Siyasi partiyalar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR Maddə 1. Siyasi partiya anlayışı Siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə bu Qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Maddə 2. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 12. Siyasi partiyanın hüquqları 12.1. Siyasi partiya aşağıdakı hüquqlara malikdir:
12.1.1. məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək;
12.1.2. könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq;
12.1.3. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində, habelə ümumxalq səsverməsi - referendumlarda iştirak etmək;
12.1.4. dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək;
12.1.5. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kütləvi informasiya vasitələri təsis etmək;
12.1.6. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mitinq, nümayiş, yürüş, piket və yığıncaq keçirmək;
12.1.7. bu Qanuna uyğun olaraq ianələr qəbul etmək;
12.1.8. rəmz kimi emblemlərə, bayraqlara, vımpellərə və nişanlara malik olmaq.
12.2. Siyasi partiyanın rəmzləri bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsində göstərilmiş məqsədlərin təbliğinə xidmət etməməlidir.
Maddə 12-1. Siyasi partiyanın vəzifələri 12-1.1. Siyasi partiyanın aşağıdakı vəzifələri vardır:
12-1.1.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər hüquqi aktlara və öz nizamnaməsinə riayət etmək;
12-1.1.2. bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1-ci maddəsində nəzərdə tutulmuş məlumatları və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmək; 12-1.1.3. siyasi partiyanın hüquqi ünvanı və əlaqə telefonları dəyişdikdə, bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
12-1.1.4. dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməmək.
12-1.2. Siyasi partiyanın rəhbər orqanlarının qərargahı Azərbaycan Respublikasının ərazisində yerləşməlidir.