2. Azərbaycanda Ehtiyacı olan Uşaqların Müdafiəsi. Məlumat Bazası, Tendensiyalar, Risklər və Prioritetlər
Əvvəlki səhifədə bir az səthi da olsa Dövlət tərəfindən yaşayış tərzini yaxşılatmaq üçün göstərilən xidmət mənbələrinin şəbəkəsi izah edildi.Yəni bunlara cavablar demək olar.
Burada isə biz uşaqların sakit və ya uca səslə ifadə etdikləri tələbləri və ya onların ehtiyaclarını müəyyən edəcəyik.
Bir daha qeyd edərək, yadda saxlamaq lazımdır ki,Azərbaycanın məlumat toplama sistemi təəssüflər olsun ki, bir sıra arzu olunan məlumatları qeydə almır: xüsusilə də hadisələrin təhlili üçün onların analizinə icazə verilməyən müxtəlif mənbələrdən toplanmış məlumatlar demək olar heç vaxt üst-üstə düşmür.
Bir çox hallarda uyğun məlumatlar ya QHT-dan ya da qeyri/rəsmi mənbələrdən alınır; keyfiyyətli analizlərin aparılması hadisələrin düzgün başa düşülməsi və mahiyyəti üçün çox vacib amildir, amma həmişə problemlərin tam başa düşülməsi üçün qeyri-qənaətbəxş olur.
Uşaqların qruplarını müəyyənləşdirmək məqsədilə vəziyyəti təsvir edərkən-baxmayarq ki, bu zaman biz hesabatlarda bəzi yorucu və təkrar məlumatlara yol veririk-biz çalışmalıyıq ki, "institusional müdafiə yollarını" tapaq və bununla da ictimai sistemlər vasitəsilə uşaqların ehtiyaclarına cavab verən konkret yollar göstərək. Əsas məqsəd ehtiyacların fövqəladə hallara çevrilməsini işıqlandırmaqdır, və bu zaman qayğı təminatının özü uşaq hüquqlarının pozulması baxımından fövqəladə olur. Bir çox hallarda, prosedurların təsviri özü-özünü izah edir. Bəzi hissələr II Əlavədə göstərilən əyani təsvirə(blok-sxemlərə) köçürülmüşdür.
Qiymətləndirmələr Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş parametrlərə əsaslanır. Qısa və orta müddət tədbirləri üzrə parametrlər UNİCEF tərəfindən digər təşkilatların artıq həyata keçirilmiş təşəbbüsləri40 və 2005-ci ildə Azərbaycan Hökuməti ilə imzalanan UNİCEF Ölkə Proqramı üzrə Fəaliyyət Planının mövzuları nəzərə alınmaqla müəyyən ediləcəkdir.
Dostları ilə paylaş: |