AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

Bir  Ģikayət.  İkinci  dünya  müharibəsindən  sonra  Stalinin  əsirlərə  qarşı 
amansız  mövqeyi  və  qəddarlığı  az  keçməmiş  başqa  dövlətlərə  də  məlum  oldu. 
Həmin vaxtlar inglislər Stalinin bu qəddarlığından, əsirləri gecə güllələnməyindən 
bəhs  edən  «Dünya  alovlar  içində»  adlı  film  çəkmişdilər.  Həmin  film  1948-ci  ildə 
Türkiyədə  də  göstərilmiş  və  xalqın  böyük  qəzəbinə  səbəb  olmuşdu.  Filmdə  Azəri 
türklərinin  də  necə  qəddarlıqla  qətlə  yetirilməyi  göstərilirdi.  Film  cəmisi  bir  dəfə 
göstəriləndən sonra yığışdırıldı. 
Məhəmməd  Əmin  Rəsulzadə  azərbaycanlı  əsirləri  xilas  və  onların  geri 
dönməməsini təmin etmək Azərbaycan Demokrat Birliyi adlı bir cəmiyyət qurmağı 
lazım  bildi.  Tezlikə  cəmiyyət  fəaliyyətə  başladı.  Elə  həmin  vaxtlar  Məhəmməd 
Əmin  Rəsulzadə  azərbaycanlı  əsirlərə  müraciət  qəbul  etdi.  Həmin  müraciəti 
Azərbaycan Demokratik Cəmiyyəti azərbaycanlı əsirlər arasında yaydı. 
Məhəmməd  Əmin  Rəsulzadənin  Azərbaycan  Demokratik  Cəmiyyəti 
adından azərbaycanlı əsirlərə müraciəti: 
«Əziz  mücahidlər!  6  ildir  davam  edən  ikinci  cahan  hərbi  artıq  sona  yetdi: 
hərb  almanların  məğlubiyyəti,  qərb  müttəfiqlərinin  zəfəri  ilə  nəticələndi.  Bizim 
mücadiləmiz  isə  davam  edəcək,  çünki  müqəddəs  vətənimizi  işğal  altında  tutan 
sovet komunist rejimi müttəfiqləri yanında yer almaq imkanına sahib oldu. 
Yurddaşlar! Müqəddəs Vətənimizin bolşeviklər tərəfindən istilasından 21 il 
sonra  ələ  keçən  bir  fürsəti  işin  başlanğıcında  bəzi  səbəbləri  zühur  edən  xətalara 
rəğmən  yaxşı  qarşıladınız  və  əldə  silah  əbədi  düşmənə  qarşı  yaman  döyüşlər 
verdiniz.  Vətən  övladlarından  şəhidlərimiz  oldu,  yerləri  behişt  olsun,  hamısını 
hörmətlə yad edirik. 
Hərb qəhrəmanı gənclər? 
Siz  tələsməyin,  araqızışdıranların  təbliğatlarına  inanıb  geri  dönmək  kimi 
tələsiklik qəbul etməyin. 
Vətəndaşlar, məlumunuz olsun ki, sizlər ostministirlikdə işlədiniz, legionlar 
qurdunuz, cəbhələrdə silahlı cəng yapdınız, milli təşkilat yaratdınız, qəzet və jurnal 
buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz, qəhrəmanlıqlar yaratdınız, 
dəvətə  inanmayın,  çünki  hamınız  onlara  görə  vətən  xaini  və  hərb  günahkarı 
sayılacaqsınız,  bunun  cəzasını  hamınız  bilin.  Vətən  həsrətinə  köks  gərin. 
Olduğunuz  ölkələrdən  ayrılmayın,  milli  təşkilatlarımız  ətrafında  birləşin,  bundan 
aldığınız  güclə  də  mücadilənizi  davam  etdirin.  Eski  nəsl  bu  davanı  26  ildir  belə 
yürüdür.  Ana  vətən  Türkiyə  də  sizin  arxanızdadır.  Hər  zamankı  kimi  ayıq  olun. 
Özünüzə  müvəqqəti  yaşayacağınız  bir  ölkə  seçin.  Biz  sizin  Türkiyəyə  hicrət 
etmənizə  kömək edərik, fəqət Amerikayada gedə bilərsiniz, orası da elə lap  yaxşı 
ictima sistemi olan məmləkətdir. 

184 
 
Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə bəxtiyar 
olmanızı  dilər.  Bu  vəsiqə  ilə  qısa  adı  ―ADB‖  olan  Azərbaycan  Demokrat  Birliyi 
ətrafında birləşməyə çağırırıq. 
Azərbaycan Demokrat Birliyi. 
―Münhen.1946-cı il‖ 
Məhəmməd  Əmin  Rəsulzadənin  azərbaycanlı  əsirləri  qurtarmaqla  bağlı 
apardığı  işlər  öz  bəhrəsini  verirdi.  Əsirlərin  müəyyən  hissəsi  geri  dönməyə 
tələsmirdi. 
Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Türkiyə-Azərbaycan cəmiyyəti 
də yarandı. Bu cəmiyyət azərbaycanlıların Türkiyəyə getməyini təmin edirdi. 
O  zaman  Misir  kralı  Fərrux  Almaniyaya  gəlmişdi.  Məhəmməd  Əmin 
Rəsulzadə onunla əlaqə yaradıb azərbaycanlılara yardımını xahiş etdi. Kral Fərrux 
600-ə yaxın azərbaycanlını özü ilə Misirə apardı. 
Məhəmməd  Əmin  Rəsulzadə  belə  vasitələrlə  azərbaycanlıları  təhlükədən 
qurtardı. 
Nəhayət,  təhlükənin  tam  sovuşmağı  təmin  edildi.  1948-ci  ildə  Amerika 
hökuməti  ilə  Stalin  arasında  sərinlik  yarandı.  Elə  həmin  vaxtlar  Ruzveltin  həyat 
yoldaşı  Amerika  senatına  müraciət  edib  əsirlərin  zorla  sovet  hökumətinə 
göndərilməməsini tələb etdi. 
Bir  əlavə.  Vəziyyətin  gərginliyinə,  imkanın  məhdudluğuna  baxmayaraq  o 
əsas  işini  unutmurdu.  O,  iyirmi  altı  il  idi  ki,  Azərbaycan  davası  adlanan  siyasi 
mübarizəni davam etdiridi. Belə çətin şəraitdə apardığı  mübarizəyə sadiqliyini bir 
daha sübut etdi. 1947-ci ildə Münhendə Məhəmməd Əmin Rəsulzadə 33 səhifəlik 
«Azərbaycan  tarixindən»  kitabını  nəşr  etdirdi.  Kitabın  çapı  ilə  bağlı  bütün 
əziyyətləri  Azərbaycan  Demokrat  Birliyinin  üzvləri  -  Əhməd  Yaşad,  Məhəmməd 
Kəngərli,  Heydər  Atak  çəkdilər.  Amerikalılar  kitabın  çapına  mane  olurdular.  Ona 
görə də Əhməd Yaşadın  fəallığı  ilə  kitab  Hannover  şəhərində çap olundu.  Amma 
kitabda Münhendə nəşr edildiyi göstərildi. Azərbaycan Demokrat Birliyinin üzvləri 
kitabı bütün Avropadakı azərbaycanlılara yaydılar. 
Məhəmməd  Əmin  Rəsulzadə  bu  kitabında  da  xalqının  şanlı  tarixindən  söz 
açmaqla  yanaşı,  doğma  yurdunun  bolşeviklər  tərəfindən  işğal  olunduğunu  qeyd 
etdi. 
Məhəmməd Əmin Rəsulzadəyə 1947-ci ilin sonlarında Türkiyəyə-Ankaraya 
qayıtmağa  icazə  verildi.  Bu  razılığın  da  alınmasında  dostu  Həmdullah  Sübhi 
Tanrıövərin  böyük  rolu  oldu.  Həmdullah  bəy  o  zaman  Türkiyə  hökumətində 
hörmətli şəxslərdən sayılırdı. 
Türkiyəyə  gəldiyi  ilk  vaxtlar  əmisi  oğlu  Məhəmməd  Əlinin  qaldığı 
mənzildə  yaşayırdı. Məhəmməd Əmin tək deyildi. Polşada evlənib həyat qurduğu 
Leyla xanım (əsil adı Vandadır) da onunla birlikdə Ankaraya gəlmişdi. Məhəmməd 
Əlinin  mənzili  çox  darısqal  idi.  İki  balaca  otaqda  dörd  adam  yaşayırdı.  Amma 
dözürdülər.  Həyatda  azmı  çətinlik  çəkmişdilər?  Hansı  xoş  gün  görmüşdülər  ki? 

185 
 
Qırx  ildən  çox  idi  ki,  ömürləri,  günləri  belə  yaşayışda  keçmişdi.  Amma  ruhdan 
düşmürdülər. Vətənin istiqlaliyyəti uğrunda mübarizələrini davam etdirirdilər. 
Məhəmməd  Əmin  Rəsulzadə  Ankaraya  gəldiyi  ilk  gündən  yurddaşlarının 
taleyi  ilə  maraqlandı.  Əsas  gördüyü  iş  başqa  ölkələrdən  gələn  azərbaycanlıları 
Türkiyədə  yerləşdirmək idi.  Çoxları Türkiyədə  heç  kimi tanımır. Hara  gedəcəyini 
bilmirdi. Məhəmməd Əmin Rəsulzadə onlara kömək edir, mənəvi dayaq olurdu. 
Bir  ağrılı  xatirə.  Bir  gün  gələcək,  onun  sorağı  ilə  Türkiyəyə  gedəcəyəm. 
Məhəmməd Əmin Rəsulzadənin dostlarını axtaranda 1947-ci ildən sonra Türkiyəyə 
gələnlərlə də rastlaşacağam. Kimi dindirib onun haqqında söz soruşacağamsa, göz 
yaşı görəcəyəm. Hamısı ağlayıb bu sözü deyəcək: o bizim əlimizi çörəyə çatdırdı. 
Allah onun qəbrini nurla doldursun! 
 
ANKARADA 
 
Məmməd  Əmin  Rəsulzadə  Türkiyədə  azərbaycanlılara  kömək  göstərir, 
Almaniyadakı dostları ilə sıx əlaqə saxlayırdı. Onlara məktublar yazır, məsləhətlər 
verir, azərbaycanlıların Türkiyəyə gəlməyini təmin edirdi. Çünki Türkiyə hökuməti 
yalnız 1948-ci ildən azərbaycanlı əsirləri  qəbul etməyə başladı. Məhz həmin ildə 
3680  azərbaycanlı  əsirin  ölkəyə  gəlməyinə  Türkiyə  hökuməti  icazə  verdi.  Bu 
razılığın alınmağında Məmməd Əmin Rəsulzadənin böyük xidməti vardı. İtaliyada, 
İsveçrədə, Fransada və başqa ölkələrdə daima qorxu altında yaşayan, hər an Stalinə 
təslim  olunacaqlarından  qorxan  zavallı  azərbaycanlı  əsirlər  yalnız  Türkiyəyə 
gələndən  sonra  rahat  nəfəs  aldılar.  Və  burada  Məmməd  Əmin  Rəsulzadənin 
qayğısı altında yaşadılar. 
...1948-ci  ildə  azərbaycanlı  əsirlərin  Türkiyəyə  gəlməsinə  icazə  veriləndə 
Məmməd  Əmin  Rəsulzadə  Almaniyadakı  dostu  Heydər  Ataka  məktub  yazıb 
bildirirdi: 
«Əziz vətəndaş Heydər! 
19. 12. 47 tarixli məktubunuzu aldım. 
Hər  şeydən  əvvəl  təbriklərinizə  təşəkkür  edir,  yeni  ilin  sizə  sədadətli 
olmasını  candan  dilərəm.  Hökumət  Avropadakı  azərbaycanlıların  Türkiyəyə 
alınmasına qəti qərar verdi. Bir az sonra sizlərin köçürülməsinə başlanacaqdır. İlk 
baharda bu işin başlayacağına ümid edirəm. 
...Bizimkilərdən  bir  qismi  İtaliyadan  Misirə  getmişdir.  Türkiyəyə  gəlmək 
istəyənlər mütləq türk pasportlarını gözləməlidirlər. 
Çap  etdiyiniz  kitabçadan  bir  neçə  nüsxəni  almaq  istəyirik.  Sizə  qəzetlər 
göndəririk. Yeni materiallar da göndəriləcəkdir. Antikommunist aksiyalarda iştirak 
ediniz. Fəqət iç qayəmizi əsl istiqlal qayəsi olduğunu da unutmayın. 
Salamlarla: M. Emin. 
Ankara. 2. 1. 48.» 

186 
 
Türkiyəyə  gələn  azərbaycanlıların  sayı  getdikcə  çoxalırdı.  Məmməd  Əmin 
Rəsulzadəni  indi  bir  fikir  narahat  edirdi:  bu  adamları  bir  təşkilat  ətrafında 
birləşdirmək.  Gələn  azərbaycanlıların  toplaşacağı  ünvan  olmalıdır.  1949-cu  ilin 
əvvəlləridir.  Məmməd  Əmin  Rəsulzadə  yaxın  dostları  ilə  Azərbaycan  kültur 
dərnəyini yaratmağa çalışır. Bu vaxta kimi əsas işləri dostlarının evində görürdülər. 
Belə şəraitsizlik onları çox narahat edirdi. Maddi imkansızlıq da təsirini göstərirdi. 
Azərbaycanlılar  yenicə  gəlirdilər  Türkiyəyə  və  hamısı  da  ehtiyac  içində,  evsiz-
eşiksiz, pulsuz-parasız... 
Amma  o  həmişə  vəziyyətdən  çıxış  yolu  tapmağı  bacarırdı.  Ən  pis 
günlərində  belə,  ac-susuz  qalıb  ağır  həyat  keçirsə  də,  həmişə  doğma  Azərbaycanı 
yaşatmağı unutmurdu. Doğma  Azərbaycanı ilə  nəfəs alır, onunla  yaşayırdı.  Onun 
havası  da,  suyu  da  Azərbaycan  idi.  O  həyatda  çox  şey  itirmişdi.  Vətənindən, 
ailəsindən,  oğlundan,  qızından  məhrum  olmuşdu.  O  yalnız  bir  istəklə  ömür 
sürürdü: Azərbaycanı yaşatmaq! Qürbət ellərdə onun istisini sönməyə qoymamaq. 
Türkiyədə  yaşadığı  illərdə  sonradan  geniş  maddi  imkanı  olan,  hökumətdə  yüksək 
vəzifədə  çalışan  dostları  ona  çox  təkliflər  etmiş,  dolanışığını  yaxşılaşdırmaq 
istəmişdilər.  Biri  ticarət  dükanı  açmaqla,  biri  geniş  torpaq  sahəsi  verməklə  bu 
mehriban  adama  əl  tutmağa  çalışmışdılar.  O  razılaşmamışdı.  Onun  yalnız  bir 
əqidəsi,  yaşayış  amalı  vardı:  Azərbaycan!  Yaxın  dostlarından  biri,  İranın  keçmiş 
milli məclisinin başçısı Ağa Seyid Həsən Tağızadə onun haqqında belə yazırdı: 
«—Nə  Bakı  hökumətində  tacsız  bir  sultan  mövqeyində  olanda  və  nə  də 
İstanbulda ayda bir lirə ilə yaşadığı günlərdə öz əqidəsindən əsla dönməmişdi!» 
...Nəhayət,  uzun  əziyyətlərdən  sonra  1949-cu  ilin  fevral  ayının  1-dən 
«Azərbaycan kültur dərnəyi»  fəaliyyətə başladı. Dərnəyin ilk toplantısında doktor 
İbrahim  Bədəl  böyük  coşğunluqla  Məmməd  Əmin  Rəsulzadənin  Dərnəyin  fəxri 
Başkanı (sədri) seçildiyini elan etdi. (Məmməd Əmin Rəsulzadə ömrünün sonuna 
kimi Dərnəyin fəxri sədri olaraq qaldı). 
Dərnəyin  Yönətim  Quruluşu  vəzifəsi  aşağıdakı  quruculara  tapşırıldı:  1. 
Məmməd Altunbəy; 2. Həmdi Ataman; 3. Əziz Alpaut. 
Bu adamlar Dərnəyin ilk qurultayı çağırılan kimi tam səlahiyyətlə Dərnəyin 
işini aparacaqdılar. 
Azərbaycan  Kültur  Dərnəyinin  nizamnaməsinin  əvvəlinci  maddələrində 
onun nə məqsədlə yaradıldığı şərh olunurdu: 
 
«AZƏRBAYCAN  KÜLTUR DƏRNƏYĠ  NĠZAMNAMƏSĠ: 
 
Maddə 1 —  «Azərbaycan Kültur Dərnəyi» adı ilə bir dərnək qurulmuşdur. 
Dərnək siyasətlə uğraşmaz. Mərkəzi Ankaradadır. Şöbəsi yoxdur. 
M a d d ə 2 — Dərnəyin qayələri bunlardır: 
a) Azərbaycanı, onun tarixini, külturunu dərləmək, işləmək və yaymaq; 

187 
 
b) Kitab, dərgi və qəzet olaraq çap etmək  və  mədəniyyət yığıncaqları tərtib 
etmək; 
v) Möhtac Azərilərə maddi və mənəvi köməklik göstərmək». 
Azərbaycan Kültur Dərnəyinə 18 yaşını bitirmiş hər bir türk üzv ola bilərdi. 
Dərnək üzvlərindən ən azı iki adam ona zəmanət verməliydi. Dərnəyə girərkən 250 
quruş  giriş  pulu  verilir,  ildə  1200  quruşa  qədər  üzvlük  haqqı  alınırdı.  Dərnək 
nizamnaməsinin qəbul etdiyi 41 maddə onun fəaliyyətini müəyyənləşdirirdi. 
Birinci  maddədəki  «Dərnək  siyasətlə  uğraşmaz»  sözü  də  nahaqdan 
yazılmamışdı.  Bu  sözün  mənasının  açılması  Məmməd  Əmin  Rəsulzadənin  hansı 
çətinliklər şəraitində Azərbaycan davasını apardığını sübuta yetirir. 
İkinci  dünya  müharibəsindən  sonra  Türkiyəyə  gələn  Azəri  türklərinə  ölkə 
daxilində siyasi işlər görməyə icazə verilmirdi. Və hələ otuzuncu illərdə Məmməd 
Əmin  Rəsulzadəni  məhz  siyasi  fəaliyyətinə—Sovetlər  Birliyi  əleyhinə  olan 
mübarizəsinə  görə  Türkiyədən  çıxmağa  məcbur  etmişdilər.  İndi  yenə  beynəlxalq 
aləmdə  vəziyyət  gərgin  idi.  Ona  görə  də  Məmməd  Əmin  Rəsulzadənin  əvvəlki 
kəskinliklə siyasi mübarizəyə başlaması mümkün deyildi. 
Bir haĢiyə. Türkiyədə olanda Məmməd Əmin Rəsulzadənin dostları həmin 
dövrün  çətinliyini  xatırlayıb  deyirdilər:  «Biz  o  zamanlar  siyasi  mübarizəmizə  qol 
götürüb  oynamaqdan,  milli  adət-ənənələrimizi  təbliğdən  başladıq».  «Qol  götürüb 
oynamaq deyəndə yalnız mədəniyyət işləri ilə məşğul olmağı nəzərdə tuturdular. 
Lakin  Məmməd  Əmin  Rəsulzadə  siyasi  fəaliyyətindən  qalmırdı.  Böyük 
çətinliklər  qarşısında  dayansa  da  siyasi  işlə  məşğul  olurdu.  Bu  siyasi  mübarizəsi 
Azərbaycanın istiqlaliyyətinə xidmət edirdi. 
1951-ci  ildə  dekabrın  10-da  Ankaradan  dostu  Fuad  bəyə  göndərdiyi 
məktub: 
«Möhtərəm Fuad bəy! 
Məktublarınızı  aldım.  Sabah  sizə  məktub  yazacaqdım.  Əkbərağanın 
hərəkətinə təəccübləndim... 
İndi vaxtımız itməsin deyə, sizə buradakı nüsxələri çap etmək üçün müsavat 
partiyasının  bir  deklorasionunu  göndərirəm.  Türkcə  və  ruscasını.  İngiliscəsini  də 
bu günlərdə göndərəcəyəm. 
Bəyannamənin  məzmunu  ilə  oradakı  vətəndaşları  tanış  ediniz.  Doktor 
Kəngərliyə bu xüsusda yazmışdım. 
Türkcəsini bizim hesabımıza ayrı bir kağız üzərində 100-150 ədəd çap edin. 
Bir miqdarını buraya göndərməyi təmin edin. 
Candan salamlarla: M. Emin.  
Ankara. 10. XI. 1951». 
Məmməd  Əmin  Rəsulzadə  fəaliyyətindən  qalmırdı.  «Azərbaycan  davası» 
mübarizəsini  aparırdı.  İndi  başlıca  istəyi  var:  bir  məcmuə  çıxarmaq.  Çünki 
qəzetsiz, jurnalsız geniş təbliğat işi qeyri-mümkündür. Mütləq bir təbliğat orqanını 
nəşr etmək lazımdır! 

188 
 
Məmməd  Əmin  Rəsulzadənin  1952-ci  ildəki  bu  narahatlığını  Türkiyədəki 
yaxın  dostu  Feyzi  Aküzüm  belə  xatırlayır:  «Məmməd  Emin  bəy  hər  vasitə  ilə 
dünya siyasəti qarşısında Azərbaycanın səsini eşitdirəcək,  kommunizmin dünyaya 
gətirəcəyi  fəlakəti  anladacaq  bir  təbliğat  orqanına  ehtiyac  olduğunu  çətin  də  olsa 
maddi  sıxıntılar  içində  yaşasa  da  mütləq  lazımlı  sayırdı.  Bu  məqsədlə  Yenişəhr 
Sakariyə  caddəsindəki  evində  Dərnək  işləri  ilə  bağlı  bir  toplantı  keçirdi.  Bu 
toplantıda mən də vardım. Emin bəyin giriş sözündən sonra necə bir təbliğat orqanı 
çıxarılması ilə bağlı uzun söhbətlər və qarşılıqlı fikirlər irəli sürüldü. 
Bülleten  olsun?  Kitabça  olsun?  Həftəlik  və  ya  15  günlük  qəzetə  olsun, 
yoxsa müntəzəm bir dərgi? 
Bir xeyli müzakirədən sonra Emin bəyin tövsiyəsi ilə aylıq bir dərginin çap 
olunması razılaşdırıldı.  Sonra dərgi hansı adla  çıxarılacağı  müzakirə  olundu. İrəli 
sürülən  adlar  arasında  Qurtuluş,  Odlu  vətən,  Dirilik,  İstiqlal  kimi  indi  xatırlaya 
bilmədiyim daha bir çox adlar vardı. Mən isə: «Madam ki, Dərnəyimiz Azərbaycan  
kültur  dərnəyidir,  o  halda  Dərnəyin  adını  daşıması  baxımından  dərginin  adının 
«Azərbaycan»  olması  lazımdır.  Bu  ad  Dərnəyin  qayəsinə,  çalışmalarına,  hər  kəs 
tərəfindən  mənimsənilməsinə  daha  uyğun  düşər»—dedim.  Bununla  əlaqədar 
Məmməd  Emin  bəy  diqqətlə  mənə  baxdı  və  «mən  də  Feyzinin  fikrinə  şərikəm, 
Dərginin adı Azərbaycan olsun!» — dedi». 
Tezliklə dərginin ilk nüsxəsinin hazırlığına başlandı. 
Bir ağrı. Türkiyədə olanda gedib Feyzi bəylə görüşdüm, Feyzi bəy dərgini 
hansı  maddi  çətinliklərlə  çıxardıqlarını,  Məmməd  Əmin  Rəsulzadənin  bu  işdən 
ötrü necə əziyyətlər çəkdiyini xatırlayıb ağladı. 
Ankara. 1952-ci il, aprelin 1-i. Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi 
Azərbaycan  Kültur  Dərnəyinin  orqanı  olan  «Azərbaycan»  dərgisinin  ilk  nüsxəsi 
çapdan  çıxıb.  Dərginin  üz  səhifəsində  bu  sözlər  yazılıb:  «Birlik  dirilikdir», 
«Türkləşmək,  islamlaşmaq,  müasirləşmək».  Elə  dərginin  üz  səhifəsində 
Azərbaycanın  xəritəsi  verilib.  Xəritədə  «O  Azərbaycanın»,  onun  bir  vaxtlar 
başçılıq etdiyi Azərbaycan cümhuriyyətinin xəritəsi verilib. Doğrudur, 1952-ci ildə 
bu  xəritədəki  Azərbaycandan  bir  iz  qalmamışdı.  Vətən  işğal  olunmuş,  torpaqları 
qana boyanmışdı. Yurdun güllü-çiçəkli bağlarını, büllur bulaqlı, başı qarlı dağlarını 
isə şura hökuməti ermənilərə sovet hədiyyəsi kimi pay etmişdi. Bəli, dağıdılmışdı, 
viran olmuşdu torpağı. Bu ağrıların hamısını bilirdi. Bu  ən yaralı yeri, ürək ağrılı 
xatirəsi idi.  Amma indi  «O  Azərbaycan»ın, 23 aylıq cümhuriyyət  Azərbaycanının 
xəritəsini  çap  edirdi  ki,  ümidlər,  inamlar  ölməsin,  yaşasın.  Bir  gün  gələcək  ki,  o 
torpaqlar yenə Azərbaycanın olacaq. Bu ümidi yaşatmaq istəyirdi adamlarda. 
...«Azərbaycan»  məcmuəsi  Anafartalar  caddəsində—Azərbaycan  Kültur 
Dərnəyinin yerləşdiyi binada çıxarılırdı. Qiyməti 25 quruş idi. 
Dərginin elə ilk nömrəsində  Məmməd Əmin  Rəsulzadə  vətəni  Azərbaycan 
haqqında oxuculara məlumat verir, bu gözəl məmləkətin tarixindən, bu günündən 
danışırdı. 

189 
 
O yazırdı:  
«Doğuda  Xəzər dənizi, qüzey Qafqasiya, Batıda  Gürcüstan ilə  Ermənistan 
və  güneydə  İranilə  sərhəddir.  Başı  qarlı  dağlarla,  bəzi  yerlərində  okean  səthindən 
aşağıda  yerləşən  burası  türlü  bitkilərlə,  heyvanlar  baxımından  çox  çeşidli  bir 
mənzərəyə malikdir». 
Məmməd  Əmin  Rəsulzadə  vətəni  Azərbaycanın  şanlı  tarixini,  tanınmış 
ziyalılarını  bir  daha  Azəri  türklərinə  xatırladırdı.  Doğma  yurdunun  şanlı 
keçmişindən  danışan  alovlu  vətənpərvər  Azərbaycan  cümhuriyyətini,  istiqlal 
bayramı olan 28 may gününü də yada salırdı. Məqaləsinin sonunda bir sərt həqiqəti 
də unutmurdu: 
«...Velikorusiya  daxilində  cərəyan  edən  daxili  hərbdən  müzəffər  çıxan 
bolşeviklər  Yaxın  Şərqdəki  qarışıq  durumdan  və  hərb  sonu  Avropasındakı 
vəziyyətdən  istifadə  edərək  qızıl  ordunun  üstün  qüvvətləri  ilə  sərhədi  keçib  27 
aprel  1920-ci  ildə  Azərbaycanı  işğal  edərək  qanlı  üsullarıyla  cümhuriyyəti 
sovetləşdirirlər». 
«Azərbaycan»ın  ilk  nömrəsindəcə  qərib  mühacirlərin  vətən  həsrəti  ilə 
çırpınan ürəklərinin ağrısı duyulur. 
 
Mühacirlərin  çoxu  ilk  dəfədir  Türkiyəyə  gəlib.  Ölüm  təhlükəsi  başları 
üstündən  sovuşan  bu  adamlar  bir  müddət  sevinsələr  də,  az  keçməmiş  vətənin 
ayrılığına dözə bilmir, intizar dolu səslə doğma ananı, qardaşı, bacını yada salırlar. 
Məmməd  Əmin  Rəsulzadə  ondarın  halını  yaxşı  bildiyindən  dərginin  ilk  sayında 
vətən, ana həsrətli şerlərə çox yer verir. 
Məmməd  Əmin  Rəsulzadənin  çıxardığı  «Azərbaycan»  jurnalı  az  sonra 
yalnız  acılı  xatirələrin,  vətən  həsrətli  şerlərin  deyil,  eyni  zamanda  kəskin,  siyasi 
ruhlu məqalələrin çap olunduğu bir orqana çevrildi. 
«O  Azərbaycanın»  səsi.  Bir  gün  qəribə  hadisə  baş  verdi.  Neçə  il  idi  ki, 
həsrəti  ilə  yaşadığı  «O  Azərbaycan»ın  səsini  eşitdi.  Hə,  elə  o  Azərbaycanın, 
ömrünün unudulmaz iyirmi üç ayını yaşadığı vətəninin səsinə qulaq asdı. Evindəki 
yarısınıq kresloda əyləşdiyi zaman birdən radioda Üzeyir Hacıbəyovun «Koroğlu» 
operasından  üvertüranın  səslənəcəyi  elan  olundu.  Üvertüranın  elə  başlanğıcından 
halı başqalaşdı, oturduğu kresloda çırpınmağa başladı: Yox, bu «O Azərbaycanın» 
səsidir.  Bu  o  vətənin  nəfəsidir.  Üzeyir  bəy  bu  musiqini  qızıl  imperializmin  dəmir 
məngənəsi arasında yazsa da o Azərbaycan düşünüb. Başqa cür də ola bilməz. 
Üzeyir  bəy  heç  zaman  o  azad  vətəni  unuda  bilməzdi.  O  vətəndə  yaşadığı 
zaman  böyük  işlər  görmürdümü?  Xalqı  üçün  çalışmırdımı?  Üç  rəngli 
bayrağımızdan  ilhama  gəlmirdimi?  Yazılarında  vətənimizi  satmaq  istəyənlərə 
nifrətlər  yağdırmırdımı?  Yox,  ola  bilməz.  Ola  bilməz  ki,  Üzeyir  bəy  o  vətəni 
unutsun,  üç  rəngli  bayrağı  yaddan  çıxarsın.  Gör  neçə  ildən  sonra  o  keçmiş  günü  
xatırlayıb,  istisini  yaşadıb  içərisində.  Yox,  Üzeyir  bəy  bu  musiqini  bolşevik 
Azərbaycanının adına  yazmayıb. O istəyib  ki, bu yolla da olsa, xalqa  «o vətən»i  
xatırlatsın. Bu musiqi əzilən    xalqımın işğalçılara  nifrət  zərbəsidir.  Bu   musiqi  

190 
 
ilə    Üzeyir    bəy  yurdunu  işğal  edənlərə  üsyan  qaldırıb.  İntiqam,  intiqam  deyir  bu 
səs! Yurdunu müstəmləkə əsarətində inildədənlərə qarşı qisasa çağırır. Xalqı qanlı 
terror rejimindən qorxmamağa, bir gün haqq qapısının açılacağına inandırır. Başqa 
cür də ola  bilməz. O Azərbaycanı görən  minlərlə günahsızın ölümünə Üzeyir bəy 
sakit dayana bilməzdi. Bu onun silahıdır. Bu onun döyüş yoludur. O hamımız kimi 
yanıb ağrıyıb, içərisindən alovlanıb. İtirilmiş vətəninin intizarı ilə qovrulub. Amma 
geri çəkilməyib. Bu qanlı düşməni  yox etmək  yollarını düşünüb. Yəqin  son  sözü, 
son  kəlməsi  o  Azərbaycan  olub.  Üzeyir  bəyə  bolşeviklərin  verdiyi  o  orden-
medallar  onun  qəlbindəki  Azərbaycanımızı  silib  apara  bilmədi.  İndi  həyatda 
yoxdur o. Amma xalqa o   Azərbaycanın nəfəsini verib getdi… 
Radiodan «Koroğlu»nun əzəmətli sədaları yayılırdı otağa. Kresloda çırpınır, 
nəfəsi  çatmayan  adamlar  kimi  əzab  çəkirdi.  Kreslo  sınıq  olduğundan  (evində 
cəmisi  iki  kreslo  vardı)  cırılmış  oturacağından  saman  ovulub  yerə  tökülürdü. 
Radioda  «Koroğlu»nun—«O  Azərbaycanın»  səsi  eşidilirdi.  O  isə  kresloda 
ürəyindən  yaralı  halda  çırpınırdı:  Qoymadılar,  dağıtdılar  yurdumu.  Xəyanətkarlar 
xain  əlləri  ilə  vətənimi  talan  etdilər.  İndi  hər  yanda  «Lenin,  Stalin»  qışqırırlar. 
Xalqı  həqiqətdən  uzaq  ediblər.  Yalançı  şüarlarla  vətənimin  sərvətini  çəkib 
aparırlar. Hər yanda dünənki quldurun birinə «Ata Stalin» deyirlər. Dünyaya gələn 
hər  Azəri  türkünə  ata,  ana  kəlməsini  yox  «Stalin»  sözünü  öyrədirlər.  Qanlı  terror 
rejimi  ilə  xalqın  azadlıq  hissini  boğub  öldürürlər.  Amma  yox,  o  ölməyib.  Üzeyir 
bəy bir daha sübut etdi, bütün Azəri türklərinə çatdırdı ki, sənin azad vətənin olub. 
Yenə  o  vətənə  istiqlaliyyət  gətirməyə  qadirsən!  Bu  istəyini  heç  zaman  boğma!  O 
gün  gələcək,  o  azadlıq  bayrağı  yenə  vətənin  başı  üzərində  dalğalanacaq.  Demək 
Üzeyir  bəy  bu  neçə  ili  ağrı  çəkib  susurmuş.  Tökülən  qanlardan  ehtiyatlanırmış. 
Sonra dözə bilməyib səsini ucaldıb, bəsdirin, bu xalqı az qırın deyib. Bu xalqın da 
yaşamaq  haqqı  var.  Bu  xalq  Cavad  xanlar,  Koroğlular  yurdudur.  Bu  xalqın 
Koroğlu  ürəkli  oğulları  birləşib  ayağa  qalxsa,  bacara  bilməyəcəksiniz.  Hamınız 
coşan tufanın sərt  nəfəsiylə  yox olub gedəcəksiniz. Bu xalq Koroğlu ruhludur. O 
ruhu  ürəklərdən  silib  aparmaq  olmaz.  Hər  gün  yüzlərlə  vətənpərvərlərimizi 
öldürsəniz  də,  yerinə  başqası  gələcək,  sizə  qarşı  daha  da  kinli  olacaq!  Demək 
susmayıb, mübarizəsini aparıb Üzeyir bəy!..  
...Leyla  xanım  otağa  girəndə  dəhşətə  gəldi.  Həyat  yoldaşı  kresloda  yaralı 
quş kimi çırpınırdı. Tez ona sarı atılıb həyəcanla soruşdu: 
— Emin, Emin, sənə nə olub! Şəkərinmi qalxıb? Pismi hiss edirsən özünü? 
Axı birdən-birə nə oldu sənə? 
Leyla  xanım  səhv  etmirdi.  On  beş  ilə  yaxın  idi  ki,  birgə  yaşadığı  həyat 
yoldaşının  şəkər  xəstəliyi  vardı  və  keçirdiyi  həyəcan  vəziyyətini  ağırlaşdırmışdı. 
Amma  Leyla  xanım  radioda  musiqi  sədası  kəsildiyindən  bir  həqiqəti  öyrənə 
bilməmişdi:  Ömür-gün  yoldaşının  şəkəri  birdən-birə  qalxmamışdı,  həyatda 
dünyalar  qədər  sevdiyi  bir  insan  ona  həmişə  məhəbbətlə  danışdığı  «O 
Azərbaycan»ın səsini eşitmişdi... 

191 
 
...Az keçməmiş Məmməd Əmin Rəsulzadə Üzeyir Hacıbəyov haqqında bir 
məqalə  yazıb  «Azərbaycan»  jurnalında  çap  etdirdi.  Böyük  bəstəkar  haqqında  o 
yazırdı: 
«Başda  bir  həvəskar  olaraq  işə  başlayan  Hacıbəyli  sonra  özü-özünü 
yetişdirmiş,  musiqi  təhsilini  tamamlamış,  nəticədə  sözün  Avropa  mənası  ilə 
otoritəsinin  hər  kəsə  tanıtmış  bir  kompozitor  olmuşdur.  Yazıq  ki,  bolşevik  rejimi 
Azərbaycanın bu müstəsna zəkasını da öz    diktatorluğu altına almış və onu bayağı 
mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir taqım rəsmi və siyasi vəzifə 
və ünvanlarla onu «mənimsəmişdir». 
Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, 
Moskvada  omuzu  diktatorun  əliylə  oxşadılsa  da,  tabutu  başında  Azərbaycan 
mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da Hacıbəyli Üzeyiri 
Azərbaycandan, Azərbaycan külturundan və Azəri türk tarixindən kimsə ayıramaz!  
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin