1.2.5. Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin nəzdində olan qurumlar
Əmək və Əhalinin Sosial Təminat Nazirliyi ehtiyacı olan ailələr və uşaqlara social xidmətlərdən daha çox maliyyə dəstəyi ilə yardım edir.
Sosial işçinin rolu, rifah sistemlərində göründüyü kimi, mövcud deyil. Rayon səviyyəsində təmsil olunan az sayda social işçilər yaşlı adamlara nadir hallarda köməklik edirlər, və bir qayda olaraq social təminatların verilməsi ilə bağlı bürokratik prosedurlara cəlb olunurlar.
Hazırda maliyyə ödənişləri düzgün istiqamətləndirilmir, və uşaqların qeyri-münasib sayı (1.5milyon, uşaqların 50%-i) bir-birinə uyğun gəlməyən aylıq ödənişlər alırlar ($2 –dan az).
Əlil uşaqlara təminatlar baxımından, aylıq məbləğ müəyyən qədər yüksəkdir ($20 həcmində), lakin əlilik növü və dərəcələrindən asılı olmayaraq bütün əlil kimi qeydə alınmış uşaqlara bölüşdürülür. Əlilliyi olan uşaqların sayı barəsində Dövlət Statistika Komitəsinin və nazirliyin hesabatları fərqlidir.
Yoxsulluğun Azaldılması Strategiyasının bir hissəsi kimi, istiqamətli sosial ödənişlər üzrə əsas islahat 2006-cı ildən başlayaraq həyata keçiriləcəkdir-Avropa Kommissiyasının Ərzaq Təhlükəsizliyi Proqramı əsasında-sosial hallar üzrə kriteriyalara bölünməyə yenidən baxmağa başlamaqla. Vergi sisteminə əsaslanmadan, Azərbaycanda ailələrin real gəlirlərinin qiymətləndirilməsi olduqca çətindir.
Milli səviyyədə, uşaqlara yardım üçün müvafiq şöbələr vardır:
* Sosial Dəstək Şöbəsi, buradan ehtiyyatlar vətəndaşların buna hüququ olan kateqoriyalarına təminatların bölüşdürülməsi həyata keçirilir (uşaqlar üçün qeyd olunan doğumla bağlı ödənişlər arasında, MK-lar və qaçqınlar üçün təminatlar, əlil uşaqlar və -eyni zamanda –digər minium yardımlar);
* Əlillər üzrə Tibbi Kommissiya, rus dilində qısaldılmış formada VTEK kimi istifadə olunur, əlillik ödənişi almaq üçün lazım olan sənədləri nəzərdən keçirir. Müvafiq fikri təmin edən texniki kommissiya olmaqdansa, bu qurum artıq tamamlanmış yardımlar almaq prosedurlarına digər bürokratik mərhələni təşkil etməsi səhnəsi canlandırır. Bu o deməkdir ki, əlil uşaqlara yardım heç bir digər formaya uyğun gəlmir;
* Əlil və Tənha Adamlar Şöbəsi, nəzarət etmək mandatları vardır
* ağır təlim əlilliyi olan uşaqlar üçün iki yaşayış institutları. Belə instituların əsas funksiyası onlara sığınacaq və yaşayış üçün əsas material verməkdir; onlara Təhsil Nazirliyi tərəfindən nəzarət edilmir, çünki onlar “təlim almaq bacarığında olmayanlar” kimi nəzərdə tutulan uşaqlara istənilən formada təhsil vermələri nəzərdə tutulmur.
Dostları ilə paylaş: |