7.12. Bakı Ģəhəri sentyabrın 16-20-də.
Erməni, həmçinin bəzi Rusiya və Avropa tədqiqatçıları iddia edirlər ki, Bakı şəhəri azad ediləndən sonra
azərbaycanlılar və türklər planlı şəkildə erməni əhalisini qırmağa
başlamış və 30 min ermənini qətlə yetirmişlər. Bakıda əslində nələrin
baş verdiyinə diqqət yetirək.
Şəhər azad ediləndən sonra, sentyabrın 15-də Zığ və Bayıl
burunlarının hər birində bir tor batareyası yerləşdirildi, şəhərdə yalnız
56-cı alay, Qara şəhərdə 38-ci alay qaldı. 5-ci firqə şəhərdən qərbdə,
15-ci firqə Əhmədli təpələrində yerləşdirildi. Cəmil Cahid bəy Bakı
mövqe komandanı təyin edildi. Nuru paşa komandirlərə son döyüşlərdə
fərqlənmiş zabit və əsgərlərə təltif nişanları vermək üçün təqdimatlar
yazılmasını əmr etdi.
686
Nuru paşa Bakının alınması barədə Azərbaycan hökumətinə, Ənvər paşaya, 3-cü və 9-cu Ordu
komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ''Bakı şəhəri 36 saatlıq
şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da zəbt olunub". Ənvər paşa cavab teleqramında yazırdı:
"Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir yurd yeri olan Bakı şəhərinin zəbti xəbərini
böyük bir sevinc və mutluluqla qarşılarım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır.
Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim".
687
İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Ənvər paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz
növbəsində Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətini
böyük qələbə münasibətilə ilə təbrik etdi. Fətəli Xan Xoyski Nuru paşanı şəhərin azad edilməsi münasibəti ilə
təbrik edərkən yazırdı: "Millət Sizə minnətdardır". Nəsib bəy Yusifbəylinin fikrincə, Azərbaycan durduqca
bu üç kəlmə azərilərin dilində və qəlbində yaşayacaqdır.
688
Sonra isə F.Xoyski ətraflı və rəsmi teleqramda Nuru
paşa və onun komandanlıq etdiyi qoşunlara Azərbaycan xalqı və rəhbərlik etdiyi hökumət adından təşəkkürünü
bildirmişdi. Tarixi qələbədən sonra Nuru paşanın
adına həm Azərbaycandan, həm də xaricdən çoxlu
təbriklər gəlirdi.
Daha sonra Nuru paşa, Bakıda asayişi təmin
etmək üçün Azərbaycan hökumətinə Gəncədən
polislər göndərməyi xahiş etdi.
689
685
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.211-212.
686
Lakin təltif nişanları qəhrəmanlara təqdim edilmədi: belə ki, Osmanlı dövləti məğlub olmuş, Tələt paşa hökumət kabinetinin istefaya getməsini bəyan
etmişdi; təqdimat sənədləri isə sultan tərəfindən imzalanmadı (Yuceer N. Birinci Dünya savaşında, s.122).
687
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.359.
688
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.360.
689
Yenə orada, s.357.
157
Xəlil paşa ilə birlikdə sentyabrın 16-da şəhərə girəcəklərini bildirən Nuru paşa Mürsəl paşaya şəhərin
girəcəyində qoşunların rəsmi keçidini hazırlamağı xahiş etdi. Qırmızı Qışla adlanan yerdə sentyabrın 16-da
parad keçirildi. Burada Xəlil paşa, Nuru paşa, Ə.Şıxlinski, H.Səlimov, Azərbaycan hökumətinin üzvləri iştirak
etdilər. Rəsmi keçiddə 38-ci, 9-cu, 10-cu, 13-cü, 106-cu və 107-ci alaylar, 2-ci mürəttəb süvari alayı,
Azərbaycan hissələri, 59 pulemyot, 50 top iştirak etdi. Süleyman İzzət bəy qoşunların düzülməsi barəsində Xəlil
paşa və Nuru paşaya məruzə etdi. İki saat çəkən mərasimdən sonra qoşunlar təntənəli sürətdə şəhərə daxil
oldular. Qoşunlar meydandan (hal-hazırda burada M.Əzizbəyovun abidəsi dayanır), indiki Parlament prospekti
ilə Çəmbərəkənd qəbiristanlığı tərəfə (indiki Şəhidlər Xiyabanının yanı), oradan isə Şəhər Duması binası
qarşısına, oradan da sahilə tərəf keçdilər və
Xəzər dənizinə yaxın meydana (hal-hazırda M.F.Axundov adına
Milli Kitabxana ilə üzbəüz olan meydan) çatdılar. Bütün xalq küçələrə çıxaraq qalibləri salamlayırdı. Meydanda
Nuru paşa əsgərlər və əhali qarşısında çıxış edərək bildirdi ki, din, dil və irq ayrılığına yol vermədən durum
yaradılacaq, insanların canları və mallarına toxunulmayacaq, hamıya qarşı eyni qanunlar tətbiq ediləcək.
"Metropol" otelində ayaqüstü ziyafət təşkil ediləndə şəhər müsəlmanları
oteli əhatəyə alaraq qəhrəman sərkərdələri salamlayırdı.
690
"Bristol" otelində verilən ziyafətdən sonra Xəlil paşa H.Z.Tağıyevin
evində, Nuru paşa "İsmailiyyə" ilə üzbəüz olan mehmanxanada, Mürsəl
paşa vaxtı ilə Müzəffərəddin şahın qonaq olduğu mehmanxanada qaldılar.
Bakının azad edilməsi Qurban bayramı ilə üst-üstə düşdüyündən komandan
azərbaycanlı döyüşçülərin üç günlük evə buraxılmasına icazə verdi. Yalnız
Əhmədli, Keşlə, Sabunçu və Balaxanıda kiçik süvari hissələri saxlanıldı ki,
asayiş təmin edilsin.
691
Sentyabrın 16-da QİO-nun qərargahı Bakıya köçürüldü. 9-cu, 10-cu, 13-cü, 106-cı piyada alayları, 5-ci
Qafqaz piyada firqəsinə 38-cu, 56-cı, 107-ci piyada alayları isə 15-ci piyada firqəsinə tabe edildi. 5-ci firqənin
hissələri Bakı ətrafında mövqelər tutdu. Onlar Abşeron yarımadasının
dənizdən mühafizəsini təşkil etdi. 15-ci firqə və ona verilmiş
Azərbaycan hissələri Suraxanı, Sabunçu və Balaxanıda yerləşdirildi,
sahil xəttinin mühafizəsindən başqa onlar göstərilən kəndlər, həmçinin
Ramanı, Bülbülə, Keşlədə asayişi təmin etməli idilər.
692
Sentyabrın 17-də İstanbul qəzetləri Bakının azad edilməsini bir
müjdə kimi manşetə çıxarsa da, ingilis və alman mətbuatında bu xəbər
bir üzüntü kimi verildi.
693
Əgər türklər tərəfindən açıq döyüşdə məğlub
edilmiş ingilis tərəfinin qəzəbini başa düşmək olardısa, alman tərəfinin
iradlarını anlamaq olmurdu. Bu bir daha göstərdi ki, siyasətdə müttəfiqlik anlayışı mücərrəd anlayışdır:
Almaniya müttəfiqin qələbəsinə sevinmək əvəzinə Bakını əldən verməsinə qüssələnirdi.
Şəhərdə asayişin bərpa olunması üçün Nuru paşa Cəmil Cahid bəy qarşısında konkret tələblər qoydu.
Yüzbaşı Səlahəddin bəy öz xatirələrində yazırdı ki, hələ sentyabrın 14-də səhər türk qoşunları şəhərə daxil
olmadan alman zabiti Parakuin ilə Xəlil paşa arasında münaqişə baş verdi. Bakıya hər vəchlə alman qoşunlarını
gətirməyə çalışan və buna nail olmayan polkovnik - leytenant Parakuin çox maraqlı sözlər işlətmişdi. O, dənizdə
şəhərdən qaçan düşmən gəmilərini göstərərək demişdi: "Qaçan düşmən deyil, sizin zülmünüzdən qorxan
ermənilərdir. Yazıq ki, siz dünyanın ən namuslu və çalışqan milləti olan ermənilərə bu zülmü etməklə tarixin
tənəli damğasını yediniz".
694
Alman zabitinin söylədikləri Xəlil paşanı təəcübləndirdi, çünki qoşunlar heç şəhər
məhəllələrinə yaxınlaşmamışdı, alman zabiti isə artıq "zülmə" düçar olmuş ermənilərin "şərəfinə" nitq
söyləyirdi. Bakıya gəlmiş alman polkovniki Parakuin şəhərə daxil olar-olmaz burada xristianların qırılmasını
demiş və şəhərdə asayişin bərpası, almanların həyat və əmlaklarının qorunması üçün mütləq alman silahlı
qüvvələrinin azı bir taborunun şəhərə yeridilməsini Xəlil paşaya təklif etmişdi. Rədd cavabı aldıqda o, israrla
şəhərdə xristianların öldürülməsini bildirmiş, və yenə alman piyadalarının şəhərə gətirilməsinin vacibliyini
vurğulamışdı. O, qəti olaraq bir daha rədd cavabı aldıqda bütün alman zabitlərinin Şərq Ordular Qrupundan
gedəcəyi ilə hədələmiş və gözlənilmədən Xəlil paşadan: "Azadsınız! Gedə bilərsiz!" cavabı aldıqda çaşıb
qalmışdı. Özünü Xəlil paşanın hərbi məsləhətçisi sayan, türk ordusunun qazandığı uğurların bir çoxuna adını
yazdıran Parakuin bircə anın içində alman ordusunun minlərlə polkovniklərindən birinə çevrildi. Lakin artıq
gec idi, fikrindən daşınmayan Xəlil paşa bütün alman zabitlərini toplayıb Tiflisə göndərilməsini əmr etdi. Son
olaraq Parakuin Bakıda olan İran, Danimarka və İsveç konsullarına müraciət edib, şəhərdə xristianların
690
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.179,182.
691
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.358.
692
Yenə orada, s.367.
693
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 170-171.
694
Yuceer N. Birinci Dünya savaşında, s.124-125.
158
öldürülməsi ilə bağlı bu dövlətlərin Almaniyadan hərbi kömək istəməsi
barəsində xahiş etmişdi, lakin istəyinə nail ola bilmədi: hadisələrin içində
olan konsullar Bakıda qırğınların olmamasının şahidi idilər.
695
Bu hadisə
göstərir ki, Avropa dövlətləri Osmanlı rəhbərliyindən nəyisə qoparmağa
çalışdıqda erməni məsələsindən əvvəllər necə istifadə etmişdilərsə, indi
də eləcə istifadə etmək fikrindəydilər. Osmanlı qoşunları şəhərə daxil
olmağa imkan tapmadan, şəhərdə olan Avropa dövlətlərinin konsulları
heç kimə müraciət etmədən və hətta ermənilərin belə türklərə qarşı heç
bir iddia ilə çıxış etmədiyi şəraitdə alman zabiti əvvəlcədən hazırlanmış
"erməni kartını" oyuna atdı.
Nuru paşanın raportundan aydın olur ki, Bakıda həmçinin Belçika
və Fransa konsulları da var idi. Belçika konsulu yerli erməni olduğundan
şəhər azad edilən kimi onu Gəncəyə göndərdilər, Fransa konsulu isə
ümumiyyətlə Danimarka konsulluğunun ərazisində yaşayır və
hadisələrdən kənarda qalmağa çalışırdı.
696
Lakin bu konsullar da heç bir
bəyanatla çıxış etməmişdilər, ən azı ona görə ki, şəhər hələ tutulmamışdı
(!).
Şəhərə daxil olarkən gördükləri barəsində Xəlil paşa yazırdı: "Bakı ingilislərin idarəçiliyi altındaykən,
ermənilər və bolşeviklər yerli türk xalqa qarşı geniş bir qətliam hərəkətinə girişmişlərdir. Ermənilər, şəhərin hər
məhəlləsində türklərin cəsədlərindən birər qala qurmuşlar və bütün vəhşətlərini ortaya qoymuşlardır. Küçük
çocuqlar qala bürcləri olmuş, qadınlar ədəb yerlərindən süngülənmiş
və bıçaqlanmışlar".
697
Nuru paşa yazırdı: "Bakının qurtarılması əsnasında, şəhərdə
asayiş təmin edilincəyə qədər, ermənilərlə türklər arasında silahlı
çatışmalar meydana gəlmişdir. Şəhərdə türk əsgərinin əmniyyəti
saxlamasına qədər keçən sürədə, bəzi yağma olayları da yaşanmış,
ancaq bu yağma və talanı bakılı türklər deyil, İranlı işçilərin yapdığı
bəlirlənmişdir. Bu durum qarşısında ordu dərhal hərəkətə keçərək,
yağmaçılardan yüzdən fazla kişi edam edilmişdir. Alman tədbirlərlə
Bakıda güvənlik və asayiş təmin edilmişdir. Bu durumdan məmnun
olan hər millətə mənsub inaanlar türk ordusuna təşəkkür etmişlərdir. Ancaq Bakıdakı bu qarşılıqlı silahlı
müsadəmə sonucu ölənlərin durumunu, İran, Danimarka və İsveç Konsoloslarının, Almaniya və Avstriya
nəzdində protesto edəcəklərini xəbər aldım. Bu protestonun səbəbi, bizim şəhərdə asayiş və güvənliyi təmin
edəmədiyimiz fikrini verdirmək sürətiylə, burada yabancıların və xristianların himayəsi üçün Alman və Avstriya
əsgərinin Bakıya gətirilməsini sağlamaktır. Bu hərəkətin, almanların tərtiblədiyi bir plan üzərinə yapılmakda
olduğunu hiss ediyordum. Parakuinin bilaharə teleqrafla ərz etdiyim bügünkü halı, bunu isbat etdi".
698
Beləliklə, Nuru paşa müsəlmanlarla ermənilər arasında baş vermiş toqquşmalarda ermənilərin
öldürülməsini yazmış, lakin qeyd etmişdir ki, öldürülənlərin sayı mart ayında ermənilər tərəfindən öldürülən
müsəlmanların heç yüzdə birini təşkil etmir.
699
Şəhərdə baş verən talanlarda Azəri türklərinin deyil, İrandan
gəlmiş yoxsul işçilərin iştirak etməsini qeyd edən Nuru paşa şəhərdə dar ağaclarının qurulması, talançıların
edam edilməsi və şəhərdə asayişin təmin edilməsi barəsində xəbər vermişdi. Dar ağacları Bakının Quba, Quru
bağ, Parapet, Vağzal, Bulvar meydanlarında qurulmuşdu. 100-ə yaxın talançı edam edilmişdi. Qətiyyətli
tədbirlər şəhərdə yaşayan müxtəlif millətlərin nümayəndələri tərəfindən rəğbətlə qarşılandı.
700
İran, Danimarka,
İsveç konsulları bildirmişdilər ki, baş verənlərlə bağlı etiraz notaları
verəcəklər, çünki türk qoşunları asayişi təmin edə bilmir və şəhərə
Almaniya və Avstriya qoşunları yeridilməlidir. Aydın olur ki, hərbi yolla
baş tutmasa da, asayişi təmin edə bilməməkdə günahlandırmaq hesabına
Avropa dövlətləri türkləri Bakıdan çıxarmaqda israrlı idilər.
Nuru paşa sentyabrın 22-də Ənvər paşaya göndərdiyi raportda
yazmışdır: "Bakının zəbti günü, bir qism islamlar, bir qism ermənilər ilə bir
kaç rusu öldürmüş və yağmada bulunmuş isə də bu hal ermənilərin keçən
695
Budak M. Nuru paşanın raportu, s.460.
696
Yenə orada, s.460.
697
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.188; Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.353.
698
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.189.
699
Yuceer N. Birinci Dünya savaşında, s.123.
700
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.363.
159
18 martda (31 mart) müslümanlara yapdıkları qətliamın yüzdə birini təşkil etməz. Bu səfərki yağmayı
yapanların əksərisi İranlı amələ guruhudur. Ordu tərəfindən verilən əmr üzərinə yağmaçılardan yüzdən
fazlasının edam olunması üzərinə, yağmanın önü dərhal alınmışdır. Bu gün Bakıda asayiş tamamilə
sağlanmışdır.
701
Nuru paşa xatirələrində göstərir ki, dar ağaclarından mart-aprel aylarında azərbaycanlıların
qətllərində iştirak etmiş və əhali tərəfindən tutularaq türklərə təhvil verilmiş 43 erməni cəlladı asıldı.
702
Şəhərdə
asayişin təmin edilməsini yoxlamaq üçün yüzbaşı Səlaşaddin bəy, Nuru paşanın yavəri Asəf (sonralar Kılıç Əli
adını götürmüş) və Milli Xalq Komitəsinin rəisi Aşurbəyov şəhərə çıxdılar.
703
Fətəli xan Xoyski də şəhərdə toqquşmaların baş verməsini qeyd etmiş, hökumətin onların qarşısını
almaqda tədbirlər həyata keçirməsini göstərmişdir. Şəhər 10 sahəyə bölünmüş, Nazim bəy şəhərin komendantı
təyin edilmişdi.
704
Sentyabrın 18-də Nuru paşa Bakı əhalisinə ünvanlanmış Əmrnamədə saat 18-ə kimi silahların təhvil
verilməsini bildirirdi. Saat 19:00-dan səhər saat 7-dək komendant saatı elan edildi, gecə vaxtı küçələrə çıxmaq
qadağan edildi. Əmrnamə hazırlayan Cəmil Cahid bəy talanla, quldurluqla, oğurluqla, adam öldürməklə məşğul
olanların cəzalandırılacağı barəsində əmrnamə imzaladı.
705
Sentyabrın 18-də Bakı şəhərində Azərbaycan hökumətinin bəyanatı yayıldı. Bəyanatda bir daha silahın
təhvil verilməsi tələbi irəli sürülür, həyat və mülkiyyətin təhlükəsizliyinə zəmanət verilirdi: "Paytaxtı olan
Bakıya təzə varid olmuş Azərbaycan hökuməti - Cümhuriyyəsi bununla şəhərdə və ətrafda yaşayan ümum
əhaliyə bilafərq din və millət əmr edir ki, Azərbaycan hökumətinin təhti-təbiətində yaşayan heç bir millətə
təfavüt qoyulmayaraq caniləri, qarətgərləri, qatilləri və camaatın asayişini pozanları hökumət böyük cəzaya,
edama varıncaya qədər düçar edəcəkdir. Əhali bunu bilməlidir ki, türk milləti-nəsibəsinin qəhrəman və fateh
əsgərlərinə əmr verilmişdir ki, cinayət, qətl və qarətlə məşğul olanları harda görsələr gülləbaran etsinlər, türk
Azərbaycan hökumətinin şan-şərəfinə yaraşmaz ki, onun paytaxtında günahsız adamların haqq və hüququna
təcavüz olunsun".
706
Beləlikdə, şəhərdə toqquşmalar və talan faktları olmuşsa da, onlar nə Azərbaycan hökuməti, nə də türk
qoşunlarının komandanlığı tərəfindən planlaşdırılmamış və həyata keçirilməmişdir. Maraqlıdır ki, bunun
həqiqət olmasını şəhərdəki ermənilərin və rusların hərəkətləri də təsdiqləyir. Belə ki, 1918-ci il sentyabrın 18-də
erməni nümayəndə heyəti və erməni katalikosu Levan Nuru paşa və Fətəli xan Xoyskini qələbə münasibətilə ilə
təbrik etmiş və bu barədə dövri mətbuatda da ("Azərbaycan" qəzetində) məlumat verilmişdi.
707
Xəlil paşa Bakıdan Gəncəyə, oradan isə Tiflisə gedəndə Tiflisdəki Erməni Milli Komitəsinin üzvləri
ondan müsəlmanların 31 martda ermənilər tərəfindən qətlə yetirildiyi üçün üzr istəyərək bu qətliamlarda əli
olanların cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarı olduqlarını bildirdilər və bu fakt da dövri mətbuatda
("Azərbaycan" qəzetində) öz əksini tapmışdı.
708
Vaxtilə bolşeviklər tərəfindən ləğv edilmiş Rus Milli Şurasının sen-tyabrın 21-də Bakıda yaradılmasına
icazə verildi.
709
Sentyabrın 27-də Nuru paşa və Fətəli Xan Xoyski rus kilsəsinə gəldilər və bir daha rusların və
qeyri millətlərin təhlükəsizliyinin təmin ediləcəyini bildirdilər.
710
Sentyabrın 19-da Sovet Rusiyası Xarici İşlər Xalq Komissarı Q.Çiçerin Berlindəki nümayəndəsi İoffeyə
məktubunda türklərin Bakıda olmazın qəddarlıq həyata keçirməsini bildirmiş və Avropa ölkələri nümayəndələri
arasında bu qəddarlığın pislənməsi, türklərin Bakıdan çıxarılması istiqamətində təbliğat aparmasını tələb
etmişdi.
Sentyabrın 20-də Çiçerin Türkiyə Xarici İşlər Naziri Əhməd Nəsimi bəyə nota göndərmişdi. Notada
deyilirdi ki, türklər xristianları (ermənilər nəzərdə tutulur- A.Y.,Ə.S.) Qars, Ərdahan və Batumda qırmış, yerli
quldurlarla (azərbaycanlılar nəzərdə tutulur - A.Y., Ə.S.) əlbir olmuş imperiyanın torpaqlarında şəhər və
kəndləri yağmalamış, şəhərlərdə böyüklü-kiçikli bütün xristianları qırmış, Bakıda dinc sakinləri məhv etmiş,
əmlaklarını talan etmişdi.
Bu vaxta qədər sükut içində olan erməni təbliğat maşını birdən-birə işə düşdü. Ermənilərin “Aşxavator"
və bolşeviklərin "Naşe vremya" qəzetləri birinci olaraq mətbuatda kampaniyaya başladılar.
711
Bakıdakı Erməni
Milli Komitəsinin üzvləri Bakıda 8988 adamın öldürülməsini bildirirlər. Nə Rusiya, nə də Avropa diplomatları
sual vermədilər ki, əgər doğrudan da şəhərdə ermənilərin planlı şəkildə qırılması gedirdisə, necə oldu ki, Erməni
701
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.189.
702
Yenə orada, s.184.
703
Yenə orada, s.185.
704
Yenə orada, s.184.
705
Süleymanov M.S. Azərbaycan Ordusu, s.139.
706
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.365.
707
Aşırlı A. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.525.
708
Yenə orada, s.525.
709
Yenə orada, s.525.
710
Yenə orada, s.526.
711
Yenə orada, s.525.
160
Milli Komitəsinin üzvləri küçələrdə sərbəst gəzir və hər bir cəsədi qeydiyyata alırdılar? Axı, məntiqlə
düşünülsə, "qəddar türklər" həmin Komitə üzvlərini qırmalı və ya ən azından, "statistik tədqiqatlar" aparmağa
maneçilik törətməli idilər. Lakin belə suallar heç kimə lazım deyildi. Sovet Rusiyası və Avropa dövlətlərinin
təbliğatı ermənilərin göstərdikləri rəqəmi də bir о qədər böyük saymırdı (doğrudan da, Asiya və Afrika
ölkələrində İngiltərə, Fransa, Almaniya və digər Avropa dövlətlərinin qoşunları on minlərlə insanları məhv edir
və bu rəqəmlərlə müqayisədə Bakıda guya qırılan ermənilərin sayı çox az idi). Nəticədə mətbuatda əvvəlcə
Bakıda 20 min, daha sonra isə 30 min erməninin qırılması barədə məlumatlar yayılmağa başladı. Vətəndaş
müharibəsi adı ilə yüz minlərlə insanı məhv edən, aclıqdan üsyan qaldıran kəndlilərə qarşı kimyəvi silahların
tətbiqindən belə çəkinməyən bolşeviklər birdən birə Bakıda qırılan ermənilərə "yas" tutmağa başladılar.
Çiçerinin notalarının məzmunu və türklərin Bakını tərk etmək tələbi göstərir ki, Sovet Rusiyasının əsas məqsədi
Bakı nefti idi və məqsədə çatmaq üçün böhtanlardan da istifadə edilirdi.
Sentyabrın 24-də Əhməd Nəsimi bəy cavab notası göndərdi. O, yazırdı ki, Brest-Litovsk müqaviləsinin 4-
cü paraqrafının 2-ci bəndinə əsasən Rusiya öz qoşunlarını çıxararkən boşaldılmış əraziləri quldur dəstələrindən
təmizləməli idi. Bu quldur dəstələri əsasən ermənilərdən ibarət olub rus silahları ilə silahlanaraq döyüş adı
altında müsəlman kəndlərini məhv etməklə məşğul idilər. Zaqafqaziya Federasiyası Brest-Litovsk müqaviləsi
ilə Türkiyəyə qaytarılmalı olan 3 vilayətin heç birini qaytarmaq istəmir, üstəlik Azərbaycanda bolşevik-erməni
dəsətələrinin törətdiyi qırğınlara son qoya bilmir. Türkiyə öz qoşunlarını Azərbaycana yeritməyə məcbur oldu.
Brest-Litovsk müqaviləsinin 4-cü paraqrafına əsasən Rusiya təhvil verdiyi ərazilərə iddialı ola bilməzdi, bu
səbəbdən türk qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edə bilməz. Azərbaycan hökuməti isə bəyan
edirdi ki, Azərbaycan torpaqlarının hansı dövlətinin tərkibində olmasını onun xalqı müəyyən edir. Sentyabrın
29-da Osmanlı dövlətinin Berlindəki nümayəndəsi Rifat paşa xəbər verdi ki, Rusiyada əsirlikdə olan türk
əsgərlərinin azad edilməsi ləngidilir.
712
Rusiyanın Berlindəki nümayəndəsi Tələt paşa ilə görüşündə Türkiyənin Brest-Litovsk müqaviləsinin
şərtlərinin pozmasında günahlandırdı və Rusiyanın ərazisi adlandırdığı Azərbaycandan türk qoşunlarının
çıxarılmasını istədi.
713
Bu tələblərə Tələt paşa rədd cavabı vermişdi. O, Rusiya səfiri İoffe ilə görüşəndə, ondan
sövdələşmə təklifi aldı: Azərbaycan osmanlılara qalır, Bakı sovetlərə verilir. Tələt paşa buna da rədd cavabı
verdi.
714
O, bildirdi ki, Türkiyə Batum müqaviləsində göstərilməyən torpaqlara heç bir iddia ilə çıxış etmir və
Azərbaycan ərazisini öz dövlətinə birləşdirmək fikrində deyil. Qoşunların göndərilməsində məqsəd türk-
müsəlman qardaşların qırğınlarına son qoymaq, onlara öz dövlətlərini yaratmaqda kömək göstərməkdir. Tələt
paşa dəfələrlə Balkanların slavyan xalqlarına yardım göstərərək bunu "slavyan-pravoslav qardaşlara" kömək
kimi qiymətləndirən Rusiya kimi, Türkiyənin də dinibir, dilibir qardaşlarına həmin yardımı göstərə bilmək
haqqının olduğunu vurğulamışdı. Danışıqlar nəticəsində müəyyən olundu ki, bolşevik Rusiyası Azərbaycan və
Dağıstan xalqlarının öz müqəddəratlarını həll etmək hüququnu tanımaq istəmir və onların müstəqilliklərinə
əngəl olacaq. Almaniya bildirdi ki, Qafqazda Gürcüstan dövlətinin müstəqilliyini tanıyacaq, lakin Azərbaycanın
müstəqilliyi barəsində söz gedə bilməz. Tələt paşa belə ikili münasibətdən hiddətlənsə də, danışıqları davam
etdirdi və sentyabrın 23-də Almaniya ilə gizli müqavilənin imzalanmasına nail oldu: türk qoşunları
Azərbaycandan çıxarılacaq, Almaniya isə Azərbaycanın müstəqilliyini tanıyacaq.
715
Tələt paşanın
Berlindəki danışıqları göstərdi ki, Üçlər ittifaqının məğlub olduğu bir dövrdə öz ordusunu itirən Almaniya
imperiya ambisiyalarını itirməmişdi. Türkiyə isə çalışırdı ki, Azərbaycan beynəlxalq arenada təklənməsin.
Avropa və Sovet Rusiyasının başladığı kampaniya genişlənməkdə idi və Osmanlı dövlətinin yeni
Sədr-Əzəmi İzzət paşa Bakıda baş verənlər barəsində ətraflı hesabat istədi. 1918-ci il 27 oktyabrda Nuru paşa
İzzət paşaya göndərdiyi məktubunda yazırdı: "Bakının Osmanlı kitaları tərəfindən zəbti ilə düşmən tərəfindən
tərk və təxliyəsi arasındakı zaman əsnasında, 31 mart qırğınının intiqamını almaq üzərə türklər ilə ermənilər
arasında qarşılıqlı saldırmalar olmuş və о sırada 2 minə qədər erməni tələf olmuşdur. Osmanlı kitalarının
şəhərə girməsiylə bu duruma dərhal son verilmiş və buna səbəb olan müslümanlardan 172 kişi edam edilmiş,
ermənilərin malını yağmalayan və öldürənlərdən üçü isə daha dünən asılmışdır. Halbuki mart olaylarında 20
minə yaxın müslüman qətl və malları yağma edilmiş, camilər topa tutulmuş, yüzlərcə böyük bina yakılıb
yıkılmış, yapılmadık faciə qalmamışdır. Erivan civarında bulunan 240 parça türk köyü, bütün oturanlarıyla
tamamən ortadan qaldırılmışdır. Bu faciə Azərbaycan xalqının qulaqlarında hələ də çinlamaktadır".
716
Türkiyə və Azərbaycana qarşı kampaniya başlayanda Gürcüstanda məsələni ədalətlə araşdırmaq təklifləri
səsləndi. Erməni xisləti ilə üzləşən, bolşeviklərin necə boyük təbliğat kampaniyası yaratmaq üzrə usta
olmalarını bilən gürcü siyasətçi və jurnalistləri həqiqətdə bolşevik-erməni tərəfinin günahkar olmasını
bildirirdilər. 1918-ci il noyabrın 28-də Tiflisdə çap edilən "Qruziya" qəzeti ermənilərə mart qırğınlarını yada
712
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198-199.
713
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.193.
714
Yenə orada, s.201.
715
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.200-201.
716
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.254.
161
salmağı və kimin-müsəlmanların, yoxsa ermənilərin əsl qatil olmasını, kimin əllərinin qana batmasını ədalətlə
müəyyən et-məyi tövsiyə edirdi.
717
1916-cı ildə 3 milyon erməninin qırılması barəsində yaradılan mif kimi Bakıda 1918-ci ilin sentyabr
ayının ortalarında 30 min erməninin qırılması da uydurmadan başqa bir şey deyil. Bu yalanın ayaq tutub
yeriməsinin əsas səbəbkarları Bakı neftində gözü olan, Türkiyə qoşunlarını buradan çıxarmağa çalışan,
Azərbaycan Cümhuriyyətinin ləğvinə can atan Almaniya hakim rejimi, İngiltərə siyasətçiləri, Sovet Rusiyasının
rəhbərliyi və əlbəttə ki, bulanıq suda balıq tutmağın ustaları olan erməni siyasətçiləri idi.
Dostları ilə paylaş: |