Trias sistemi. Böyük Qafqazın şimal yamacında Trias çöküntülərinin çıxışları yalnız Laba və Belaya çayları hövzələrinin şimal-qərb hissəsində kiçik sahədə məlumdur. Burada Trias çöküntüləri həm ondan altda yatan üst Paleozoydan, həm də üstdə yerləşən Yura çöküntülərindən fasilələrlə ayrılır.
Şimali-Qərbi Qafqazda Laba və Belaya çaylarının ust hissələrində Trias tam kəsilişə malikdir. Alt Trias əsasən konqlomerat, qumdaşı, qumlu əhəngdaşından ibarətdir, qalınlığı 300 m-ə qədərdir. Orta Trias aşağı hissədə laylı əhəngdaşlarından, ust hissədə isə mergelli şistlərdən (Anizi mərtəbəsi) ibarətdir. Anizi mərtəbəsinin qalınlığı 300-400 m arasındadı. Lada mərtəbəsi- gilli şistlərdən, qumdaşlarından və konqlomerat araqatından ibarətdir, qalınlığı 100 m- dir. Üst Trias kəsilişinin aşağı hissəsində (Karniy mərtəbəsi) terrigen xarakter daşıyır və siderişli gilli şistlərdən, qumdaşından və konqlomerat araqatlarından ibarətdir, qalınlığı 100 m- dir. Nori mərtəbəsi açıq rəngli massiv folomitləşmiş əhəngdaşlarından ibarətdir, qalınlığı 500- m. Üst Triasın ümumi qalınlığı 600 m- dir.
Dostları ilə paylaş: |