Make the children play


Daxil olmaq asan, çıxmaq çətindir



Yüklə 0,66 Mb.
səhifə23/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
Daxil olmaq asan, çıxmaq çətindir.

Valideynlər məhkəmə qaydası ilə qəyyumluq hüququndan məhrum olduqdan sonra Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiya uşaqların uşaq evlərinə və kimsəsiz uşaqlar üçün internata qəbul olmaları üzrə rayon səviyyəsində qərar verir. Uşaqları bu müəssisələrə polis işçiləri gətirir (bəzən bu müstəqil şəkildə həyata keçirilir). Belə prosedurlar ciddi şəkildə tənzimlənmir və bəzən valideynlər/qohumlar və müəssisələr arasında birbaşa əlaqə qurulur.

Qəbul olunduqdan sonra müəssisə müdiri uşaqların qanuni qəyyumu olur, lakin onun öhdəlikləri və məsuliyyətləri aydınlaşdırılmayıb (istisna hal yalnız ondan ibarətdir ki, müdir uşağa onun bioloji valideynlərinin kimliyi barədə məlumat verməsini özü qəbul edir).

Məhkəmə qaydası ilə başqa qərar çıxarılmazsa- yekun qərar valideynlər qəyyumluq hüququndan məhrum olunduqdan 6 ay sonra verilməlidir-bioloji valideynlik hüququndan könüllü imtina övladlığa götürmə üçün əsasdır. Başqa sözlə uşağın yenidən ailədə böyümək hüququ ondan imtina etmiş valideynlərin xeyirxahlığından asılıdır. Bioloji valideynlərin icazəsi olmadan uşaqlar yetkinlik dövrünə çatana kimi müəssisədə qalırlar48.

Məlumatlara əsasən uşaqların bioloji qohumlarının onları övladlığa götürən ailələrə müdaxilə etmə imkanları ölkədaxili övladlığa götürmə hallarının az olmasının əsas səbəbidir.

Uşaq övladlığa götürülərkən müəssisənin müdiri uşağın nevroloqunun (bütün uşaqlar üçün nəzərdə tutulmuşdur) rəyini öyrənir, Şəhər Səhiyyə Şöbəsi bu rəyi qəbul etdikdən sonra İcra Komitəsinin Qəyyumluq və Övladlığa Götürmə Komissiyasına və Təhsil Nazirliyinin Övladlığa Götürmə Şöbəsinə göndərir. Ümumiyyətlə, ailə xüsusi maraq göstərmiyənə kimi, müəssisədəki uşaqların həyatlarının ilk illərində övladlığa götürülmə şansı azdır: Adətən valideynlər övladlığa götürdükləri uşaqları birbaşa seçirlər.

Məhkəmə qərar vermək hüququna malik olsa da, yeni ailədə uşaqların vəziyyətini yoxlamaq üçün birbaşa səlahiyyətə malik deyil. Bütün proses boyu bir sıra diskresion fərqlər cəlb olunmuş ixtisaslı şəxslərin üzərinə düşür, belə ki, onların məsuliyyətləri məcburi tədbirlərlə cəzalandırılmır.

«İnkişaf Təşəbbüsü» QHT-yə əsasən «Yetkinlik yaşına çatmayanlar üzrə komissiyanın internatlarda, uşaq evlərində, bağlı və açıq tipli xüsusi təhsil müəssisələrində, təhsil və səhiyyə-təhsil ocaqlarında uşaqların saxlanılma və böyümə şəraiti ilə maraqlanmaq səlahiyyətinə malik olsa da, bu əslində təcrübədə heç vaxt həyata keçirilmir, yəni belə yoxlamanın icra mexanizmi hazırlanmamışdır».49

Bununla yanaşı, «bağlı» mühitdəki müəssisələr çox güman ki, uşaqların ehtiyaclarını ödəməməkdən başlayaraq (xüsusilə də böyük qruplarla iş görərkən) himayəçi və müəllimlərin nəzarətsiz təhqirləri və «çoxluq məntiqi» üstün gəldikdə onların qorxudulmasına qədər müxtəlif zorakılıq formalarını təcrübədən keçirir.

Müəssisədəki uşaqlarla bağlı hekayələr güclü ədalətsizlik hissi və özünü müdafiə zorakılığının istənilən digər xilasolma forması ilə bağlı inamsızlıqdan irəli gəlir.

Övladlığa götürmə Azərbaycanda həyata keçirilmir, belə alternativ qayğı xidmətlərinin tənzimlənməsi üzrə Qanun 2002-ci ildən Milli Məclisdə ümidsiz şəkildə düzəlişlərin yerinə yetirilməsini gözləyir.

İnternata qəbul olma prosedurları təhsil sistemi ilə tənzimlənir və valideynlərlə internatlar arasında birbaşa əlaqə nəticəsində yerinə yetirilir. İnternat şəhərdən/kənddən bir qədər uzaq olduğundan valideynlər uşaqları ilə tez-tez ünsiyyət saxlaya bilmir. Əksər internatların Bakıda yerləşməsi heç də müsbət hal deyil. Bəzən ilk çağlarda ailə ilə əlaqə saxlanılsa da sonradan o, tamamilə kəsilir.

Ümumiyyətlə , yaşayış müəssisəsini tərk etmək uşaqlar üçün çox çətindir, çünki qanuni baxımdan sistem elə qurulmuşdur ki, başqa həll yolu tapmaq mümkün deyil. Burada iki məsələ vurğulanmalıdır:


  • Bürokratik prosedurların zənginliyi, o cümlədən uşaqlaq üçün fərdi planları olmayan bir sıra müəssisələr;

  • Uşaqların maraqlarını düşünən müəssisədən kənar peşəkar şəxslərin və uşaqlarla birbaşa əlaqədə olan şəxlərin hərəkətlərinə nəzarətin olmaması. Uşaqların ailələri və ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi istiqaməqtində heç bir əməli tədbir görülmür, nəticədə qayğı göstərmək ağırlığı yalnız bu müəssisələrin üzərinə düşür. Bu səbəbdən də bu müəssisələri tərk edən gənclər səhv seçimlə üzləşə və müvafiq məsləhət tapmaya bilərlər.

    Müəssisələrdəki uşaqlar digərlərindən fərqli olaraq öz potensiallarından tam istifadə edə bilmirlər, belə ki, tam sağlam olmaq üçün ilk müəllimlərlə daimi, diqqətli, tərbiyəvi, emosional və fiziki tapşırıqlar yerinə yetirmirlər.50 Həyatın standart qaydaları ilə tənzimləndiyi yüksək səviyyəli tibb strukturları belə, qayğı göstərə bilmir. Burada köməkçilər öz vaxtlarını bir neçə uşaqla bölüşməli olurlar.






Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin