“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   ...   25   26   27   28   29   30   31   32   ...   45
Haqverdiyev-Rakim-Z-lal

Sosial sığorta sistemi
,
hansı ki, kompaniya və ofislərdə işləyənlər üçün nəzərdə 
tutulub. Yaponiya Qanunvericiliyinə əsasən, “sosial sığorta sistemi” aşağıdakı şəxslərə 
şamil edilə bilər: 

Şirkətdə çalışan və ərizə ilə müraciət edərək ilkin ödənişi həyata keçirən 
çalışanlar. 
Müraciət edən tərəfdən asılı olaraq bu ödəniş işçinin çalışdığı şirkət 
tərəfindən qarşılana, və ya öz əmək haqqından həyata keçirilə bilər. 

Tibbi sığorta olunduqdan sonra tibbi müavinəti ödəyən çalışanlar
. Qanuna 
görə, sığorta olunan özü və xəstəxanaya qəbul edilən yaxın ailə üzvləri toplam 40% 
ödəniş edir. Kənar xəstə kimi xəstəxanaya müraciət edən ailə üzvləri əlavə olaraq 30% 
ödəniş etməlidir. Bundan başqa xəstəxana tərəfindən təqdim edilən qidaların, tərkibi və 
kəmiyyətinə görə bəzi dərmanların xərcləri ayrıca hesablanaraq tibbi sığorta məbləğinə 
daxil edilmir. 

Sığorta kartı. 
Qanunvericiyə görə “sosial sığorta sistemi”nin şamil edildiyi hər 
bir şəxs üçün fərdin sığortalanıb-sığortalanmadığını göstərən yalnız bir kart buraxılır. 
Kart sahibi xəstəxanaya və ya səyahətə gedəndə kartı mütləq özü ilə götürməlidir.
 
Milli tibbi sığorta sistemi
,
hansı ki, sığortada əhatə olunmayan, yerdə qalan əhali 


43 
üçün nəzərdə tutulub. Qanunvericiliyə əsasən milli tibbi sığorta sistemi üçün ölkədə ən 
azı 12 aylıq rezident kimi qəbul edilən, əcnəbi vətəndaş kimi qeydiyyata alınan fərdlər 
müraciət edə bilərlər. 

Müraciət (ərizə ilə) və müavinət. 
Şəxs rezident olmağını sübut edən sənədlə 
birgə yaşadığı şəhər və ya şəhərin hər hansı rayonun ofisinə müraciət edə bilər. 
Müavinət bir il üçün hesablanır və məbləğ müraciətçinin gəlirlərindən, ailənin 
üzvlərinin sayından asılı olaraq dəyişə bilir. Müavinət məbləği sığortanın neçə dəfə 
istifadə edilməyindən asılı olmayaraq sabit qalır. 

Sığorta kartı. 
Burada da qaydalar sosial sığorta sistemində olduğu kimidir. Bir 
ailə üçün
onun sığortalanmağını göstərən yalnız bir kart buraxılır və ölkədxili səyahətə, 
xəstəxanaya gedəndə kartı üzərində götürmək lazımdır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin