Make the children play


Səhiyyə Nazirliyinin nəzdində olan qurumlar



Yüklə 0,66 Mb.
səhifə13/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

1.2.3. Səhiyyə Nazirliyinin nəzdində olan qurumlar


Vətəndaşalara göstərilən çoxsayda tibbi xidmətlər sırasında, Səhiyyə Nazirliyi 0-dan 3 yaşına kimi uşaqların (həmçinin atılmış uşaqların) sağlamlığına cavabdehdir və eləcə də əlil və xroniki xəstəliyi olna uşaqların sağlamlığına da tibbi yardım göstərməlidir.Cəmiyyətin bəzi hissələrində yüksək riskin olmasına görə bu uşaqların hamısı müdafiə olunma imkanı qazanırlar. Bu təşkilatlara daxildir:20

  • Anadan olan vaxt tərk edilmiş uşaqlar üçün təcili yardım mərkəzi, Ruslarda OMD kimi tanınır.Bakıda yerləşən bu mərkəz doğum evlərində etinasızlığa məruz qalmış uşaqlara ilk tibbi yardım göstərir; tibb işçiləri heyəti həmiçinin (polislə birgə) uşaqların qayğısına qalmaq üçün daha uzunmüddətli plan üzərində işləyir. ( yəni onlar sosial işçilər kimi fəaliyyət göstərirlər);21

  • 4 uşaq evi (2-si Bakıda,1-i Gəncədə,1-i isə Naxçıvanda), 1 "psixo-nevroloji problemlər üzrə " uşaq evi daxil olmaqla. Ağır “tibbləşdirilmiş” modelə uyğun yaradılaraq, uşaq evləri 3 yaşlarına qədər uşaqlara xidmət göstərmək üçün tibb işçilərinə malikdirlər (həkimlər və tibb bacıları, öz ağ xalatlarında işləyirlər). Onlar yetimlər, atılmış uşaqlar, qurumların qərarları əsasında ailələrdən ayrılmış körpələr və iqtisadi çətinliklərə görə lazımı qidalanma verə bilməyən valideynlər himayəsində olan körpələri qəbul edirlər. Uşaqların belə institutlarda illik yaşamaları barəsində məlumatlar Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təqdim olunur, və Maliyyə Nazirliyi tərəfindən də alınaraq, ilik xidmətlər üzrə ehtiyyatların ayrılması təmin edilir22. Ölkədə ən aşağı maaş alan peşə kateqoriyaları arasında olmaqla səhiyyə işçiləri dövlətin səhiyyə sistemi kimi uşaq evlərinə təsir edən vəsaitlər çatışmamazlığı ilə mübarizə aparmalı olurlar;

  • xroniki/yoluxucu xəstəlikləri və psixo-nevroloji problemləri olan uşaqlar üçün sanatoriyalar. Baxmayaraq ki, xəstəxanaya götürmə müddəti yalnız sağlamlıq müalicəsi üçün lazım olan vaxtı əhatə edir, sanatoriyalar yaşayış institutları kimi hesab olunurlar, hətta bəzi hallarda deyildiyinə görə, uşaqlar bir neçə ilə belə mərkəzlərdə saxlanılırlar23. Deyildiyinə görə, həmin qrupa aid olan cinsi yoluxucu xəstəlikləri olan qadın və qızlar üçün dispenser izolyasiyada saxlanılırlar 24.

  • bir bərpa mərkəzi, gündəlik qayğı praktikası əsasında əlil uşaqların müalicəsi və ailələrin treyninqi üçün gündəlik müalicə təmin edirlər. Avadanlıqla az təmin olunmuş və peşə hazırlığına ehtiyacı olan əməkdaşlara malik bu mərkəz Bakıda yerləşir və Sovet səhiyyə sisteminin dağılmasından bəri durum gətirən yeganə mərkəzdir; əyalət səviyyəsində fəaliyyət göstərən digər oxşar mərkəzlər də bağlanmışdır25.

Atılmış uşaqların məsuliyyəti 3 yaşına qədər təmamilə Səhiyyə Nazirliyinə verildiyinə görə, nazirlik Övladlığa Götürülmə üzrə Departament (iki tam ştatlı əməkdaş, biri rayonda və digəri şəhərlərdə olan qeydiyyatlar üzrə məsuldur) təşkil etmişdir ki, buraya valideyn qayğısından məhrum olmuş uşaqlar və potensial övladlığa götürmə ailələri barəsində məlumatlar rayon qurumlarından və fərdlərdən toplanır26

Həmçinin rayon poliklinikalarında Psixi-Nevroloji Dispanserlərdə uşağa qayğı şəbəkələri də daxil edilməlidir, bu şöbələrə əlillik diaqnozu və aidiyyəti terapiya olduğu hallarda birinci instansiya kimi, ilkin səhiyyə xidmətləri pediatrlarının müraciəti əsasında xidmət göstərilir. Dispanserlərdə işləyən “nevro-patoloqlar” əlil uşaqların sağlamlıq qeydlərinin (epikrik)27 apaırlmasında əsas rola malikdirlər.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin