AZƏrbaycanin ləNKƏran regionu toponiMLƏRİNİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
səhifə2/7
tarix26.02.2017
ölçüsü0,63 Mb.
#9842
1   2   3   4   5   6   7

AŞAĞIBAŞ MƏHƏLLƏSİ. Cəlilabad r. Oykonimin tərkibindəki «aşağı» sözü başda yerləşən kənd, məhəllə isə «kənd» mənasındadır.

AŞAĞI  BILNƏ  KƏNDİ. Lerik r. Toponim Azərbaycanca aşağı və talış dilində bilnə «bataqlıq» topokomponentlərindəndir. Bax: Bilnə kəndi (Bataqlı kəndi).

AŞAĞI  BRADI  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı «br» (bir) talışca «tikanlıq», «kol-kos», «a» birləşdirici sait, «di» kənd deməkdir. Aşağı sözü kəndin coğrafi mövqeyini bildirir. Kəndin düzgün adı Bıradi olmalıdır (Tikanlıqda salınan kənd).

AŞAĞI DƏRƏ MƏHƏLLƏSİ. Cəlilabad r. Məhəllə «aşağı» və «dərə» komponentlərindəndir (Aşağıdərə kəndi).

AŞAĞI  LƏNKƏRAN MİNERAL BULAĞI. Lənkəran r. Mineral bulağı coğrafi mövqeyinə görə belə adlanır.

AŞAĞI  NÜVƏDI  ŞƏHƏR TİPLİ QƏSƏBƏSİ. Lənkəran r. Toponim Azərbaycanca aşağı talış dilində nüv «yeni» və «dı»  isə kənd mənasındadır.

AŞAĞIOBA KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki aşağı «günçıxan» anlayışını, «oba» müvəqqəti yaşayış yerini bildirir.

AŞAĞIOBA MƏHƏLLƏSİ. Cəlilabad r. Məhəllə aşağı və oba sözlərinin birləşməsindəndir.

AŞAĞI SÖTÜKLÜ MƏHƏLLƏSI. Cəlilabad r. Oykonim aşağı və sötüklü tayfasının adındandır (Aşağı Şötüklü kəndi).

AŞURLU KƏNDİ. Masallı r. Coğrafi adın tərkibindəki Aşurlu nəsil adıdır.

AVAS  KƏNDİ. Yardımlı r. Oykonimin tərkibindəki Avas şəxs adıdır.

AVIYYƏHAYI  MEŞƏSİ. Lerik r. Toponimin tərkibindəki komponentlərindən aviyyə talışca «yaşıl», hayı «yamac» deməkdir (Yaşılyamac kəndi).

AVUN  KƏNDİ. Yardımlı r. Oykonim talış dilində av (ov) «su» və məkan, cəm bildirən on sözlərindən yaranaraq «sulu yer» mənasındadır (Sulu kəndi).

AVUR  KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsinin adı av (ov) sözünün qədim variantı və «ur» qədim türk dillərində «bol», «çox» sözlərindəndir (Bol sulu kəndi).

AVYARUD ÇAYI. Astara r. Coğrafi ad talış dilindəki əvu «alça», «ya» izafət əlaməti və rud «çay» komponentlərindən ibarət olub, ətrafında cır alça ağacları olan çay mənasındadır (Alçalıçay).

AVYARUD  KƏNDİ. Astara r. Coğrafi ad Avyurd çay adı və kənd topokomponentindəndir. Bax: Avyarud çayı.

AYIDAĞ DAĞI. Yardımlı r. Oronim ayı və dağ topokomponenlərdən ibarətdir.

AYRAN BULAĞI. Masallı r. Bulağa suyunun ağ (ayran)  rəngində olması ilə belə ad verilmişdir.

AZARU (AZARUD)  ÇAYI. Astara r. Talış dilində azu (asu)  «sürətli» və rud «çay» sözlərindən olub «iti axan çay» mənasındadır (İtiçay).

AZARU  KƏNDİ. Astara r. Oykonim Azaru çay və kənd topokomponentindəndir. Bax: Azaru çayı.

AZƏRBAYCAN  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin adı Azərbaycan ölkəsinin adını əks etdirir.

B

BABABIL GÖLÜ. Lerik r. Toponimin tərkibindəki Baba şəxs adı, bil talışca «bataqlıq», «sulu yer» deməkdir (Baba bataqlığı, gölü).



BABADAĞ DAĞI. Cəlilabad r. Coğrafi adın tərkibindəki baba qədim türk dillərində «hündür» və dağ topokomponentlərindəndir. Azərbaycanda baba müqəddəs şəxs mənasını da verir.

BABAGİL  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi 1508-ci ildə tikilmiş Babagil türbəsinin adını əks etdirir. Babagil «Babalar piri» mənasındadır. Keçmiş adı Asıaqaran (Dəmirçilər kəndi deməkdir) olmuşdur.

BABAKÜÇƏ  KƏNDİ. Lerik r. Coğrafi ad Baba pir adı və küçə Azərbaycan dilində «kənd», «məhəllə» sözünün birləşməsindəndir (Baba məhəlləsi kəndi).

BABAKÜÇƏ  KƏNDİ. Masallı r. Baba pir məhəlləsi. Bax: Babaküçə kəndi.

BABAXANLI  KƏNDİ. Cəlilabad r. Babaxan şəxs adı, «lı» isə nəsil mənsubiyyəti bildirir.

BABALABƏND DAĞI. Lənkəran r. Dağ Baba şəxs adından, «la» (lu) talış dilində «sıldırım qaya», band «dağ», sözlərindəndir (Sıldırımlı Baba dağı).

BABALA  ÇAYI. Lənkəran r. Hidronimin tərkibindəki Baba şəxs adı, «la» talış dilində «sıldırım qaya» mənasındadır. (Baba qayası çayı).

BABALI  KƏNDİ. Cəlilabad r. Babalı Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adındandır

BABASER KƏNDİ. Masallı r. Baba şəxs adından və ser (sər) talış dilində «yüksəklik», «uca», «baş» sözlərindəndir. (Yük-səklikdə olan kənd).

BABASER  SU ANBARI. Masallı r. Coğrafi ad Babaser kənd adı və «su anbarı» sözlərindəndir. Bax: Babaser kəndi.

BADAMAĞAC  DAĞI. Cəlilabad r. Dağ adı badam bitki adı və «ağac» sözlərindən götürülmüşdür. Bax: Badamağac kəndi.

BADAMAĞAC KƏNDİ. Cəlilabad r. Oykonim badam bitki adı və «ağac» sözlərinin birləşməsindəndir.

BAĞI  BULAĞI. Masallı r. Bulağ suyunu kəndə çəkdirən şəxsin adındandır.

BAĞIRSAQ DƏRƏ. Yardımlı r. Oronim bağırsaq və dərə sözlərinin birləşməsindəndir. Bağırsaq dərə Əyridərə mənasını verir.

BAĞIRSAQ   DƏRƏSİ. Masallı r. Bax: Bağırsaq dərə.

BAĞIRSAQ ZİRVƏSİ. Yardımlı r. Oronim bağırsaq və zirvə sözlərinin birləşməsindən yaranmışdır.

BAĞLAKÜÇƏ MƏHƏLLƏSİ. Masallı r. Oykonim adındakı Bagla sözü Bağılar nəsil adından təhrifdir (Bağılar kəndi)

BALAÇAY. Cəlilabad r. Bala çay Kiçik çay mənasındadır.

BALA KOLATAN  KƏNDİ. Masallı r. Bala «kiçik», kolatan «kolu təmizlənmiş yer» deməkdir.

BALAMIRZƏ  BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

BALAŞAHAĞACI  KƏNDİ. Astara r. Kəndin adı Azərbaycan dilndəki bala «kiçik», şah «böyük», «iri» və ağac sözlərinin birləşməsindəndir.

BALA ŞÜRÜK  KƏNDİ. Lənkəran r. Coğrafi adın tərkbindəki bala «kiçik» və Şürük isə şəxs adındandır.

BALA TƏKLƏ  KƏNDİ. Masallı r. Coğrafi addakı bala «kiçik», təklə isə etnonimdir.

BALBAU  KƏNDİ. Astara r. Ehtimal ki, coğrafi ad talış dilində «kiçik qardaş» mənasındadır.

BALBAY  KƏNDİ. Astara r. Oykonim Balabəy şəxs adınının təhrifidir.

BALIQÇILAR QƏSƏBƏSİ. Lənkəran r. Coğrafi ad 1971-ci ildə salınmış balıq zavodu fəhlələrinin məskunlaşdığı qəsəbədir.

BALITON  KƏNDİ. Lənkəran r. bal talış dilində «gilas», «i» birləşdirici sait və ton «tərəf» sözlərindəndir (Gilaslı kənd).

BALLABUR  KƏNDİ. Lənkəran r. Coğrafi ad talış dilindəki balla «palıd», bir isə «tikanlıq» mənasındadır (Palıdlı kənd).

BANBAŞI  KƏNDİ. Masallı r. Toponim qədim türk dilindəki bona (ban) «çay sahilində hündür yer» və «başı» Azərbaycanca başlan¬ğıc mənasındadır. Yüksəkliyin başlanğıcında salınan kənd deməkdir.

BANDAKÜÇƏ  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı talışca band «dağ», «a» birləşdirici sait və kuçə Azərbaycan dilində «məhəllə», «kənd» deməkdir (Dağlıq kənd).

BANDAKÜÇƏ  MƏHƏLLƏSİ. Lerik r. Məhəllə banda (band) və küçə - sözlərinin birləşməsindəndir. Bax: Bandakücə kəndi.

BARATBULAĞI. Lənkəran r. Hidronim Barat şəxs adı və bulaq sözlərinin birləşməsindəndir.

BARATDƏRƏSİ. Cəlilabad r. Oronim Barat şəxs adından və dərə sözlərindən yaranmışdır.

BARZAVU DAĞI. Astara r. Barzavu dağı Hündür dağ deməkdir. Bax: Barzavu kəndi.

BARZAVU KƏNDİ. Lerik r. Barz sözü qədim türk dillərində «yüksək», «uca», «hündür» deməkdir, «za» birləşdirici söz vu isə talış dilində «yer» deməkdiir (Uca kənd, yüksəklikdə olan kənd).

BARZƏKU  DAĞI. Astara r. Oronim türk dillərindəki bar (barı) «hündür» və talış dilindəki ku «dağ» komponentlərindəndir (Hündür dağ).

BARZƏLU ƏRAZİSİ. Lerik r. Toponimin tərkibindəki Barzə sözü talış dilində «hündür yer», «lu» komponenti isə sonluqdur (Hündür ərazi).

BARZƏMƏRZ  TƏPƏSİ. Lerik r. Barzə talışca «hündür», mərz isə «50-60 sm hündürlükdə olan bölgü, sədd, sərhəd» mənasındadır.

BARZUBAND DAĞI. Astara r. Oronim Barzuband kənd adı və dağ sözlərinin birləşməsindəndir. Barzuband «Hündür dağ» mənasındadır. Bax: Barzuband  kəndi.

BARZUBAND KƏNDİ. Astara r. Kənd adındakı «bar» (barı) türk dillərində hündür, «zu» birləşdirici söz, band isə talış dilində «dağ» mənasındadır (Hündür dağlıqda yerləşən kənd).

BAYATLAR ƏKİN YERİ. Masallı r. Bayatlar Bayat (Boyat) tayfa adındandır.

BAZƏRU  ÇAYI. Lerik r. Bazə talış dilində böyük, ru «çay» mənasındadır.

BAZI YERİ. Masallı r. Bazı «düzən, 2-3 metr hündür¬lüyündə yer, təpəcik» mənasındadır.

BILABAND DAĞI. Lerik r. Talışca bila «hündür» və band «dağ» sözlərinin birləşməsindəndir (Hündür dağ).

BƏCİRƏVAN  KƏNDİ. Cəlilabad r. Oykonim bəcirəvan tayfa adındandır.

BƏCIRƏVAN  QALASI  YERİ. Cəlilabad r. Bax: Bəcirəvan kəndi.

BƏCIRƏVAN  ŞƏHƏR YERİ. Cəlilabad r. Bax: Bəcirəvan kəndi.

BƏCIRƏVAN  TƏPƏSI. Cəlilabad r. Bax: Bəcirəvan kəndi.

BƏDƏLAN ÇAYI. Masallı r. Hidronim Bədəlan kənd adından və çay sözlərinin birləşməsindəndir. Bax: Bədəlan kəndi.

BƏDƏLAN  KƏNDİ. Masallı r. Oykonim Bədəl şəxs adından, an isə «yer», «məkan» sözləridəndir.

BƏDİRLİ  KƏNDİ. Cəlilabad r. Kənd Bədir şəxs adının və nəsil, mənsubiyyət bildirən «li» sonluğunun birləşməsindəndir.

BƏDIRLI KƏNDİ. Bax: Bədirli kəndi.

BƏDİRLİ  MƏHƏLLƏSİ. Masallı r. Bax: Bədirli kəndi.

BƏHMƏN  TƏPƏSİ. Lənkəran r. Oronim Bəhmən şəxs adı və təpə termininin birləşməsindəndir (Bəhməntəpə).

BƏLELƏVIŞƏ  MEŞƏSİ. Lerik r. Bəlelə talışca «palıd», vişə isə «meşə» (Palıd meşəsi) deməkdir.

BƏRCAN  KƏNDİ. Yardımlı r. Toponim fars dilində bərc «hündür tikili» sözündən və məkan bildirən «an» sonluğundan ibarətdir.

BƏŞƏRU  ÇAYI. Astara və Lənkəran  r. Toponim talış dilindəki bəşə (bişə) «meşə» və ru «çay» sözlərinindəndir (Meşəliçay).

BICAR  YERİ. Masallı r. Bicar talış dilində «çəltik əkilən yer» mənasındadır.

BIBIHONU  KƏNDİ. Lerik r. Oykonim talış dilində bib «heyva», «i» birləşdirici sait və honi «bulaq» komponentlərindən ibarətdir (Heyvalıbulaq kəndi).

BIO  BULAĞI. Astara r. Hidronim Biəov sözünün təhrif formasıdır. Coğrafi ad talış dilində biə «soyuq», ov isə «su» mənasındadır (Soyuqsu bulağı).

BIU  KƏNDİ. Astara r. Oykonimin düzgün adı Biəov olmalıdır. Yaşayış məntəqəsinin adı talış dilindəki biə «soyuq» və ov «su» sözlərindən yaranmışdır (Soyuqsu kəndi).

BILABAND  ÇAYI. Lerik r. Hidronim Bilaband dağ adı və çay sözlərinin birləşməsindəndir.  Bax: Bilaband dağı.

BILABAND  DAĞI. Lerik r. Toponim talış dilindəki bil «bataqlıq yer», «a» birləşdirici sait və band «dağ» sözlərindəndir (Bataqlıdağ).

BILABAND  KƏNDİ.  Lerik r. Bil talış dilində «bataqlıq», band isə «dağ» deməkdir. Coğrafi adın mənası «dağ ətəyindəki bataqlıqda salınmış kənd» deməkdir (Bataqlı kənd). Bax: Bilaband dağı.

BILABAND TƏPƏSİ. Lerik r. Oronim Bilaband dağı və təpə sözlərinin birləşməsindədir. Bax: Bilaband dağı.

BILAVAR  KƏNDİ. Lerik r. Oykonim talış dilindəki bil «bataqlıq yer», «a» birləşdirici sait və var qədim türk dillərində kənd sözlərinin birləşməsindən yaranmışdır (Bataqlı kəndi).

BILƏSƏR  ÇAYI. Lənkəran r. Hidronim Biləsər kənd adı və çay termininin birləşməsindəndir. Bax: Biləsər kəndi.

BILƏSƏR  KƏNDİ. Lənkəran r. Oykonim talış dilindəki bil «bataqlıq yer» «ə» birləşdirici sait, sər «baş» sözlərindən yaranmışdır (Başbataqlı kənd).

BILƏSƏR  MINERAL.  BULAĞI. Lənkəran r. Hidronim Biləsər kənd adı və mineral bulağı sözlərinin birləşməsindəndir. Bax: Biləsər kəndi.

BILHONU BULAĞI. Lerik r. Coğrafi adın tərkibindəki bil talışca «bataqlıq yer», honu «bulaq» deməkdir (Bataqlı bulaq).

BILIBAND TƏPƏSİ. Lerik r. Oronimin tərkibindəki bil talışca «bataqlıq yer», «i» birləşdirici sait, band isə «dağ» deməkdir (Bataqlı dağ).

BILI  KƏNDİ. Astara r. Oykonim «bil» - talış dilində bataqlıq və «i» topoformantının birləşməsindəndir (Bataqlı kənd).

BILNƏ ÇAYI. Yardımlı r. Hidronim Bilnə kənd adı və çay topokomponentinin birləşməsindən əmələ gəlmişdir. Bax: Bilnə kəndi (Bataqlı çay).

BILNƏ KƏNDİ. Yardımlı r. Coğrafi ad talış dilindəki bil «bataqlıq» sözü və «nə» topoformantının birləşməsindəndir (Bataqlı kəndi).

BİLNƏ  TƏPƏSİ. Yardımlı r. Oronim Bilnə kəndinin adı və təpə sözlərinin birlşəməsindən əmələ gəlmişdir. Bax: Bilnə kəndi.

BINABƏY  KƏNDİ. Astara r. Oykonimin tərkibindəki bina (binə) topoformantı yaşayış yeri və bəy sözlərinin birləşməsindən yaranmışdır (Bəybinə kəndi).

BINƏ XOCAVAR KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı Binə «yaşayış yeri», Xocavar isə etnonimdir.

BİRİNCİ TİYAQANI  KƏNDİ. Masallı r. Oykonimin talış dilində teqoni sözündən olub «tikanlı bulaq» mənasında olması ehtimal edilir (Tikanlı bulaq kəndi).

BIRINCI SƏMƏDXANLI  KƏNDİ. Masallı r. Coğrafi ad Səmədxan şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçi və birinci sözündən ibarətdir.

BIRINCI YEDDIOYMAQ KƏNDİ. Masallı r. Toponim «birinci» sözü və «Yeddioymaq» etnoniminin birləşməsindən əmələ gəlmişdir.

BIRNƏSƏ AŞIRIMI. Lerik r. Birnəsə talış dilində «tikanlıq» mənasındadır (Tikanlı aşırım).

BIRSUT KƏNDİ. Astara r. Coğrafi ad bir (bır) talış dilində «tikanlıq yer», sutə «yanmış» deməkdir (Yanmış tikanlıq).

BIZEYIR  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin adı talış dilində biz «keçi», zeyir isə «saxlamaq» sözlərinin birləşməsindən yaranmışdır (Keçi saxlanılan yer).

BLABAND  DAĞI. Lerik r. Blaband Bilindəband adından təhrifdir. Talış dilində bilind «hündür», «yüksək», «ə» birləşdirici sait, band «dağ» deməkdir (Yüksək dağ).

BOBLA  KƏNDİ. Lerik r. Coğrafi ad Baba (pir) sözündən və «lə» şəkilçisindən ibarət olub «pir yeri» mənasındadır.

BOBOLOBAND  ÇAYI. Lənkəran r. Hidronim Boboloband dağ və «çay» sözlərindən ibarətdir. Bax: Boboloband dağı (Dağ çayı).

BOBOLOBAND  DAĞI. Lənkəran r. Toponim Baba şəxs adından, «lo» (lu) «sıldırım qaya» və band «dağ» sözlərindən ibarətdir (Sıldırımlı Baba dağ).

BOLADI ÇAYI. Lənkəran və Masallı r. Coğrafi ad Boladi kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Boladi kəndi.

BOLADI KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adı bol, (bolluq) sözündən, «a» birləşdirici saitdən və talış dilindəki di «kənd» komponentlərindən yaranmışdır (Bolluq kəndi, Varlı kənd).

BONABAŞI  DƏRƏSİ. Masallı r. Coğrafi adın tərkibindəki bona sözü qədim türk dillərində «hündürlük», «yüksəklik», başı isə başlanğıcı mənasındadır (Yüksəkliyn başlandığı dərə).

BONBƏND DAĞI. Masallı r. Əsli Bonabənd olmalıdır. Oronim adındakı bon (bona) qədim türk dillərində «hündür» bənd (band) isə talış dilində «dağ» deməkdir (Hündür dağ).

BORADIGAH  ÇAYI. Coğrafi ad Boradigah yaşayış məntəqəsi adı və çay sözlərinin birləşməsindəndir. Bax: Boradigah şəhər tipli qəsəbəsi.

BORADIGAH ŞƏHƏR TİPLİ QƏSƏBƏSİ. Masallı r. Toponim talış dilindəki bir «tikanlıq», «a» birləşdirici sait, di «kənd», gah isə «yer» mənasındadır (Tikanlıqda salınan kənd).

BOYXANLI  KƏNDİ. Cəlilabad r. Coğrafi ad boy «nəsil» və xan komponentlərinin və mənsubiyyət bildirən «lı» sonluğunun birləşməsindəndir. Boyxanlı nəsil adıdır.

BOZAYRAN GÖLÜ. Cəlilabad r. Göl Bozayran kəndinin adındandır. Bax: Bozayran kəndi. (Bozaryan kəndi).

BOZAYRAN  KƏNDİ. Cəlilabad r. Bozayran nəsil adıdır.

BOZAYRAN  KƏNDİ. Yardımlı r. Oykonim Cəlilabad ra-yonunun Böyük Bozayran kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Bax: Bozayran kəndi.

BOZAYRAN MİNERAL BULAĞI. Yardımlı r. Mineral bulağı Bozayran kəndinin adındandır. Bax: Bozayran kəndi.

BOZTƏPƏ. Yardımlı r. Oronim boz və təpə topokomponentlərinin birləşməsindən yaranmışdır.

BÖYÜK BOZAYRAN  KƏNDİ. Cəlilabad r. Kənd böyük sözü və Bozayran nəsil adının birləşməsindəndir. Bax: Bozayran kəndi.

BÖYÜK  DAĞ. Lerik r. Böyük dağ «Hündür dağ» deməkdir.

BÖYÜK XOCAVAR  KƏNDİ. Masallı r. Bax: Bala Xocavar kəndi.

BÖYÜK KOLATAN  KƏNDİ. Masallı  r. Bax: Bala Kolatan kəndi.

BÖYÜK  QOBU. Cəlilabad r. Coğrafi ad böyük və qobu (monqol mənşəli termin olub çökək yer deməkdir) brləşməsindən yaranmışdır.

BÖYÜKTƏPƏ. Masallı r. Oronim böyük və təpə sözlərinin birləşməsindəndir.

BRADI  BULAĞI. Lerik r. Coğrafi ad Bradi kənd adı və bulaq sözlərinin birləşməsindən yaranmışdır. Hidronimin düzgün yazılışı Bıradı olmalıdır. Bax: Bradi kəndi.

BRADI  KƏNDİ. Lerik r. Coğrafi ad Bıradı adından təhrifdir. Bir talış dilində «tikanlıq yer», «a» birləşdirici sait, di isə «kənd» deməkdir (Tikanlı kənd).

BURDƏRƏ. Cəlilabad r. Oronim adındakı bur komponentini yerli sakinlər «əyri» mənasında işlədir. Burdərə «Əyri dərə» mənasındadır.

BURKANDUL  KƏNDİ. Lerik r. Kənd adındakı bir talış dilində «böyürtkən kolu», kandul isə «mağara» deməkdir (Tikanlı mağara kəndi).

BUROVAR  DAĞI. Cəlilabad r. Burovar coğrafi adının tərkibindəki bur sözü talış dilində «hündür», «yüksək», «o» birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, «kənd», «məskən» bildirir (Yüksək dağ kəndi).

BUROVAR  KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi Burovar dağ adı və kənd topokomponentinin birləşməsindəndir. Bax: Burovar dağı.

BUROVAR  MEŞƏSİ. Cəlilabad r. Toponim Burovar dağ adı və meşə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Burovar kəndi.

BUROVAR SILSİLƏSİ. Lənkəran r. Burovar silsiləsi «Hündür silsilə» mənasındadır. Bax: Burovar dağı.

BURSUT  KƏNDİ. Astara r. Burs  talış dilində «alqı - satqı yeri», ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.

BURUQ  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı buruq sözü qədim türkdilli koman tayfasının buruk tirəsinin adındandır.

BURZUBAND DAĞI. Astara r. Burzuband dağı «hündür dağ» deməkdir. Bax: Burzuband kəndi.

BURZUBAND KƏNDİ. Astara r. Coğrafi ad talış dilindəki bərz (barz) «hündür», «yüksək», «u» birləşdirici sait və band «dağ» mənasındadır (Hündür dağ kəndi).

BURZUNBUL KƏNDİ. Yardımlı r. Yerli sakinlərin deməsinə görə, kəndin düzgün yazılışı Barzunbul olmalıdır. Oykonimin mənası talış dilində «hündür yerdə salınan kənd» mənasındadır.

BÜLDÜL  KƏNDİ. Lerik r. Oykonim talış dilindəki Bıli (Boli) şəxs adından və dül (dul) «çökəklik» sözlərinin birləşməsindən yaranmışdır (Bolı çökəkliyi kəndi).

BÜLÜDÜL  KƏNDİ. Lerik r. Oykonim Bilidül adından təhrifdir. Talış dilində bil «göl», «bataqlıq», «(ü)» - birləşdirici sait, dül isə «çökəklik» deməkdir (Çökəe bataqlıq kəndi).

BÜRCƏLİ  ŞƏHƏR TİPLİ QƏSƏBƏSİ. Lənkəran r. Əvvəlki adı Avrora qəsəbəsi. 1992-ci ildən sonra yaşayış məntəqəsinin əvvəlki adı özünə qaytarılmışdır. Bürcəli şəxs adıdır.

BÜRSÜLÜM  KƏNDİ. Lerik r. Toponimin düzgün adı  Birsülüm olmalıdır. Yaşayış məntəqəsi adı talış dilində bür (bır) «tikanlıq» və sülum (sılım) «sıldırım qayalıq» sözlərindən ibarətdir (Sıldırım qayalıq kəndi).

C

CAHANGIR  DƏRƏSİ. Lerik r. Oronim Cahangir şəxs adı və dərə komponentinin birləşməsindəndir.



CAMANŞƏİR KƏNDİ. Lerik r. Oykonimin tərkibindəki Camanşəir şəxs adıdır.

CANDAH  ISTILI. Masallı r. Candah şəxs adıdır.

CEYRAN  ÇUXURU. Cəlilabad r. Toponim ceyran heyvan adından və çuxur sözünün birləşməsindən yaranmışdır.

CƏBILI  MƏHƏLLƏSİ. Masallı r. Yaşayış məntəqəsi adının tərkibindəki Cəbi şəxs adı, «li» isə nəsil mənsubiyyət bildirən şəkilçidir.

CƏBILI  TƏPƏSI. Masallı r. Oronim Cəbili məhəllə adı və təpə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Cəbili məhəlləsi.

CƏCONUN TÜKLÜYÜ. Lerik r. Toponimin tərkibində Cəco komponenti şəxs adı, tük isə talış dilində «çəltik əkilən ərazi» deməkdir (Cəconun biçarlığı).

CƏFƏÇÖL. Lerik r. Toponim talışca cəfə «arpa» və çöl sözlərinin birləşməsindən yaranmışdır (Arpa çölü).

CƏFƏ   ƏKİN  YERİ. Lerik r. Cəfə əkin yeri «Arpa əkilən yer» deməkdir.

CƏFƏRLI  ƏKİN YERİ. Masallı r. Coğrafi adın tərkibindəki Cəfər şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən son¬luq¬dur.

CƏFƏRLI  KƏNDİ. Cəlilabad r. Oykonim adındakı Cəfərli nəsli Muğanlı tayfasının tirələrindən biridir.

CƏFƏRXANLI  KƏNDİ. Cəlilabad r. Kənd adındakı Cəfərxan şəxs adı, «lı»  isə nəsil, mənsubiyyət bildirən şəkilçidir.

CƏLAİR  KƏNDİ. Cəlilabad r. Cəlair türkdilli tayfalardan birinin adıdır.

CƏLILABAD ŞƏHƏRİ. Cəlilabad r. Keçmiş adı Hasıllı (Asıllı) olan bu yaşayış məntəqəsinin adı orta əsrlərdə Həməsərə, 1845-ci ildən sonra Astraxanbazar, 1967-ci ildən isə Azərbaycanın görkəmli yazıçı-publisisti Cəlil Məmmədquluzadənin (1866-1932) xatirəsini əbədiləşdirmək məqsədilə Cəlilabad adlandırılmışdır.

CƏNGAH  KƏNDİ. Cəlilabad r. Oykonim adındakı Cəngan tayfa adıdır.

CƏNGƏMIRAN  KƏNDİ. Lerik r. Coğrafi ad talış dilindəki cəng «döyüş», «savaş», «ə» birləşdirici sait və miran «meydan» sözlərindən ibarətdir.

CƏNGƏVUD  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı cən¬gan tayfa adı, «ə» birləşdirici sait və talış dilindəki vut «yer» sözündəndir (Cəngan tayfasının məskunlaşdığı kənd).

CƏNGISƏR  DAĞI. Lerik r. Oronim cəng «döyüş», «savaş», «i» birləşdirici sait və talış dilindəki sər «zirvə» sözlərinin birləşməsindəndir (Döyüş zirvəsi).

CIL ARXI. Lənkəran r. Toponim Cil kənd adı və arx sözlərinin birləşməsindəndir. Bax: Cil kəndi.

CIL ÇAYI. Lənkəran r. Coğrafi ad Cil kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır.  Bax: Cil kəndi.

CIL DƏRƏSİ. Lənkəran r. Oronim Cil kənd adı və dərə termininin birləşməsindəndir. Bax: Cil kəndi.

CIL GÖLÜ. Lənkəran r. Hidronim Cil kənd adı və göl sözlərindən ibarətdir Bax: Cil kəndi.

CIL  KƏNDİ. Lənkəran r. Kənd adındakı cil bitki adıdır.

CINLI ÇAY. Cəlilabad r. Hidronim cinli dərə adı və çay sözlərindəndir.

CINLI  DƏRƏ. Cəlilabad r. Oronim mövhumatla bağlı cinli və dərə sözlərinin birləşməsindən yaranmışdır.

CİRİMBEL DAĞI. Yardımlı r. Oronim Cirimbel kənd adı və dağ sözlərinin birləşməsindən ibarətdir. Bax: Cirimbel kəndi.

CİRİMBEL  KƏNDİ. Cəlilabad r. Kənd adındakı Cirimbel (Pirimbel) tayfa adıdır.

CIRIMBEL  KƏNDİ. Yardımlı r. Bax: Cirimbel kəndi.

CONI  QALASI. Lerik r. Toponim Coni kənd adı və qala sözlərindən yaranmışdır (Coni qala kəndi).

CONI  KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı Coni şəxs adıdır.

Ç

CAXIRLI ARXI. Masallı r. Coğrafi ad Çaxırlı kənd adı və arx sözünün birləşməsidir.  Bax: Çaxırlı kəndi.



ÇAXIRLI KƏNDİ. Masallı r. Çaxırlı oykonimi Çakərli kənd adından təhrifdir. Çakərli türkdilli tayfalardan birinin adıdır.

ÇAXMAQ  DAĞ. Cəlilabad r. Dağ süxurlarının çaxmaq daşından ibarət olduğundan belə adlanır. Bax: Çaxmaq təpəsi.

ÇAXMAQ  TƏPƏ. Lerik r. Toponimin tərkibindəki çaxmaq sözü «qığılcım, işıq verən daş» mənasındadır.

CAQQAL  DƏRƏSİ. Lənkəran r. Coğrafi ad çaqqal heyvan adı və dərə sözünün birləşməsindən ibarətdir.

ÇAQQAL ULAŞAN YER. Lənkəran r. Toponim çaqqal və ulaşan sözlərinin birləşməsindəndir.

ÇANAQBULAQ. Lerik r. Coğrafi ad çanaq və bulaq sözlərinin birləşməsindəndir (çanaq içi oyulmaqla ağacdan (taxtadan) hazırlanmış 3-4 kiloqram un, buğda tutan qab).

ÇAYQIRAQ DƏRƏSİ. Masallı r. Oronim çay və qıraq, kənar, sahil sözlərindən ibarətdir.

ÇANAQBULAQ KƏNDİ. Yardımlı r. Kənd adı çanaq və bulaq topokomponentlərinin birləşməsindən yaranmışdır.

ÇAYQIRAQ KƏNDİ. Masallı r. Toponim çay və qıraq komponentlərinin birləşməsidir. Bax: Çayqıraq dərəsi.

ÇAYRUD ÇAYI. Lerik r. Hidronim Azərbaycan dilindəki çay və talış dilindəki rud «çay» komponentlərinin birləşməsindən ibarətdir.

ÇAYRUD KƏNDİ. Lerik r. Toponim Çayrud çay adı və kənd topokomponentlərin birləşməsidir. Bax: Çayrud çayı.

ÇAYÜZÜ KƏNDİ. Yardımlı r. Oykonim çay və üzü komponentlərindən yaranmışdır.

ÇEŞMAN BULAĞI. Masallı r. Çeşman çeşmə sözünün təhrifidir. Çeşman bulağı «Çeşməli bulaq» deməkdir. Bax: Çeşman kəndi.

ÇEŞMAN  KƏNDİ. Lerik r. Coğrafi ad fars dilində çeşm «çeşmə», «bulaq», an yer, məkan bildirən komponentlərindən ibarətdir.

ÇƏNGIYƏSƏ TƏPƏSİ. Lerik r. Toponimin tərkibindəki çəngi sözü fars dilində «vuruş», «döyüş», yəsə sözü isə «yer» deməkdir (Döyüş yeri təpəsi).

ÇƏPƏRBULAQ. Cəlilabad r. Coğrafi ad çəpər və bulaq sözlərinin birləşməsindən ibarətdir.

ÇINAR DƏRƏSİ. Cəlilabad r. Coğrafi ad çinar ağac növü və dərə termininin birləşməsindəndir. Bax: Çinar kəndi.

ÇINAR  KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki çinar ağac adıdır.

ÇINARLI  BULAĞI. Cəlilabad r. Hidronimin mənası «Çinarlıqda salınan bulaq» deməkdir.

ÇINARLI MEŞƏSİ. Cəlilabad r. Toponim çinar ağac növü və meşə sözlərinin birləşməsindən ibarətdir. Bax: Çinar kəndi.

ÇOĞARA KƏNDİ. Lerik r. Oykonimin tərkibindəki Coğara  şəxs adıdır.

ÇOĞIQLI DƏRƏSİ. Cəlilabad r. Oronim çoğıq bitki adından və dərə sözlərindən ibarətdir.

ÇORYURD  DAĞI. Yardımlı r. Oronim çor peçeneq tayfalarından birinin adı və yurd sözlərinin birləşməsindən yaranmışdır.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin