Azərbaycanın görkəmli şəxsiyyətləri SƏMƏd vurğUN



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə3/48
tarix28.01.2017
ölçüsü2,92 Mb.
#6552
1   2   3   4   5   6   7   8   9   ...   48

Lui Araqon, 
fransız şairi 
 
Füsunkar Azərbaycanı, ağ saçlı Qafqazı  vəsf edən Səməd Vurğun 
təkcə bizim yox, bütün dairələrin və  gələcək nəsillərin müasiri olaraq 
qalır və qalacaq. Mən onun poeziyasını hədsiz dərəcədə sevirəm. Dünya-
ya belə bir ilhamlı nəğməkar bəxş etmiş torpağa – Azərbaycan torpağına 
və xalqına minnətdarlığımı bildirirəm.  
Uolter Mey, 
ingilis şairi 
 
Mən Səməd Vurğunun  ədəbi  şöhrəti, onun ədəbiyyatda mövqeyi 
haqqında onu deyə bilərəm ki, bu “Vətən sevgisi ilə yanan sənətkar” 
müasir Azərbaycan  ədəbiyyatının milli ənənələri ilə müasirliyi özündə 
birləşdirən ən görkəmli nümayəndəsidir.  
Vilfrid Brants 
 alman alim 
 
Şeir yaşadıqca, söz yaşadıqca, 
Vurğun kəsiləcək Vurğuna hər kəs. 
İlhami Emin 
yuqoslav şairi 
 
Bütün dünya xalqları kimi, Polşa xalqı da Azərbaycan şairi Səməd 
Vurğunun poeziyasını çox sevir. Elə təkcə “Azərbaycan” şeirinə görə ona 
xalq nəğməkarı demək mümkündür. Çünki S.Vurğun burada Vətənin  ən 
əlamətdar keyfiyyətlərini ümumiləşdirir.  
A.Zayonçkovski,  
polyak şərqşünas-alimi 
 
“Vurğun” ləqəbi seçib əsərlərini belə imzalamaq necə də gözəl, həm də 
cəsur bir addımdır. Özü də Şərq poeziyası üçün ənənəvi gözəlliyin vurğunu 
yox, yaradıcısı olduğun yeni həyatın vurğunu…  
Georgi Strumski 
bolqar yazıçısı 
 

Сямяд Вурьун 
 
38 
Səməd Vurğunun  şeirlərini oxuyarkən biz onun özünü görür, səsini 
eşidir, qəlbinin hərarətini duyuruq. Elə bil şəffaf güzgüdə bütün geniş, 
hüdudsuz səmanı əks etdirən mavi gölə baxırsan. Mənə elə gəlir ki, isti yay 
gecəsində eyvana çıxmışam. Hər tərəfdən növbənöv güllərin, növbənöv 
meyvələrin insanı məst edən ətri gəlir.  
Yan Sudrabkaln, 
Litva şairi 
 
Mən Səməd Vurğunun sözlərini indi də yada salıram, xüsusən qələ-
mim çətin işləyəndə. Budur, 1956-cı ildir… Xəzər sahilindəyəm. Bakıda 
küləklər oynaşır. Bahar fəslidir. Amma qəlbimiz kədərlidir. Axı, biz 
Səməd Vurğunun “son” yubiley məclisinin qonaqlarıyıq. Danışmaqdan 
çox susuruq, həyat haqqında, əbədiyyat haqqında düşüncələrə dalırıq…  
Andris Veyan,  
Latviya şairi 
 
Mən Səməd Vurğunla Moskvada, Yazıçılar İttifaqında, İttifaqın ple-
num və iclaslarında, Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, 
SSRİ Ali Sovetinin sessiyalarında, Ümumdünya Sülh Konqresində tez-
tez görüşmüşəm. Onu həmişə sadə, xeyirxah və  nəcib, səmimi dost və 
gözəl şair kimi görmək olardı. Poeziyanı sözün əsl mənasında nə qədər 
sevmək mümkümdürsə, bir o qədər böyük məhəbbətlə sevirdi. Poezi-
yasız onun həyatını təsəvvür etmək çətin idi. O, qardaş xalqları yaxından 
tanıdığı və alqışladığı böyük istedad idi… Səməd Vurğunun nəğmələri, 
onun adı, bəli, şair və insanın adı şərəfli əbədiyyətə qovuşacaqdır…  
Antanas Venslova, 
Litva şairi 
 
Onun ülvi poeziyası xalqımızın poeziyasının ən yaxşı əsərləri kəh-
kəşanında parlaq ulduz kim şəfəq saçır. Müxtəlif millətlərə mənsub olan 
milyonlarla insan bu poeziyanı sevir. Mən çoxdan bu poeziyanın məf-
tunuyam… Dostlar həyatımızda ən böyük səadətdir və nə yaxşı ki, dün-
yada Səməd Vurğun var!  
Aleksandr Fadeyev, 
 rus yazıçısı 
 
Библиографийа 
 
39 
Elə təkcə onun xarici görünüşünün özu bədii əsər üçün müdrik bir 
obraz idi. O, gözəl və  əvəzsiz insan idi. Onun ölümü biz yazıçıların 
qəlbinə, ürəyinə dağ çəkdi… 
Mixail Şoloxov, 
rus yazıçısı, akademik 
 
Səməd Vurğun böyük hərflərlə yazılan əsl insan idi. O, həyatı, insa-
nı çox yüksək qiymətləndirirdi və buna görə də hamının ürəyinə tez yol 
tapırdı. Bəzən sənə o qədər sadə görünürdü ki, belə bir nəhəng istedad 
sahibi olduğunu təsəvvürə  gətirə bilmirdin… Azərbaycan xalqına eşq 
olsun ki, adı böyük hərflərlə yazılan bir İnsanı – mənim Səməd Vurğu-
numu dünyaya gətirmişdir! 
Yemilian Bukov, 
moldav şairi 
 
Səməd Vurğun ədəbiyyatda həmişə yüksək, romantik, poetik üslubu 
bəzi ədəbiyyatçıların qanadsız təsvirçiliyinə qarşı qoymuş və bu üslubu 
ehtirasla müdafiə etmişdir... O, yalnız böyük poetik istedada deyil, həm 
də parlaq, dərin zəkaya və böyük ürəyə malik insan idi.  
Maksim Rılski, 
Ukrayna şairi 
 
Mən Səməd Vurğundan danışanda onu cismən saf bilirəm, axı həqi-
qi şairlər heç vaxt ölmür, onlar yalnız həyatdan yaddaşlara köçürlər. 
Boris Oleynik, 
Ukrayna şairi 
   
O, xalqına təkcə şeiri ilə deyil, qəlbinin bütün hərarəti ilə şairliyin 
bütün nəğməkarlıq qüvvəsi ilə xidmət etmişdir. Onun ecazkar orijinal 
lirikası, dramları misilsiz qiymətə malikdir. Bu əsərlər Azərbaycan poe-
ziyasının üslubunun və dilinin formalaşmasında böyük rol oynamış, 
bütün çoxmillətli ədəbiyyatımızın inkişafına müsbət təsir göstərmişdir.  
Maksim Tank, 
belorus şairi 
 

Сямяд Вурьун 
 
40 
Səməd Vurğunla mən, minlərlə yaşıdlarım kimi, hələ uşaqlıq çağla-
rından tanışam. Monqol dilinə tərcümə edilmiş “Zəncinin arzuları” poe-
masını monqol uşaqlarının necə maraqla oxuduğunu indi də xatırlayıram. 
Bu alovlu əsər bizim dərsliklərə salınmışdır.  
Damdinsurengiyn Urianxay, 
monqol şairi 
 
Səmədin üzünü gördüyüm zaman,  
Cismimə can gəldi, gözümə işıq.  
Şairlər vətəni Azərbaycan da,  
Onun sənətilə tapmış yaraşıq.  
Əbülqasim Lahuti, 
tacik əsilli İran şairi, 
Tacikistanın Milli Qəhrəmanı 
 
Səməd Vurğunu təkcə Azərbaycanda, yaxud Sovet İttifaqında deyil, 
xarici ölkələrdə  də tanıyırlar. Mən  ərəb ölkələrinə,  İrana və Asiyanın 
digər ölkələrinə çox səfərlər etməli olmuşam, sovet ədəbiyyatından söz 
düşəndə hər yerdə Səməd Vurğunun da şeirini eşitmişəm. 
Anuar Alimcanov, 
qazax şairi 
 
 
 
Библиографийа 
 
41 
 
 
 
I HİSSƏ 
 
ƏSƏRLƏRİ 
 
Kitabları 
 
1930 
1.  Şairin andı:  [şeirlər] /Səməd Vurğun.- Bakı: Azərnəşr, 1930.- 
43 s. Mətn köhnə latın qrafikasındadır. 
Kitabın içindəkilər:  Hərəkət: (Nazim Hikmətə); Uzaqlara doğru; 
Goydən yerə; Hazır olunuz; Çörək dostu; İki körpə; Ölümün məhkəməsi; 
Əmək və təbiət; Səriyyənin ölumu; Məktub: (Nəşədir yaşamaq, nəşədir 
həyat. M.Rəfili); İnqilab yurdu: (Anam uçun); Şairin səsi; İngilis; Aprel 
inqilabının 10 illiyinə; Kur çayı;  Şərqin qapısı; Axşam; Mədəniyyət 
sarayı; Son söz; Konsert axşamı; Yeni dünya.  
 
1932 
2.  Fanar  /Səməd Vurğun; red. H.Mehdi.- Bakı: Azərnəşr, 1932.- 
52, [2] s. 
Kitabın içindəkilər:  Ölən  şeirlərim; Fanar; Zərərçilər; Məhkəmə; 
Qızıl Şərq; Raport; Hücum; Mən də bir əsgər kimi; Pambıqçılar; Yoldaş, 
Hinger amxanaqo; Yoldaş komandan; Kolxozçu qadına məktub; Oktyabr 
günləri; Rot Front; Şərqin qapısı; Axşam; Mədəniyyət sarayı; Son söz; 
İnqilab yurdu; Şairin səsi; Ölümün məhkəməsi; İngilis; Aprel inqilabının 
10 illiyinə; Şairin andı; Səriyyənin ölümü; Məktub. 
 
1934 
3.  Könül dəftəri:  Şura Yazıçılarının I Ümumittifaq qurultayına 
/Səməd Vurğun; red. H.Mehdi; rəssamı Vdovinoq.- Bakı: Azərnəşr, 
1934.- 92, [2] s. 
Kitabın içindəkilər:  Kiçik poemalar:  Macəra; Xumar; Muradxan. 
Seçilmiş şeirlər: Qızıl Şərq; Bahar; Oktyabr günləri; Aşığın dərdi; Tikan-
lı sözlər;  Şeir və xaltura. Raport: Bakı  mədən işçilərinə;  Şairin səsi; 
Anam uçun; Komsomol marşı; Mən də bir əsgər kimi; Rot Front; Şərqin 

Сямяд Вурьун 
 
42 
qapısı; Axşam; Mədəniyyət sarayı; Yoldaş, Hinger, amxanaqo; Yoldaş 
komandan. 
 
1935 
4.  Şeirlər /Səməd Vurğun; red. H.Mehdi.- Bakı: Azərnəşr, 1935.- 
180 s. 
Kitabın içindəkilər:  Dilican dərəsi; Ellər dünyası; Hazır olunuz!; 
Uzaqlara doğru;  Şairin andı;  Şərqin qapısı; Kür çayı;  İngilis; Konsert 
axşamı; Fanar; Şairin səsi; Məktub: (Nəşədir yaşamaq, nəşədir həyat. 
M.Rəfili); Qızıl Şərq; Mən də bir əsgər kimi; Gələn şeirlərim; Zərərçilər; 
Səriyyənin ölumu; Ölumun məhkəməsi; Anam uçun; Aprel; Raport: 
(Bakı mədən işçilərinə); Sevgi; Rot Front; Pambıqçılar; Yoldaş, Hinger, 
amxonaqo; Oktyabr gunləri; Yoldaş komandan; Aşığın dərdi; Tikanlı 
sözlər; Şeir və xaltura; Sevgi; Kənd səhəri; Macəra; Xumar; Muradxan; 
Lökbatan; Ölüm kürsüsü; Bahar; Komsomol marşı; A köhlən atım!; 
“Əhli qələm”; Qafqaz; Sabanın türküsü.  
 
1939 
5.  Azad ilham: [şeirlər və poemalar] /Səməd Vurğun; red. 
Beydulla Musayev.- Bakı: Azərnəşr, 1939.- 272 s.  
Kitabın içindəkilər: Şeirlər: Stalin; Rəhbərə salam; Səadət nəğməsi
Azad ilham; Söz buketi; Rəhbərin vətəni; Qlim Voroşilova; Azərbaycan
On iki dekabr; Bayramqabağı; Qafqaz ordusu; Çinarın şikayəti; Təranə; 
Leyla; Günəşin keşiyində; A köhlən atım!; Böyük şairin şərəfinə; Şairin 
ölümü; Sabirin şərəfinə; Şeirimizin ağsaqqalı; Bənövşə; Səhər-səhər; Çil 
toyuğun tək yumurtası; Yadıma düşdü; Danışaq; İncə xanım; Karyerist; 
Xeyrə-şərə yaramaz; Aşıq qardaşıma; Qızıl  Əsgər; Bahar və  mən; 
Bülbül; Dargöz; Qafqaz; Anam üçün; Aşığın dərdi; Sevgi; Sevirəm; 
Bəzək və zinət; Anamın dərdi; Dəniz gəzintisi; Çənə söhbəti; Cəbhədə; 
Bahar; Komsomol marşı; Rot Front. Poemalar: 26-lar; Bəsti; Talıstan; 
İlk görüş; Acı xatirələr; Üsyan və quran; Yazla qışın deyişməsi; Qız 
qalası; “Aslan qayası”; Ölən məhəbbət; Bulaq əfsanəsi; Dar ağacı; Ölüm 
kürsüsü; Lökbatan; Xumar; Macəra; Kənd səhəri. 
 
1941 
6.  Qəhrəmanlıq dastanları:  [şeirlər] /Səməd Vurğun; SSRİ EA 
Azərbaycan filialı Nizami ad. Dil və  Ədəbiyyat  İnstitutu.- Bakı: Azər-
nəşr, 1941.- 140 s. Mətn ərəb qrafikasındadır. 
Библиографийа 
 
43 
Kitabın içindəkilər:  Səməd Vurğun (H.Hüseynov). Atamız- sərkər-
dəmiz; Rəhbərin çağırışı;  İgid xalqın  əsgəri; Qoca qəhrəmanın çıxışı; 
Qəhrəmanın hünəri; İgid şahin; Azərbaycan; “Bütün xalqlar, qəbilələr od 
içindən çıxacaqdır, Stalinin mərd  əlini dönə-dönə  sıxacaqdır”; Qızıl 
şahinlər; Bəsti; A köhlən atım; Vətən keşiyində; Ananın öyüdü; Ölüm 
kürsüsü; Rot Front; Yaz ilə  qışın dəyişməsi;  Şəfqət bacısı; Qızıl  əsgər; 
Talıstan; Səhər-səhər.  
 
1942 
7.  Səadət uğrunda /Səməd Vurğun; red. M.Arif.- Bakı: Azərnəşr, 
1942.- 98, [2] s. 
Kitabın içindəkilər: Vətənpərvər şair (M.Arif). Şeirlər: Vətən keşi-
yində; Ananın öyüdü; Atamız – Sərkərdəmiz; Rəhbərin çağırışı;  Şəfqət 
bacısı; Qızıl  şahinlər; Qoca qəhrəmanın çıxışı; Komsomol marşı; Tarla 
nəğməsi; Qəhrəmanın hünəri;  İgid  şahin; Vətən ordusu; Uşaq bağçası; 
Pioner marşı; “Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır, Stalinin 
mərd  əlini dönə-dönə  sıxacaqdır”; Rus ordusu; Sovqat; Moskva; 
Oktyabr; Ukrayna partizanları; Həyat fəlsəfəsi; Salam, Moskva; Cəbhə-
də; A köhlən atım; Yaz ilə qışın dəyişməsi; Ölüm kürsüsü. 
 
1943 
8.  Mənə belə söyləyirlər /Səməd Vurğun.- Bakı: Azərnəşr, 1943.- 
11 s.- (Qızıl əsgər kitabxanası). 
Kitabın içindəkilər: Həyat fəlsəfəsi; Ananın öyüdü; Yanğın; Daşsa-
lahlı yoldaşlara. 
 
1944 
9.  Talıstan: [poema] /Səməd Vurğun; red. M.Rahim; rəssamı Zey-
nalzadə.- Bakı: Uşaqgəncnəşr, 1944.- 9, [2] s. 
 
1945 
10.  Ayın  əfsanəsi: (Aybəniz): [poema] /Səməd Vurğun; [red. 
M.Rahim].- Bakı: Uşaqgəncnəşr, 1945.- 22, [2] s. 
 
1946 
11.  İstiqbal təranəsi: [şeirlər] /Səməd Vurğun.- Bakı, Moskva: 
[s.n.], 1946.- 103 s. Ərəb əlifbası ilə. 
Kitabın içindəkilər:  Səməd Vurğunun  şeirləri.  İstiqbal təranəsi; 
Stalin; Rəhbərə salam; Atamız – sərkərdəmiz; Bütün xalqlar, qəbilələr 

Сямяд Вурьун 
 
44 
od içindən çıxacaqdır; Azərbaycan; Moskva; Ananın öyüdü; Mənə belə 
söylədilər; Bayraqdar; Yanğın; Göyərçin; Ürək; Həyat fəlsəfəsi; Sözün 
şöhrəti; Yadıma düşdü; Gülə-gülə; Dağlar; Ay könül; Gözüm yollarda 
qalmışdır; Bahar; Qızcığaz; Həsrət;  İlk bahar və  mən; Nizami; Təzə il 
sovqatı; İyirmi beş bahar; Zəfər bayramı.  
 
1947 
12.  İstiqbal təranəsi /Səməd Vurğun; [red. M.Rahim]; rəssamı 
Q.Xalıqov.- Bakı: Azərnəşr, 1947.- 379, [5] s. 
Kitabın içindəkilər: İstiqbal təranəsi; I. Stalin; Rəhbərə salam; Rəh-
bərin vətəni; Rəhbərin çağırışı; Atamız – sərkərdəmiz; Azad ilham; On 
iki dekabr; Stalin qanunları; Vətən keşiyində. II.  Ananın öyüdü; Şəfqət 
bacısı; Qızıl  şahinlər; Qoca qəhrəmanın çıxışı; Komsomol marşı; Tarla 
nəğməsi; Qəhrəmanın hünəri;  İgid  şahin; Vətən ordusu; Uşaq bağçası; 
Pioner marşı; Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır, Stalinin 
mərd əlini dönə-dönə sıxacaqdır; Rus ordusu; Sovqat; Moskva; Oktyabr; 
Ukrayna partizanları; Həyat fəlsəfəsi; Salam, Moskva; Partizan Babaş; 
Salam dostum!; Qızxanımın hünəri; Gələcəyin toy-bayramı; İlham pəri-
si; Sözün şöhrəti; Göyərçin; Mənə belə söyləyirlər; Bayraqdar; Yanğın; 
Adsız qəhrəman; Nəsibimiz səadətlə ilk bahardır; Ürək; Dörd söz; 
Daşsalahlı yoldaşlara; İlk bahar və mən; Təzə il sovqatı. III. “20 bahar”; 
Cəbhədə; Səadət nəğməsi; Söz buketi; Klim Voroşilova; Günəşin keşi-
yində; Azərbaycan; Bayram qabağı; Təranə; Leyla; Böyük şairin  şərə-
finə;  Şairin ölümü; Şeirimizin ağsaqqalı; Səhər-səhər; Sabirin şərəfinə; 
Qızıl əsgər; Bahar və mən; Qafqaz; Aşığın dərdi; Sevgi; Sevirəm; Bəzək 
və zinət; Dəniz gəzintisi; Çənə söhbəti; Komsomol marşı; Nizami; Pam-
bıqçılar; Təzə il; Şərqin qapısı; Konsert axşamı; Şairin səsi; Səriyyənin 
ölümü; Ölümün məhkəməsi. IV. Aprel; Raport; Məktub; Dikənli sözlər; 
Şeir və xaltura; Şairin andı; Fanar; Ölən  şeirlərim. V. Yadıma düşdü; 
Danışaq; Aşıq qardaşıma; Bənövşə; Bülbül; Dağlar; Gülə-gülə; Qəzəl; 
Bahar; Qızcığaz; Dilcan dərəsi; Kür çayı; Göz aydınlığı; A köhlən atım. 
VI.  Acı xatirələr; Həsrət; Anam üçün; Macəra; Anamın dərdi. VII. Çil 
toyuğun yumurtası; İncə xanım; Karyerist; Xeyrə-şərə yaramaz; Dargöz; 
Xain; “Əhli-qələm”.  VIII. Ayın  əfsanəsi; Ölüm kürsüsü; 26-lar; Bəsti; 
Talıstan;  İlk görüş; Üsyan; Yazla qışın deyişməsi; Qız qayası; Ölən 
məhəbbət; Bulaq əfsanəsi; Dar ağacı; Aslan qayası; Xumar; Kənd səhəri; 
Lökbatan. 
 
Библиографийа 
 
45 
1948 
13.  Sülhü müdafiə edən mədəniyyət xadimlərinin ümumdünya 
konqresi haqqında: Bakıda 1948-ci ildə oxunmuş açıq mühazirə 
/Səməd Vurğun; Azərbaycan SSR Siyasi və Elmi Bilikləri İntişar Etdirən 
Cəmiyyət.- Bakı, 1948.- 33 s. 
 
1949 
14.  Muğan /Səməd Vurğun; red. M.Rzaquluzadə.- Bakı: Azərnəşr, 
1949.- 109, [3] s. 
Kitabın içindəkilər: Düşüncələr; Deyin, gülün, övladlarım; Eşq 
olsun sənətkara; Ana və körpə; Təbriz gözəlinə: (şairin bloknotundan); 
Yandırılan kitablar; Körpünün həsrəti. Zəncinin arzuları; Muğan [poe-
malar]. 
15.  Zəncinin arzuları: poema /Səməd Vurğun.- Bakı: Azərbaycan 
Milli Dövlət Nəşriyyatı, 1949. Ərəb əlifbası ilə. 
 
1950 
16.  Dram  əsərləri  /Səməd Vurğun;  red. O.Sarıvəlli.- Bakı: 
Azərnəşr, 1950.- 389 s.  
Kitabın içindəkilər: Vaqif; Xanlar; Fərhad və Şirin. 
17.  Mənim andım:  [şeirlər və poemalar] /SəmədVurğun; red.: 
Z.Xəlil.- Bakı: Uşaqgəncnəşr, 1950.- 128 s.  
Kitabın içindəkilər:  Mənim andım; Rəhbərə alqış; Stalin; Rəhbərə 
salam; Rəhbərin vətəni; Rəhbərin çağırışı; Atamız - sərkərdəmiz; Azad 
ilham; On iki dekabr; Stalin qanunları; Vətən keşiyində; Səadət nəğməsi; 
Günəşin keşiyində. Zəncinin arzuları; Ölüm kürsüsü; 26-lar; Bəsti; 
Talıstan; Köhnə dostlar [poemalar]. 
 
1951 
18.  Dünyanın xəritəsi: (şeirlər və poemalar) /Səməd Vurğun; [red. 
Ə.Hacıyev].- Bakı: Azərnəşr, 1951.- 141, [2] s.  
Kitabın içindəkilər: Avropa xatirələri: Şeirlər: Yer həsrəti;  Təyyarə 
meydanı; Berlin; Reyxstaq Ana heykəli; Alman bənnası və sovet zabiti; 
Rəssamın son əsəri; Ziyafət; London qarısı; Marksın qəbri üstündə; 
Eduard Maze; İslam (ballada); Qoca Şərqə günəş doğur. Həsrət:  Kör-
pünün həsrəti; Təbriz gözəlinə; Yandırılan kitablar. Poemalar: Leninin 
kitabı; Zəncinin arzuları; Ölüm kürsüsü; Köhnə dostlar. 
 

Сямяд Вурьун 
 
46 
1954 
19.  Seçilmiş  əsərləri:  3  cilddə /Səməd Vurğun; red. Ə.Ziyatay.- 
Bakı: Azərnəşr, 1954.- C.I: Şeirlər.- 305 s.  
Kitabın içindəkilər: Mənim andım:  Azərbaycan; Oktyabr; Stalin; 
Rəhbərə alqış; Mənim andım; Rəhbərə salam; Səadət nəğməsi; Rəhbərin 
vətəni; Azad ilham; Ölməz Stalin; Stalin qanunları.  Sözün  şöhrəti: Dü-
şüncələr; Anamın dərdi;  Şeirimizin ağsaqqalı; Sabirin şərəfinə;  Şairin 
ölümü; Böyük şairin şərəfinə; Dörd söz; Sözün şöhrəti; Mirzəağa Əliye-
və; Acı xatirələr; Ana və körpə; Deyin, gülün, övladlarım!; Eşq olsun 
sənətkara!; Həsrət; Anam üçün; Qızcığaz; Bahar; İlk bahar və  mən; 
Ürək; Qafqaz; “20 Bahar”; Daşsalahlı yoldaşlara; Uşaq bağçası; Pioner 
marşı; Nizami; Salam, dostum!; Fanar; Şairin səsi; Təzə il; Söz buketi; 
Günəşin keşiyində; Aşığın dərdi; Klim Voroşilova; Bayram qabağı; 
Məktub; Raport; Aprel; Bahar düşüncələri; Bülbül. Vətən uğrunda: 
Vətən keşiyində; Rəhbərin çağırışı; Atamız-sərkərdəmiz; Təzə il sovqatı; 
Göz aydınlığı; Nəsibimiz səadətlə ilk bahardır; Ananın öyüdü; Bay-
raqdar; Rus ordusu; Qəhrəmanın hünəri; Vətən ordusu; Şəfqət bacısı; 
Qızıl  şahinlər; Tarla nəğməsi;  İgid  şahin; Bütün xalqlar, qəbilələr od 
içindən çıxacaqdır, Stalinin mərd  əlini dönə-dönə  sıxacaqdır; Sovqat; 
Moskva; Ukrayna partizanları; Salam, Moskva; Partizan Babaş; Göyər-
çin; Mənə belə söyləyirlər; Yanğın; Komsomol marşı; Leyla; A köhlən 
atım. Avropa xatirələri: Yer həsrəti; Təyyarə meydanı; Berlin; Reyxstaq 
Ana heykəli; Alman bənnası və sovet zabiti; Rəssamın son əsəri; Ziyafət; 
London qarısı; Marksın qəbri üstündə; Eduard Maze; İslam; Qoca Şərqə 
günəş doğur; Körpünün həsrəti; Təbriz gözəlinə; Yandırılan kitablar. Çil 
toyuğun tək yumurtası;  İncə xanım; Karyerist; Xeyrə-şərə yaramaz; 
Dargöz; Ürəyi xain adam; Belələri də var [satirik şeirlər]. Yadıma düşdü; 
Aşıq qardaşıma; Danışaq; Kür çayı; Dilcan dərəsi; Bənövşə; Dağlar; 
Gülə-gülə: [qoşmalar]. Bioqrafik məlumat. 
20.  Seçilmiş  əsərləri: 3 cilddə /Səməd Vurğun; [red. Ə.Ziyatay].-
Bakı: Azərnəşr,1954.- C. 2: Poemalar.-211, [1] s. 
Kitabın içindəkilər: 26-lar; Bəsti; Talıstan; Leninin kitabı; Zəncinin 
arzuları; Ölüm kürsüsü; Buruqlar səltənəti; Köhnə dostlar; Muğan; 
Üsyan; Zamanın bayraqdarı. 
21.  Zamanın bayraqdarı:  poema /Səməd Vurğun; red.: O.Sarı-
vəlli.- Bakı: Uşaqgəncnəşr, 1954.- 45, [3] s. 
 
Библиографийа 
 
47 
1955 
22.  Seçilmiş  əsərləri:  3 cilddə /Səməd Vurğun; red.: Ə.Ziyatay.- 
Bakı: Azərnəşr, 1955.- C.3: Dramlar.- 402 s.  
Kitabın içindəkilər: Vaqif; Xanlar; Fərhad və Şirin. 
 
1956 
23.  Aygün:  poema /Səməd Vurğun; red. O.Sarıvəlli; rəssamı 
H.Kazımov.- Bakı: Azərnəşr, 1956.- 106, [2] s. 
 
1957 
24.  Çiçək:  İlk  şeirlər /Səməd Vurğun; red. O.Sarıvəlli; rəssamı 
H.Kazımov.- Bakı: Uşaqgəncnəşr, 1957.- 93, [3] s. 
Kitabın içindəkilər: O.Sarıvəlli.  İlk axtarışlar.  Şikəstəyə  məktub. 
Sən gələndə bizim ellər yaz olur; Tərlanım; Maydan; Məni; Qızıl xatirə; 
Ondan da gözəldir; Səlyan gözəli; Bəlkə; Orda; Adsız şeir; Dilican dərə-
si; Hazır olun; Oktyabr; İki körpə; Dağlar;  Əllər gözəli; Unut; Çiçək; 
Dan ulduzu; Bir qətrə iş; Səyahət; Bir qəlb ki, çalxanar hər zaman coşar; 
Çəkil;  Şəki maralı; Müəllimlik; Onu görürkən; Səni; Bizim dağların; 
Sənət; Sahildə; Uzaqlara doğru; Ana; Əyilmə; Ayıq ol; İrəli; Acı gülüş-
lər; Yaxın gəl gözəl qız! Yaxın gəl bir az; Keçdi günlər ki, sənin hüsnünə 
pərvanə kimi; Ömrün pərişan günləri;  Şeirim; Sən satmadınmı; Dostlar 
xəbəri; Andım; Bahar nəğməsi (körpələrə);  Şərqin qapısı; Son söz; 
Bağçada (“Tacir qızı” poemasından); Dağlarda; Mənim; Tiflis maralı. 
25.  Lirika:  [şeirlər]  /Səməd Vurğun; red. O.Sarıvəlli.- Bakı: 
Azərnəşr, 1957.- 395 s. 
Kitabın içindəkilər: Səadət nəğməsi: Partiyamızdır; Oktyabr; 
Oktyabr günləri; Aprel; Raport; Bayram qabağı; Fanar; Səadət nəğməsi. 
Həyat fəlsəfəsi: Hazır olunuz!; Yoldaş komandan!; Vətən ordusu; A köh-
lən atım!; Moskva; Tarla nəğməsi; Şəfqət bacısı; Uşaq bağcası; Ananın 
öyüdü; Qızıl şahinlər; Sovqat; Yanğın; Salam, Moskva!; Partizan Babaş; 
Qızxanımın hünəri; Adsız qəhrəman; Qəhrəmanın hünəri; Ukrayna 
partizanları; Gələcəyin toy-bayramı; Nəsibimiz səadətlə ilk bahardır!; 
Mənə söz söyləyirlər; Göyərçin;  Şairin salamı; Qərinədən-qərinəyə; 
Həyat fəlsəfəsi; Bayramınız mübarək!; Təzə il sovqatı.  Ellər dünyası: 
Azərbaycan; Şərqin qapısı; Daşsalahlı yoldaşlara; Pambıqçılar; Gödəkcə; 
Deyin, gülün övladlarım!; Təzə il; Həsrət; Anam üçün; Ana və körpə; 
Qızcığaz; Macəra; Səriyyənin ölümü; Çinarın şikayəti; Aşığın dərdi; Acı 
xatirələr; Ellər dünyası.  Dünyanın xəritəsi: Yer həsrəti; Təyyarə mey-

Сямяд Вурьун 
 
48 
danı; Berlin; Reysxtaq; Ana heykəli; Alman bənnası  və Sovet zabiti; 
Rəssamın son əsəri; Ziyafət; London qarısı; Marksın qəbri üstündə; 
Eduard Mazə;  İslam; Qızıl  Şərq; Qoca Şərqə günəş doğur; Körpünün 
həsrəti; Təbriz gözəlinə; Yandırılan kitablar. Bahar düşüncələri: Bülbül; 
Bahar və  mən; Bahar düşüncələri; 20 bahar; Bahar; İlk bahar və  mən.  
Şairin səsi: Konsert axşamı; Azad ilham; Şairin andı; Söz buketi; Ölən 
şeirlərim; Unudulmuş  tək məzar;  Şairin səsi; Qafqaz; Ürək; Dörd söz; 
Sözün şöhrəti; Düşüncələr; Şair, nə tez qocaldın sən?!; Mən tələsmirəm; 
Bəstəkar; Mənim səsim; Qürbət eldə.  Dostluq hədiyyəsi:  Şairin ölümü; 
İlham pərisi;  Şeirimizin ağsaqqalı; Sabirin şərəfinə; Böyük şairin 
şərəfinə; Eşq olsun sənətkara!; Nizami; Salam, dostum!; Səmimiyyət 
yolçusu; Bir arzu; Dostluq hədiyyəsi; Mənim arzum. İlk xatirələr: Sevgi; 
Sevirəm; Bəzək və zinət; Anamın dərdi; Sevgilimin qılığı; Dəniz 
gəzintisi; Çənə söhbəti; Cəbhədə; Təranə; Səhər-səhər; Qəzəl; Qəzəl; 
Qəzəl; Qəzəl; Qəzəl;  İlk xatirələr; Sənin; Məni; Ceyran; Olur; Dünya; 
Aşıq qardaşıma; Danışaq; Yada sal məni; Sən atmadınmı; Kür çayı; 
Dilcan dərəsi; Bənövşə; Yadıma düşdü; Gözlər; Gülə-gülə; Dağlar. 
Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin