Make the children play



Yüklə 0,66 Mb.
səhifə55/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   52   53   54   55   56   57   58   59   60
Uşaq müəssisələrində saxlanılan uşaqların vəziyyəti xüsusən narahatlıq doğurur. əvvəlki illər ərzində onların sayı diqqətə dəyər dərəcədə artmışdır, çox güman ki bu, çətin iqtisadi vəziyyətdə olan ailələrin öz uşaqları üçün daha “təminatlı” sığınacaq axtardıqlarına görə baş vermişdir. Amma bu cür həll emosional münasibətlər və problemlərin öhdəsindən gələ bilmə bacarıqlarının inkişafı nöqteyi-nəzərindən daha etibarlı deyil və bu hallarda müxtəlif formalı zorakılığa məruz qalma riski artır.

Xüsusi ehtiyacı olan uşaqlara ayrıca fikir verilməlidir: rəsmi statistikaya görə bu cür uşaqların sayı sürətlə artmaqdadır, amma bunun səbəbini dövlət müavinətin təyin edilməsi mexanizmində tapmaq mümkündür. Daha çox narahat edici fakt ondan ibarətdir ki, uşağın düçar olduğu əlilliyin dərəcəsindən asılı olmayaraq bu uşaqların əsas təhsil sisteminə daxil edilməsilə əlaqədar tədbirlərin həyata keçirilməsi heç bir şəkildə nəzərdə tutulmur.

Saylarının bilinməməsinə baxmayaraq, daha doğrusu saylar bilinmədiyi üçün uşaqlara qarşı zorakılığın yayqın formaları (yerindən asılı olmayaraq - evdə, məktəbdə, küçədə və ya uşaq müəssisəsələrində) və eyni zamanda uşaqların işə cəlb olunması halları, xüsusilə də kənd yerlərində, siyasəti müəyyən edənlər və ictimaiyyət tərəfindən narahatlıq mövzusu olmalıdır.

Və nəhayət axırıncı olmamaq şərtilə sonuncu məsələ - böyük sayda olan sığınacaq istəyənlər daxil olmaqla məcburi köçkün və qaçqınların uşaqlarının vəziyyətini yaddan çıxarmamalıyıq – ixtilaf vəziyyətininin travmatik nəticələrinin təsirinə məruz qalmaqlarıyla bərabər onlar sabit şəraitdə məskunlaşmaq imkanından da məhrumdur.

Bir neçə dövlət orqanı uşaqların qorunması işiylə məşğuldur. Vəzifəli şəxslərin öz funksiyalarını müvəffəqiyyətlə həyata keçirə bilmələrinə ciddi şəkildə mane olan üç amil vardır:



  • siyasətin müəyyənləşdirilməsi və xidmətlərin verilməsi üçün zəruri olan, xüsusilə də əlaqədar böhranlara dair etibarlı məlumatların olmaması, ;

  • xitmətdən faydalanan şəxslərin fərdi ehtiyaclarından ziyadə, əvvəlcədən müəyyən edilmiş suallara yönəlmiş standartlaşdırılmış qaydaların dəyişməzliyi (yəni eyni kateqoriyadan olan hər bir kəsə eyni cavab verilir); beləliklə peşəkar kadrlar öz vəzifələrinin başqalarına havalə etməyə vadar edir və uşaqların ehtiyaclarına görə hazırlanmış effektiv həllər asanlıqla tapıla bilmir. Nə qədər ki onların istəkləri nəzərə alınmır, onlar da həyatda qalmanın uyğun olmayan formalarını yaradacaqlar və onların cəmiyyətdən gettikcə artan uzaqlaşması davam edəcək;

  • ümumiyyətlə qanunları dəyişdirmək cəhdləri istisna ediiməklə insan hüquqlarına uyğun üsullar tətbiq edilməmişdir, başqa sözlə məsuliyyəti nəzərdə tutan heçbir sistem mövcud deyil və görülən işlərin keyfiyyətə nəzarət edilmir. O cümlədən BMT-nin konvensiyasını imzalayan bütün tərəflərin öz üzərlərinə götürdükləri öhdəçiliklərin təmin edilməsi üçün daha çox tədbir görülməlidir və insan hüquqları: yerinə yetirilməli (yəni hüquqların yerinə yetirilməsinə təsir göstərə biləcək bilavasitə və ya dolayı yoldan edilən müdaxilələrdən çəkinilməsi); imkan yaradmaq (yəni hüquqların tam şəkildə həyata keçirilməsi istiqamətində lazım olan qanunvericilik, inzibati, maliyyə, hüquqi, dəstək xarakterli və digər növ addımları atmaq); təmin etmək (yəni hüquqların həyata keçirilməsi üçün yardımın və ya xitmətlərin bilavasitə təmin edilməsi).

    “İlk növbədə” gələn boşluqları müəyyən etmək çətin olsa belə məsuliyyətin təmin edilməsilə əlaqədar tədbirlər və hüquqların yerinə yetirliməsi nöqteyi-nəzərindən xüsusi diqqətin yetirilməsinə layiq bəzi məsələlər üzərində cəmləşmək lazımdır:




  • Yüklə 0,66 Mb.

    Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin