7.6. Ağsu-Kürdəmir döyüĢü (5-14 iyul 1918-ci il)
Göyçay ətrafında gedən döyüşlərin qızğın çağında Bakının aqibəti barəsində ondan çox-çox uzaqlarda
müzakirələr və danışıqlar gedirdi. Hər vasitə ilə Bakı neftinə nəzarəti əldə saxlamaq üçün Sovet Rusiyası Bakı
Sovetinə hərtərəfli kömək göstərməklə bərabər QİO-nun şərqə doğru hərəkətini dayandırmağın siyasi yollarını
arayırdı. İngiltərə hadisələrə fəal müdaxilə etmək üçün kifayət qədər hərbi gücə
malik olmadığından general Denstervil Ənzəlidə əlavə qüvvələr toplayırdı. Eyni
zamanda o, Bakıda əhəmiyyətli mövqelər tutan erməni liderləri və eserlərlə gizli
danışıqlar aparırdı. Şərait yaranan kimi hadisələrə müdaxilə etmək üçün polkovnik
L.Biçeraxovun qoşunu nəzərdə tutulmuşdu.
Bakı neftinə yiyələnməyə çalışan üçüncü tərəf Almaniya idi. Azərbaycan -
Gürcüstan sərhəddində baş vermiş toqquşmalar sübut etdi ki, türklər almanları
Azərbaycana buraxmamaqda israrlıdırlar. Kimliyindən asılı olmadan Azərbaycana
soxulmaq istəyən qüvvəni məhv etmək barədə Vehib paşanın iyunun 24-də
imzaladığı əmr türklərin ciddi olmalarını təsdiqlədi. Hərbi müdaxilənin
mümkünsüzlüyünü anlayaraq almanlar da QİO-nun hərəkətini dayandırmaq və Bakı
neftinə yiyələnmək üçün diplomatik yollar arayırdılar. Osmanlı dövlətinin si-yasi və hərbi rəhbərliyinə təzyiq
göstərən almanlar ikili siyasət yürüdürdülər: bir tərəfdən onların başladıqları müharibədə Osmanlı dövlətinin
müttəfiqliyini qiymətləndirdiklərini bildirir, digər tərəfdən isə Osmanlı qoşunları ilə müharibə aparan sovetlərlə
danışıqlar aparır, Ənvər paşadan QİO-nun hücumunu dayandırmasını tələb edirdilər. Son nəticədə Almaniya
Sovet Rusiyası ilə separat danışıqlara girdi.
Türkiyədən gizlin aparılan bu danışıqlar Bakı neftinin Rusiyada qalmasını, Almaniyanın müəyyən faizlə
ona şərikliyini nəzərdə tutan müqavilənin imzalanması ilə başa çatdı.
415
Almaniyanın Tiflisdəki baş
konsulu qraf F. fon Şulenburq iyulun 4-də yazırdı: "türklərin Bakını götürməsi ehtimalı ümumiyyətlə şübhə
doğurur, arzu olunardı ki, onlar əsaslı məğlu- biyyətlə üzləşsinlər”.
416
Avqustun 4-də gözlənilməz hadisə baş
verdi: Həştərxandan gəmi ilə Bakıya bir neçə alman zabiti gəlmiş və general Denstervilin yazdığına görə, türk
komandanlığının qərargahına getmək istəmişdilər.
417
Alman zabitləri Sentrokaspi qoşunları tərəfindən həbs
olunmuşdu, lakin faktın mövcudluğu göstərir ki, almanlar avqust ayında birbaşa Bakı Soveti ilə əlaqə yaratmağa
çalışmış, onun devrilməsini biləndə müttəfiqləri olan türkləri yada salmışdılar. Belə vəziyyətə cavab olaraq
411
Süleymanov M.S. Azərbaycan Ordusu, s.102.
412
Yuceer N. Birinci Dünya savaşında, s.88.
413
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.108.
414
Muğanda polkovnik İlyaşeviçin qüvvəllərinin fəal əməliyyatlardan imtina etməsinin səbəblərindən biri də 1918-ci il iyulun axırlarından 1919-cu ilin
avqustunadək Kür çayı keçidləri, Suqovuşan, Cavad bölgəsi, Bankə qəsəbəsi və Kürün ağzına məhz N.Ramazanovun nəzarət etməsi olmuşdur.
415
Almaniya ilə Sovet Rusiyasının əlaqələri, Türkiyədən gizli apardıqları danışıqlar bu danışıqlarda Azərbaycanın və Bakı neftinin yeri barəsində çox
yazılıb. Kitab üzərində iş zamanı tərəfimizdən aşağıdakı əsərlərdən istifadə edilmişdir: Reha Yılmaz. I Dünya müharibəsi başlanğıcında, s.70-71; Пипия
Г.В. Германский империализм в Закавказье в 1910-1918 годах. Москва, 1978, с. 126.
416
Пипия Г.В. Германский империализм, с. 126.
417
Денстервиль, с.98.
123
Ənvər paşa eyni ikili siyasəti həyata keçirməyə başladı. İyunun 26-da Ənvər paşa Şərq ordular qrupu
komandanlığına məktubla QİO-nun hücumunu dayandırmaq əmrini vermiş, lakin bu məktubu göndərəndə
nəzərə almışdı ki, onun mətni ilə Şərq ordular qrupu qərargahında çalışan "müttəfiq" almanlar tanış olacaqlar.
Eyni vaxtda Şərq ordular qrupu komandanına göndərdiyi şəxsi xarakterli məktubunda o, bütün hazırlıqların
qrupun qərargahında olan alman zabitlərindən məxfi aparılmasını, Nuru paşaya tələb olunan sayda silah və
sursat, imkan olarsa, canlı qüvvə göndərilməsini əmr etmiş, Nuru paşa ilə əlaqə saxladıqda isə tezliklə Bakı
istiqamətində yürüş təşkil etməsini istəmişdi.
418
İyunun 30-da 15-ci firqənin 38-ci türk piyada alayı Azərbaycana
yola salındı, həmçinin 3-cü Ordunun 350 nəfərlik ehtiyat qrupu da Nuru paşanın sərəncamına göndərildi.
419
Almaniya ilə danışıqlar aparan zaman Sovet Rusiyasının nümayəndəsi QİO-nun hücuma hazırlaşdığını
bildirərək bunun qarşısını almağı tələb etdi. Türk qərargahlarında çalışan alman zabitlərinin verdikləri məlumata
əsaslanan alman rəhbərliyi isə heç bir hazırlığın olmadığını, Ənvər paşanın öz qoşunlarına əməliyyatları
saxlamaq əmrini verdiyini bildirdi. Bu məlumatı alan Sovet Rusiyası rəhbərliyi Bakı Soveti ilə əlaqədar
təhlükənin sovuşduğunu zənn edərək arxayınlaşdı.
Mövzu ilə birbaşa bağlı olmasa da biz bu kitabda QİO və Bakı nefti ətrafında gedən siyasi oyunların qısa
xülasəsini verməyi lazım bildik. Problemlə bağlı mövcud tarixi ədəbiyyatın öyrənilməsi bizi belə qənatə gətirdi
ki, Ənvər paşa QİO-nun əməliyyatlarını dayandırmaqla, Osmanlı dövlətinin planlarının icrasını yarımçıq
qoymaq və müttəfiqi Azərbaycanla imzaladığı müqaviləyə naxələf çıxmaq fikrində deyildi! Hakimiyyətə gələn
yeni Osmanlı sultanı IV Vahidəddin iyulun 7-də teleqram göndərərək Nuru paşa və onun tabeçiliyində olan
qoşunların səylərini dəstəkləməsini bildirdi.
420
Fəaliyyəti siyasi baxımdan dəstəklənən QİO-nun komandanlığı tam əminliklə
yeni əməliyyatların planlaşdırılması ilə məşğul ola bilərdi.
Bakı Soveti öz qoşunlarının say tərkibini artırmaq üçün bir sıra tədbirlər həyata
keçirdi. İyunun 14-də S.Şaumyan V.İ.Leninə teleqram göndərərək polkovnik
L.Biçeraxovun Qırmızı Orduya qoşulacağı barəsində xəbər verdi.
421
Çar ordusunun
polkovniki, kommunist ideyalarının qatı düşməni, ingilislərlə əlaqələrini gizlətməyən və
qardaşı Şimali Qafqazda bolşeviklərə qarşı mübarizə aparan bir şəxsin Qırmızı Orduya
cəlb edilməsinin səbəbləri var idi.
422
Döyüşlər sübut etdi ki, Qırmızı Ordunun komandir
heyəti zəifdir; Qırmızı Orduda bolşeviklər və onların təəssübkeşləri, həmçinin daşnak,
qismən menşeviklərlə vuruşurdu, bu qüvvələr hesabına ordunun sayını artırmaq
mümkün deyildi. L.Biçeraxovun Qırmızı Orduya qatılması "vahid və bölünməz Rusiya"
ideyası ilə yaşayan çar ordusunun zabitlərini, həmçinin bolşevik və daşnak olmasa da,
anti-azərbaycanlı mövqelərdə dayanan qüvvələri də Qırmızı Orduya cəlb edə bilərdi.
Üstəlik Biçeraxovun intizamını saxlamış, döyüş təcrübəsi olan, öz komandirlərinə
inanan, ingilislərin verdiyi zirehli avtomobillərlə təchiz edilən 1500 nəfər Tersk və Kuban kazakından ibarət
dəstəsi ciddi təhlükə ola bilərdi. Ehtimal edilirdi ki, L.Biçeraxova qarşı vuruşduqlarını biləndə Müsəlman
Korpusunun tərkibində olan qeyri müsəlman zabitlər Qırmızı Ordu tərəfinə keçəcəklər. İyulun 1-də Ənzəlidə
gəmiyə minən, həmin gün Ələtdə sahilə çıxarılan Biçeraxov artıq iyulun 2-də cəbhə bölgəsində idi. Vəziyyətlə
tanış olduqdan sonra o, əlavə olaraq 2 min nəfərin göndərilməsini istədi, fövqəladə tədbirlərlə S.Şaumyan 3 min
nəfəri cəbhəyə göndərə bildi.
423
İyulun 6-da L.Biçeraxov döyüşən hissələrin komandanı elan edildi, lakin qoşun
komandanı elan edilən Biçeraxov sovet qoşunlarının sol cinahına göndərildi, mərkəz və sağ cinah qoşunlarına
əvvəlki kimi Q.Korqanov rəhbərlik edirdi. Bolşevik və daşnaklar nümayiş etdirdilər ki, Biçeraxovdan onlara
yalnız onun adı və qoşunları lazımdır. Qazanılacaq qələbə qoşunların böyük hissəsinə, mərkəz və sağ cinaha
komandanlıq edən Q.Korqanov və Bakı Sovetinin ayağına yazılacaq, məğlubiyyət olarsa, döyüşən hissələrin
komandanı, çar zabiti və ingilis agenti Biçeraxov cavab verməli olacaqdı.
İyulun əvvəllərində Qaraməryəm-Ağsu və Qaraməryəm-Müsüslü xətləri boyunca mövqe tutan QİO
qoşunları Kürdəmiri şimal və qərbdən sarmağa başladı. Plana əsasən zərbə Kürdəmir istiqamətində, o, azad
ediləndən sonra isə Şamaxı istiqamətində yönəlməli idi. Ləngəbiz təpəlikləri və bir neçə kiçik çayla bir-birindən
aralanan Kürdəmir və Şamaxı ətrafı ərazilər relyef baxımından çox fərqlənir, bu isə qoşunlardan fərqli şəraitdə
fəaliyyət göstərilməsini tələb edirdi. Qoşunların üzləşdiyi problemlərdən biri hərbi hissələrin tez-tez yerlərini
dəyişdiyindən simli rabitə (telefon xətləri) çəkməyin mümkünsüzlüyü idi, bu isə onların idarə edilməsinə
maneçilik törədirdi.
424
Su ilə təchizatındakı problemlər və isti hava şəraiti xəstəliklərə səbəb olurdu. Dizenteriya,
418
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94.
419
Süleymanov M.S. Azərbaycan Ordusu, s.101.
420
Yuceer N. Birinci Dünya savaşında, s.90-91.
421
Большевики в борьбе за победу, с.508.
422
Дарабади П.Г.Военные проблемы, с.118.
423
Süleymanov M.S. Azərbaycan Ordusu, s.104.
424
Yuceer N. Birinci Dünya savaşında, s.90.
124
xolera, malyariya kimi xəstəliklər döyüşçüləri uzun müddətə sıradan çıxardır, hətta onların ölümünə səbəb
olurdu.
425
Təkcə yuxarıda sadalanan problemlər deyil, ərazidə yerləşən silahlı dəstələrə malik erməni kəndlərinin,
QİO-nun arxasına zərbə vurmaq ehtimalı da hücum əməliyyatına əngəl ola bilərdi. Əmirovun dəstəsinin
iyunun 30-da Göyçaya hücumu belə təhlükənin əvvəlcədən aradan qaldırılmasını tələb edirdi. Göyçay döyüşü
bitəndən sonra Nuru paşa Ərkani-Hərb rəisi Nazim bəyə Ağdaş, Xaldan və Nuxadakı milli qüvvələrə rəhbərlik
edərək Söyüdlü və Qayabaşı ermənilərinin dəstələrini ləğv etməyi tapşırdı. Tapşırıq yerinə yetirildi, erməni dəs-
tələri və onların sığınacaqları dağıdıldı. Şəki milli dəstəsinin komandiri Həqqibəy Nic və Söyüdlü kəndlərini
nəzarət altına aldı. Gəncə mövqe komandiri Cəmil Cahid bəy və milli hissə komandirlərinə döyüşlərdən sonra
meşələrə və dağlara səpələnmiş kiçik erməni dəstələrinin məhv edilməsi üçün tədbirlər həyata keçirmək əmri
verildi. İyulun l-dən-4-dək Pəzəvəngə və Qırdadu kəndləri tutuldu, İvanovka kəndi ətrafında 10-cu alayın bir
taboru və 2 dağ topu bolşevik-erməni qüvvələrinin iri dəstəsini məhv etdi (çoxlu sayda silah və 2 top qənimət
kimi götürüldü), Çanaqbulaq kəndi nəzarət altına alındı. Təmizləmə əməliyyatları döyüş şəraitində
keçdiyindən QİO qoşunları itkilər verirdi. İyulun 1-dən 4-dək 7 zabit və 39 əsgər həlak olmuş, 9 zabit və 93
əsgər yaralanmış, 1 zabit və 74 əsgər itkin düşmüşdü.
426
İtkin düşənlərin çox olması QİO tərkibində xüsusi
axtarış-xilasetmə və çevik tibb hissələrinin olmaması ilə izah edilir. Meşəli dağ şəraitində yaralanan, yıxılaraq
əzilən əsgərlər əsas qruplardan aralı düşürdü. Onların axtarılması üçün
nə kifayət qədər qüvvə, nə də vaxt var idi. Yerli sakinlərin xatirələri
göstərir ki, itkin düşənlərin cüzi hissəsi ətraf azərbaycanlı
kəndlərinin əhalisi tərəfindən xilas edilən yaralı döyüşçülər sağalandan
sonra öz qoşunlarına qayıtmışdı. Əksər yaralılar çoxlu qan itirməsi və
tibbi yardımın göstərilməməsindən, bəzən də susuzluqdan həlak olurdu.
Bir çoxlarının cəsədi sakinlər tərəfindən həlak olduqları yerdə dəfn
edildiyindən indiyənədək həmin rayonlarda tək-tək türk və azərbaycanlı
əsgərlərin qəbirlərinə rast gəlinir.
İyulun 4-də 5-ci Qafqaz firqəsinin qoşunları aşağıdakı mövqelərdə dayanmışdılar: Müsüslü kəndindən
şərqdə - Müsüslü dəstəsi; ondan şimalda, Qaraməryəmə çatmamış - Mürəttəb türk süvari alayı; Qaraməryəm və
ondan şimalda - 13-cü piyada alayı; qruplaşmanın şimalında, İsmayıllıyadək - 10-cu Qafqaz piyada alayı.
Mərkəz Ağsu xəttinə düşürdü. Döyüşlərin ağırlığının da bu hissədə cəmləşdiyi ehtimal edildiyindən Nuru paşa
Ağsuya gəlmişdi. Burada hücum planı tərtib edilərək əmrlər verildi. Əməliyyat iyunun 5-də aşağıdakı is-
tiqamətlərdə aparılmalı idi: qayməqam H.Səlimovun rəhbərliyi ilə Müsüslü dəstəsi dəmir yolu xətti boyunca
irəliləyərək Kürdəmirə hücum edir və onu azad edir; Mürəttəb türk süvari alayı Xəlilli -Qarasaqqal
istiqamətində hərəkət edir, Kürdəmir - Ağsu xəttini kəsir ki, Kürdəmirə şimaldan kömək gəlməsin; 13-cü piyada
alayı boyu məsafə qət edərək Ağsu - Şamaxı xəttini kəsməli; 10-cu piyada alayı Ağsunun şimalındakı dağların
yamacları ilə hərəkət edərək Gürcüvana çıxmalıydı. Arxada dayanan Göyçay dəstəsi düzülüş xəttindən sızmış
erməni dəstələrini məhv etməli, İvanovka-Qoşakənd xəttində əsas qüvvələrlə birləşməliydi.
427
Topçu hissələri
və milli süvari hissələr alaylar arasında bölüşdürülmüşdü.
Döyüş əmrinin təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir. Sovet qoşunlarının əsas qüvvələrinin Ağsu
ətrafında cəmləşməsi nəzərə alınaraq əsas zərbə Kürdəmirə deyil, məhz Ağsu istiqamətində vurulurdu. Bu
zaman Ağsuya hücum üzbəüz deyil, yanlardan yönəldilirdi. Belə ki, 13-cü alay cənubdan, 10-cu alay şimaldan
irəliləyərək Ağsunun şərqində düşmən qüvvələrini mühasirəyə almalı idi. Mühasirə təhlükəsi, Ağsu-Kürdəmir
yolunun süvarilər tərəfindən kəsilməsi Kürdəmirin Müsüslü dəstəsi tərəfindən tutulmasını asanlaşdırardı.
Müsüslü dəstəsinə əlavə qüvvələrin verilməməsi Kürdəmirə qərbdən yalnız bataqlıqlar arasındakı dar ərazidən
irəliləməyin mümkünlüyü ilə izah olunur. Göyçay ətrafında 30 iyun hadisəsi təkrarlanmasın deyə döyüş
düzülüşündən arxada Göyçay dəstəsi təşkil edilmişdi. Əsasən milli hissələrdən ibarət olan dəstə düşmənin qəfil
hərəkətlərinin qarşısını almalı, eyni zamanda firqənin ehtiyat qüvvəsi rolunu oynamalı idi (nəzərə almaq
lazımdır ki, 3-cü ordudan istənilmiş əlavə qüvvələr, о cümlədən 38-ci alay hələ gəlməmişdi). Göyçay dəstəsinin
tədricən şimala doğru yönəlib Qoşakənd istiqamətində irəliləməsi əmri onunla bağlıdır ki, komandanlıq
hücumun sonunda məhz sol (şimal) cinahın vacib Şamaxı istiqamətinə çıxmasını nəzərə almışdı.
İyulun 5-də səhər başlayan döyüş ağır şəraitdə keçdi. Müsüslü dəstəsi güclü müqavimətlə üzləşərək
Kürdəmirə çətinliklə yaxınlaşdı, günün axırınadək stansiya və kəndi tuta bilmədi, lakin düşmən xeyli itki verdi.
Mürəttəb türk süvari alayı vəzifəsini yerinə yetirmişdi. 13-cü piyada alayı onun qarşısında dayanan düşməni
əzsə də günün axırınadək Şamaxı-Ağsu xəttini kəsə bilmədi. 10-cu piyada alayı düşməni darmadağın etmiş,
lakin dağlıq əraziylə irəlilədiyindən və göstərilən mövqeyə vaxtından gec çatdığından mühasirə yarada
425
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92-93.
426
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.312-313.
427
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.222.
125
bilməmişdi. Göyçay dəstəsi verilən tapşırığı yerinə yetirmişdi. Düşmənin müdafiə xətti əsasən yarıldığından və
boyük itkiyə məruz qaldığından komandanlıq planı dəyişmədi. Qoşunlar tutduqları mövqelərdə gecələyərək
iyulun 6-da hücumu davam etdirməli idilər. Mürəttəb süvari alayının istiqaməti dəyişdirilərək Müsüslü
dəstəsinin gücləndirilməsinə yönəldilmişdi.
428
Kəşfiyyatın məlumatına görə, düşmənin qüvvələri azı 7 min
nəfər idi.
429
Onların əməliyyatlarını 1 zirehli qatar, 20 top dəstəkləyir, eyni zamanda əlavə texnika gətirilirdi.
430
İyulun 6-da düşmən döyüşə təyyarə və zirehli avtomobillər dəstəsini yeritdi. 13-cü alay Ağsunu tutaraq
şəhərdən keçdi və Şamaxıya gedən yolu kəsdi. Ağsu ermənilər tərəfindən dağıdılmış, bir çox evlər talanıb
yandırılmışdı. 10-cu alay Ağsunu şimaldan çevrəyə alıb Ağsu-Şamaxı yolu ilə geri çəkilən düşmənə güclü zərbə
vurdu. Azərbaycanlı süvari dəstələri düşməni təqib etməyə başlamış və onun tədricən geri çəkilmək planını
vahimə içərisində qaçışa çevirmişdilər. Ağır silahları və arabaları atan düşmən Ağsunun şimalında yeni müdafiə
mövqeləri tuta bilmədi və Şamaxıya çəkildi. 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, talan edilən əhalinin
var-yoxu ilə doldurulmuş 15 nəqliyyat arabası, 1 səhra lazareti çadırı,
çoxlu sayda tibbi ləvazimat, silahlar qənimət kimi götürüldü.
431
Düşmənin parçalanmış hissələrindən biri Kürdəmir istiqamətində
hərəkətə başladı, lakin onlardan cəmi 100 nəfərə yaxını Kürdəmirə çata
bildi. Qaraqoyunlu kəndi Həsən bəyin dəstəsi (bir türk piyada taboru,
mürəttəb süvari alayı) tərəfindən tutulmuş və Ağsu ilə Kürdəmirin yolu
QİO-nun əlinə keçmişdi. Müsüslü dəstəsi Kürdəmir ətrafında Qırmızı
ordunun 1-ci briqadası, Biçeraxovun dəstəsi, Təlimatçılar məktəbi, 6
zirehli avtomobil, 2 zirehli qatar, çoxlu sayda artilleriya ilə
üzləşdiyindən çətinliklə irəliləyirdi. Ələ keçirilmiş əsirlərin dindirilməsi göstərdi ki, düşmən əsgərlərinin sayı
kəşfiyyatın verdiyi məlumatlardan artıqdır. Belə ki, bilavasitə Biçeraxovun dəstəsində 1500 deyil, 3000 döyüşçü
var idi.
432
Ehtimal ki, bu gözlənilməz say artımı ətrafdakı rus və erməni kəndlərindən Qırmızı Orduya
qoşulanların hesabına yaranmışdı. Müəyyən olundu ki, düşmən Kürdəmir ətrafında cinahları bataqlıqlara
dirənən dairəvi müdafiə xətti təşkil etmişdir. Xəttin arxasına keçmək üçün Həsən bəyin dəstəsi Kürdəmirə deyil,
ondan şimal-şərqdə yerləşən Qarasaqqal kəndinə hücum etdi. Burada dayanan bolşeviklərin 150 nəfərlik dəstəsi
məhv edildi. Lakin sovet komandanlığı anlayırdı ki, kəndin itirilməsi Kürdəmirdə olan qoşunların mühasirəyə
düşməsi ilə nəticələnəcək. Buna görə dərhal vəziyyəti xilas etməyə çalışdı. Əvvəlcə 350 piyada, 3 pulemyot, 2
topdan ibarət olan dəstə, sonra isə 250 nəfər piyada, 2 pulemyot, 5 topdan ibarət olan dəstə Kürdəmirdən
Qarasaqqal kəndinə göndərildi. Döyüş nəticəsində Həsən bəy geri çəkilməyə məcbur oldu.
433
Gecə qoşunları yeni döyüşlərə hazırlayan Səlimov və Biçeraxov yerdəyişmələr etdi. Səhərisi gün
hadisələrin gedişi H.Səlimovun vəziyyəti daha düzgün qiymətləndirməsindən xəbər verdi.
İyulun 7-də Müsüslü dəstəsinin süvariləri dəmir yolunun cənubu, iki taqımı isə dəmir yolunun şimalı ilə
Kürdəmirə tərəf hərəkətə başladı. Dəstənin digər üç bölüyü isə bataqlıq ərazidən keçərək düşmənə
gözlənilmədən zərbə endirdilər. Qüvvələr nisbəti və hərbi-texniki üstünlük Biçeraxovun tərəfində olsa da, 12
saatlıq döyüşdə o, Müsüslü dəstəsinin döyüşçülərini mövqelərindən vurub çıxara bilmədi. Rəhbərliyin dəqiq
taktiki seçimi sayəsində Müsüslü dəstəsinin itkiləri də böyük deyildi: gün ərzində Azərbaycan hissələrindən 8
əsgər həlak olmuş, 12 nəfər (onlardan 2 zabit) yaralanmışdı; türk taborundan 5 əsgər həlak olmuş, 50-dən çoxu
isə yaralanmışdı. Ağdaş və Xaldan ətrafında olan könüllülər Nuru paşanın əmri ilə Müsüslü dəstəsinin
sərəncamına göndərildi. İyulun 7-də sovet komandanlığı Əmirovun iyunun 30-da keçirdiyi əməliyyatı
təkrarlamağa cəhd göstərdi. Erməni kəndlərindən çıxan bolşevik-daşnak bölməsi Göyçayın şimalında 5-ci
firqənin arxasına zərbə vurmağa çalışdı, lakin ehtiyatda dayanan qüvvələr onların qarşısını alaraq düşmən
qüvvələrini dağıtdı.
Mərmi və cəbbəxana ehtiyatının azlığı Müsüslü dəstəsinin koman-danlığını fəal hücuma keçməyə imkan
vermirdi. Üstəlik istər Kürdəmirin qərbində, istərsə də şimalında düşmən öz mövqelərini yaşıllıqlar
arasında
qurmuş, türk-Azərbaycan hissələri isə açıq ərazi ilə irəliləməli idi. Bu səbəbdən Nuru paşa planı dəyişdi. Yeni
plana əsasən iyulun 7-dən 8-nə keçən gecə 13-cü alay Kürdəmir istiqamətinə gətirilməli, Həsən bəyin dəstəsi ilə
birləşdirilməli idi. İyulun 8-də səhər Müsüslü dəstəsi fəal hücumu immitasiya etməli, Biçeraxovun qüvvələrinin
diqqətini özünə cəlb etməli, 13-cü piyada alayı isə şimaldan Kürdəmirə hücum etməliydi. Düşmən Şamaxı
istiqamətində 13-cü alayın yoxluğunu hiss etməsin deyə, 10-cu alay geniş cəbhədə Şamaxıya doğru hücum
etməli idi.
434
Vəziyyəti düzgün qiymətləndirən Biçeraxov hərbi texnikada üstünlüyü hesabına 13-cü alayın
428
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.223.
429
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92.
430
Süleymanov M.S. Azərbaycan Ordusu, s.105.
431
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92.
432
Yenə orada, s.94.
433
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi, s.315.
434
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.225.
126
qarşısını almaq qərarına gəldi. 8 top və 8 pulemyotla silahlanan sovet piyada hissələri Kürdəmirin şimalında
mövqe tutdular.
İyulun 8-də gedən döyüşlərdə 13-cü alay azacıq irəlilədi, Müsüslü dəstəsinin hərəkətlərinə qarşı
bolşeviklərin zirehli qatarı göndərildi.
435
Üstəlik Şamaxı istiqamətində hücuma başlayan bolşevik-erməni
qüvvələri 10-cu alayı Gürcüvan kəndindən çıxarmağa nail oldular. Uğurun qazanılmasında Şamaxı
ermənilərinin 800 nəfərlik dəstəsinin (komandir Qazarov), Qarakənd və Mədrəsə kəndlərinin erməni əhalisinin
böyük rolu olmuşdur. Meysəri-Mədrəsə və Muğanlı kəndləri istiqamətində ağır döyüşlər oldu, 10-cu alay
düşməni Ağsunun 10 kilo-metrliyində saxlaya bildi.
436
İyulun 9-da tərəflər əsasən növbəti döyüşlərə hazırlaşır, tükənmiş döyüş sursatını (bəzi yerlərdə döyüş
sursatının tükənməsi səbəbindən süngü döyüşləri baş vermişdi) bərpa edirdilər. İyulun 9-dan 10-a keçən gecə
mürəttəb süvari alayı düşmən arxasına göndərilərək Kürdəmirlə Karrar stansiyası arasında dəmir yolunu
dağıdaraq burada mövqe tutdu.
437
Görünür, Nuru paşa Kürdəmir ətrafında çoxsaylı düşmən qoşunlarının
olmasını bildiyindən onları geri çəkilərək yeni mövqelər tutmağa vadar etmək deyil, əksinə, buradaca
mühasirəyə salıb məhv etmək planından əl çəkməmişdi. Qazaxdan gətirilmiş 350 nəfər könüllü 13-cü alayın
tərkibinə verildi.
İyulun 10-da günorta başlayan döyüşdə 13-cü alay xeyli irəlilədi, düşmən Müsüslü dəstəsi ilə üzbəüz
dayanan bəzi hissələri 13-cü alaya qarşı yönəltdi. Burada 6 pulemyotla 1000 nəfər sovet döyüşçüsü qaldı.
Düşmən mövqelərini daim nəzarətdə saxlayan, onun atəşlərinin azalmasını görən H.Səlimov dərhal Müsüslü
dəstəsini bütünlüklə irəli atdı və 13:55-də düşmənin birinci səngər xəttini tutdu, hücumu davam etdirərək
müdafiə mövqelərini yardı və Kürdəmirin girəcəyinə çatdı.
438
Bu xəbər Kürdəmirin şimalında müdafio olunan
düşməndə vahimə yaratdı, irəli atılan 13-cü alay düşmən mövqelərini yardı və Kürdəmirin qərbində Müsüslü
dəstəsi ilə birləşdi. Kürdəmirə ilk olaraq 1-ci Tatar süvari alayı, bir dağ topçu taqımı və 46-cı türk taborunu
döyüşçüləri daxil oldular.
439
13-cü alay Müsüslü dəstəsinin 1-ci Tatar alayının süvarilərinə atəş açmasın deyə
13-cü alayın tərkibində olan azərbaycanlı hissələrdən yunker Qasımov irəliyə keçərək cənubdan yaxınlaşan
süvarilərin azərbaycanlı süvarilər olmasını xəbər verdi. Bir neçə saat davam edən döyüşdən sonra Kürdəmirdə
müdafiə olunan düşmən böyük itkilər verdi. Qələbəyə görə Nuru paşa tərəfindən dərhal polkovnik rütbəsinə
layiq görülən H.Səlimov düşmən qüvvələrinin təqibini təşkil etdi.
440
Karrar stansiyası yaxınlığında düşmən
zirehli avtomobillərlə əkshücum təşkil etməyə çalışdı, lakin onlar mühasirəyə salındı və çox çətinliklə, bolşevik-
erməni piyada hissələrinin köməyi ilə mühasirədən çıxdı.
441
İyulun 10-da axşam türk-azərbaycanlı qoşunlar
Kürdəmirdən şərqdə mövqe tutdular.
442
İyulun 10-12-də böyük qüvvələrlə Ağsu istiqamətində irəliləməyə çalışan düşmən Kürdəmirin
itirilməsinin əvəzini burada çıxarmağa çalışdı, lakin hakim
yüksəklikləri əlində saxlayan 10-cu alay hücumları dəf etdi.
443
Döyüş
sursatının çatışmazlığını aradan qaldırmaq üçün qənimət kimi
götürülmüş silahlardan istifadə edildi.
Təlaş içində olan S.Şaumyan Petroqrada V.Leninə və
Həştərxanda olan İ.Stalinə teleqramlar vuraraq təcili əlavə qüvvələr
göndərilməsini tələb edirdi.
444
Ağsu - Kürdəmir əməliyyatına son qoyaraq bütün səyləri
Şamaxı is-tiqamətinə yönəltmək üçün Karrar stansiyasını azad etmək
lazım idi. Nuru paşa stansiyanın alınmasını Müsüslü dəstəsinə
tapşırmış, 13-cü alayı şimala, Ağsu-Şamaxı yoluna çəkməyi planlaşdırmışdı. Müsüslü –Kürdəmir dəmir
yolunun bir qismi düşmən tərəfindən dağıldığından qoşun və sursatların göndərilməsində problemlər yarandı.
Onları aradan qaldırmaq üçün yolun təmirinə başlandı və qısa zaman ərzində işlər tamamlandı.
445
İyulun 11-də
axşam tərtib edilən plana əsasən qoşunların bir hissəsi Qarasaqqal istiqamətində irəliləməli, H.Səlimovun-
Müsüslü dəstəsi isə Karrara hücum etməli idi. Karrara hücumda bir piyada taboru, mürəttəb süvari alayı,
435
Yuceer N. Birinci Dünya savaşında, s.90.
436
Большевики в борьбе за победу, с.553; Токаржевский Е.А. Из истории иностранной интервенции, с.121.
437
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.227.
438
Süleymanov M.S. Azərbaycan Ordusu, s.107.
439
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.93.
440
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.228.
441
Токаржевский Е.А. Из истории иностранной интервенции, с.121.
442
Süleymanov M.S. Azərbaycan Ordusu, s.107.
443
Большевики в борьбе за победу, с.559.
444
Большевики в борьбе за победу, с.557.
445
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.229.
127
azərbaycanlı süvari bölükləri, piyada hissələri və topları, 13-cü alaydan götürülmüş rus səhra topları taqımı
iştirak etməli idi. Qarasaqqala hücumunu iki türk piyada bölüyü, bir pulemyot taqımı icra etməli idi.
446
İyulun 12-də başlayan döyüş göstərdi ki, 5-ci firqənin komandanlığı planı tərtib edərkən düşməni zəif
saymışdır, halbuki sovetlər Karrar və Qarasaqqala əlavə qüvvələr gətirmişdilər. Karrar stansiyası uğrunda
döyüşdə sovetlər tərəfindən 2 zirehli qatar, bir neçə zirehli avtomobil, 8 top piyadaların hərəkətlərini
dəstəkləyirdi.
447
Nəticədə 13-cü piyada alayının şimala hərəkəti dayandırıldı.
İyulun 13-də baş vermiş döyüş nəticəsində Qarasaqqal kəndi azad edildi, Karrar stansiyası uğrunda
döyüşdə isə düşmənin zirehli texnikası qoşunlara irəliləməyə imkan vermirdi (azərbaycan hissələri stansiyanın
400 metrliyində, 13-cü alay 800 metrliyində mövqe tutdular). Döyüşdə fərqlənmiş Həsən bəy aldığı ağır
yaralardan həlak oldu. Nuru paşa hadisələrin gedişini öyrənən kimi dəmir yolunun dağıdılmasını, ya da toplar
vasitəsi ilə düşmənin zirehli qatarlarının zərərsizləşdirilməsini əmr etdi. İyulun 14-də döyüş başlayan kimi
Müsüslü dəstəsi irəli atıldı, 13-cü alay isə düşmənin arxasına keçib dəmir yolunu və zirehli qatarları məhv
etməyə çalışdı. Düşmən geri çəkilməyə məcbur olaraq Sığırlı stansiyasında möhkəmləndi.
448
Cəbhəyə gələn S.Şaumyanla görüşündə L.Biçeraxov əlavə qüvvələrin göndərilməsini tələb etdi və
Şaumyan buna söz verdi. Bakıya qayıdaraq cəbhədə vəziyyətin ağır olduğunu və əlavə qüvvəyə ehtiyacın
yarandığını bildirsə də sözünə əməl edə bilmirdi, çünki ağır döyüşlərdən sonra sovetlər arasında hərc-mərclik və
özbaşınalıq halları artmışdı.
449
Göyçay, Qaraməryəm, Kürdəmir döyüşlərində ümumən QİO tərəfindən 13 zabit, 235 sıravi həlak
olmuşdur.
450
İyulun 12-də Karrar uğrunda döyüşlər gedən zaman sovet komandanlığı gözlənilmədən Salyan bölgəsində
hücum əməliyyatı keçirdi. Bakıda 3-cü və 5-ci taborlardan seçilən döyüşçülər (3-cü tabor erməni taboru idi)
Ter-Avakimovun rəhbərliyi ilə 2 gəmi vasitəsi ilə Kürə daxi olmuşdular.
451
Düşmənin 400 piyadası, 50 süvarisi,
12 pulemyotu, 3 topu var idi.
452
Hacıqabuldan qalxan iki düşmən təyyarəsi müsəlman kəndlərini bombalamağa
başladı.
453
Salyan dəstəsi Qaraqaşlı kəndi yaxınlığında mövqe tutdu. 2 top və 2 pulemyotu olan Azərbaycan
hissə-lərinə minbaşı Nazim Ramazanov və zabit Soltan Hüseynzadə rəhbərlik edirdi. Onların köməyinə 100
könüllü ilə Sərxan Şirvanlı adlı şəxs gəlmişdi.
454
Dəstə ayıqlıq nümayiş etdirmiş, düşmənin irəliləməsini
əvvəlcədən öyrənərək Yeni Vasilyevka kəndi yaxınlığında ona layiqli müqavimət göstərmişdi. Düşmən iyulun
15-dək müdafiə xəttlərinə 4 dəfə hücum etmiş, lakin geri atılmışdı. Topların atəşi ilə Salyanda böyük dağıntılar
olmuşdu.
455
Nəhayət, köməyə 28-ci və 26-cı türk taborlarının Həmdi əfəndi və Bəsri əfəndinin rəhbərliyi ilə
bölüklər gəldi. Baş vermiş döyüşdə itkilər verən bolşevik-erməni bölükləri yaralılar və sursatı ataraq gəmilərlə
qaçmağa üz tutdular. Qaraqaşlı kəndi xəttində olanda top mərmilərindən biri bolşevik gəmisinə dəymişdi. Xilli,
sonra isə Bankə qəsəbəsində möhkəmlənmək istədikdə bolşevik-ermənilərə hücum edilmiş və düşmən gəmilərlə
Bakıya qaçmışdı.
456
Döyüşdə düşməndən 31 nəfər əsir alınmış, 4 pulemyot, 63 tüfəng, döyüş sursatı, 7 qayıq,
benzin, ərzaq ehtiyatı qənimət kimi ələ keçirilmişdi. Döyüşdə türk-azərbaycanlı hissələrindən 11 əsgər həlak
olmuş, 13 əsgər və 1 zabit yaralanmışdı.
457
26-29 iyun və 12 iyul döyüşlərində Salyan bölgəsində həlak olan türklər Salyan və Bankə
qəbiristanlıqlarında dəfn olunmuş, onlardan günümüzə qədər topçu Ömər bəyin məzarı və 4 naməlum əsgərin
qəbri Salyan, 9 qəbir isə Bankə qəbristanlığında mövcuddur.
458
Xəzərdən Kür çayına düşmən gəmilərinin keçməsinin qarşısını almaq üçün Kürün ağzında köhnə gəmilər
batırılmışdı. Dəniz xəttinə və Kür çayının sağ sahilinə nəzarət etmək üçün N.Ramazanovun bir bölük həcmində
dəstəsi (2 pulemyot və 1 top) burada saxlanılmış, qalan qüvvələr QİO-nun əsas qüvvələrinə doğru getmişdilər.
Beləliklə, Yeni Vasilyevka-Qaraqaşlı-Bankə əməliyyatını keçirməklə düşmən Muğana çıxış əldə etməyi, Kür
çayı ilə irəliləyərək QİO-nun cinahına zərbə endirməyi, Muğanda polkovnik İlyaşeviçin qüvvələrini dövüşlərə
qatmağı, QİO-nun əsas qüvvələrindən Salyana hərbi hissələrin məhz iyulun 12-də (Karrar uğrunda
döyüşlər gedəndə) ayrılacağını planlaşdırmış olsa da, onların heç birinə nail ola bilmədi. Əksinə, bölgə düşmən
gəmiləri üçün bütünlüklə bağlandı, Muğanda möhkəmlənmiş polkovnik İlyaşeviçin qoşunları neytrallığı
446
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.319.
447
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.230.
448
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.231.
449
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с. 119.
450
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.103.
451
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.322.
452
Yuceer N. Birinci Dünya savaşında, s.88.
453
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.106.
454
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 452.
455
Süleymanov M.S. Azərbaycan Ordusu, s. 110.
456
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 140.
457
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.107.
458
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.107-108.
128
saxlamağı üstün tutdular, azərbaycanlı döyüşçülərin dəyanəti nəticəsində kömək iyulun 15-də, Karrar
stansiyası QİO-nun əlində olanda və döyüşlər sona çatanda yetişdi.
İyulun 14-də günün ikinci yarısından başlayaraq Kürdəmir-Ağsu -Şamaxı cəbhəsində nisbi sakitlik hökm
sürməyə başladı, bundan istifadə edərək tərəflər öz sıralarına əlavə qüvvələr cəlb edirdilər. İyulun 14-də
tərkibində 37 zabit, 2731 əsgər (2092 tüfəng, 16 pulemyot, 4 dağ topu) olan 38-ci türk piyada alayı Ağstafaya
çatdı və dərhal Ucara yola salındı.
459
Şamaxı istiqamətində istifadə edilmək üçün təzəcə Azərbaycana gəlmiş 38-
ci alayının top batareyası, azərbaycanlılardan ibarət Ləzgi süvari alayı, əlavə döyüş sursatı dəmir yolu vasitəsi
ilə Kürdəmirə, oradan isə cəbhə xəttinə daşındı.
460
Beləliklə, Ağsu-Kürdəmir döyüşləri Qafqaz İslam Ordusunun gücünü, zabit və əsgərlərinin nəyə qadir
olduğunu açıq-aydın sübut etdi. Artıq əməliyyatın planlaşdırılma mərhələsində komandanlıq Kürdəmirin
möhkəmləndirilməsi barədə kəşfiyyat məlumatlarına əsaslanaraq zərbənin əsas istiqamətini şimala, Ağsuya
doğru yönəltdi. Ağsunun alınması aşağıdakı üstünlükləri qazandırırdı: 1. Şamaxı istiqamətində irəliləməyə şərait
yaradılır və bununla da sovetlər Şamaxı istiqamətindən qoşunları çıxara bilmirlər; 2. Kürdəmirdə müdafiə
olunan sovet qoşunlarına cinahdan və arxadan zərbə endirmək imkanı əldə edilir. Süvari hissələr əlahiddə
şəkildə ayrılaraq Ağsu-Kürdəmir və Ağsu-Şamaxı yollarının kəsilməsində istifadə edilməli idi. Əməliyyata
hazırlıq ciddi həyata keçirilmişdi: su, ərzaq, döyüş sursatı ehtiyatları yaradılmış; arxada qalan rus və erməni
kəndlərində tərksilah əməliyyatları aparılmış, silahlı dəstələr məhv edilmişdi; QİO-nun uğurlu hücumu
nəticəsində bolşevik-erməni birləşmələrinin ətraf kəndlərə qəfil hücum etmək ehtimalı nəzərə alınaraq Göyçay
dəstəsi təşkil edilmiş və hadisələrin gedişində bu, özünü doğrultmuşdu. Əməliyyata rəhbərlik etmək üçün
komandanlıq cəbhə xəttinə mümkün olan qədər yaxın mövqe tutmuşdu. Döyüşlərdə komandanlıq qarşıya
qoyulmuş məqsədlərə nail olmaq üçün inadkarlıq, əsas məqsədlərdən yayınmadan dəyişən şəraitə uyğun
olaraq fəaliyyət göstərmək bacarığını, qoşunlar isə rəşadət və dözümlülük nümayiş etdirmişdilər. Azərbaycanlı
zabitlərin, ilk növbədə H.Səlimovun komandanlıq istedadı müəyyən olunmuş, ayrı-ayrı istiqamətlərdə müstəqil
şəkildə əməliyyata rəhbərlik etməsi təcrübəsi sınaqdan keçirilmiş və özünü doğrultmuş, azərbaycanlıların
döyüşdə heç də türklərdən geri qalmaması aydın olmuşdu. Əməliyyat zamanı aşağıdakı qüsurlar özünü büruzə
vermişdi: nəqliyyat vasitələrinin azlığı döyüşən qoşunların su, ərzaq və döyüş sursatı ilə təchizatında problemlər
yaradırdı; qoşunların tibbi xidməti acınacaqlı vəziyyətdə idi, susuzluq və isti iqlim şəraitində başlamış bir sıra
xəstəliklər itkilərə səbəb olurdu; axtarış-xilasetmə hissələrinin təşkil olunmaması nəticəsində dağlıq şəraitdə
yaralanaraq öz qoşunlarından aralı düşən döyüşçülər itkin hesab olunur, onların bir qismi yerli sakinlər
tərəfindən xilas edilsə də, bir çoxu həlak olurdu; hissələr arasında daimi rabitənin olmaması məlumatların vaxtı-
vaxtında çatdırılmasında, qoşunların idarə edilməsində çətinliklər doğururdu; qoşunların azlığı şəraitində hərbi
hissələrin yer dəyişməsi onları yorur və vaxt itkisinə səbəb olurdu. Bununla belə, Ağsu istiqamətində
bolşeviklərin ən etibarlı hissələrinin məğlubiyyətə uğradılması, azərbaycanlı zabit H.Səlimovun əsasən
azərbaycanlılardan ibarət olan qüvvələrlə sovetlərin və ingilislərin təriflədiyi Biçeraxovu məğlub etməsi Qafqaz
İslam Ordusunda qələbə əhvali-ruhiyyəsi, düşmən tərəfdə isə ruh düşkünlüyü yaratmışdı.
Dostları ilə paylaş: |