülkü və cinayət işləri Rayon Məhkəmələrində (cəmi 76 olmaqla) baxılır; adi hakimlər bütün kateqoriyadan olan cavabdeh tərəflərin öz funksiyalarını yerinə yetirməyi tələb edir (yaşlılar və yetkinlik yaşına çatmayanları fərqləndirməyərək). Bəzi hakimlərin valideyn qayğısından məhrum olmuş uşaqlara hüquq təlimatçılarının (himayəçilər və qəyyumlar, övladlığa götürmüş ailələr) təyin etmək məsuliyyətləri vardır; Azərbaycanda ixtisaslaşmış ailə və ya yetkinlər üçün məhkəmələr mövcud deyildir. Məhkəmə sistemi həm də ilkin sorğu üzrə hakimlərdən ibarətdirlər ki, bunlar şübhə olunan cinayət barəsində birinci məlumat alanlardırlar, və uşaqlar üçün təhqiqatları və məhkəməyə qədər saxlanılma barədə qərar verirlər;

* bütün rayon məhkəmələri Bakıda yerləşən Apelyasiya Məhkəməsinə istiqamətlənirlər, burada birinci hökmdən etiraz edən cavabdeh tərəflər ikini məhkəmə instansiyasına müraciət edirlər;

* Ali Məhkəmə üçüncü səviyyəni təmsil edir (Kassasiya Məhkəməsi) və öz funksiyasını milli səviyyədə icra edir;

* dördüncü məhkəmə səviyyəsi Konstitusiya Məhkəməsi tərəfindən təmsil olunurlar, və əvvəl qeyd edildiyi kimi həmçinin baxılması üçün təqdim olunan şikayətlər barəsində fərdi müraciətlərə baxırlar.

İslah etmə Orqanları

Ədliyyə Nazirliyi tərəfindən nəzarət edilən (daha dəqiq desək, Məhkəmə Qərarlarının İcrası üzrə Baş İdarə tərəfindən, saxlanılanlar barəsində əsas məlumat mənbəyi olmaqla)12 bütün saxlama mərkəzləri və məcburi əmək koloniyalarından başqa uşaqlar aşağıdakı qurumlarda da tapıla bilərlər:


  • Məhkəmədən qabaq “izolyasiyatorlarda”, burada hüquqpozanlar təhqiqatlar zamanı saxlanılırlar (rus dilində qısa varianda SİZO adlandırılırlar). Əvvəllər Daxili İşlər Nazirliyi tərəfindən nəzarət olunurdu, 1999-cu ildən 3 institut (ikisi Bakıda və biri Gəncədə) Ədliyyə Nazirliyinin yurisdiksiyasına verilmişdir. Buralarda yetkinlik yaşına çatmayanlar üçün ayrıca sahə yoxdur, və belə mərkəzlər oğlanalrın (nadir hallarda qızların) daha yetkin (ehtimal olunur) cinayətkarlarla ünsiyyətdə olmasına şərait yaradır;

  • bir yektinlər üçün saxlama mərkəzi, Bakıda yerləşir, və zərif rejimə uyğun idarə olunur. Burada qadınlar üçün bir həbsxana vardır-nadir hallarda mühakimə olunan qızlar burada saxlanılırlar-mərkəzdə bütün ölkə ərazisindən olan hüquqpozan gənc oğlanlar saxlanılırlar. Uşaqlar-heç bir yolla on ildən artıq məhkum olunmamaqla-bu mərkəzdə 18, artırmaqla 20 yaşa qədər saxlanılırlar, və sonra yerdə qalan müddəti çəkmək üçün böyüklər üçün olan həbsxanalara köçürülürlər. Həbsxananın direktoru həbsin üçdə ikisini çəkmişlər barəsində şərti buraxılma haqqında qərar qəbul edi bilər.

Ümumiyyətlə, həbs etmə- həm yetkinlik yaşına çatmayanlar və həm də yaşlılar üçün-tərbiyəetmə vasitəsindən daha çox cəzalandırma məqsədini daşıyır və belə halların gələcəkdə qarşısını almaq üçün çox yaxşı vasitədir. Bu vəzifəni icra edənlər arasında uşaq hüquqlarından xəbərdarlığın səviyyəsi tez-tez çox aşağıdır, “qanun və qayda” tətbiq etmək üçün ehtiyacların məhdud surətdə və əlverişsiz surətdə ödənilməsində özünü göstərir.

1997-ci ildə qəbul edilmiş Məhkəmə və Hakimlər haqqında Qanun hüquqi islahatlar üzrə institusional çərçivə rolunu oynayır və günahkarın ləyaqətinə hörmətlə yanaşaraq məcəllələrdə bəzi təkmilləşdirici islahatlar aparıb. Hələ ki, xüsusi gücləndirici tədbirlərin görülməməsi sənəddə göstərilmiş prinsiplərin tam həyata keçirilməsinə mane olur. Hüquqpozmalara qarşı şikayətləri toplayan yeganə qurum Ombudsman Ofisidir ki- burada 3 şəxs milli səviyyədə bütün sahələrdə insan hüquqlarının pozulmasını monitorinq etməlidir və bir neçə QHT-lər yeniyetmələrin hüquqları sahəsində fəaldır. Onlar yoxlanılmış hallar barədə hesabatlar hazırlaya bilər, lakin birbaşa hüquqpozma prosesinə müdaxilə etmək səlahiyyətləri yoxdur. Nəticədə, vətəndaşlar ümumilikdə və yeniyetmə yaşına çatmayanlar xüsusilə -de fakto olaraq milli qanunvericilikdə qəbul edilmiş hüquqlarına hörmətlə yanaşılması barəsində hər hansı iddia qaldırmaq imkanından məhrum olunurlar.13

Amma bununla belə qəbul etmək lazımdır ki, son illər cavan və yaşlı günahkarların müdafiəsində QHT-in iştirakının mühümlüyü Dövlət tərəfindən qəbul edilmişdi. Qərarların İcrası Maddəsinin yenicə qəbul edilmiş 20-ci bəndinə əsasən "İctimai Təşkilatlar dustaqların himayəsində iştirak edə bilər, ictimaiyyətin islahetmə yerlərinin şəraitinə nəzarəti qəbulediləndir və onların oradakı fəaliyyəti normativ hüquqi aktlara əsasən həyata keçirilə bilər".14Nəticədə, Gənc Günahkarların Hüquqlarının Himayə Şurası yaradıldı və Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə Məsələləri üzrə İctimaiyyətin Monitorinq Şurası da artıq fəaliyyətə başlamaqdadır.15


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin