Make the children play


İcra hakimiyyətlərinin nəzdində olan qurumlar



Yüklə 0,66 Mb.
səhifə16/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

1.2.6. İcra hakimiyyətlərinin nəzdində olan qurumlar


Azərbaycanda rifah xidmətləri rayon səviyyəsində İcra Hakimiyyətləri tərəfindən idarə olunur. Yerli idarə səviyyələriin (yəni bələdiyyələrin) bu mənada heç bir rolu yoxdur.

İcra Hakimiyyətlərində, bir sıra kommissiyalar və ofislər uşaqların müdafiəsi ilə məsələlərə baxırlar, lakin heç də həmişə birbaşa olaraq əvvəl qeyd olunan milli kommissiyalarla/şöbələrlə əlaqə saxlamırlar36:

* Yetkinlər və yetkinlik yaşına çatmayanların Hüquqlarının Müdafiəsi üzrə Kommissiyalar (Yetkinlik yaşına çatmayanlar üzrə Kommissiyalar). 2002-ci ildə uşaqlara daha yüksək səviyyədə müdafiə təmin etmək məqsədilə yaranmışdır, kommissiyalar 2 tam ştatlı əməkdaşdan (adətən 1-I hüquqşünas və 1-I inzibati heyət olmaqla) ibarətdir və konkret hadisə olduğu halda digər peşə işçiləri cəlb olunurlar.

Rayon səviyyəsində İcra Hakimiyyətləri tərəfindən nəzarət olunan Yetkinlik yaşına Çatmayanlar üzrə Kommissiya, Nazirlər Kabinetində Humanitar məsələlər üzrə Baş Nazirin Müavininə birbaşa hesabat verirlər: onlar daha çox hesabat verməs sistemində "ikinci kanalı" təmsil edirlər ki, bud a məsuliyyətlərin və qəravermənin bölüşdürülməsi baxımından çaşqınlıq yaradır (və hərəkətsiz və sabit vəziyyətə səbəb olur).

Qanunla verildiyi kimi, onların mandatı "yetkinlərə təhsil təsirini təmin etmək, onların hüquq və qanuni maraqlarını qorumaq, öz davranışları üzərində nəzarəti təmin etmək, qeyri-qanuni fəaliyyətlərin törədilməsinin qarşısını almaq və Dövlət və yerli özünü-idarə qurumlarının, müəssisələrin, agentliklərin və yuxarıda qeyd olunan məsələlər üzrə məsul təşkilatların səylərini koordinasiya etməkdən ibarətdir".

Yetkinlik yaşına çatmayanlar üzrə Kommissiyalar yetkinlərin məhkəmə məsələlərində polisi işə cəlb edirlər, və valideyn hüququndan məhrum olmuş uşaqlar üçün lazımı qayğı tədbirlərinin müəyyən edilməsində öz qətiyyətli fikirlərini bildirirlər. "Nəzarətçilər" rollarını oynadıqlarına baxmayaraq (uşaqları cəmiyyətin görünən zorakılıqlarından müdafiə etməkdən daha çox icmanı uşaqlardan qorumaq üçün dövlət qurumlarının səyləri artırmaq təsiri bağışlamaqla), onların rifah sistemində uşaqların maraqlarının qorunması üçün hər hansı digər qurumun olmadığı bir vəziyyətdə "sosial xidmətlər" qurumları kimi fəaliyyət göstərmələri üçün geniş potensiala malik mandatları vardır.

* Eyni zamanda, hazırda onlar özlərinin tam əməliyyat potensiallarına malik olmaları görünmür37; uşaqlar üzrə görülən bir neçə tədbirlər (rəsmi və qeyri-rəsmi) uşaqlar cəlb olunmadan keçirilir; məsələn, baxmayaraq ki, uşaqların institusionalizasiyası haqqında qərar Kommissiyanın razılığı ilə görülməlidir, və baxmayaraq ki, Kommissiya institularda yaşayan uşaqların yaşayış şəraitlərini baxışdan keçirmək mandatına malikdir, daha tez-tez uşaqlar birbaşa olaraq valideynlər tərəfindən institutlara gətirilirlər və oradakı təlimatçıların öhdəsinə atılırlar38;

* Tibbi Psixi-Pedaqoji Kommissiyaların rayon şöbələri, Rayon Təhsil Qurumlarında yerləşir. Həkimlər və pedaqoqlardan ibarət (5-7 nəfər), kommissiyalar əlilliyi olan uşaqların birinci müşahidəsini aparır və onların təhsil planlarını müəyyən edir(evdə təhsil, xüsusi məktəblər, və ya institutlar). Milli səviyyədə qərarların qəbul edilməsi əlavə bürokratik addımın olması fərziyyəsini verir, nəinki halları lazımı qaydada baxışdan keçirir(uşaqlar ikinci dəfə müşahidə olunmurlar, və qiymətləndirmə yalnız sənədlərə əsasən edilir);

* Himayəçilik və Övladlığa Götürmə üzrə Kommissiyalar hər rayonda Uşaq Müdafiəsi üzrə Müfəttiş və bir inzibati əməkdaşdan ibarət olmaqla; burada atılmış və valideyn qayğısından məhrum olmuş bütün uşaqların qeydiyyatı aparılır. Təlimatçıların/himayəçilərin və ya övladlığa götürən ailələrin müəyyən edilməsi yerli səviyyədə məhkəmənin qərarından sonra edilə bilər.Əgər bir ay ərzində həll yolu tapıla bilməzsə, uşaqlar milli qeydiyyat kitabına salınır, və bu hal müvafiq nazirlik (Səhiyyə və ya Təhsil) tərəfindən aidiyyəti üzrə idarə edilir. Hər iki səviyyələrdə, potensial valideynlərin seçilməsi və treyninqi üçün, və uşaqların uyğunluğunun müəyyən edilməsi üçün heç bir kriteriya sadalanmır. Himayəçilik və Övladlığa götürmə üzrə Kommissiyaların nə ailələrə nə də institutlarda olan hüquq təlimatçılarına qarşı əlavə monitorinq tədbirləri yoxdur;

* VTEK-in (Əlillər üzrə Tibbi Kommissiya) yerli şöbələri, rayon səviyyəsində əlillər üçün təminatların təmin edilməsi üçün "kateqoriyaya bölən" sənədlərin baxılmasında bürokratik prosedurları təkrar edirlər. Uşaqlar üçün yardımın keyfiyyətini yaxşılaşdırmaqdan daha çox, onların iştirakı qeyri səmərəliliyə imkanlar açır (və korrupsiyaya, bunun Azərbaycanda olması gizli problem kimi görünmür);

* SOBES (rus dilində qısaldılmış adı), və ya Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin yerli şöbələri, bütün benefisiarlara təminatların bölüşdürülməsini icra edirlər; orada çalışan sosial işçilərin heç bir səviyyədə uşaqlarla heç bir əlaqələri yoxdur;

* qismən uşaqlara aidiyyəti olan Mənzil İstismar İdarələri Bölmələridir ki, rus dilində qısaldılmış JEK-lər kimi adlandırılırlar. Sovet sistemin mirası olan JEK-lər vətəndaşlarla daha birbaşa əlaqədə olan kommunal xidmətləri bölməlidirlər: onlar seçki prosedurlar, siyahıya alma və qonşuluq səviyyəsində kommunal istehlaka aid bütün məsələlərə məsuldurlar. JEK-lərin əməkdaşları sırasına pedaqoqlar daxildir ki, onlar şagirdlərin məktəbə davamiyyətlərini monitorinq etməyə səlahiyyətlidirlər və bununla məktəbdən qovulma halları və küçə uşaqları məsələləri ilə işləməkləri hesab olunur. Eyni zamanda, onların bu rolu il ərzində yerinə yetirmələrinə güman edilmir və təhsil mühitində onların fəal cəlb olunması gölgə altındadır.

Hansı növdən olan rifah xidmətləri?

Yuxarıda qeyd olunan sistem ehtiyaclar üzərində deyil, xidmət-üzərində qurulmuş model formasındadır: idarələr bu xidmətləri təyin olunmuş təyinat prosedurlarına uyğun həyata keçirirlər; onlar ən tez-tez olur ki, yalnız ayrı-ayrı vətəndaş tərəfindən problem onların sahəsinə çatdırıldıqda cavab verirlər, və benefisiarların "əvvəlcədən müəyyən olunmuş" kateqoriyalarına "əvvəlcədən hazırlanmış" cavablar verirlər. Hər bir bölmənin xüsusi məsuliyyət payı vardır ki, bunsuz benefisiarlara əlavə yardım təmin edilmir; onların rolu yalnız problemi "bir az" həll etməkdir, və sektorlar arası əməkdaşlığın fəallaşdırılması hiss olunmur.

Başqa sözlə, Azərbaycanda rifah sistemi Konkret hallara əsaslanan idarəçilik və sosial-istiqamətli proqramlar əsasında metodologiyalarla xarakterizə olunmur.

Bu möhkəmliyin qiyməti çox vaxt uşaqlar tərəfindən odənilir: Uşaqlar heç kimin məsuliyyət daşımadığı, heç kimin baş verən hadisələrə görə cavab vemədiyi şəraitdə ofislər arasında get-gələ düşürlər və pis vəziyyətdə qalaraq özlərinə lazım olan müdafiəni təmin edə bilmirlər. Onlar müxtəlif vəziyyətlərdə müdafiəsiz qalaraq sui-istifadə edilmə təhlükəsinə məruz qalırlar və heç bir köməkdən istifadə edə bilmirlər.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin