Alp maqmatizmi. Qafqazın Alp maqmatizmi olduqca rəngarəng olub, geosinklinal mərhələ üçün klassik xarakter daşıyan effuziv və intruziv maqmatizmin təzahür ardıcıllığına malikdir. Maqmatizmin yayılma sahəsi və xarakteri kifayət qədər dəyişsədə Yura dövründən başlayaraq Antropogenə kimi maqmatik fəaliyyət fasiləsız davam etmişdir. Yurada baş verən intensiv əyilmə ilə əlaqədar olaraq, Baş silsilənin suayrıcı hissəsində və cənub yamacı zonasında split və amfibolt axınlarına səbəb olan maqmatizmin təzahürü baş verir və diabazların layvari silləri əmələ gəlir. Toarda (J1) vulkanizmin qismən zəifləməsindən sonra, cənub yamacı evgeosinklinalının vulkanik fəallığı Aalendə (J2) kifayət qədər artır. Sualtı andezit-bazalt lavasının, qismən subqələvinin datsit və traxit tərkibli effuzivlərlə dəyişir; datsit lavaları kvars porfirlərə, andezit-bazaltlar isə porfiritlərə çevrilir. Kvarslı porfirlərin subvulkanik təzahürü müşahidə olunur.
Zaqafqaziyada erkən Yura yaşlı maqmatizmin təzahürü müşahidə olunmamışdır. Naxçıvan çökəkliyində porfirit qatını şərti olaraq leyas-aalenə aid edirlər. Bayosda suayrıcı zolaqda və Böyük Qafqazın şimal yamacında vulkanik fəaliyyət təmamilə sönür. Elə bu zaman bütün şimali və mərkəzi Zaqafqaziya (şimalda Soçi-Şamaxıdan, cənubda (Qarakilsə-Qafana kimi) sualtı maqmatik fəaliyyətin olduqca fəal olduğu bir sahəyə çevrilir. Nəticədə tərkibində andezit-bazalt porfiritləri üstünlük təşkil edən, qalınlığı 3,5 km-ə çatan qat toplanır. Ə.Ş.Şixəlibəylinin fikrinjə bu effuzivlərin təzahürü eninə qırılmalarla, xüsusən də Qarabax qırılması ilə əlaqədar olmuşdur.
Böyük Qafqazda başlayan intensiv tağ-qayma qalxması ilə əlaqədar olaraq, Miosenin sonundan etibarən subareal xarakter daşıyan vlkanizmin yenidən güclənməsi müşahidə olunur. Maqmatizmin bu son mərhələsi iki əsas fazaya (Miosen-erkən Pliosen (üst sarmat-meotis-pont), son Pliosen-dördüncü dövr) ayrılır.
Mərkəzi Qafqazın şimal ətrafının Epihersin plitəsi ilə qovuşma sahəsində, Mineral su qalxımı rayonunda Miosen-Pliosendə bir neçə faza ərzində bismalit lankomit tipli, yüksək qələvəliyə malik turş tərkibli süxürlardan ibarət olan (qranit-porfirlər qranosienit-porfirlər, kvarslı sienit- porfirlər) böyük qrup hinabissal subekstruziv kütlələr əmələ gəlir.
Vulkanizmin orta Pliosendə zəifləməsi və üst Pliosendə yenidən güclənməsi müşahidə olunur. Bu mərhələdə baş verən vulkanizm Böyük Qafqaz dağlıq sisteminin mərkəzi hissəsini də əhatə edir. Onun şimal qanadında (Elburs vilayətində) bir neçə mərhələdə lavanın, liparit və dasitin tuf lavası və tuflarının püskürməsi qeyd olunur və çox da böyük olmayan lankomit, damar, dayka tipli hipabissal kütlələr əmələ gəlir. (Elburs, Kırtık, Tırnauz və s.).
Qafqazın mərkəzi zonasında (Kazbek vilayətində) Kazbek vulkanı və bir sıra başqa vulkanlar çoxlu miqdarda əsasən andozit-dosit tərkibli məhsul püskürmüşdür.
Böyük Qafqazda Antropogendə vulkanik püskürmə əvvəllər qeyd olunan rayonlarda davam etmişdir.
Dostları ilə paylaş: |