Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü
Библиографийа
23
Səməd Vurğunun həyat və fəaliyyətinin
əsas tarixləri
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax rayonunun
Yuxarı Salahlı kəndində anadan olmuşdur.
1913-1918 -
Yuxarı Salahlı kəndində “Zemskaya şkola” adlanan
beşsinifli rus-tatar məktəbində təhsil alıb.
1918
- Ailəsi Qazax şəhərinə köçüb;
- Gürcüstanın Qori şəhərində yerləşən Zaqafqaziya
Müəllimlər Seminariyasının Qazax şəhərinə köçürü-
lən tatar (Azərbaycan) şöbəsinə daxil olub.
1920
- Lenin komsomolu sıralarına qəbul edilib.
1923
- Göyçə mahalının Basarkeçər rayonunun Qaraqo-
yunlu kəndində yaşayıb, orada müəllimlik edib.
1924 -
Qazax Pedaqoji Texnikumunu bitirib;
- Qazax rayonunun II Şıxlı kənd ibtidai məktəbinə
müəllim təyin edilib.
1925
- Qazaxın Köçəsgər kənd ibtidai məktəbində müdir
işləyib.
1926-1928 -
Quba rayonunda müəllimlik edib.
1928 -
Gəncədə nəşrə başlayan “Qızıl Gəncə” jurnalında
şeirlərini “Vurğun Səməd” imzası ilə çap etdirib.
1928-1929
- Gəncədə orta məktəbdə və partiya məktəbində
müəllim işləyib.
1929-1931 -
İkinci Moskva Dövlət Universitetinin Ədəbiyyat və
dil şöbəsində təhsil alıb.
Сямяд Вурьун
24
1930 -
“Şairin andı” adlı ilk şeirlər kitabı çap olunub.
1931
- Moskvadan Bakıya qayıdaraq, Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda buraxılış imtahanlarını verib ali
təhsil haqqında diplom alıb;
- “Komsomol poeması”nı yazıb.
1931-1934 -
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun
(indiki AMEA) dil və ədəbiyyat şöbəsi üzrə, sonra
Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat ixtisası
üzrə aspiranturasına daxil olub.
1932
- “Fanar” adlı ikinci şeirlər kitabı çap olunub.
1934 -
Xavər xanımla ailə həyatı qurub;
- “Könül dəftəri” adlı üçüncü kitabı çap edilib;
- 13 iyunda Azərbaycan Yazıçılarının birinci qurulta-
yında Azərbaycan Yazıçılar İttifaqının məsul katibi
seçilib;
- SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak edib.
Qurultayda SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinə üzv
seçilib;
- Azərbaycan ədəbiyyatının incilərindən sayılan
“Azərbaycan” şeirini yazıb.
1935
- Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib.
1936 -
“Lenin ordeni” ilə təltif olunub.
1937
- A.S.Puşkinin “Yevgeni Onegin” poemasını Azər-
baycan dilinə müvəffəqiyyətlə tərcümə edib və
Ümumittifaq Puşkin Komitəsi tərəfindən “Puşkin
medalı” ilə təltif olunub;
- Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”
poemasının bir hissəsini Azərbaycan dilinə tərcümə
etdiyi üçün Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin
Fəxri Fərmanı ilə təltif edilib.
Библиографийа
25
1938
- “Vaqif” tarixi dramını bitirib;
- 5 oktyabrda M.Əzizbəyov adına Azərbaycan Dram
Teatrında “Vaqif” dramının ilk tamaşası olub;
- I çağırış Azərbaycan SSR Ali Sovetinə deputat
seçilib.
1939 -
“Şərəf nişanı” ordeni ilə təltif edilib.
1940-1942 -
Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını
Azərbaycan dilinə tərcümə edib.
1941
- “Vaqif” dramı Moskvada rus dilində nəşr olunub;
- “Vaqif” dramına görə SSRİ Dövlət mükafatına
(Stalin mükafatı) layiq görülüb.
1941-1948
- Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin
sədri olub.
1942
- “Fərhad və Şirin” pyesinə görə ikinci dəfə Dövlət
mükafatı (Stalin mükafatı) alıb.
1943
- “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri
adına layiq görülüb;
- ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən
dəyərli əsərlər müsabiqəsində “Ananın öyüdü” şeiri
yüksək qiymətləndirilib və dünya ədəbiyyatında bu
mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi
Nyu-Yorkda çap edilib;
- Füzuli adına Ziyalılar evi şairin təşəbbüsü ilə yara-
dılıb;
- Bakıda yaradılan İranla Mədəni Əlaqələr Cəmiyyə-
tinin rəhbəri seçilib.
1945
- Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi
üzvü - akademiki seçilib;
- Süleyman Rüstəmlə birlikdə Azərbaycan SSR Döv-
lət himninin mətnini (musiqisi Üzeyir Hacıbəylinin-
dir) yazıb;
Сямяд Вурьун
26
- “İnsan” mənzun pyesi Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulub.
1946
- “Qızıl Əmək Bayrağı” ordeni ilə təltif edilib;
- SSRİ Ali Sovetinə (II çağırış) deputat seçilib.
1947
- SSRİ Ali Sovetinin deputatları nümayəndə heyətin-
də Londonda olub;
- “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulub.
1948
- Polşanın Vrotslav şəhərində sülhü müdafiə edən mə-
dəniyyət xadimlərinin Ümumdünya konqresində işti-
rak edib;
-“Seçilmiş əsərləri” Moskvada rus dilində çap olunub.
1949 -“Əsərləri” Moskvada rus dilində çap olunub.
1950
- Qusar rayonundakı “Qırmızı əkinçi” kolxozunun
seçiciləri tərəfindən SSRİ Ali Sovetinə (III çağırış)
deputat seçilib.
1950-1951
- “Aygün” poemasını yazıb.
1951 -
Bolqar-sovet Dostluğu Cəmiyyətinin xətti ilə Bol-
qarıstanda olub.
1954
- Azərbaycan SSR Elmlər Akademiyası prezidentinin
müavini seçilib;
- Sovet Yazıçılarının II Ümumittifaq qurultayında
Sovet poeziyası haqqında əlavə məruzə ilə çıxış edib;
- Quba seçki dairəsindən SSRİ Ali Sovetinə (IV
çağırış) deputat seçilib;
- 3 cilddə “Seçilmiş əsərləri” cap olunub.
1954-1955 -
Üçcildlik “Seçilmiş əsərləri” çap olunub.
1955 -
SSRİ nümayəndə heyətinin tərkibində Vyetnamda
olub.
Библиографийа
27
1956 -
Yanvarın 23-də Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin qərarı ilə “Xalq şairi” fəxri adı təsis edilir.
İlk dəfə Səməd Vurğun bu ada layiq görülüb;
- İkinci dəfə “Lenin ordeni” ilə təltif edilib;
- 12 mayda anadan olmasının 50 illik yubileyi geniş
qeyd edilib;
- S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin
filologiya üzrə fəxri doktoru seçilib;
- 27 mayda uzun sürən xəstəlikdən sonra Bakı
şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
1960
- Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən 6
cildlik “Əsərləri” çap olunmuşdur.
1961 -
Bakıda abidəsinin açılışı olub.
1966 -
Anadan olmasının 60 illik yubileyi geniş qeyd
edilib;
- Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı olub.
1969 -
“Vaqif” dramının 800-cü tamaşası göstərilib.
1970 -
“Komsomol” poeması əsasında “Yeddi oğul istə-
rəm” bədii filmi çəkilib.
1975
- Bakıda, Sovet ədəbiyyatı günlərində ölkənin ədəbi
ictimaiyyətinin iştirakı ilə ev-muzeyinin təntənəli
açılışı olub.
1976
- Anadan olmasının 70 illik yubileyi qeyd olu-nub;
- Doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı
– “Səməd Vurğunun poeziya evi” yaradılıb.
1986 -
Anadan olmasının 80 illiyinin keçirilməsi haqqında
Azərbaycan KP MK qərar verib.
Сямяд Вурьун
28
1996 -
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev
Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinin
keçirilməsi haqqında Sərəncam imzalayıb.
2006 -
100 illik yubileyinin keçirilməsi haqqında Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyevin
Sərəncamına əsasən şairin yubileyi Azərbaycanda və
dost ölkələrdə geniş şəkildə qeyd olunub;
- Ukrayna Respublikasının Kiyev şəhərində şairin
adını daşıyan kitabxananın qarşısında heykəlinin
açılışı olub.
2012 -
Prezident İlham Əliyev Ağstafada yenidən qurulmuş
Səməd Vurğun adına mədəniyyət və istirahət parkının
açılışında iştirak edib.
Библиографийа
29
Səməd Vurğunun
hikmətli sözləri və aforizmləri
Hər böyük dühanın xəzinəsindən sadə bir inci də dövlətdir bizə!
***
Sənətkarın nəfəsi xalq nəfəsi olduğu zaman həyat və tarix onun
zəhmətini çiçəkləndirir və təqdir edir. Var olsun məhəbbət və poeziya!
***
Hər böyük ədəbiyyat böyük mənalar ədəbiyyatıdır. Sözün qüdrəti
hüdudsuzdur. Çünki söz, hüdudsuz olan insan idrakının ifadəsi deməkdir.
***
Ürək bədəni qanla qidalandırdığı kimi, ilham da əsərə hərarət
verən alovdur.
***
Qəhrəmanlıq və poeziya əkizdirlər, həqiqi qəhrəmanlıq eyni za-
manda həqiqi poeziyadır. Hələ qədim zamanlarda insan öz yaşaması
üçün silahlandığı, öz azadlığı uğrunda qara qüvvələrlə mübarizə etdiyi
zaman o, təkcə qılınc, ox və topla deyil, nəğmə ilə də silahlanırdı. Bədii
söz həmişə xalq bahadırlarının, qəhrəmanların, sərkərdələrin və bütün
əsgərlərin əlində qüdrətli silah olmuşdur.
***
Şeir rübabı və mahir səsi ilə aləmi valeh edən bir dünya gözəldir.
Lakin hər dünya gözəlinin bir faciəsi var! Bəzən bu gözəl rübab naşı
ustalar əlinə də keçir. Qaba əllər bu gözəl rübabı kökdən salır, onun hər
simindən əcaib və eybəcər səslər yaranır.
***
Biz elə monumental əsərlər yaratmalıyıq ki, onlar doğrudan da
ölməz əsərlər olsunlar, gələcəyin adamları, gələcək nəsillər bu əsərləri
oxuyarkən ölkəmizin indi necə yaşayıb mübarizə etdiyini görsünlər, bu
Сямяд Вурьун
30
əsərlər vasitəsilə bizim dövrümüzü və bizim adamlarımızı öyrənə
bilsinlər...
***
Yaradıcılıq da özünəməxsus bir döyüş meydanıdır, həm də çox mü-
rəkkəb bir meydandır. Bu meydan bizdən, hər şeydən əvvəl zəhmət,
cəsarət tələb edir. Cəsarətli yazıçı böyük mövzulardan, böyük insan
surəti yaratmaqdan, öz dövrünün dastanını yaratmaqdan qorxmayacaq.
***
Sənət əzəmət və vüqar deməkdir! Əgər sənin dediyin xırdaca bir söz
özünə məxsusdursa, sən vüqarlı adamsan!
***
Tənqidimiz yüksəlməlidir, elə yüksəlməlidir ki, istər ayrı-ayrı yazıçı-
ların, istərsə də bütün ədəbiyyatımızın taleyini təmin edə bilsin. O, bizim
yoldan azdığımız zamanlar bir mayak kimi bizə yol göstərməlidir. Bunun
üçün də tənqidçidən böyük idrak, geniş ürək və uzaqgörən göz tələb
olunur.
***
Qəhrəmanlıq və poeziya əkizdir.
***
Şairin qəlbi məhkumiyyət sevməz.
***
Sənətkarın ilham ocağı Vətən eşqidir.
***
Sənət həyatın övladı və zinətidir.
***
Söz ilhamın qapısıdır. Böyük bir ilham zəif bir sözlə ifadə oluna
bilməz.
***
Библиографийа
31
Qəhrəmanlıq isə ilhamdır. Bədii əsəri canlı bir insana bənzətsək,
onun çarpan ürəyi ilhamdır.
***
İlham bir qartaldır. O, uçduğu zaman heç bir hüdud göstərmək
mümkün deyil.
***
...gənc yazıçılarımız bilməlidirlər ki, “ilham pərisi” deyilən şey yox-
dur. Böyük ilham böyük zəhmətlə yaranır.
***
Gənclik təkamülün çarpan ürəyi, düşünən beynidir.
***
İnsan qəlbinin isti qanı soyuq sözlərin və fikirlərin qarlı-buzlu
havasında donmaq istəmir.
***
Sənətkar sözünü peşəkar sözündən ayıran böyük məna hər sənət
əsərinin çarpan ürəyi olmalıdır.
***
Cəsarət yüksək insan ləyaqətidir, bu olmasaydı, “qələbə” sözü,
“qəhrəman” sözü, “məhəbbət” sözü də olmazdı.
***
Hər sənətkarın ürəyində alovlanan məslək eşqi, ona qol-qanad
verən ən böyük qüdrətdir!
***
Uşaq humanistdir. Onun ruhu ən xeyirxah hisslər yuvasıdır.
***
Uşaq xəyalı səyyahdır. O, şıltaq bir ulduz kimi daima süzüb oynar.
O, güldən-gülə, çiçəkdən-çiçəyə qonan bir kəpənəyə bənzər.
Сямяд Вурьун
32
Görkəmli şəxsiyyətlər
Səməd Vurğun haqqında
Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz
şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir.
***
Səməd Vurğun öz xalqının oyanışına, milli dirçəlişinə xidmət edib-
dir. S.Vurğun o vaxt bizim hamımız üçün nümunə – xalqına, millətinə,
ölkəsinə, Vətəninə sədaqətlilikdə nümunə idi.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixi-
nin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azər-
baycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış
sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni
mərhələ olmuşdur. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklə-
rindən biri olan Səməd Vurğunun görkəmli ictimai-siyasi xadim kimi
xidmətləri də təqdirəlayiqdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmə-
din şeirləri əvəzsizdir.
Üzeyir Hacıbəyli,
SSRİ Xalq artisti, akademik
Bu görkəmli Xalq şairinin heç bir əsərini, heç bir misrasını, heç bir
tədbirini xalq mənafeyindən ayrı düşünmək mümkün deyildir. Səmədin
özü kimi əsərləri də, düşüncə və arzuları da qırılmaz tellərlə xalqa bağlıdır.
Abdulla Şaiq,
şair, ədəbiyyatşünas
Səməd Vurgun yalnız poeziya aləmində deyil, ümumən ədəbiyyatı-
mızın ön cəbhəsində getmiş və ölməz bədii əsərləri, məruzə və nitqləri,
Библиографийа
33
məqalə və çıxışları ilə ədəbiyyatımızı və ictimai fikrimizi istiqamətlən-
dirmişdir. Yalnız müasir mövzuda deyil, tarixi mövzuda yazdığı əsər-
lərində də həmişə müasir olmuş, tarixi mövzuları da zamanın tələbləri
baxımında işləmiş, bunlara bugünün gözü ilə baxmağı bacarmışdır.
Bəxtiyar Vahabzadə,
Xalq şairi
Səməd Vurğun ədəbiyyatımızın böyük istedadlı nümayəndəsi ol-
maqla bərabər nadir bir şəxsiyyət idi. Yüksək insani duyğulara, böyük
ürəyə malik idi. Sözü bir, özü bütöv adam idi. İnsanların həmişə yaxşı
cəhətlərini görməyə çalışırdı.
İlyas Əfəndiyev,
Xalq yazıçısı
Səməd Vurğun poeziyası – Azərbaycan xalqının məğrur ürək dö-
yüntüsüdür. Xalq əbədi olduğu kimi, Vurğun poeziyası da əbədi və öl-
məzdir. Milli sənətə dərin hörmət onu dünya sənətinə dərin köklərlə
bağladı. Səməd Vurğun milli olduğu qədər beynəlmiləl, beynəlmiləl
olduğu qədər də milli sənətkardır!
Nəbi Xəzri,
Xalq şairi
Səməd Vurğun yaradıcılığı qalib gələn Azərbaycan şeirinin həm
ideya, həm də forma etibarilə böyüyüb yüksəlməsini, milyonların qəlbini
və ruhunu ifadə edən qüvvətli, bədii bir silaha çevrilməsini əks etdirir.
Məmməd Arif,
akademik
Hər xalqın ədəbiyyatında elə yazıçılar var ki, birdən onların bir ne-
çəsini ədəbiyyatdan götürsək, qətiyyən yeri görünməz. Lakin elə tək-tək
sənətkarlar var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında
uçurum əmələ gələ bilər. Səməd Vurğun belə sənətkar, belə şəxsiyyətdir.
Onsuz bizim ədəbiyyatdan danışmaq mümkün olmazdı.
Mehdi Hüseyn,
Xalq yazıçısı
Gənc Səməd bir çoxları kimi əlinə qələm alanda kağız korlama-
mışdır. O, fitrətən şair doğulmuşdur.
Сямяд Вурьун
34
***
Orduda belə bir qayda var: şəhid olan nadir qəhrəmanın adı hissənin
siyahısında hər səhər yoxlama zamanı başda çəkilir. Ədəbiyyat ordu-
muzun işində də müasir şeirimizin qəhrəmanı Səməd Vurğun buna bən-
zər şərəfli bir yer tutmuşdur.
Mir Cəlal,
professor
İnsanlara xeyirxahlıq və işıq rəmzi olan, daim yanan və yaşamağın
mənasını da onda görən quşlara Səməndər adı vermişlər. Səməd Vurğun
xalq yolunda, böyük ədəbiyyat və sənət yolunda daim yanan və ətrafına
şölə saçan Səməndər quşu idi.
Qulu Xəlilov,
professor
Səməd Vurğun – qardaş dillərimizin böyük Xalq şairi – dillərimiz
yaşadıqca əbədi yaşayacaqdır. Səməd Vurğun poeziyamızın nəhəng
planetidir. Bu planetin günəşi, ulduzları sönməzdir.
Nazim Hikmət,
türk şairi, yazıçısı
“Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla
Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır…
Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan
səhnəsinin ən uğurlu əsəri sayılır.
Məhəmməd Əmin Rəsulzadə,
ictimai-siyasi xadim, publisist
Səməd Vurğunun şeirlərinə azca diqqətlə baxdıqda, onun dühası
aydın görünür: bu şeirlər nəzərə səhl və sadə gəlir, lakin onları yazmaq
asan deyil. Səməd Vurğunun şeirləri hikmətamizdir.
Seyid Cəfər Pişəvəri,
Cənubi Azərbaycanın dövlət xadimi
Səməd Vurğunu tanıdığım ilk gündən, onun şəxsində azəri xalqının
bütün gözəlliklərini – əməksevər, humanist, nəğməkar bir xalq olduğunu
duydum.
Библиографийа
35
***
O, təkcə qardaş Azərbaycanın yox, bütün sovet xalqlarının şairi idi.
Onun müdrik ağlı, həssas, xeyirxah ürəyi vardı və buna görə də dostları
Səməd Vurğuna dərin məhəbbət bəsləyirdilər.
Petrus Brovka,
Belorusiyanın Xalq şairi
Dünyanın mədəniyyət irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə
Füzulidən Səməd Vurğunadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və
təcrübəsi sərf olunmuşdur.
Çingiz Aytmatov,
Qırğızıstanın Xalq yazıçısı
Səməd Vurğun Azərbaycan poeziyasının ağ saçlı qartalı, Azərbay-
can sovet ədəbiyyatının atası və oğludur. Azərbaycan və Səməd Vurğun
bir-birindən ayrılmazdır. Azərbaycan və Səməd Vurğun eyni məfhum-
dur, çünki Səməd xalqının ən yaxşı xüsusiyyətlərini – onun sadəliyini,
cəsarətini, dərin zəkasını və istedadını təcəssüm etdirir.
Rəsul Həmzətov
Dağıstanın Xalq şairi
Bütün ədəbiyyatların ulu ustadları var ki, yaradıcılıqları boyu çiyin-
lərində ağır, şərəfli bir yük aparıblar və bu, dünyanın böyük ədəbiy-
yatları sırasında öz xalqının, öz torpağının adı olub, ucalıb. Səməd
Vurğun da belə ulu ustadlardandı.
Mustay Kərim,
Başqırdıstanın Xalq şairi
Azərbaycan – qədim odlar ölkəsi xoşbəxtdir ki, dahi Səməd Vurğu-
nu yetirib. Səməd başdan-başa istedad idi, yalnız şeir üçün doğulmuş-
du…Qardaş Azərbaycan xalqının misilsiz mənəvi keyfiyyətlərini dostum
Səmədin poeziyası vasitəsilə öyrənmişəm.
Qafur Qulam,
Özbəkistanın Xalq şairi
Səmədi bir dəfə görən onun hər bir hərəkətini, baxışını ömrü böyu
unutmaz. Səməddə bir igid, bir qartal görkəmi vardır. O, mübahisədən
Сямяд Вурьун
36
çəkinməz, ta həqiqət aydın olana qədər mübahisə edərdi. O, dumanlı xa-
siyyəti, dumanlı sözləri sevməzdi.
Berdi Kerbabayev,
Türkmənistanın Xalq yazıçısı
Səməd Vurğun Azərbaycan sovet poeziyasının balı və südü, duzu və
çörəyidir, öz xalqının canlı təcəssümüdür. Onun parlaq, qüdrətli istedadı
önündə baş əyirəm. Səməd Vurğunun adı bizim hamımıza yaxın və əziz-
dir. Onun poeziyasının sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının
nəhayətsiz dostluğu yolunda əbədi şölə saçacaqdır.
Giorgi Leonidze,
Gürcüstanın Xalq şairi
Qardaşımız Səməd Vurğun… Mənim qardaşım Səməd… O mənim
çox yadımdadır və onu iftixarla xatırlayıram…Mən onu Azərbaycanın
yox, dünyanın ən böyük şairi, gözəl insanı hesab edirəm. Onun gözəl
poeziyası heç vaxt solmayacaq. Biz ana Vətəni, xalqı hərarətlə sevməyi
Səməd Vurğundan öyrənmişik. İnsanda nə qədər yaxşı xüsusiyyətlər
varsa, hamısını bu pirə, peyğəmbərə aid etmək olar.
Qaysın Quliyev,
Kabarda-Balkar MR Xalq şairi
Səmədin özü ilə şəxsən tanışam. Yazdıqları da xoşuma gəlir. His-
siyyatlı, həm də cəsarətli şairdir.
Aleksey Tolstoy,
rus yazıçısı
Səməd gözəl şair, mərd insan və sədaqətli dost idi. O, həqiqi xalqlar
dostluğunun, şairlər arasındakı dostluğun, mərdanə dostluğun nə demək
olduğunu çox gözəl bilirdi. Məhz buna görə də ölkəmizin hər yerində və
onun hüdudları xaricində Səmədin çoxlu dostları var.
Konstantin Simonov,
rus yazıçısı
Mən Səməd Vurğunun Sovet Yazıçılarının II Ümumittifaq qurulta-
yında nitqini dinlədikdə dünyada baş verən böyük dəyişikliklər barədə
Библиографийа
37
fikirləşirdim… …O, necə də böyük bir ilham və ehtirasla böyük sovet
şairlərini epik poemalar və mənzun romanlar yaratmağa ruhlandırırdı.
Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır.
Dostları ilə paylaş: |